Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə40/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   36   37   38   39   40   41   42   43   ...   116

 

 

 



 

133 


Aytac ABBASOVA  

AMEA Folklor İnstitutu 

                                Doktorant  

folklorgirl@mail.ru

 

 

AŞIQ ŞƏMŞİR VƏ KƏLBƏCƏR MÜHİTİ 

 

Özət:  XX  əsrdə  Kəlbəcər  aşıq  sənəti  Aşıq  Şəmşirin 

simasında  özünün  yüksəliş  dövrünü  yaşamışdır.  O,  müxtəlif 

mövzularda  yaratdığı  qoşma,  gəraylı,  təcnis,  ustadnamə  və 

divanilər, bir çox müxəmməs, deyişmə, bayatılar və üç dastanı 

ilə  Kəlbəcər-Göyçə  mühitini  hərtərəfli  tərənnüm  etmişdir. 

Yaradıcılığının  hər  bir  sahəsində  bu  mühiti  əks  etdirib,  onun 

folklorunu,  etnoqrafiyasını,  tarixini,  toponimini  və  s.  poetik 

şəkildə göstərmişdir. Eyni zamanda, xalq yaradıcılığından bəh-

rələnən  Aşıq  Şəmşir  poeziyasından  təsirlənən  el  aşıqları  və 

şairləri də az olmamışdır. 



Açar sözlər: aşıq, şeir, Aşıq Şəmşir, folklor, atalar sözü

xalq, Kəlbəcər 



 

Öz  yaradıcılığı  və  ifaçılığı  baxımından  müasir  aşıq  poe-

ziyamızın  görkəmli  nümayəndələrindən  olan,  Qurbani,  Aşıq 

Ələsgər,  Xəstə  Qasım,  Aşıq  Qurban,  Abbas  Tufarqanlı  kimi 

böyük  sənətkarlarımızın  davamçısı,  “klassik  aşıq  poeziyası  ilə 

müasir  aşıq  poeziyası  arasında  möhkəm  özüllü  bir  körpü 

yaradan”  (8,  28)  ustad  aşıq  kimi  tanınan  Aşıq  Şəmşir  hələ 

yaşadığı dövrdə “dədə” kimi yüksək bir ad qazanmışdır. Bu ad 

qədim  dastanımız,  tariximiz  olan  “Kitabi  Dədə  Qorqud”dan 

gələn bir addır. Bu  adı  Aşıq Şəmşir öz  müdrik şeirləri, çoxşa-

xəli  yaradıcılığı,  həyata  baxışları,  yaşam  tərzi  ilə  qazanmış  və 

yaşatmışdır. Ümumiyyətlə, “Aşıq hər zaman öz səsi, sazı, sözü 




 

 

 



 

134 


ilə  ürəklərdə  yaşayan,  geniş  xalq  kütlələrinə  təsir  etməyi 

bacaran sənətkar olmuşdur. Bu, ən uzaq keçmişdə də belə imiş, 

indi  də  belədir.”  (13,  328)  Aşıq  Şəmşir  də  xalqını,  vətənini 

sonsuz  məhəbbətlə  sevən  və  sevilən  aşıqlardan  idi.  Səməd 

Vurğunun  “kəşfi”  adlandırılan  Aşıq  Şəmşir  dağlar  qoynunda 

doğulub, boya-başa çatmışdır. Atası Aşıq Qurban dövrünün ən 

məşhur  aşıqlarından  olmuşdur.  Aşıq  Şəmşir  atasının  ən  yaxın 

dostu, böyük ustad Aşıq Ələsgərin həyat məktəbini keçmişdir. 

Uşaqlıq illərindən sazla, sözlə böyüyən Aşıq Şəmşir ilk xeyir-

duasını  da  Aşıq  Ələsgərdən  almışdır.  Öz  şeirlərində  Aşıq 

Ələsgəri “sənətinin qibləgahı, idrakımın mehri, mahı” (2, 131) 

adlandıran  Aşıq  Şəmşir  yaradıcılığı  boyu  böyük  sənətkarın 

tövsiyələrini yerinə yetirmiş, ənənələrinə sadiq qalmışdır.  

Aşıq  Şəmşirin  yaradıcılığı  hərtərəfli  və  genişdir.  O,  aşıq 

şeir  formalarının,  demək  olar  ki,  hamısında  gözəl  əsərlər 

yarada bilmişdir. Gəraylı, qoşma, təcnis, divani, müxəmməs və 

s.  formalarda  şeirlər  yazmış,  dastanlar  qoşmuşdur.  Aşıq  Şəm-

şirin  ustadnamələri,  nəsihətnamələri,  böyük  ustalıq  tələb  edən 

təcnisləri vardır ki, bunların hamısı ustad aşığın yüksək sənət-

karlığını, həyata fəlsəfi baxışlarını, dərin fikir söyləmək, ümu-

miləşdirmək qabiliyyətini üzə çıxarır. Yaradıcılığının ilk dövr-

lərində  haqsızlığa,  ədalətsizliyə,  zamana  qarşı  çıxan  və  bu  is-

tiqamətdə  böyük  cəsarət,  üsyankarlıq  göstərən,  həqiqət  carçısı 

kimi çıxış edən Aşıq Şəmşir sonralar daha çox vətən, gözəllik, 

təbiət  vurğunu  kimi  məhəbbət  dolu,  romantik  ruhlu  şeirlər 

yazır, hikmətli sözlər, müdrik kəlamlar söyləyir.  

XX  əsrdə  Kəlbəcər  aşıq  sənəti  Aşıq  Şəmşirin  simasında 

özünün  yüksəliş  dövrünü  yaşamışdır.  O,  müxtəlif  mövzularda 

yaratdığı  qoşma,  gəraylı,  təcnis,  ustadnamə  və  divanilər,  bir 

çox müxəmməs, deyişmə, bayatılar və üç dastanı ilə Kəlbəcər-

Göyçə mühitini hərtərəfli tərənnüm etmişdir.  



 

 

 



 

135 


Aşıq  yaradıcılığı  xalqın  yaradıcılığıdır.  Elə  bir  aşıq 

yoxdur ki, xalqdan bəhrələnməsin. Aşıq Şəmşir yaradıcılığında 

da  folklor  motivi  özünü  açıq  şəkildə  göstərmişdir.  Folklor 

mühitdə  formalaşdığı kimi, aşıq da  yaşadığı  mühitin yetirməsi 

olur.  Aşıq  Şəmşir  Kəlbəcər-Göyçə  mühitinin  aşığıdır.  Yaradı-

cılığının  hər  bir  sahəsində  bu  mühiti  əks  etdirib,  onun  folk-

lorunu, etnoqrafiyasını, tarixini, toponimini və s. poetik şəkildə 

göstərmişdir.  Kəlbəcərə  məxsus  yer  adlarını,  onların  xüsusiy-

yətlərini  bədii  boyalarla  təsvir  etmişdir.  Aşıq  Şəmşir  Kəlbəcər 

təbiətinə  həsr  etdiyi  “Dağları”,  “Kəpəzin”,  “Murovun”,  “Qoş-

qar”,  “Buzluğun”  və  s.  şeirlərində  Şahdağ,  Qoşqar,  Dəlidağ, 

Murov,  Kəpəz,  Keyti  dağ  kimi  məşhur  dağların  adlarını 

çəkmiş,  eyni  zamanda,  onların  təbii  gözəlliklərindən  bəhs 

etmişdir.  Ümumiyyətlə,  folklorda  “dağ”  motivi  özünəməxsus 

yer tutur. İbtidai dövrdən başlayaraq insanların mifik təfəkkü-

ründə  fövqəladə  güclərə  bağlanan,  insanı  heyrətləndirən  nə-

həng  dağların  yaranmasıyla  bağlı  maraqlı  təsəvvürlər  olmuş-

dur. Aşıq Şəmşirin yaradıcılığında dağlar əsas mövzudur. Aşıq 

bütün  ömrü  boyu  öz  sevincini  də,  kədərini  də  heç  kəsə  yox, 

dağlara deyir. Aşıq fəxrlə deyir ki, “Şəmşirəm, hər sözüm dağa 

bənzəyir”.  (2,  69)  Eyni  zamanda,  Aşıq  Şəmşir  dağ,  gül-çiçək, 

göl və digər toponimik adları da öz şeirlərinə gətirir ki, onların 

hər  birinin  tədqiqat  üçün  böyük  əhəmiyyəti  vardır.  Hər  bir 

toponimik  adın  altında  tarix  yatır.  Aşığın  “Ongöz  bulaq”, 

“Buzluq” və “Ana yurd” adlı qoşması tamamilə toponimlərdən 

ibarətdir. Burada  Daşbulağın, Pilovdağın, Qanlı yurdun, Ələm 

ağacının, Göyçəqumun, Quzeydam və digər yerlərin adı çəkilir 

ki,  bunların  hər  bir  tarixə  şahidlik  edən  toponimlərdir.  Aşıq 

Şəmşirin  şeirlərində  dönə-dönə  adlarını  çəkdiyi  “Ağcaqız 

yalağı”, “Keyti dağı” toponimləri adi yer adları olmaqla yanaşı, 

onlarla  bağlı  xalq  arasında  maraqlı  əfsanələr  də  mövcud  ol-



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə