Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə32/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   28   29   30   31   32   33   34   35   ...   116

 

 

 



 

107 


yaradıcılığına geniş nəzər salıb, Varxiyanlı Aşıq Məhəmmədin 

adından yayımlanmış şeirlərini təhlil edəcəyik.  



Açar  sözlər:  Aşıq  Camal,  Varxiyanlı  Aşıq  Məhəmməd, 

Molla Cuma, Zəyəm kəndi, “bədii terror”, aşıq yaradıcılığı.  

 

Giriş 

Yaradıcılığı  az  öyrənilmiş  el  şairləri  və  aşıqlarından  biri 

də  Aşıq  Camaldır.  Onun  yaradıcılığı  zəngin  olsa  da,  nədənsə, 

bu  günə  kimi  tədqiqatçıların  nəzərindən  yayınmış,  layiqincə 

araşdırılmamışdır.  Hələlik  bizim  bildiyimiz  qədərilə  Bəsdi 

Səfər  qızının  “Təhsil  uğrunda”  qəzetində  yayımlanmış  “Aşıq 

Camal  Molla  Cumanın  ustadıdırmı”  adlı  məqaləsi  və  Əziz 

Ələkbərlinin “Qax: folklor və etnoqrafik etüdlər” kitabında bir 

başlıq  Molla  Cumaya  həsr  olunub.  Yaradıcılığı  tədqiqatdan 

kənarda qalsa da, xoşbəxtlikdən Zəyəm kəndinin sakinləri hələ 

də  aşığı  unutmamış,  onun  şeirlərinin  bir  qismini  hafizələrində 

saxlaya bilmişlər. Sadə kəndli ailəsində anadan olan aşığın əsl 

adı İsadır. Zamanla ağıllı davranışı, iti cavablarına görə Camal 

təxəllüsünü almışdır. Saz çalıb oxuduğu üçün el arasında Aşıq 

Camal kimi tanınmışdır.  

 

Aşıq haqqında rəvayətlər 

Deyilənə  görə,  aşıq  Molla  Cumanın  ustadı  olmuşdur 

(Ələkbərli:162, 2005). Elə Molla Cuma da özünün İbrahim adlı 

şeirində  Zəyəm  kəndinə  gəldiyini,  burda  saz  çaldığını  və  s. 

yazır. (Molla Cumə:423, 2006) 

Şeirdə çox açıq şəkildə ifadə edilməsə də, hər halda Mol-

la Cumanin Zəyəm kəndi ilə əlaqəsinin olduğunu görə bilərik. 

Aşıq  Camal  ustad  aşıqlardan  olub.  Onun  haqqında  dolaşan 

rəvayətlərdən  biri  də  Varxiyanlı  Aşıq  Məhəmmədlə  dostluğu-

dur. Deyilənə görə, Varxiyanlı Aşıq Məhəmməd Aşıq Camalın 




 

 

 



 

108 


sorağını  eşidir  və  gəlir  onunla  deyişməyə.  Lakin  qapını  qızı 

açır. Varxiyanlı Aşıq Məhəmməd qızı görüb öz-özünə deyir ki, 

qoy bir bu qızı imtahan edim. Odur ki, soruşur: 

- Qızım, mənə köz gətirə bilərsənmi? 

 Qız deyir: 

- Əmi, sənə yastı köz gətirim, ya yumru köz? 

Varxiyanlı Aşıq Məhəmməd deyir: 

- Qızım, nə fərqi var? Necə olur olsun köz olsun. 

Qız deyir: 

-  Yox,  əmi,  əgər  qəlyan  çəkirsənsə,  sənə  yastı  köz  gəti-

rim,  yox  əgər  siqaret  çəkirsənsə,  onda  sənə  yumru  köz  lazım-

dır.  Varxiyanlı  Aşıq  Məhəmməd  öz-özünə  düşünür  ki,  bunun 

qızı  belə  hazırcavab  və  ağıllıdırsa,  gör  özü  necədir.  Odur  ki, 

fikrindən vaz keçir və çıxıb gedir.  

 

Aşığın yaradıcılığında deyişmə 

Aşıq Camalın bir neçə deyişməsini toplamışıq. Bunlardan 

biri  naməlum  bir  qadınla,  digəri  Məryəm  xanımla  deyişmə, 

başqa  biri  də  İbrahimlə  deyişmədir.  Çox  böyük  ehtimalla  bu 

Molla  Cumanın  şeir  yazdığı  İbrahimdir.  İbrahimlə  deyişməsi 

belədir: 

 

Aşıq Camal içdi kövsər şərabı, 



Yer üzündə çəkdim min cür əzabı. 

Sevərsən ..................................... 

Bu yol ilən şahi şahbaz ötdümü. 

 

İbrahim cavabında deyir: 



 

İbrahim də yanar sizing oduna, 

Qurban olum haqqın min bir adına. 



 

 

 



 

109 


Ol Tanrı yetişsin sizing dadına 

Ağlaya-ağlaya dad çəkə getdi.  

 

Aşığın  deyişmələri  çoxdur.  Xüsusən  anası  Məryəm 



xanımla deyişmələri həm Aşıq Camalın həyat tarixçəsi, həm də 

bədii  təxəyyülü  haqda  gözəl  bilgilər  verir.Məryəm  xanımın 

Şahnəzərlə deyişməsindən örnək: 

 

Muştuluq Məryəm xanıma, 



Xan Camalın gəldi sənin

Vilayəti zəcv eliyən 

Xan Camalın gəldi sənin.  

 

Anası deyir: 



 

Muştuluğa yeddi xəznə, 

Xan Camalım gəlsə mənim, 

Dörd gümüş, üç qızıl 

Xan Camalım gəlsə mənim.  

 

Deyişmənin ilk bəndindən olduğu kimi, son bəndindən də 



görünür ki, Aşıq Camal uzaq səfərdən qayıdır.  Fikrimizcə, bu 

böyük ehtimal ilə Camalın sürgün olunduğu zamana işarədir: 

 

Camal düşmüşdü düzlərə



Baxmaq olmurdu gözlərə. 

İnanginən Şahnəzərə 

Xan Camalın gəldi sənin.  

 

Məryəm xanım cavabında: 



 


 

 

 



 

110 


Məryəməm çəkdim ahi-zar, 

Ağlardım hər səhər-səhər. 

Vilayət deyər bəxtəvər

Xan Camalım gəlsə mənim.  

 

Aşığın lirik şeirləri 

Aşıq Camalın 40-dan çox şeirini toplamışıq. Məlum olub 

ki,  aşıq  gəraylı,  qoşma,  müxəmməs,  təcnis,  cığalı  təcnis 

janrlarında şeirlər yazmışdır.  

Gəraylılarının  əsas  mövzusu  gözəlin  tərənnümü  və 

sevgidir.  

 

Ala gözlü nazlı dilbər, 



Nur yağıbdı qabağından. 

Məni tamarzi eyləmə, 

Bir busə ver yanağından.  

 

Və yaxud:  



 

Sallanaraq yüz nazinən, 

Dilbər-dilbər qızlar gəlir. 

Məhəbbəti var bizinən 

Qarşımızda yazdır gəlir.  

 

Aşıq Camalın ən çox müraciət etdiyi şeir janrı qoşmadır. 



Qoşmalarında haqsızlığa üsyan, fələkdən şikayət, sevgi, həsrət, 

nisgil,  qürbət,  vətən  sevgisi,  gözəlin,  gözəlliyin  tərənnümü 

motivləri yer almışdır.  

 

Aşıq Camal gülə-gülə gələndən, 



At üstündə təkcə, yalqız qalanda. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə