Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə37/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   33   34   35   36   37   38   39   40   ...   116

 

 

 



 

124 


lərində  aşıqlıq  etməyə  başlamış,  zamanının  ən  məşhur  aşıq-

larından  biri  kimi  tanınmışdır.  “Aşıq  Bəylər  Qədirov  aşıq 

sənətini dərindən bilən, onu yüksək məhəbbətlə tərənnüm edən, 

ustad  aşıqlardan  öyrəndiklərini  daha  da  zənginləşdirən,  aşıq 

havalarını  ustalıqla  ifa  edən  sənətkar  idi”(3,  10).  Aşığın  oğlu 

İxtiyar Qədirovun verdiyi məlumata görə, aşıq Salyanla yanaşı, 

Şamaxıda,  Bakı kəndlərində, Lerikdə, Quba –  Xaçmaz rayon-

larında  və  digər  ərazilərin  toy  məclislərində  aşıqlıq  etmişdir. 

Atası  ilə  bağlı  xatirələr  haqqında  soruşduqda  İxtiyar  Qədirov 

1972-ci  ildə  Kürsəngi  kəndində  Aşıq  Şakir  Hacıyevlə  Aşıq 

Bəylərin birgə toy idarə etməsini, həmin toyda bu iki sənətka-

rın  gözəl  sənət  nümayiş  etdirmələrini  xatırladı.  Aşığın  reper-

tuarına  gəlincə,  deyilənlərə  görə,  ustad  aşıq  “Şikəstə”lərin 

mahir ifaçısı olub, hansısa şikəstəyə hətta “Bəylər şikəstəsi” də 

deyirmişlər. Aşıq Bəylər “Kərəmi”ni, “Osmanlı”nı, “Peşro”nu, 

“Gəraylı”nı və digər aşıq musiqilərini mahir ifa etmişdir. O za-

man  toylara  balabançı  Mənəflə,  Rəşidlə,  Alməmmədlə,  Əlyar 

Zahidovla birgə getmişdir. “Aşığın uzun illər xanəndəsi Əzizov 

Əhməd  olub”(9,  358).  Aşıq  Respublika  aşıqlarının  II  və  III 

qurultaylarında iştirak etmişdir. Şeirləri və qoşmaları  müxtəlif 

dərgilərdə  nəşr  olunmuşdur.  Aşığın  “Salyanın”,  “Səhərlər”, 

“Gözlərin”,  “Bu  yerdə”,  “Oynayır”,  “Gözləmə”  və  digər  şeir-

ləri bu gün də sevilərək oxunur.  

 

  Yuxudan durursan söküləndə dan



  Öpür yanağını günəş uzaqdan,  

  Bəylər istəyir ki, qəlbi hər zaman 

  Yolunda gün kimi yana səhərlər (12, 37). 

 

Aşıq “Salyanın” adlı şeirində doğma torpağı vəsf etməklə 



yanaşı, həm də ustadı Aşıq Abbasın adını çəkərək bir daha ona 

olan ehtiramını bildirmişdir. 




 

 

 



 

125 


  Dağlarının başı çiskinli, duman, 

  Bir yanım Arazdı, bir yanım Muğan,  

  Ey ustam Abbasın vətəni Şirvan

  Gör nə gözəl ziynəti var Salyanın (12, 36). 

 

Aşıq Bəylərin özünün də yetirmələri olmuşdur. Folklorçu 



Q.Sayılovun  yazdığına  görə,  “qiymətli  ustadnamələr,  gözəllə-

mələr,  dastanlar  müəllifi  və  ifaçısı  Aşıq  Bəylər  Rza  Məmmə-

dovun,  Mirzəlinin,  Ağababa  Bədəlovun  və  başqa  aşıqların 

ustadı olmuşdur” (12, 35). 

Aşıq Bəylər 1991-ci ildə dünyasını dəyişmişdir. Atasının 

yolunu davam etdirən mahir saz ifaçısı İxtiyar Qədirov bu gün 

həm  də  gitarada  mükəmməl  ifa  edir.  El  şənliklərində,  dövlət 

tədbirlərində fəal iştirak edir. 

  XX əsr Şirvan aşıq mühitində xüsusi istedadı ilə seçilən 

sənətkarlardan  biri  Aşıq  Pənahdır.  O,  həm  sənətdə,  həm  də 

həyatda  bir  insan  kimi  əvəzsiz  şəxsiyyət  idi.  Haqlı  olaraq  onu 

tanıyan  və  bilən  müasirləri  “Aşıq  Pənahı  sələf-xələf  müna-

sibətlərini ehtiramla gözləyən saz və söz xiridarı” adlandırır (4, 

5), onu klassiklərə borclu kimi yaşayıb-yaradan ustad sənətkar 

kimi  dəyərləndirir.  Filologiya  üzrə  elmlər  doktoru  İ.Əbilovun 

dediyi  kimi,  “Aşıq  Pənah  idarə  etdiyi  məclislərə  adi  şənlik 

yığıncağı kimi yox, ədəb-ərkan məktəbi kimi baxırdı. Şübhəsiz 

ki, onun böyük uğurla yetkinlikdən kamillik mərtəbəsinə yük-

səlməsinin  başlıca  səbəbi  də  həmin  sənətkar  qənaəti  ilə  bağlı 

idi. Axı hər  məclisi  ədəb-ərkan məktəbinə çevirmək hər aşığa 

qismət  olmur.  Aşıq  Pənahın  qismətinə  belə  bir  sənət  müjdəsi 

düşdü. Bu da səbəbsiz deyil. Çünki o, sənət dünyamızdan, el-

obanın  adət-ənənələrindən  bəhrələnə-bəhrələnə  yaşın  müdrik-

lik məqamını vaxtından çox-çox əvvəl fəth eləmişdi”(4, 4). 




 

 

 



 

126 


Aşığın idarə etdiyi el şənliklərində, toy  məclislərində iş-

tirak  edən  insanlarla  görüşdük.  Hamı  onun  ənənəyə  bağlı, 

ədəb-ərkan bilən, saza-sözə dəyər verməyi bacaran el sənətkarı 

olduğunu vurğuladı. Görünür, aşığı xalqa, sıravi insanlara sev-

dirən ən mühüm cəhətləri elə bunlar olmuşdur. Aşığı tanıyanlar 

onun  haqqında  o  qədər  yüksək  fikirlər  söyləyirlər  ki,  götür-

düyümüz  bəzi  qeydləri  burada  verməyin  gərəkli  olduğunu 

düşünürük.  Deyilənlərə  və  zamanında  çəkdirdiyi  şəkillərdən 

gördüyümüzə  görə,  o,  iricüssəli,  hündür  boylu,  yaraşıqlı,  xoş 

simalı  olmuşdur.  Böyüklə  böyük,  kiçiklə  kiçik  kimi  rəftar 

etmiş, səxavətli, əliaçıq olmuşdur. Təkcə yaxın qohum-əqrəba-

nın  deyil,  hətta  tanımadığı,  bilmədiyi,  üzünü  birinci  dəfə 

gördüyü birinə də yaxşılıq etməyi bacaran, kimsəsizə, kasıba əl 

tutan  insan  kimi  tanınmışdır.  İdarə  etdiyi  ucqar  kənd  toyla-

rından birində Aşıq Pənah görür ki, ev sahibi çox kasıbdır. Bu-

na görə aşıq toyu idarə etdiyi üçün ona verilən zəhmət haqqını 

götürmür, özü ev sahibinə kömək məqsədilə toy siyahısına pul 

yazdırır. Digər fakta görə, aşıq yanına gəlib dərs almaq istəyən 

neçə şagirdi öz evində təmənnasız saxlayıb. Aşığın oğlu Taleh 

Pənahovdan əldə etdiyimiz məlumata görə,  ustad aşıqdan dərs 

alan  astaralı  Aşıq  Elxan  illərlə  onların  ailə  üzvlərindən  biri 

kimi eyni damın altında yaşamışdır, ustad onu öz övladlarından 

ayırmamış, geyim-kecim alanda onun da bütün tələbatını ödə-

miş,  heç  nədən  korluq  çəkməyə  qoymamışdır.  Bankə  qəsə-

bəsində yaşayan Aşıq Əvəz də ustadını xoş xatirələrlə yad edir, 

onun  öz  şagirdlərinə  göstərdiyi  diqqət  və  qayğını,  maddi  və 

mənəvi  dəstəyi,  həmişə  onlara  arxa-dayaq  olmasını  indi  də 

xatırlayır.  Aşıq  Əvəzin  dediyinə  görə,  ustadı  Aşıq  Pənah 

şagirdlərini  özu  ilə  toylara  da  aparar,  gündüz  vaxtı  dastanlar 

söyləməyi,  toyu  idarə  etməyi  onlara  həvalə  edərmiş.  Aşıq 




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə