Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə27/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   23   24   25   26   27   28   29   30   ...   116

 

 

 



 

89 


Aqşin AĞKƏMƏRLİ 

İran 

araşdırıcı  

aqshinaz@yahoo.com

 

  

ŞƏBÜSTƏRLİ AŞIQ QƏŞƏM CƏFƏRİ 

  

Özət:  Azərbaycanın  güneyində  yerləşən  Şəbüstər  ziyalı-

ları, din xadimləri, filosofları, elm adamları, şairləri və aşıqları 

ilə məşhurdur. Onlardan biri də 1902-ci ildə Kündür kəndində 

doğulmuş  Aşıq  Qəşəm  Məhəmmədəli  oğlu  Cəfəridir.  Onun 

soyunun Tikmədaşlı Xəstə Qasıma bağlı olduğunu söyləyirlər. 

Atası,  babası,  ulu  babaları  da  aşıq  olan  Qəşəm  ustad  yanında 

şəyirdlik etməyib. 11 yaşında atasını, 12 yaşında anasını itirdi-

yindən çox çətin günlər yaşayıb. Ağır həyat şəraiti ucbatından 

o  zamanlar  neft  sənayesi,  gəmiçiliyi,  mədənləri,  dəmiryolu  və 

b. iş sahələri olan, insanlara xoş güzaran, var-dölət qazanacağı 

ümidi oyadan Quzey Azərbaycana gəlir. 

Burda o, fəhləlik etməklə yanaşı aşıqlarla görüşür, onlarla 

birlikdə məclislər aparır.  

Sovet hökumətinin yeritdiyi yanlış siyasətin qurbanı kimi 

minlərlə  soydaşı  ilə  birlikdə  ölkədən  çıxarılır.  Doğulub  boya- 

başa çatdığı kəndə dönən aşıq burda əkin-biçinlə məşğul olur, 

həmçinin  aşıqlıq  da  edir.  Güney  Azərbaycanda  Milli  Höku-

mətin  qurulmasını  canı  dildən  dəstəkəyən  aşıq,  vətəni  1946-cı 

ildə şah qoşunları tərəfindən qan içində boğulanda bir  müddət 

qaçıb  Mişov  dağlarında  gizlənməli  olur.  Aşıq  Qəşəm  xalq 

arasında  milli  ruhlu,  vətənpərvər  biri  olaraq  tanınmışdır.  Belə 

ki, şah rejimi zamanı ölkədə fars dilindən başqa bir dildə danış-

maq  qadağan  olunduğu  bir  zamanda  Aşıq  Qəşəm  toylarda, 




 

 

 



 

90 


məclislərdə  türkcə  oxumaqla  ana  dilinin  yaşamasına  böyük 

xidmət göstərmişdir. 

Aşıq  Qəşəm  1990-ci  ildə  doğulduğu  Kündür  kəndində 

dünyasını dəyişib. 



Açar  sözlər:  Aşıq  Qəşəm  Cəfəri,  Tikmədaşlı  Xəstə  Qa-

sım, Şəbüstər, Güney mahalı 

  

Giriş 

Mişov dağ silsiləsi Araz çayı ilə Urmiya gölünün arasın-

da  yerləşir.  Saf  və  şirin  suları,  məhsuldar  torpaqları  bu  yerləri 

ta  qədimdən  insanların  yaşayış  məskəninə  çevirmişdi.  Dağ 

zirvələrinin  bir  çoxu  ayrı-ayrı  inanclıların  ziyarətgahıdır.  Gü-

nümüzdə də hər il onlarla insan bu zirvələrə ziyarətə gəlirlər. 

Araşdırıcıların  fikrincə  qədim  türk  tayfalarından  bulqar-

ların bir qolu olan mişerlərin adını daşıyan bu dağ silsiləsində 

tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirə biləcək onlarla 

abidə  var  ki,  hələ  də  öyrənilməyib.  Bölgənin  tarixi  normal 

öyrənilmədiyi kimi, folkloru da günümüzədək toplanıb ümum-

xalq mədəniyyətinə çevrilməyib.  

Güneyi Urmiya gölünə dayanan, Quzey sərhədləri Mişov 

dağlarının  zirvəsi  olan,  Mişov  dağlarının  Güney  Doğusundan 

Batıya  doğru  110  kilometrə  yaxın  uzanan,  eni  isə  30-35  kilo-

metrlik  zolaq  orta  yüzilliklərdən  Güney  mahalı  adlandırılmış-

dır. Müxtəlif illərdə bölgə Əvənq–Ənzab, Şəbüstər adlandırılsa 

da, İran İslam Respublikasında inzibati vahidlər rəsmi qaynaq-

larda ostan,  bəxş kimi  yazılsa da, xalq  arasında hələ də  mahal 

ifadəsi  geniş  işlədilir.  Mərkəzi  Şəbüstər  şəhəri  olan  bölgə  85 

kənd, 12 qəsəbə və şəhər var.  

 Güney  mahalı  Şeyx  Mahmud  Şəbüstəri,  Şeyx  Məhəm-

məd Xiyabani, Mirzə Fətəli Axundzadə, Mirzə Əli Möcüz Şə-



 

 

 



 

91 


büstəri, Vayqanlı Adəm, Məhəmmədtağı Zehtabi, Aşıq Qəşəm 

və b. elm, ədəbiyyat, mədəniyyət xadimlərinin məkanıdır. 

Bugünkü  məruzəmizdə  Güney  mahalının  sevimli  oğlu, 

ana dilimizin qorunması və cilalanmasında böyük xidməti olan 

Aşıq Qəşəmdən söz açacağıq.  

 

1. Aşıq Qəşəmin nəsli  

 

Aşıq  Qəşəmin  nəsli  haqqında  xalq  arasında  rəvayətlər 



dolaşsa da yazılı qaynaqlarda elə bir ciddi sənədə rast gəlinmir. 

Bölgədə  onların  nəslinə  “Aşıq  uşaqları”  deyilir.  Bu  deyimin 

yaranmasına da səbəbi Aşıq Qəşəmin ata-babasının aşıq olması 

göstərilir. 

Qəşəmin  atasının  adı  Məmmədəli  soyadı  isə  Cəfəridir. 

1902-ci ildə Kündür kəndində yoxsul bir ailədə dünyaya gəlib. 

Baxmayaraq ki, onun atası Məhəmmədəli kənddə əkinçilik və 

heyvandarlıqla  məşğul  olmaqla  yanaşı  qışda  da  toylara  gedər, 

məclislər aparar, yaxın Təbriz, Urmiya, Salmas, Şəbüstər və b. 

şəhərlərin  qəhvəxanalarında  çalıb  oxuyarmış.  O,  dövrdə  kasıb 

yaşayan  yalnız  Aşıq  Qəşəmin  ailəsi  deyildi.  Tarixən  var-

dövləti  ilə  hamının  diqqətini  cəlb  edən  ölkə  səfalət  yuvasına 

çevrilmişdi.  19-cu  yüzildə  işğalçı  Rusiyaya  torpaqlarının  bir 

hissəsini  və  20  min  kron  qızıl  savaş  təzminatı  ödəməli  olan 

Qacarlar səltənəti iqtisadi cəhətdən dirçələ bilmirdi. 

Bir tərəfdən Avropanın inkişaf etmiş dövlətləri və Rusiya 

buraya  ucuz  xammal  bazası  kimi  baxır,  iqtisadiyyatının  inki-

şafına imkan vermir, o biri tərəfdən də yerli mühafizəkarlar hər 

cür  islahatı  əngəlləyirdilər.  Aşıq  Qəşəmin  uşaqlıq  və  yeniyet-

məliyində  tarixə  Məşrutə  hərəkatı  kimi  daxil  olan  Konstitu-

siyalı  Monarxiya  tərəfdarlarının  mübarizəsi  və  Şeyx  Məhəm-

məd  Xiyabaninin  rəhbərlik  etdiyi  Azadıstan  dövlətinin  qurul-




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə