96
Əhmədqulunun kötücəsi olan Qəşəm uşaqlıq və yeniyet-
məliyində evlərində saz çalındığını, məclislər aparıldığını gö-
rüb. Quzey Azərbaycanın aşıqları da bu qərib gəncə qayğı və
məhəbbətlə yanaşır, onu özləri ilə birlikdə toylara, məclislərə
aparırlar. Beləcə Qəşəm burada bir aşıq kimi püxtələşir. Tif-
lisdə Aşıq Sadıq, Şəmkirdə Aşıq Teymur və başqaları ilə birlik
məclislərdə qarşılıqlı şəkildə eyni rədifdə şeirlər demişlər.
Gəncə-Tiflis bölgəsində daha yaxşı tanınan Aşıq Qəşəmi
1938-ci ildə yüzlərlə soydaşı ilə birlikdə SSRİ dən İrana
deportasiya edilər. Sovetlər Birliyi “dünya inqilabi” xülyası ilə
minlərlə insanı malından, mülkündən, bir çoxunu isə ailəsindən
məhrum edib İrana qovdu. Sovet rəhbərliyi belə düşünürdü ki,
inqilabi təcrübə qazanmış fəhlə və kəndlilər şah rejiminə döz-
məyib orada inqilab edəcəklər. SSRİ də onlara bu işdə yar-
dımçı olacaq. Lakin bu strategiya özünü doğrultmadı. Kütləvi
həbsləri, xüsusi mülkiyyətin ləğv edilməsini, islam dininin
qadağan edilməsini, qadınların başından çadranın, kişilərin ba-
şından papağın zorla götürüldüyünü, söz və vicdan azadlığının
qadağa edildiyini, zorakılığı görmüş insanlar vətənə inqilabi
əhval-ruhiyyə ilə deyil bir narazılıqla döndülər.
Bütün narazılıqlara, şah məmurlarının hədə-qorxusuna
baxmayaraq Aşıq Qəşəm Sovet Azərbaycanında aşıq sənətinə,
maarif və mədəniyyətə göstərilən qayğıdan məclislərdə söhbət
açmaya bilmirdi. O, ana dilində ali orta, texniki peşə məktəb-
lərin olduğunu, türk dilində qəzet-jurnallar, kitablar çap edil-
diyini, radio verilişlərini, aşıqlar üçün festivallar təşkil edil-
diyini söyləyir. İranın mühafizəkar məmurları isə bunu Sovet
təbliğatı kimi dəyərləndirərək aşığı təqib edirlər. Yəhya Şeyda
Aşıq Qəşəmin həbs edilərək doqquz ay zindanda saxlandıqdan
sonra azad edildiyini yazır.
97
3. Milli Hökumətin təbliğində Aşıq Qəşəmin rolu
Pəhləvi sülaləsinin hakimiyyətə gəldiyi gündən etibarən
Azərbaycan xalqı bir çox töhmətlərə, böhtanlara, təhqirlərə
məruz qalmışdır. Bu üzdən xalqımız öz taleyini öz əli ilə həll
etməyə qərar verir, şübhəsiz ki elinə, dilinə torpağına bağlı
olan Aşıq Qəşəmdə bu məsələyə laqeyd qala bilməzdir.
Sovet hökuməti 1941-ci ilin avqustunda güneydən Alman
təhlükəsi gözlənildiyini bəhanə gətirərək İranı işğal edir. Orada
möhkəmlənmək və xalqın nüfuzunu qazanmaq üçün ana dilin-
də təhsilə, qəzet və jurnal nəşrinə diqqəti artırır. Bunlar Aşıq
Qəşəmin də ürəyindən olduğuna görə o yalnız Güney maha-
lında deyil, ətraf bölgələrdə də Azərbaycan Demokrat Firqə-
sinin təmənnasız təbliğatçısına çevrildi.
Mahalım Güneydir, şəhərim Təbriz,
Qafil oldum, canım Araza düşdüm.
Deyərək yerini-yurdunu nişan verən aşıq Milli Hökumə-
tin Rusiya tərəfindən yaradıldığına etirazını bildirərək bu hö-
kumətin xalqın istəyi ilə yarandığın söyləyir.
Bir sənətkar kimi dünyagörüşü Quzey Azərbaycanda for-
malaşan Aşıq Qəşəm get-gedə bir məktəbə çevrilir. Güney
Azərbaycan aşıq sənətinin inkişafında böyük rol oynayır. O,
sərhədlərin bağlı dönəmdə, əlaqələrin kəsildiyi bir çağda çağ-
da, texnologiyanın, kompüterin inkişaf etmədiyi bir vaxtda
qazandığı həyat təcrübəsini öz sənəti ilə xalqına qaytarır.
Onun səyi və təşəbbüsü ilə Pəhləvi rejiminin türklərə ana
dilində qadağan etdiyi bir vaxtda nəinki özü türkcə məclislər
aparır, şeirlər qoşur, dilimizi zənginləşdirir, həm də gənc
aşıqlar yetişdirirdi.
98
Aşıq Qəşəmin nə qədər ustad sənətkar olduğunu onun
Aşıq Hüseyn Cavanla, Aşıq Həsən İsgəndəri ilə, Aşıq Əbdüləli
Nuri ilə, Aşıq Yədulla ilə, Aşıq Zülfüqar Kəmali və Aşıq Əziz
Şəhbazi ilə deyişmələrində aydın görmək olur.
Məclislərdə “Koroğlu”, “Qaçaq Kərəm” dastanlarını da-
nışmağa daha çox üstünlük verən Aşıq Qəşəm həm də “Abbas-
Gülgəz”, “Əsli-Kərəm”, “Leyli –Məcnun” və b. neçə-neçə lirik
ovqatlı məhəbbət dastanlarını da bilirmiş. Onun ifasında o
tayda “Şahsevəni”, “Şikəstə Sulduz”, “Yorqun Kərəmi”,
“Əhməd Kərəmi”, “Heydəri”, “Ağaxanlı”, “Cəfəri”, “Səttari”,
“Ağabəyli”, “Hicrani”, “Divani”, “Zeynalbəyli”, “Qərəbağı”,
“Zilqurbani”, “Zil Səttari”, “Sona Səttari”, “Səlyani”, “Qərə-
daği”, “Alaçığ” və başqa saz havaları olduqca şirin və qəlbox-
şayan səslənirmiş.
4. Milli hökumətin məğlubiyyətindən sonra
Əbdüləli Məcazi Əslən yazır ki, Milli Hökuməti Məhəm-
mədrza Pəhləvinin qoşunları dağıdandan sonra Kündürlü Aşıq
Qəşəm, Sisli Kərbəlayı Allahverdi və Şincanlı Məşədi Qüdrət
Azərbaycan Demokrat Partiyasının üzvü olduqlarına görə təqib
edildilər. Məşədi Qüdrəti çox incitmədilər, bir neçə dəfə
Məkkəyə gedib gələndən sonra ondan əl çəkdilər.
Aşıq Qəşəm isə şah hökumətinə baş əymədiyinə görə
qaçaq dolanmaq məcburiyyətində qaldı. Əvvəlcə dostlarının
evində gizləndi. Elə ki, şah məmurlarının tökülüb evlərdə də
siyasi adamları axtarma xəbərini eşitdi, “bir adama ziyanım
dəyməsin” deyə Mişov dağlarında gizlənməyi qərara aldı.
Mişov dağlarında, Qaradağ mahalında gizlin yaşayan aşıq
bir çoxları kimi səbirsizliklə fədai dəstələrinin Araz keçərək
vətəni şah rejimindən xilas edəcəklərini gözləyir.
Dostları ilə paylaş: |