Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə29/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   25   26   27   28   29   30   31   32   ...   116

 

 

 



 

96 


Əhmədqulunun kötücəsi olan Qəşəm uşaqlıq və yeniyet-

məliyində  evlərində  saz  çalındığını,  məclislər  aparıldığını  gö-

rüb.  Quzey  Azərbaycanın  aşıqları  da  bu  qərib  gəncə  qayğı  və 

məhəbbətlə  yanaşır,  onu  özləri  ilə  birlikdə  toylara,  məclislərə 

aparırlar.  Beləcə  Qəşəm  burada  bir  aşıq  kimi  püxtələşir.  Tif-

lisdə Aşıq Sadıq, Şəmkirdə Aşıq Teymur və başqaları ilə birlik 

məclislərdə qarşılıqlı şəkildə eyni rədifdə şeirlər demişlər. 

Gəncə-Tiflis bölgəsində daha yaxşı tanınan Aşıq Qəşəmi 

1938-ci  ildə  yüzlərlə  soydaşı  ilə  birlikdə  SSRİ  dən  İrana 

deportasiya edilər. Sovetlər Birliyi “dünya inqilabi” xülyası ilə 

minlərlə insanı malından, mülkündən, bir çoxunu isə ailəsindən 

məhrum edib İrana qovdu. Sovet rəhbərliyi belə düşünürdü ki, 

inqilabi  təcrübə  qazanmış  fəhlə  və  kəndlilər  şah  rejiminə  döz-

məyib  orada  inqilab  edəcəklər.  SSRİ  də  onlara  bu  işdə  yar-

dımçı  olacaq.  Lakin  bu  strategiya  özünü  doğrultmadı.  Kütləvi 

həbsləri,  xüsusi  mülkiyyətin  ləğv  edilməsini,  islam  dininin 

qadağan edilməsini, qadınların başından çadranın, kişilərin ba-

şından papağın zorla götürüldüyünü, söz və vicdan azadlığının 

qadağa  edildiyini,  zorakılığı  görmüş  insanlar  vətənə  inqilabi 

əhval-ruhiyyə ilə deyil bir narazılıqla döndülər.  

Bütün  narazılıqlara,  şah  məmurlarının  hədə-qorxusuna 

baxmayaraq Aşıq Qəşəm Sovet Azərbaycanında aşıq sənətinə, 

maarif və mədəniyyətə göstərilən qayğıdan məclislərdə söhbət 

açmaya  bilmirdi.  O,  ana  dilində  ali  orta,  texniki  peşə  məktəb-

lərin  olduğunu,  türk  dilində  qəzet-jurnallar,  kitablar  çap  edil-

diyini,  radio  verilişlərini,  aşıqlar  üçün  festivallar  təşkil  edil-

diyini  söyləyir.  İranın  mühafizəkar  məmurları  isə  bunu  Sovet 

təbliğatı kimi dəyərləndirərək aşığı təqib edirlər. Yəhya Şeyda 

Aşıq Qəşəmin həbs edilərək doqquz ay zindanda saxlandıqdan 

sonra azad edildiyini yazır. 

 



 

 

 



 

97 


3. Milli Hökumətin təbliğində Aşıq Qəşəmin rolu  

 

Pəhləvi  sülaləsinin  hakimiyyətə  gəldiyi  gündən  etibarən 



Azərbaycan  xalqı  bir  çox  töhmətlərə,  böhtanlara,  təhqirlərə 

məruz  qalmışdır.  Bu  üzdən  xalqımız  öz  taleyini  öz  əli  ilə  həll 

etməyə  qərar  verir,  şübhəsiz  ki  elinə,  dilinə  torpağına  bağlı 

olan Aşıq Qəşəmdə bu məsələyə laqeyd qala bilməzdir.  

Sovet hökuməti 1941-ci ilin avqustunda güneydən Alman 

təhlükəsi gözlənildiyini bəhanə gətirərək İranı işğal edir. Orada 

möhkəmlənmək və xalqın nüfuzunu qazanmaq üçün ana dilin-

də  təhsilə,  qəzet  və  jurnal  nəşrinə  diqqəti  artırır.  Bunlar  Aşıq 

Qəşəmin  də  ürəyindən  olduğuna  görə  o  yalnız  Güney  maha-

lında  deyil,  ətraf  bölgələrdə  də  Azərbaycan  Demokrat  Firqə-

sinin təmənnasız təbliğatçısına çevrildi. 

 

Mahalım Güneydir, şəhərim Təbriz



Qafil oldum, canım Araza düşdüm. 

 

Deyərək  yerini-yurdunu  nişan  verən  aşıq  Milli  Hökumə-



tin  Rusiya  tərəfindən  yaradıldığına  etirazını  bildirərək  bu  hö-

kumətin xalqın istəyi ilə yarandığın söyləyir. 

Bir sənətkar kimi dünyagörüşü Quzey Azərbaycanda for-

malaşan  Aşıq  Qəşəm  get-gedə  bir  məktəbə  çevrilir.  Güney 

Azərbaycan  aşıq  sənətinin  inkişafında  böyük  rol  oynayır.  O, 

sərhədlərin  bağlı  dönəmdə,  əlaqələrin  kəsildiyi  bir  çağda  çağ-

da,  texnologiyanın,  kompüterin  inkişaf  etmədiyi  bir  vaxtda 

qazandığı həyat təcrübəsini öz sənəti ilə xalqına qaytarır. 

Onun səyi və təşəbbüsü ilə Pəhləvi rejiminin türklərə ana 

dilində  qadağan  etdiyi  bir  vaxtda  nəinki  özü  türkcə  məclislər 

aparır,  şeirlər  qoşur,  dilimizi  zənginləşdirir,  həm  də  gənc 

aşıqlar yetişdirirdi.  




 

 

 



 

98 


Aşıq  Qəşəmin  nə  qədər  ustad  sənətkar  olduğunu  onun 

Aşıq Hüseyn Cavanla, Aşıq Həsən İsgəndəri ilə, Aşıq Əbdüləli 

Nuri ilə, Aşıq Yədulla ilə, Aşıq Zülfüqar Kəmali və Aşıq Əziz 

Şəhbazi ilə deyişmələrində aydın görmək olur. 

Məclislərdə  “Koroğlu”,  “Qaçaq  Kərəm”  dastanlarını  da-

nışmağa daha çox üstünlük verən Aşıq Qəşəm həm də “Abbas-

Gülgəz”, “Əsli-Kərəm”, “Leyli –Məcnun” və b. neçə-neçə lirik 

ovqatlı  məhəbbət  dastanlarını  da  bilirmiş.  Onun  ifasında    o 

tayda  “Şahsevəni”,  “Şikəstə  Sulduz”,  “Yorqun  Kərəmi”, 

“Əhməd  Kərəmi”,  “Heydəri”,  “Ağaxanlı”,  “Cəfəri”,  “Səttari”, 

“Ağabəyli”,  “Hicrani”,  “Divani”,  “Zeynalbəyli”,  “Qərəbağı”, 

“Zilqurbani”,  “Zil  Səttari”,  “Sona  Səttari”,  “Səlyani”,  “Qərə-

daği”, “Alaçığ” və başqa saz havaları olduqca şirin və qəlbox-

şayan səslənirmiş.  

 

4. Milli hökumətin məğlubiyyətindən sonra  

 

Əbdüləli Məcazi Əslən yazır ki, Milli Hökuməti Məhəm-



mədrza Pəhləvinin qoşunları dağıdandan sonra  Kündürlü Aşıq 

Qəşəm,  Sisli  Kərbəlayı  Allahverdi  və  Şincanlı  Məşədi  Qüdrət 

Azərbaycan Demokrat Partiyasının üzvü olduqlarına görə təqib 

edildilər.  Məşədi  Qüdrəti  çox  incitmədilər,  bir  neçə  dəfə 

Məkkəyə gedib gələndən sonra ondan əl çəkdilər. 

Aşıq  Qəşəm  isə  şah  hökumətinə  baş  əymədiyinə  görə 

qaçaq  dolanmaq  məcburiyyətində  qaldı.  Əvvəlcə  dostlarının 

evində  gizləndi.  Elə  ki,  şah  məmurlarının  tökülüb  evlərdə  də 

siyasi  adamları  axtarma  xəbərini  eşitdi,  “bir  adama  ziyanım 

dəyməsin” deyə Mişov dağlarında gizlənməyi qərara aldı. 

Mişov dağlarında, Qaradağ mahalında gizlin yaşayan aşıq 

bir  çoxları  kimi  səbirsizliklə  fədai  dəstələrinin  Araz  keçərək 

vətəni şah rejimindən xilas edəcəklərini gözləyir. 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə