Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə41/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   37   38   39   40   41   42   43   44   ...   116

 

 

 



 

136 


muşdur. “Təbii ki, Şəmşir yaradıcılığının bu cəhətləri doğulub 

boya-başa  çatdığı  Kəlbəcərin  əsrarəngiz  gözəllikləri  ilə  sıx 

bağlıdır. Ustad sənətkar öz qoşma və gəraylılarında doğma yur-

dunun  ulu  dağlarından,  güllü-çiçəkli  yaylaqlarından,  ceyranlı-

cüyürlü çöllərindən dönə-dönə bəhs etmişdir.” (12, 54)  

 

   



Başın dumanlıdı, köksün meşəlik, 

   


Yaylağın laləli, gül-bənövşəlik

   


İnsan bivəfadır, siz həmişəlik, 

   


Borc olur bəşərin əcəli, dağları. (2, 87) 

 

Folklorumuzda  xalqın  istək  və  arzuları,  şairlərin  azadlıq 



uğrunda  mübarizəsi,  adət  və  ənənəsi,  dünyagörüşü,  yenilməz-

liyi  əks  etdirilmişdir.  Odur  ki,  şifahi  xalq  ədəbiyyatı  məxsus 

olduğu  xalqın  mədəniyyət  tarixinin  öyrənilməsində  mühüm 

rola  malikdir.  Bu  cəhətdən,  “dərin  müşahidə  qabiliyyətinə 

malik  el  sənətkarlarının  qoşduğu  şeirlər  qaynar  həyatımızın 

bədii  salnaməsini  yaratmaq  baxımından  çox  əhəmiyyətlidir.” 

(8, 420) Aşıq Şəmşir yaradıcılığında da xalqdan gələn deyim-

lər,  məsəllər,  atalar  sözləri,  bayatılar,  cinaslı  tapmacalar  özü-

nəməxsus  yer  tutur.  Sənətkarı  xalqa  sevdirən  özəllik  də  məhz 

bu misralardan, deyimlərdən başlayır: 

 

   


Şöləsi çıxarmı yağsız çırağın, 

   


Meyvəsi kəm olar bağbansız bağın. 

   


Sünbülü dən tutmaz şoran torpağın, 

   


Sərvətsiz qumsallar zər olarmı heç?! (3, 345) 

 

Aşıq şeirinin şəkillərindən olan ustadnamələrdə daha çox 



atalar  sözləri  işlədilir  ki,  bu  da  şeirin  təsirini,  poetik  mənasını 

artırır.  Aşıq  Şəmşir  təkcə  ustadnamələrində  deyil,  qoşma,  gə-




 

 

 



 

137 


raylı,  müxəmməs  və  divanilərində  də  atalar  sözü  və  məsəl-

lərdən  yerli-yerində  istifadə  etmişdir.  Müəllifin  “Nədi”  adlı 

qoşmasında “Sirkə tündləşəndə çatladar qabın” (2, 53) misrası 

məişətdə  ən  çox  işlədilən  atalar  sözlərindən  biridir.  “Sirkə  nə 

qədər tünd olsa, öz qabını çatladar” (5, 210). Bu onu ifadə edir 

ki, insan bacardığı qədər yaxşılıq etsə, xeyir işlər görsə, fikrini, 

düşüncəsini  pisliklərdən,  nifrətdən  uzaq  tuta  bilsə,  həyatda 

uğur  qazana  biləcəkdir.  Əks  halda  isə  insan  nifrəti,  kini  qəl-

bində, beynində nə qədər çox yığıb saxlasa, o da onun məhvinə 

gətirib  çıxarar.  Başqa  bir  qoşmasında  isə  “Zər  qədrini  zərgər 

bilər” (5, 246) atalar sözü işlənmişdir: 

 

   



Şəmşirəm, bilirəm dürr qiymətini

   


Cavan qiymətini, pir qiymətini

   


Zərgər olan bilər zər qiymətini, 

   


Verin qədir bilənlərə sözümü. (2, 46) 

 

Aşıq  Şəmşir  istifadə  etdiyi  atalar  sözlərini  bəzən  şeirin 



daxili  ahəngini  və  ritmini  qorumaq  üçün  söz  sırasını  dəyiş-

mişdir.  Lakin  bu  dəyişiklik  atalar  sözünün  mənasına  heç  bir 

xələl gətirməmişdir. 

 

   



“Göz baxsa tanıyar yediyi aşı, 

   


Quru alışanda yandırar yaşı.” (2, 166)  

 

Yuxarıda göstərilən nümunədə “Quru oduna yaşlar yanar, 



alışar daşlar yanar” (5, 175) atalar sözünü müəllif dəyişdirmiş, 

şeirin  daxili  strukturuna  uyğunlaşdırmışdır.  Lakin  atalar  sözü 

ifadə  etdiyi  mənanı  itirməmişdir.  Bununla  yanaşı,  elə  atalar 

sözü də vardır ki, Aşıq Şəmşir olduğu kimi, heç bir dəyişiklik 

etmədən  şeirdə  sənətkarlıqla  işlətmişdir.  Nümunə  üçün  “Gəl” 



 

 

 



 

138 


adlı qoşmasında “Hər fəslin öz vaxtı var, atalar demiş” (2, 216) 

atalar sözünü göstərə bilərik.  

Bəzən  heç  bir  işdə  bacarığı  olmayan,  lakin  hər  işə 

qarışan, özünü çoxbilmiş kimi göstərən insanlar vardır ki, Aşıq 

Şəmşir  bu  insalara  da  xalq  dilindən  götürülmüş  bir  ifadə  ilə 

səslənmişdir: 

 

   


“Özü üçün umac ova bilməyən

   


Özgəsinə kəsə bilməz, əriştə!” (2, 210)  

 

Aşıq  Şəmşir  “Olsun”  rədifli  qoşmasında  “Namusu  itə 



atıblar, it də yeməyib” (5, 185) atalar sözündən poetik şəkildə 

istifadə etmişdir: 

 

   


Ariflər üçündür sözümün sonu, 

   


Müqabil lazımdı hər boyun donu. 

   


Namusu itə at, it yeməz onu

   


Şəmşirin bu sözü yadigar olsun. (2, 169) 

 

Qoşma,  gəraylıları  ilə  yanaşı  divanilərində  də  Aşıq 



Şəmşir atalar sözündən məharətlə istifadə etmişdir:  

 

   



“Bir qılınc yoxlayanda gəzin polad qatını, 

   


Hər ot bitər kökü üstə-göstərər isbatını.” (2, 360)  

 

Qeyd  etdiyimiz  bənd  “Olmasa”  rədifli  divanisindəndir. 



Qılıncın tərkibində polad varsa bu onun möhkəmliyini, etibar-

lığını göstərir. Eyni zamanda, insanın genetik kodları nə qədər 

sağlam  olsa  o  bir  o  qədər  uğurlu  bir  şəkildə  yaşayıb-yaradar. 

“Ot  kökü  üstə  bitər”  (5,  194)  atalar  sözünün  mənasında  da 

insanın nəsli, kökü sağlam olduqca o nəslin, kökün davamçısı 



 

 

 



 

139 


da sağlam ruhda böyüyər. Bu fikrin davamı kimi müəllif digər 

bir  qoşmada  “Oddan  kül  törəyəm-atalar  demiş,  (2,  71)  atalar 

sözünü işlətmişdir. 

“Dost  sirrin  dosta  demə,  saxla  möhkəm  sirr  budu,”  (2, 

359)  misrasında”  Aşıq  Şəmşir  yenə  də  atalar  sözündən 

bəhrələnmişdir. “Dost sirrin dost bilər”, (5, 93) “Sirr açanda el 

qaçar” (5, 210) atalar sözü ilə səsləşən bu misrada aşıq insan-

ların bir–birinə olan etibarından bəhs etmişdir. Eyni zamanda, 

“Yayılar” qoşmasında aşıq bu fikri bir daha təsdiq edir: 

 

   



Bivəfa yoldaşa, biilqar dosta, 

   


Sirrini bildirmə, elə yayılar. 

   


Bel bağlama sınanmamış hər dosta, 

   


Düşər gizli sirrin dilə yayılar (2, 39).  

 

“Sirrini dostuna demə,  çünki dostunun  da dostu var” (5, 



210) atalar sözünü isə Aşıq Şəmşir “Aşıq” adlı divanisində belə 

ifadə etmişdir: 

 

  Dost sirrini dosta demə, saxla möhkəm sirr budu, 



  İnsanlara lazım olan namus, qeyrət bir budu, (2, 359) 

 

“Yayılar”  rədifli  qoşmanın  digər  bəndində  isə  “Bəylə 



bostan  əkənin  tağı  çiynində  bitər”  (5,  54)  atalar  sözü  işlədil-

mişdir:  

 

   


İnanma, “baharam” desə zimistan, 

   


Namərdlə tağ əkmə, bəy ilə -bostan. (2, 39) 

 

Aşıq  Şəmşir  atalar  sözündən  yaradıcı  şəkildə  istifadə 



etmiş, şeirlərinin poetik təsirini daha da artırmışdır: 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə