Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə26/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   22   23   24   25   26   27   28   29   ...   116

 

 

 



 

86 


aydınlaşdırmaqla  yanaşı,  onların  çox  qədim  bir  tarixi  yaşat-

dıqlarını da əsaslandıra bilmişdir.  

“Türk  musiqisinin  tarixi  miladdan  çox  öncə  başlayır.  Mi-

laddan  bir  neçə  əsr  öncə  və  yüzlərcə  il  sonra  Sarı  dənizdən  Ağ 

dənizə qədər yayılan geniş ərazidə hökm sürmüş olan türk qövm-

ləri  yüksək  bir  musiqiyə  sahib  olmuşlar.  Bəzi  Çin  tarixçilərinin 

etiraf  etdiklərinə  görə,  miladdan  çox  öncə  türk  qövmləri  at  üzə-

rində  çalınan  əsgəri  musiqiyə,  müxtəlif  musiqi  alətlərinə,  səyyar 

musiqişünaslara  (qopuzçulara)  malik  olmuşlar.  Hətta  Çin  saray-

larına belə türk musiqisini daxil etmişlər” (9,9), – yazan müəllif 

professor Mehmet Fuad Köprülüyə istinad edərək, türklərdə şeir, 

musiqi və rəqsin eyni zamanda ifa edildiyini bildirmişdir.  

Xatırladaq  ki,  981-ci  ildə  Uyğur  elinə  gələn  Çin  elçisi 

Vanq  Yen  Te  burada  at  üzərində  musiqi  ilə  qarşılandığını  öz 

səyahətnaməsində qeyd etmişdir (8,75). 

Məhz həmin səyahətnaməyə əsasən M.H.Türkəqul yazır: 

“...şeir  ilə  musiqi  daha  uzun  zaman,  hətta  dövrümüzə  qədər 

bərabər  yaşamışlar,  yəni  ozan  ilə  qopuzçu  bir-birini  tamamla-

mışlar.  Qədim  türklərdə  musiqi  və  oyun  çox  yayılmışdı.  Çin 

müəlliflərindən  Vang  Yen  Te  əski  bir  türk  qəbiləsi  olan  Tur-

fanların səyahətə çıxdıqları zaman musiqi alətlərini yanlarında 

daşıyacaq qədər musiqiyə düşkün olduqlarını söyləyir”. 

Türk,  o  cümlədən  Azərbaycan  musiqisinin  qədim  köklə-

rinin, mənşəyini araşdırdığı bu tədqiqatında professor M.F.Köp-

rülünün:  “...  türklər  arasında  hələ  islamiyyətdən  çox  əvvəl  dini 

mahiyyətə  malik  musiqidən başqa, qüdsiyyət hissini buraxaraq, 

tamamən bədii bir mahiyyət almış başqa bir musiqi də mövcud 

imiş.  Şairlər  əllərində  qopuzları  topluluqları  dolaşır,  əski 

mənqibələr  anladır  və  ya  yeni  hadisələrə  yeni  şərqilər  qoşar-

dılar”, – fikrinə istinad edərək, M.H.Türkəqul həmin musiqisinin 

əsrlərlə  Çin  və  Orta  Asiya  saraylarında  hökmran  olması  qə-



 

 

 



 

87 


naətlərini irəli sürmüşdür. Maraqlıdır ki, müəllif sonrakı əsrlərdə 

monqol  istilalarının  türk  musiqi  mədəniyyətinin  daha  geniş 

ərazilərdə yayılmasına təkan verdiyini bildirməkdədir.  

 

Nəticə 

Qeyd  etməliyik  ki,  türk,  o  cümlədən  Azərbaycan  musi-

qisinin  yaranma  tarixi,  qopuz,  ozan-aşıq  sənəti  ilə  bağlı  mü-

hacirətdə  yaranan  tədqiqatlar  sayca  çoxdur.  Belə  ki,  M.Ə.Rə-

sulzadə,  M.B.Məmmədzadə,  İ.Melikoff,  Ə.Özər,  S.Sənan, 

M.Ş.Ülkütaşır,  X.Aslan  və  başqalarının  tədqiqatlarında  bu 

problemdən  müəyyən  qədər  bəhs  olunmuşdur.  Bütün  araşdır-

maların  ayrıca  təhlilə  cəlb  edilməsi  və  dəyərləndirilməsi  folk-

lorşünaslığımızın problemlərindən olaraq qalmaqdadır. 

 

QAYNAQLAR: 

1. Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 

2004, 760 s.  

2. Caferoğlu Ahmet. Cihan edebiyatında türk kobuzu, “Ül-

kü”, İstanbul: VIII, 45, 1936, s.203-215; 48, 1937, s.411-426 

3.  Caferoğlu  Ahmet.  Folklorumuzda  milli  hayat  ve  dil 

bakiyeleri,  C.H.P,  Konferanslar  serisi,  Kitap  16,  İstanbul: 

1940, s. 21-36  

4. Caferoğlu Ahmet. Türk Kavimleri, Ankara: Türk Kül-

türünü Araştırma Enstitüsü, 1983, 96 s. 

5.  Hüseynov  Gülağa.  Ə.Cəfəroğlunun  ozan  və  qopuz 

ənənəsi  ilə  bağlı  araşdırmaları,  Filoloji  araşdırmalar,  XVI 

kitab, Bakı: Nurlan, 2002, səh. 61-65 

6.  Xəlilov  Nizami.  Aşıq  sənətinin  təşəkkülü,  Bakı:  BDU 

nəşri, 2003, 124 s. 

7.  Qasımlı  Məhərrəm.  Ozan-aşıq  sənəti,  Bakı:  Uğur, 

2007, 304 s. 



 

 

 



 

88 


8.  Tekin  Şinasi.  Vanq  Yen  Tenin  seyahetnamesinde 

anlatdıkları. Hayat. Tarih, 1968, № 8, s. 75–77. 

9.  Türkekul  Mustafa  Hakkı.  Azerbaycan  musikisi, 

“Azerbaycan”, Ankara: 1953, yıl 1, sayı 5, s.10-12; sayı 6, s.9-

11; sayı 7,s.4-5  

 

Almaz Hasankizi 

GOPUZ IN THE AZERBAIJANI EMIGRATION 

FOLKLORE STUDIES 

Summary:  The  article  titled  “Gopuz  in  the  Azerbaijani 

emigration folklore studies” analyzes the research about the ozan-

gopuz tradition in the context of the emigration folklore studies.  

The studies on this topic of the prominent representatives 

of  the  scientific-theoretical  contemplation  in  the  emigration  –

Ahmed  Jafaroghlu,  Mustafa  Hakki  Turkegul  and  others  were 

paid  particular  attention  and  for  the  first  time  were  syste-

matically evaluated. 



Key words: Azerbaijani, emigration, folklore, ozan, gopuz 

 

Алмаз Гасанкызы 



ГОПУЗ В АЗЕРБАЙДЖАНСКОЙ ЭМИГРАНТСКОЙ 

ФОЛЬКЛОРИСТИКЕ 

Резюме:  В  статье  “Гопуз  в  азербайджанской  эми-

грантской фольклористике” рассмотрены труды эмигрант-

ской  фольклористики,  посвященные  древней  тюркской 

культуры озан-гопуз. 

Особенно выделены и впервые привлечены к систем-

ному  исследованию  труды  таких  видных  представителей 

эмигрантской  научно-теоретической  мысли,  как  Ахмеда 

Джафароглы, Мустафа Хакки Тюркегул и др. 



Ключевые  слова:  Азербайджан,  эмиграция,  фольк-

лор, озан, гопуз. 




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə