Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə36/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   32   33   34   35   36   37   38   39   ...   116

 

 

 



 

121 


oynamışdır.  Belə ki,  yaşayıb-yaratdıqları illərdə bölgədə keçi-

rilən  bütün  ictimai  tədbirlərdə,  el  şənliklərində  fəal  iştirak 

etmişlər.  

Məlumdur  ki,  Şirvan  aşıq  mühitinin  musiqi  repertuarı 

özünəməxsusluğu ilə digər bölgələrin aşıq ifaçılarından seçilir. 

Professor  M.Qasımlının  dediyi  kimi,  “oxu  və  çalğı  üslubunda 

xanəndə  tərzini  qabarıq  görüntülərlə  əks  etdirdiyinə  görə 

Şirvan mühitinin musiqi repertuarı ənənəvi aşıq repertuarından 

xeyli  dərəcədə  fərqlidir.  Belə  ki,  bu  mühitdə  aşıq  tərzi  ilə 

xanəndə  tərzinin  qovuşuğu  olan  “Pişrov”  havaları  (on  ikiyə 

yaxın belə hava var), “Şikəstə”lər (doqquz şikəstə havası möv-

cuddur),  “Şəşəngi”lər  (sayı  üçdür)  vardır.  Müşahidə  edilir  ki, 

həmin  havalar  sırf  bölgə  səciyyəlidir.  Adı  çəkilən  havaların 

saz-balaban-nağara  və  qoşa  nağara  müştərəkliyi  olmadan  tək 

sazla  –  solo  şəklində  ifasının  mümkün  olmaması  da  havanın 

məhz  aşıq  tərzi  ilə  xanəndə  tərzinin  sintezindən  yarandığını 

göstərir”(8, 202).   

Aşıq tərzi ilə xanəndə tərzinin sintezindən yaranan hava-

ların  gözəl  ifaçılarından  biri  Aşıq  Qurbanxan  olmuşdur.  O, 

1905-ci  ildə  Salyanın  Sərxanbəyli  kəndində  anadan  olmuşdur. 

Aşıq  nəinki  bölgədə,  hətta  bölgədən  kənarda  da  toy  məclis-

lərinin  yaraşığı  kimi  məşhurlaşmışdı.  “Onun  adət-ənənəyə 

sadiq  qalması,  toy  qayda-qanunlarını  yaxşı  bilməsi,  aşıq  sə-

nətində öz işinin ustadı olması daha çox nəzərə çarpırdı...Aşıq 

Qurbanxan  deyərdi  ki,  aşıq  toy  yerində  görünməməlidir. 

Lazımi vaxtda məclisə gəlməli, gələndə də hiss olunmalıdır ki, 

onun  sinəsi  sözlə  doludur...Q.Sadıqov  kənardan  çox  lovğa, 

təkəbbürlü  adam  təsiri  bağışlayırdı.  Ancaq  o,  lovğa  adam  de-

yildi. Qürurlu, yerini, oturuşunu-duruşunu bilən bir sənətkar idi 

(3, 9). 



 

 

 



 

122 


Bölgənin  yaşlı  söyləyicilərindən  Aşıq  Qurbanxan  haq-

qında  soruşanda  onun  haqqında  ağızdolusu  danışmağa  başla-

yırdılar. Neftçalanın Xolqarabucaq kənd sakini Gözəlov Əfsə-

rağanın verdiyi məlumata görə, Aşıq Qurbanxanın idarə etdiyi 

toyda  iştirak  edən  mayor  rütbəli  bir  hərbçi  cibindən  iyirmi 

beşlik çıxarıb  aşığa  vermiş və kaş  mənim  əsgərlərim də  sənin 

kimi belə gözəl və iti addımlara sahib olaydı demişdi. Digər bir 

söyləyici  isə  Qurbanxanın  “Koroğlu”  dastanını  xüsusi  şövqlə 

danışmasını  və  auditoriyanın  onu  böyük  heyranlıqla  dinləmə-

sinin şahidi olduğunu söylədi.     

Aşıq  Qurbanxanın  ustadı  Şirvan  aşıq  məktəbinin  banisi 

Aşıq Bilal olmuşdur. Professor S.Qəniyevin verdiyi məlumata 

görə, “bir dəfə Şirvanın dədə sənətkarı Aşıq Bilal Qurbanxanın 

yaşadığı  Sərxanbəyli  kəndinə  toya  gəlir.  Kənd  sakinlərinin 

xahişi ilə Mirzə Bilal gənc Qurbanxanı dinləyir, səsini, avazını 

bəyənir  və  onu  özünə  şəyird  götürür.  Həmin  vaxtdan  Aşıq 

Bilalın  ansamblında  xanəndə  kimi  bütün  Azərbaycanı  dolaşır 

Qurbanxan”(9,  316).  Folklorşünas  Q.Sayılov  Aşıq  Bilalı 

“Şirvan aşıq məktəbinin mükəmməl bilicisi və onun təşəkkülü 

və  inkişafında  müstəsna  xidmətləri  olduğu  üçün  onu  həm  də 

XX  əsr  Şirvan  aşıqlarının  piri”(12,  20)  adlandırır.  Demək, 

“Şirvan aşıqlarının piri” hesab edilən Mirzə Bilaldan dərs alan 

Qurbanxanın uğurlarının  ən böyük nədəni  məhz bu olmuşdur. 

Folklorşünas  M.Xudubəyli  “Mənim  sazlı-sözlü  dünyam”  adlı 

əsərinin son bölümündə “Bu yol Şirvan yoludur” fəslində Şir-

van  aşıq  mühitinin  özünəməxsusluğundan  söhbət  açmış,  daha 

sonra  Aşıq  Qurbanxanın  ömür  yolundan  bəhs  edərək  yazmış-

dır:  “Bütün  ömrü  boyu  öz  sənətinin  yaşarlılığına  sadiq  olan 

Aşıq Qurbanxan ustadı Aşıq Bilalın dəyərli tövsiyələrinə ondan 

ayrıldıqdan sonra da sadiq olmuş, həmişə xatirəsini əzizləmiş-

dir”  (5,  5).  Daha  sonra  müəllif  ustad  aşığın  yaradıcılığından 



 

 

 



 

123 


örnəklər  gətirərək  onları  təhlil  etmiş,  sonda  belə  bir  nəticəyə 

gəlmişdir:  “Qurbanxan  Sadıqov  həm  də  yaradıcı  aşıq  olmuş-

dur.  Onun  oynaq  və  axıcı  dildə  yazdığı  qoşma  və  gəraylıları 

sayca cox olduğu kimi, məna və məzmunca da zəngindir, ruhu 

oxşardır (5, 21). 

“Aşıq  Qurbanxan  1928-ci  ildə  Azərbaycan  aşıqlarının  I 

qurultayında  iştirak  etmişdir.  Müxtəlif  illərdə  fəxri  fərman  və 

diplomlar  qazanmışdır...Laureat  adına  layiq  görülmüş,  Azər-

baycan  aşıqlarının  II  və  III  qurultaylarının  nümayəndəsi 

olmuşdur”(9, 317). 

Aşığın yaradıcılığından günümüzədək gəlib çıxan qoşma 

və  gəraylılarından  “Oynasın”,  “Kənarında”,  “Gülür”,  “Qurba-

nam”, “Yada sal məni”, “İnciməsin”, “Saz-balabandı” və digər 

nümunələr  Aşıq  Qurbanxan  yaradıcılığı  haqqında  müəyyən 

təsəvvür yaranmasına xidmət edir.  

 

  Gəlsin məclisimə yaxınım, yadım, 



  Saz götürsün oğlum, nəvəm, övladım. 

  Qurbanam, el olmuş mənim ustadım, 

  Onunçün adım tək elə qurbanam (1, 407). 

 

Doğrudan  da,  aşığın  övladları  və  nəvələri  bu  gün  onun 



yolunu  layiqincə  davam  etdirirlər.  Aşığın  nəvəsi  Həsənağa 

Sadıqovun  “Mahirlər”  ansamblı  təkcə  respublikamızda  deyil, 

həm də ölkəmizdən kənarda çox məşhurdur. Aşıq Qurbanxanın 

kiçik  oğlu  Əhmədağa  Sadıqov  da  atasının  yolunu  davam 

etdirir, bölgənin toy məclislərini idarə edir. 

Bölgənin digər tanınmış aşığı Aşıq Bəylər Qədirovdur. O, 

1914-cü ildə Salyanın Çuxanlı kəndində anadan olmuş, aşıqlıq 

sənətinin sirlərini Aşıq Abbas Cəyirlidən öyrənmişdir. 1937-ci 

ildən başlayaraq Bəylər Qədirov ərazinin toylarında, el şənlik-



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə