Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə35/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   31   32   33   34   35   36   37   38   ...   116

 

 

 



 

118 


Aynurə SƏFƏROVA 

   

 

 

 

AMEA Folklor İnstitutu 

Dissertant 

aynurasafarova@rambler.ru 

 

NEFTÇALA – SALYAN AŞIQ MÜHİTİ: TARİXİ 

VƏ NÜMAYƏNDƏLƏRİ 

 

Özət:  Məqalədə  Neftçala  və  Salyan  ərazisində  yaşayıb-

yaratmış  aşıqlar  haqqında  ətraflı  bilgi  verilir.  Göstərilir  ki, 

XVIII  yüzillikdə  həmin  ərazidə  yaşamış  aşıq  Vəlican  buranın 

ən  qədim  aşığı  hesab  edilir.  Onun  bədii  irsindən  bizim  dövrə 

gəlib çatan “Gizlənir” adlı şeiri 1935-ci ildə Salman Mümtazın 

nəşr etdirdiyi “El şairləri” kitabında çap olunmuşdur. Bölgədən 

sənətkarın həyatı ilə bağlı rəvayətlərin də qeydə alınması aşığın 

sözügedən  ərazidə  yaşaması  faktını  təsdiqləyir.  Bundan  başqa 

XX əsrdə Salyanda yaşayıb-yaradan aşıqlar haqqında məlumat 

verilir.  Şirvan  aşıq  mühitinin  görkəmli  nümayəndələri  hesab 

edilən Aşıq Qurbanxan Sadıqov, Aşıq Bəylər Qədirov və Aşıq 

Pənah Pənahov bölgənin o zamankı bütün el şənliklərini idarə 

etməklə  yanaşı,  həm  də  zamanın  tələbinə  uyğun  olaraq 

ərazidəki  ictimai  yerlərdə,  tədbirlərdə,  Məhsul  bayramlarında 

yaxından iştirak etmişlər. 

Hazırda bölgədə aşıqlıq ənənəsinin zəiflədiyini müşahidə 

edirik. Məqalədə  müasir aşıqlardan İxtiyar Qədirov, Həsənağa 

Sadıqov,  Əhmədağa  Sadıqov  və  digərləri  haqqında  məlumat 

verilir.  

Açar sözlər: Neftçala-Salyan aşıqları, Şirvan aşıq mühiti, 

Aşıq Qurbanxan, Aşıq Bəylər, Aşıq Pənah 

 



 

 

 



 

119 


Neftçala və Salyan regionunun folklor mühitini araşdırar-

kən bu ərazinin aşıqları ilə bağlı mövzuya toxunmamaq müm-

kün  deyil.  Məlumdur  ki,  sözügedən  ərazidə  yaşayıb-yaradan 

aşıqlar  Şirvan  aşıq  mühitinin  nümayəndələridir.  Professor 

M.Qasımlı  “Şirvan  aşıq  mühitini  Azərbaycan  aşıq  sənətinin 

bölgə keyfiyyətlərinə görə ən çox seçilən mühit”(8, 202) oldu-

ğunu  göstərmişdir.  Müəllif  Salyan,  Sabirabad,  Biləsuvar  və 

başqa  bu  kimi  ərazilərdəki  aşıq  sənətinin  ifaçılıq  baxımından 

Şirvan  aşıq  mühitinə  daxil  olduğunu  qeyd  etmiş,  “bir  çox 

hallarda  Şirvan  aşıq  mühitindəki  sənət  həyatının  qaynarlığını 

Salyan  aşıqlarının  ifaçılıq  və  sənətkarlıq  məharətinin  təmin 

etdiyini”(8, 206) xüsusi vurğulamışdır.      

Bölgənin  aşıqları  haqqında  söz  açarkən  əvvəlcə  XVIII 

yüzillikdə  yaşayıb-yaratmış  aşıq  Vəlicandan  başlamaq  lazım-

dır. Bəlkə, ondan daha əvvəlki dövrlərdə də bu ərazidə aşıqlar 

yaşayıb-yaratmışlar.  Ancaq  istinad  etdiyimiz  mənbələrə  və 

söyləyicilərdən əldə olunan məlumatlara görə, bölgənin aşıqları 

arasında  ən  qocamanı  Salyanlı  Vəlicandır.  Filoloq  alim  Azər 

Turan bölgə haqqında yazdığı “Darülmöminin” kitabında Aşıq 

Vəlican  haqqında  məlumat  vermiş,  onun  Salyan  bölgəsinin 

aşığı olduğunu, hətta qəbrinin də həmin ərazidə olduğunu fakt-

larla  əsaslandırmışdır.  “Deyilənə  görə,  məzarı  Bayatla  Qara-

manlı  kəndləri  arasındakı  köhnə  qəbristandaymış”  (1,  142). 

Salyanlı  Vəlicanın  bədii  irsindən  bizə  gəlib  çatan  “Gizlənir” 

adlı  yeganə  şeiri  ilk  dəfə  Salman  Mümtazın  1935-ci  ildə  nəşr 

etdirdiyi “El şairləri” kitabında çap olunmuşdur. 

 

   


Səbzələr söynəşir bahar çaqında, 

   


Mehlər əsişəndə bağda gizlənir, 

   


Bülbül arzu çəkər gül həsrətinə

   


Çi fayda yanında zağda gizlənir. 


 

 

 



 

120 


   

Bu dünyaya gələn eylərdi həvəs

   

Bu sevda səndədir ya fəryadi rəs



   

Gəldi naqə xəbər gətirdi çərəs

   

Dedi: gördüm, Məcnun dağda gizlənir. 



 

   


Cümlə aləm gedər, iymandır yoldaş,  

   


Nə ata, nə ana, nə qohum-qardaş

   


Kəfən yaş, qəbir yaş, vay başıma daş, 

   


“Vəli”, cismin bu torpaqda gizlənir (6, 303).  

 

Aşıq Vəlicanla bağlı bu ərazidə rəvayətlər də yayılmışdır. 



Filologiya  üzrə  fəlsəfə  doktoru  Azər  Turanın  yazdığına  görə, 

Salyanlı Vəlican onun ulu babasıdır. A.Turan “Darülmöminin” 

kitabında Vəlicanın Bayat elindən olması, haqq aşığı olması və 

s.-lə  bağlı  öz  böyüklərindən  eşitdiklərini  qələmə  almışdır  (1, 

142). Qeyd edək ki, Ballıcallı kəndinin qocaman sakinlərindən 

olan şair Soltan Abbasın dediyinə görə, Salyanlı Vəlican onun 

da ulu babasıdır. Rəvayətə görə, Arazın o tayından bu yerlərə 

gəlib  çıxan  Vəlican  burada  yerli  bəylərdən  birinin  bacısını  – 

Gövhərtac  adlı  bir  qızı  sevir.  Qardaşı  Gövhərtacı  zorla  başqa 

birisinə  ərə  vermək  istəyəndə  qız  özünü  çaya  ataraq  intihar 

edir.  Sevgilisinə  qovuşa  bilməyən  Vəlican  buralarda  qalmış, 

aşıqlıq  etməyə  davam  etmişdir.  Bu  ərazidəki  Vəlicanlı  kən-

dinin  əsasını  da  onun  qoyduğu  söylənilir.  İndi  həmin  kəndin 

adı Ballıcallı kimi sənədləşdirilmişdir (7, 166).  

XX  yüzillikdə bölgədə, eləcə də respublika səviyyəsində 

tanınan  Aşıq  Qurbanxan  Sadıqov,  Aşıq  Bəylər  Qədirov,  Aşıq 

Pənah Pənahov Şirvan aşıq mühitinin ən layiqli nümayəndələri 

olmuşlar.  Onlar  Respublika  Aşıqlarının  müxtəlif  illərdə  keçi-

rilən  qurultaylarında  iştirak  etmişlər.  Hər  üç  aşığın  sənətkar 

kimi formalaşmasında ərazinin toyları, el şənlikləri mühüm rol 




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə