Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə38/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   34   35   36   37   38   39   40   41   ...   116

 

 

 



 

127 


Pənah  axşam  düşəndə  mağara  girər,  onun  gəlişi  ilə  toyxanaya 

bir canlılıq, yeni bir əhval-ruhiyyə gələrmiş.    

Aşığın hansı ustaddan dərs aldığını soruşduqda övladları 

onun daxili istedadı sayəsində aşıqlıq etdiyini, heç bir ustaddan 

dərs  almadığını  dedilər.  Pənah  özü  sağlığında  Aşıq  Ələsgəri 

özünün mənəvi ustadı saydığını, “ustadım Ələsgər, atam Ələs-

gər,  oğlum  Ələsgər”  kimi  ifadələrə  işlətdiyini  də  xatırladılar. 

Lakin folklorşünas Q.Sayılov “Şirvan aşıqları” kitabında Pəna-

hın Aşıq Qurbanxandan dərs aldığını qeyd etmişdir(12).  

Aşıq  Pənah  da  digər  Şirvan  aşıqları  kimi  toylarda  saz-

balaban-nağara-qoşa  nağara  müştərəkliyi  ilə  çalıb-oxumuşdur. 

Balabanda Rəşid, Mənəf; qara zurnada Alməmməd kişi; qaval-

da Tapdıq; qoşa nağarada Əvəz aşığı müşayət etmişlər. Aşığın 

qızı  Aynurə  Pənahqızının  verdiyi  məlumata  görə,  Pənah  toy-

xanaya  əlində  saz  girəndə  məclis  əhli  ustada  hörmət  əlaməti 

olaraq  ayağa  qalxardı.  Pənahın  yerişində  də,  nitqində  də  bir 

ahəng vardı. Saatlarla, dayanmadan, səlis, axıcı nitqi ilə tamaşa 

edənləri valeh edərmiş.  Dəfələrlə toyxanada bədahətən  şeirlər, 

qoşmalar  söylədiyinə  şahid  olanlar  vardır.  Şagirdlərini  toylara 

aparmaqda  məqsədi  həm  onlara  maddi  tərəfdən  dəstək  olmaq 

idi, yəni şagird olsa da, çalıb-oxuyurdu, haqqını alırdı, həm də 

məclisin  ədəb-ərkan  qaydalarını  öyrədirdi.  Söyləyicilərin  ver-

diyi  məlumata  görə,  Aşıq  Pənahın  toylarda  Qulu  Xəlilov, 

Rübabə  Muradova  kimi  korifey  sənətkarlarla  bir  yerdə  məclis 

apardığı  məqamlar  da  olmuşdur.  Gözəl  səsə,  bənzərsiz  ifa 

mədəniyyətinə  malik  olan  aşığın  Yetim  Segah  üstündə,  bəzən 

Zabul üstündə də muğam oxumasını görənlər olmuşdur. Bunun 

da  müəyyən  səbəbləri  olmuşdur.  İ.Əbilov  “Mizrab  teldən 

ayrılsa da...” məqaləsində Aşıq Pənahın 18-20 yaşlarında ikən 

Salyan  dövlət  dram  teatrında  fəaliyyət  göstərməsindən,  Məc-

nun, Kərəm, Qərib, Sərvər, Əsgər rollarını məharətlə ifa etmə-



 

 

 



 

128 


sindən danışmışdır (4, 4). Toylarda söylədiyi dastanlara gəlincə 

“Qurbani”,  “Abbas  və  Gülgəz”,  “Koroğlunun  Bağdad  səfəri” 

və digər dastanlar aşığın repertuarında geniş yer tutmuşdur. “O, 

dastandan  fraqment  söyləyib,  başqa  mövzuya  keçməzdi,  bir 

dastanı  söyləməyə  başladımı,  onu  axıradək,  son  təfərrüatına 

qədər  danışmamış  təskin  olmazdı.  Məhz  belə  məqamda  tama-

şaçı-dinləyici  sənətin  sinkretik  vəhdətindən  feyziyab  olardı  – 

şirin  səsli  Pənaha,  püxtə  rəqqas  Pənaha,  tum  giləsi  boyda 

təzənə ilə bir orkestr təsiri oyadan ifaçı Pənaha valeh olardı və 

adama elə gələrdi ki, o, bir neçə aktyorun iştirak etdiyi meydan 

tamaşasına  baxır.  Bəli,  o,  sözdən  və  musiqidən  canlı  mənzərə 

yaratmağı bacarırdı”(4, 6). 

Aşıq  Pənahın  övladlarından  heç  biri  atasının  yolunu  da-

vam  etdirməyib.  Pənah  sağlığında  özü  arzu  edib  ki,  övladla-

rının  hamısı  ali  təhsil  alsın.  Aşıqlıq  etmək,  sənətə  gəlmək 

arzusunda olan kiçik oğlu Taleh Pənahovun bu məsələ ilə bağlı 

danışdığı xatirələr maraqlıdır. Onun dediyinə görə, o zamanlar 

Salyan rayon pionerlər evi bir tədbir üçün V sinif şagirdi olan 

Talehin ifasında ustadın “Yenə tovuz kimisən, nə gözəl bəzən-

misən” mahnısını hazırlayıb. Aşıq Pənahdan xəbərsiz məşqlərə 

qatılan balaca Taleh həmin havanı həm sazda ifa etməyi, həm 

də  gözəl  oxumağı  öyrənir.  Məktəbli  yaşıdlarından  bir  qız  da 

həmin  musiqiyə  uyğun  rəqs  hazırlayır.  İfa  zamanı  Taleh  rəqs 

edən  qızın  arxasınca  gəzişərək  “Yenə  tovuz  kimisən,  nə  gözəl 

bəzənmisən”  mahnısını  ifa  edir.  Tədbirdə  iştirak  edən  Aşıq 

Pənah  evə  gələndən  sonra  balaca  oğlunu  danlayır,  icazəsiz  və 

xəbərsiz  saz çalmağı, ifa etməyi ona qadağan edir. Ustad  saza 

da, sənətə də çox ciddi yanaşırdı, buna görə ifa edilən mahnı ilə 

yanaşı, ifaçının hərəkətlərinə qarşı da tələbkar idi. Belə ki, rəqs 

eləyən  qızın  arxasınca  gəzişərək  saz  çalmağı,  ifa  etməyi  heç 

bəyənməmişdi.  Eyni  zamanda  ustad  sənətkar  aşıqlıq  sənətinin 



 

 

 



 

129 


ağır olduğunu, böyük zəhmət hesabına başa gəldiyini bildiyin-

dən övladlarının onun yolunu davam etdirməsini istəməmişdir.         

Aşıq Pənahın yaradıcılığını izləyərkən onun ustad sənət-

kar Aşıq Şəmşirə xitabən qələmə aldığı “Çal, oxu” adlı şeiri də 

diqqətimizi çəkir. 

 

  Qoca Şəmşir, al sazını döşünə, 



  Kəlbəcərdən səsin gəlsin – çal, oxu! 

  Səmtini sal bulaqların başına, 

  Gəncliyini bir yadına sal, oxu! (2) 

 

Şeirin sonunda  



 

“Mən əzəldən uca tutdum xətrini

Çox duymuşam sözlərinin ətrini” (2) – 

 

deməklə Pənahın böyük sənətkarla biri-birinə qarşı hörməti və 



xoş  münasibəti  olduğu  anlaşılır.  Həmin  şeirdə  Pənah,  Aşıq 

Şəmşirin S.Vurğunla dostluğuna da işarə etmişdir. 

Aşıq  Pənah  sağlığında  uzun  müddət  Salyan  rayon 

mədəniyyət  mərkəzinin  nəzdindəki  “Kür”  aşıqlar  ansamblına 

rəhbərlik  etmiş,  bu  ərazidə  aşıqlığın  yayılması,  inkişaf  etdiril-

məsi  üçün  əlindən  gələni  əsirgəməmişdir.  Ustad  aşığın  fəa-

liyyəti  dövlətimiz  tərəfindən  zamanında  qiymətləndirilmiş  və 

o, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. 

Ustad  aşığın  yaradıcılığı  hələ  sağlığında  nəşr  olunmuş-

dur.  Onun  “Saz  və  söz”,  “Məhəbbətdən  danışaq”,  “Təzə  söz, 

təzə mahnı”, “”Mənim sazım”, “Sözlərimi saxla yadda” kitab-

ları  çap  olunmuşdur.  Ustadın  qızı  Aynurə  Pənahqızı  2006-cı 

ildə  “Aşıq  Pənah  dastanı”  adlı  kitabını  atasının  həyat  və 

yaradıcılığına həsr etmişdir (10).            




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə