Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə30/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   26   27   28   29   30   31   32   33   ...   116

 

 

 



 

99 


Həmin günləri xatırlayan aşıq yazır: 

 

Beş il oldum dağda pünhan



Ayağımı dəldi tikan. 

Qovdu məni qarı düşman, 

Məmurlar məni götürdülər. 

Ailəmi incitdilər 

 

Dala durdu qohum-qardaş



Mənə məskən oldu dağ-daş, 

Atdı məni yar və yoldaş

Məni yaman sinsitdilər. 

Ailəmi incitdilər. 

 

Aşıq  Qəşəm  Mişov  dağa  ithaf  etdiyi  bir  şerində  ötən 



günlərini belə xatırlayır: 

 

“Mişov” sənə qurban olum



Məni mehman eylədin sən. 

Yaman gündə, bəd çağımda, 

Məni pünhan eylədin sən. 

 

5. Aşıq Qəşəmin istifadə etdiyi şeir formaları 

 

Aşıq  Qəşəm  ənənəvi  aşıq  şeir  formalarından  istifadə  et-



məklə yanaşı yeniliyə də can atan sənətkar olmuşdur. Onun şeir-

ləri arasında qoşma, gəraylı, divani, müxəmməs, bayatı və başqa 

formalarla yanaşı təcnislərə, cığalı ölü təcnislərə, dodaqdəyməz 

təcnislərə, iki başlı zindani təcnislərə də rast gəlmək olur.  

Aşıq  Qəşəmin  yaradıcılığının  öyrənilməsinə  və  təbliğinə 

ilk diqqət yetirən türkiyəli alim Əli Yavuz Akpınar hicri 1340-




 

 

 



 

100 


ci  ilin  (miladi  1960)  qışında  çətin  hava  şəraitində  Kündürkü 

kəndinə gəlmiş,  aşıqdan “Abbas Tufarqanlı və  Gülgəz xanım” 

dastanını toplamış və Türkiyədə çap etdirmişdir. Ön sözdə isə 

ürək ağrısı ilə yazmışdır: “Dünya şöhrətli Aşıq Qəşəm Kündür 

kəndində  bir  qapılı  (yəni  bir  otaqlı-A.A.)  evdə  yaşayır.  İran 

boyda  bir  ölkə  bu  şəxsiyyəti  layiqincə  saxlaya  bilməyibdir. 

(Raşidi Hüseyin, hicri 1369-miladi 1991). 

1357-ci il (1979) baş verən İran İslam İnqilabi Aşıq  Qə-

şəmdə böyük ruh yüksəkliyi yaratmışdır. Aşıq xalqlara azadlıq 

veriləcəyini,  insan  hüquqlarının  qorunacağını  düşünmüşdür. 

odur ki, Tehran və Təbriz Universitetlərində tələbələr qarşısın-

da  çalıb  oxuyaraq  onları  mübarizəyə  ruhlandırmışdır.  Təbriz 

Radio  və  Televizyası  aşığı  əməkdaşlığa  dəvət  etmiş,  ona  efir-

ekran  saatları  ayırmışdır  (Raşidi  Hüseyin,  hicri  1369-miladi 

1991). 

Çox  təəssüf  ki,  bu  inqilab  da  aşığın  ümidlərini  doğrult-



mamışdır. Az sonra aşıq bədbinləşmiş və inqilabi təbliğatdan əl 

götürmüş,  yenə  də  cəmiyyətdəki  nöqsanları  tənqid  etməyə 

başlamışdır. Bu da yeni qurulan hökumətdə vəzifələr tutanların 

xoşlarına gəlməmişdir. Onlar aşığı gözdən salmağa çalışmışlar.  

Aşıq  Qəşəm  xəstəliklə  uzun  sürən  mücadilədən  sonra 

doğulduğu kənddə dünyasını dəyişmişdi 



 

Sonuc 

Göründüyü  kimi  həyatı  çətinlikləri  bu  görkəmli  aşıqdan 

heç yan keçməsə də, ancaq o bütün bu çətinliklərə sinə gərmiş, 

bu keçməkeşli həyatın məhsulu bir neçə kitabdan ibarətdir. “El 

məni atmaz” adı altında kitabı Təbrizdə çap olunmuşdur. 1995-

ci ildə isə “Vətən bülbülüyəm – El aşiqiyəm ” kitabı Tehranda 

işıq  üzü  görmüşdür.  Ölümündən  bir  neçə  il  sonra  hörmətli 

tədqiqatçımız  Hüseyn  Məhəmmədxani  Güneyli  Aşıq  Qəşəmin 




 

 

 



 

101 


həyat  və  yaradıcılığı  haqqında  2005-ci  ildə  qiymətli  bir  kitab 

buraxmışdır. 

Aşıq  Qəşəmin  ölümü  haqqında  xəbəri  xalqa  Tehranda 

nəşr edilən “Varlıq” jurnalı belə çatdırmışdı: 

“Hörmətli  “Varlıq”,  salamımı  qəbul  edin.  Təəssüflə  sizə 

xəbər  verməliyəm  ki,  bu  gün  yek  şənbə  (bazar  ertəsi-A.A.) 

48.07.02(90.09.25) (Bu aşığın ölüm tarixi jurnalda belə göstə-

rilib-A.A.)  səhər  sübh  çağında  xalqımızın  ən  görkəmli  aşıqla-

rından  sayılan  ustad  aşıq  Qəşəm  vəfat  edib.  Mən  ustadın  və-

fatını  sizə  təslit  (baş  sağlığı-A.A.)  edərək  bu  zayəni  (itgini-

A.A.) sizə xəbər verməyi bir vəzifə bilib sizə yazdım. Ta məc-

lədə  (qısaca-A.A.)  olaraq  oxucuların  mütaliəsinə  (nəzərinə-

A.A) çatsın.  

Məhəmməd Qazi”. 

Azərbaycanın  yazıçı  və  şairlərindən  Yahya  Şeyda,  Mə-

həmməd  Qazi,  Əbdüləli  Mücazi,  Aşıq  İmran  Heydəri,  Aşıq 

Məzahir Cəfəri (oğlu) Həsən Raşıdı, Əhəd Məliki, Əbdülkərim 

Mənzuri  Xamnə  və  Məhəmmədtağı  Zehtabi  Aşıq  Qəşəmin 

həyatı  və  yaradıcılığı  haqqında  bir  çox  şeirlər  və  məqalələr 

yazmışlar. 

Məmmədtağı  Zehtabi  Bağdadda  yaşayarkən  Aşıq 

Qəşəmə ithaf etdiyi şerində yazırdı:  

 

Salam Mişovumun alovlu səsi



Şaha baş əymədin heç zaman Qəşəm. 

Yaşa Güneyimin odlu nəfəsi

Pis gündə eliylə yaşayan Qəşəm. 

  

Aşıq Qəşəm ixtiyar çağlarında yazdığı şeirlərindən birin-



də deyirdi:  

 



 

 

 



 

102 


Qəşəməm həşdada çatıbdı yaşım, 

Gedib atam, anam, qalmır qardaşım,  

Qəbrimi qazmağa yoxdu sirdaşım,  

Əyilib qamətim, belim yad oldu  

                  (Xaminə Əbdül Kərim Mənzuri, 2005). 

Araşdırıcı  Hüseyin  Raşidiyə  görə  Aşıq  Qəşəm  hicri  Gü-

nəş  təqvimilə  1368-cu  ilin  mehr  ayının  2-də,  yəni  miladi  təq-

vimilə  1990-cı  ilin  sentiyabr  ayının  25-də  doğulduğu  kənddə 

88  yaşında  dünyasını  dəyişib.  (Raşidi  Hüseyin,  hicri  1369-

miladi 1991).Bu da aşığın 1902-ci ildə doğulduğu fikri ilə üst-

üstə düşür. 

 

QAYNAQLAR: 

1.

 

Ağ  Kəmərli  Aqşin.(hicri  1368-miladi  1990)  “Varlıq” 



dərgisi,  Tehran.  (Aşıq  Qəşəmin  yaşayış  və  yaradıcılığı,  hicri 

1383-miladi 2005).  

2.

 

Aşıq Qəşəm. (hicri 1372-miladi 1995). Vətən bulbülü-



yəm, el aşığıyam, Tehran. 

3.

 



Aşıq  Qəşəmin  yaşayış  və  yaradıcılığı.  (Hicri  1383-

miladi  2005).  Toplayanlar  Aşıq  Məzahir  Cəfəri,  Hüseyn 

Güneyli, Orxan yayın evi, Kərəc. 

4.

 



Bizi yaşadan tarix. (hicri 1377-miladi 1999). “Mişov” 

nəşriyyatı, Təbriz. 

5.

 

Güney  Mədəniyyət  Ocağının  toplusun.  (hicri  1372-



miladi 1994), Tehran.  

6.

 



Hüseyin  Raşidi.  (hicri  1369-miladi  1991).  Saz  ustadı, 

söz  üstadı  (Rəhmətlik  Aşıq  Qəşəmin  vəfatının  ildönümü 

münasibətilə),  “Keyhan  həvayi”  qəzeti,  sayı  899,  mehr  ayının 

11-də, yəni miladi 1990-cı ilin oktyabr ayının 3-ü, Tehran. 




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə