Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə28/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   24   25   26   27   28   29   30   31   ...   116

 

 

 



 

92 


ması  baş  vermişdi.  Ölkə  yarımmüstəmləkə  halına  düşmüşdü. 

Güneyi Böyük Britaniya, Quzey Rusiya nəzarət altına almışdı. 

Rus, İngilis əsgər və zabitlərinin sözü, istəyi qanunlardan üstün 

idi. Necə deyərlər şah müstəmləkəçilərin əlində oyuncağa çev-

rilmişdi. Xristian dindaşlarından yardım alaraq Urmiyada, Sal-

masda  və  ətraf  bölgələrdə  yaşayan  müsəlmanları  qıran,  na-

muslarına təcavüz edən, var-dövlətlərini əllərindən alan ermə-

ni-aysoru  silahlı  dəstələrini  zərərsizləşdirməyə  Əhməd  Şah 

200-300  nəfərlik  silahlı  dəstə  göndərə  bilmirdi.  İngilislər  və 

Ruslar 10 ildən çox idi Əhməd şaha ölkənin rəsmi şəkildə xa-

ricilərin  nəzarəti  altına  keçməsi  haqqındakı  müqaviləyə  qol 

çəkdirə bilmirdilər.  

Aşıq  Qəşəm  də  erməni-aysoru  basqınlarını  da,  rus  əsgər 

və  zabitlərinin  özbaşınalığını  da,  yerli  məmurların,  iri  torpaq 

sahibkarlarının,  mühafizəkar  din  xadimlərin  də  haqsızlığını 

görə-görə yaşamında onların acısını duya-duya böyüyürdü. Nə 

yazıq ki, o, 11 yaşında olanda atası, 12 yaşında olanda isə anası 

ölür.  Yetimçiliklə  böyüyən  Qəşəm  yetkinlik  yaşına  çatdıqdan 

sonra minlərlə soydaşı kimi o da bir tikə çörək pulu qazanmaq, 

güzəranını  yaxşılaşdırmaq  üçün  Quzey  Azərbaycana  gəlməyi 

qərara alır. Sonralar aşıq həmin günlərin duyğularını şerə çevi-

rir. Bacısı ilə qarşılaşma şəkilində söylənmiş şeir Aşıq Qəşəm 

haqqında dastan rəvayətin özülünü qoyub. Orada deyilir:  

“Bir gün kənddə gördüm bir neçə nəfər Gəncəyə gedirlər, 

dedim ayaq saxlayın məndə bacımla sağollaşıb gəlirəm. 

 

Atam ölüb işim ahuzar olub



Fələk iğbarıma  qarə çəkibdi. 

Gözlərim yaşı ümmana dönüb, 

Şeyda bülbül gülü xara çəkibdi. 

 



 

 

 



 

93 


 

Yoxsulluq bir od olub məni yandırır, 

Qəmdən cila vurub çox dolandırır, 

Tənəli söz qəlbimi çox bulandırır,  

Ürəyim açılmır, nara çəkibdir.  

 

Üzümlü, almalı, heyvalı, bağım,  



Qoyma qaranlıqda qalsın otagım, 

Qəşəməm Güneydə alsaz sorağım, 

Bilin fələk qəlbim darə çəkibdir.  

  

Bacısı  bu  sözləri  Qəşəmdən  eşidəndən  sonra  başa  düşür 



ki,  qardaşı  uzaq  səfərə  çıxacaq.  Onun  bu  sözlərini  qarşısında 

deyir : 


 

Səhər, axşam gecə-gündüz ağlaram

 Daha cəfalara dözə bilmirəm.  

Ah çəkirəm ürək dolar qan ilə,  

Qəmin dəryasında üzə bilmirəm. 

 

Göylüm çəmənində bitməz lalələr



Qəlbim heç açılmaz rəngim saralar, 

Qış girəndə Mişov dağın qar olar, 

Savad yox - dərdimi yaza bilmirəm. 

 

Zəhra namə yazıb verir yellərə



Şeyda bülbül həsrət qaldı güllərə, 

Yetim qaldıq, düşdün qürbət ellərə,   

Axtarıb dalınca gəzə bilmirəm. 

 



 

 

 



 

94 


Şeirdən  aydın  olur  ki,  bacısının  adı  Zəhra  imiş.  Quzey 

Azərbaycanda  yaşayarkən  Aşıq  Qəşəm  ənənəni  davam  etdir-

məklə  yanaşı,  mühitin  təsiri  altında  tərənnüm  şeirləri  də  yaz-

mışdır. Onun Naxçıvana həsr etdiyi şeirində deyilir: 

Gün kimi aləmi edib münəvvər 

Naxçıvan mahalı olubdur ənvər... 

 

Aşıq  Qəşəm  Güney  bölgəsində  dillər  əzbərinə  çevrilən 



bir  deyişməsindən  məlum  olur  ki,  o,  İrəvan  şəhərində  də  ol-

muş,  orada  Aşıq  Muxtarla  da  deyişmişdir.  Aşıq  Muxtar  ənə-

nəvi bir qaydada Aşıq Qəşəmə hərbə-zorba gələrək deyir:  

 

On səkkiz aşiqi salmışam bəndə, 



Bura İrəvandi, sallam səni kəməndə. 

Cahilsan, düşmüşən qovqaya sən də,  

Qəsd eyləyib şirin cana, keçmısən. 

  

 Aşıq Qəşəm də cavabında deyir: 



 

Güneyli Qəşəməm, kövhər-kanıyam, 

Mənə pənah olanın, girdiqarıyamm. 

Ərənlər sərvəri, bil dildarıyam, 

Yol göstərib bu məkanə keçmişəm. 

 

Bu misralardan aydın görünür ki, aşıqların birisi o birisini 



pisikdirmək, məclisdən çıxarmaq, sazını əlindən almaq fikrində 

deyil.  Necə  deyərlər  boy  göstərisi  nümayiş  etdirir,  özlərini 

reklam etdirirlər. 

 

 



 


 

 

 



 

95 


2. Aşıq Qəşəmin Quzey Azərbaycana gəlişi  

 

Aşığın  Quzey  Azərbaycanda  harada  yaşadığı  və  harada 



işlədiyi  haqqında  əlimizdə  rəsmi  bir  qaynaq  yoxdur.  Şeirlə-

rindən  aydın  olur  ki,  o  Gəncə-Tiflis  bölgəsində  yaşayıb  və 

Tiflisli  Aşıq  Sadıqla,  Şəmkirli  Aşıq  Teymurla,  İrəvanlı  Aşıq 

Muxtarla və b. görüşüb, onlarla birgə məclislər aparıb. Təbrizli 

araşdırıcı  Yahya  Şeydanın  yazdığına  görə  iti  hafizəsi,  güclü 

musiqi  yaddaşı  olan  Qəşəm  Quzey  Azərbaycana  köçdükdən 

sonra Gəncədə göyçəli Aşıq İslam Yusifova şəyirdlik edib. O, 

kankan işləməklə yanaşı aşıqların məclislərində də iştirak edib.  

Heç bir təhsili olmayan Qəşəmin bölgənin tanınmış aşıq-

ları  ilə  birgə  məclislərdə  işdirak  etməsi,  onlarla  qarşılaşması, 

eyni qafiyədə şeirlər deməsi, bir-birinə bağlama deməsi qəribə 

görünə  bilər.  Bunun  səbəbi  Aşıq  Qəşəmin  ustad  bir  aşıq  nəs-

lindən gəlməsidir. El arasında məsəl var deyərlər “Ustad oğlun-

dan  şəyird  olmaz”.  Yəni  aşığın  oğlu  hər  gün  atasının  söhbət-

lərini  eşitdiyindən,  onun  çalıb-oxuduğunu  gördüyündə  daha 

onun şəyirdlik etməsinə ehtiyac qalmır.  

Aşıq  Qəşəmin  atası  aşıq  Məmmədəlinin  atası,  yəni  aşıq 

Qəşəmin  babası  Cəfərqulu  da,  ulu  babası  Məmmədqulu  da, 

Məmmədqulunun  atası  Əhmədqulu  də  öz  dövrünün  adlı-sanlı 

aşıqlarından olmuşlar. Rəvayətlərə görə bu ailənin kökü Tikmə-

daşlı Xəstə Qasıma bağlanır. Rəvayətə Xəstə Qasımın oğlu Əh-

mədin qəbri Tikmədaşdadır. Güney mahalına gəlib burada yaşa-

yan aşıq Əhmədin oğlu Əhmədqulu olub. Əhmədqulunun Sufyan 

qəsəbəsi  yaxınlığındakı  Sərkənzə  kəndinə  köçməsi  haqqında  nə 

bölgədə,  nə  də  ailədə  elə  bir  bilgi  yoxdur.  Söylənənlərə  görə 

Əhmədqulunun  kəndxuda  və  torpaq  sahibləri  ilə  “suyu  bir  arxa 

getmədiyi  üçün”  oradan  Kündürə  köçməli  olub.  Beləcə  Xəstə 

Qasımın övladlarından bir nəsil də Kündürdə yaşamalı olub. 




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə