Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə116/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   108   109   110   111   112   113   114   115   116

 

 

 



 

398 


Səməd  Vurğunla  deyişməsində  Aşıq  Şəmşir  şairi  şeiri-

mizin  mayakı  adlandırır,  yolunun  onun  sənət  çırağı  ilə  işıq-

landığını söyləyir: 

 

Qoşqarla yanaşı duran başın var, 

Bizim el tanıyır uca dağ səni. 

Yanır yolumuzda sənət çırağın, 

Bilirik şeirdə bir mayak səni.  (3,s.83) 

 

Aşıq  Şəmşir  üçün  Qoşqar  dünyanın  ən  uca  dağıdır  və 

Səməd  Vurğunun  Qoşqarla  yanaşı  qoyulması  onun  bir  şair 

kimi ən uca zirvədə durduğuna işarədir. 

Səməd Vurğunun ölümünə qoşduğu bir şeirdə Aşıq Şəmşir 

onu Nizamiylə qoşa görür, dövrün Nizamisi adlandırır: 



 

Dövrün Nizamisi edir əlvida, 

Dünyanı təzədən səs tutub ağlar. 

Ümidvar etdiyin qocaman aşıq  

Kimin ətəyindən bəs tutub ağlar.   (2,s.47) 

 

Aşıq  Şəmşir  “Vurğunun”  şeirində  Səməd  Vurğunun  bir 

şair kimi böyüklüyünü ifadə etmək üçün onu “şeir xəzinəsində 

ləl  hökmdarı”  adlandırmışdır.  Xəzinənin  içində  qiymətli, 

qiymətsiz  çox  şeylər  saxlanır.  Ancaq  hər  bir  xəzinənin  dəyəri 

onda  saxlanan  ləllə  ölçülür.  Aşıq  Şəmşir  də  Səməd  Vurğunu 

ona  görə  bütün  xəzinənin  yox,  onda  saxlanan  ləlin  hökmdarı 

adlandırmışdır ki, şairin yaradıcılığının ləldən ibarət olduğunu 

nəzərə çatdırsın: 

 

Dərya fərasəti, söz sənətkarı, 

Cavahir kəlməli, nitqi mirvarı. 



 

 

 



 

399 


Şeir xəzinəmin ləl hökmdarı, 

Çox böyükdü səadəti Vurğunun.  (2,s.33) 

 

Aşıq Şəmşir Səməd Vurğunun coşub-çağlayan, daşıb-qay-



nayan çağlarını görmüş, onu şeir dəryası adlandırmışdır: 

 

Şəmşirin dilində ustadın adı, 



Bir şadlıq başladı, ellər oynadı. 

O şeir dəryası daşdı-qaynadı, 

Görüşünə min bir adası gəldi.  (2,s.35) 

  

Aşıq  Şəmşir  yuxarıda  nümunə  verdiyimiz  bəndlərdə, 

həmçinin  digər  şeirlərində  Səməd  Vurğunun  bir  şair  kimi  əsl 

obrazını  yaratmaq,  onun  qüdrətini,  böyüklüyünü,  bənzərsiz-

liyini,  ucalığını  olduğu  kimi  ifadə  etmək  üçün  “uca  dağ”, 

“sənət  çırağı”,  “şeirin  mayakı”,  “kamil  sərraf”,  “”göz  ustadı”, 

“qabil  sənətkar”,  “söz  ustadı”,  “böyük  şair”,  “şeirin  şirin 

süxəndanı”,  “təbimin  piri”,  “şeir  dəryası”,  “Nizami  yurdunun 

yadigarı”  kimi  epitetlərdən  böyük  ustalıqla,  yerli-yerində 

istifadə etmişdir.    

 

II.

 

Vətəndaş Səməd Vurğun obrazı.  

Tanrı  Səməd  Vurğuna  təkcə  şairlik  verməmişdir,  onu 

hərtərəfli kamil yaratmışdır. Səməd Vurğun böyük şair olduğu 

qədər  də  böyük  vətəndaş  idi.  Bəlkə  də  böyük  vətəndaş  olma-

saydı,  Səməd  Vurğun  çox  cavan  yaşında  bu  qədər  şöhrət-

lənməzdi.  O  doğma  Azərbaycanı  canı  qədər  yox,  canından 

daha artıq sevirdi. “Azərbaycan” şeiri düşünülüb yazılmamışdı, 

şairin  sevgisindən  yaranıb  qəlbindən  dodaqlarına,  dodaqların-

dan qələminə süzülmüşdü. Səməd Vurğun Azərbaycana böyük 

məhəbbətlə  ana  deyirdi,  özünü  fəxrlə,  qürurla  onun  övladı 




 

 

 



 

400 


sayırdı. Bütün bunları Aşıq Şəmşir gözəl bilirdi və bir şeirində 

deyirdi: 

 

O ana deyibdi Azərbaycana, 



Cənnətə yol alıb süd verən ana. 

Vətən torpağına oldu pərvana, 

Xalq üçündü sədaqəti Vurğunun.  (2,s.33)  

 

Bəli,  Səməd  Vurğun  vətənin  pərvanəsiydi.  Vətən  də  baş-



dan-başa  Səməd  Vurğunun  pərvanəsinə  dönmüşdü.  “Vurğun” 

ləqəbi  bir  qız  sevgizindən  yox,  vətən,  el-oba,  yurd-yuva  vur-

ğunluğundan göyərmişdi. Səməd Vurğun uşaqdan böyüyə bü-

tün  insanları  sevirdi.  Onun  bütün  varlığı  sevgiylə  yoğrul-

muşdu. Xalq da sevgiyə sevgiylə cavab verirdi. Azərbaycanda 

Səməd  Vurğun  qədər  sevən  və  sevilən  bir  şair  olmayıb  və 

yoxdur.  Söhbət  vətən,  el-oba,  yurd  sevgisindən,  insanlara  mə-

həbbətdən  gedir.  Səməd  Vurğunun  bu  sevgisi  onun  vətəndaş 

kimi  böyüklüyündən  mayalanmışdır.  Ustad  Aşıq  Şəmşir 

Səməd  Vurğunun  vətənə,  xalqa,  el-obaya,  vətənin,  xalqın,  el-

obanın  da  Səməd  Vurğuna  sonsuz  məhəbbətini  görmüş,  duy-

muş, onu öz şeirlərində böyük ustalıqla ifadə etmişdir. Səməd 

Vurğun  hara  getsə  böyük  sevgiylə,  isti  məhəbbətlə,  güllə, 

çiçəklə qarşılanmışdır. Ona görə Aşıq Şəmşir yazırdı: 

 

Alqışladıq mahal ilə, el ilə, 



Qarşıladıq çiçək ilə, gül ilə. 

Saz ilə, söz ilə, şirin dil ilə 

Şəmşir deyir bu sərrafa: xoş gəlib! (2,s.31) 

 

Səməd  Vurğunun  qəlbindəki  sevgiyə,  məhəbbətə  cavab 



olaraq Şəmşirin də ona qanı qaynamışdı. Aşıq elə ilk görüşdən 

Səməd Vurğunun qəlbindəki məhəbbəti doğru duymuşdu: 




 

 

 



 

401 


 

Mənə yol göstərdi təbimin piri, 

Gördüm məhəbbətdi meyli, fikiri.  (2,s.32) 

 

Səməd  Vurğun  ellərin  halına  yanıb,  ayaqyalına  ayaqqabı 



verdi,  başıaçığın  başına  papaq  qoydu,  zəncinin  də  dərdini 

çəkdi.  Sevgisiylə,  məhəbbətiylə  hamının  qəlbində  həmişəlik 

solmayacaq  bir  bağ  əkdi.  Bunu  da  yenə  Aşıq  Şəmşir  gördü, 

Aşıq Şəmşir duydu: 

 

Solmaz həmişəlik-elə bağ əkdi, 



Onun hər misrası bir gələcəkdi. 

Qara zəncinin də dərdini çəkdi, 

Dövlətindən var baratı Vurğunun.  (2,s.34)  

 

Bunun  ardınca  Aşıq  Şəmşir  bir  sualın  cavabını  axtarır: 



görəsən Səməd Vurğunu bu qədər sevdirən nədir? Axı bu sevgi 

hər sənətkarın bəxtinə düşməyib. Xalqın sevgi, məhəbbət oca-

ğından bircə çınqı götürən sənətkar xoşbəxtdir. Səməd Vurğun 

isə bu ocaqdan odlu-alovlu kösöyləri qoşa-qoşa götürüb. Aşıq 

Şəmşir  də  Səməd  Vurğunun  sinəsindəki  bu  odu-alovu  çox 

görmüşdü. Ona görə bir şeirində deyirdi: 

 

Adı cahan kimi qaldı əbədi, 



Şəmşir ona az ha tərif demədi. 

Bəs onu bu qədər sevdirən nədi? 

Sadə qəlbi, pak sənəti Vurğunun!  (2,s.34) 

 

Səməd  Vurğunla  Aşıq  Şəmşirin  görüşlərini  və  sonrakı 



münasibətlərini  diqqətlə  izləyəndə  qəribə  bir  mənzərənin  şa-

hidi oluruq. Səməd Vurğun  Aşıq Şəmşirlə ilk dəfə görüşəndə 

yazdığı  şeirin  elə  ilk  misralarında  əbədi  ayrılığı  duyduğunu 



 

 

 



 

402 


gizlətməmişdir.  Şairin  “Aşıq  Şəmşir,  Dəlidağdan  keçəndə 

Kəklikli daşlardan xəbər al məni” misralarının arxasında əbədi 

ayrılıq hisslərinin gizləndiyini duymaq o qədər də çətin deyil. 

Çünki  Səməd  Vurğun  sonuncu  bəndində  bu  hissini  bir  daha  

“Unutmaz  bu  oba,  bu  mahal  məni”  şəklində  dilə  gətirmişdir. 

Qəribədir  ki,  üstündən  illər  keçib,  Səməd  Vurğun  dünyadan 

köçüb. İndi Aşıq Şəmşir şairi kəklikli daşlardan soruşmaq əvə-

zinə, bütün təbiət dilə gəlib aşıqdan Səməd Vurğunu soruşur: 

 

Necə cavab verim, səni soruşur, 



Suala çağırır lalalar məni. 

Deyir, hayandadı şeirin ustadı?- 

Dindirir al-əlvan talalar məni.  (2,s.42) 

 

Aşıq Şəmşirin poeziyasında Səməd Vurğunun çox dolğun 



bir  vətəndaş  obrazı    yaradılmışdır  və  onu  bütün  cizgilərinə 

qədər görmək olur. 

 

III.

 

Dost Səməd Vurğun obrazı. 

Səməd  Vurğunla  Aşıq  Şəmşir  arasında  gözəl  bir  dostluq 

olmuşdur.  Səməd  Vurğun  elə  ilk  görüşdən  bir  dost  kimi  Aşıq 

Şəmşirin  qəlbində  özünə  əbədi  yuva  qurmuşdur.  Hətta  bu 

dostluq  Şəmşir  üçün  qardaşlıqdan  da  əziz  olmuşdur.  Ona  görə 

Aşıq Şəmşir Səməd Vurğunun ölümündən sonra ona yazdığı bir 

şeiri  məhz  “Qardaş”  adlandırmışdır.  Bu  şeirin  “Qardaş”  ad-

lanması  qətiyyən  təsadüfi  deyil.  Səməd  Vurğunun  ölümündən 

sonra Aşıq Şəmşir çox soyuq üzlərlə, yad baxışlarla qarşılaşmış, 

Səməd  Vurğunun  ona  qardaş  olduğunu  daha  yaxından  hiss 

etmişdir.  Səməd  Vurğunun  ölümü  bütün  Azərbaycanı  sarsıt-

mışdır. Bir tərəfdən insanlar, bir tərəfdən də təbiət böyük şairə 

yas saxlayır. Böyük-kiçik bir-birindən Vurğunu soruşur.  Dağlar 

Vurğun deyib haray çəkir. Bülbüllər inləyir, lalələr qan ağlayır. 




 

 

 



 

403 


Buludlar  qaralıb,  havanın  gözləri  dolub.  Bütün  bunları  görən 

Aşıq Şəmşir sinəsinə qardaş dağı çəkildiyini yaxşı duyur: 

 

Sən ki, söz vermişdin bizim mahala



Bizə gəlməliydin, gəldin zavala. 

Firqətin Şəmşiri salıb nə hala, 

Belə dağ çəkərmi qardaşa qardaş?   (2,s.40) 

 

Səməd  Vurğunun  nə  sözündə,  nə  də  işində  saxtakarlıq 



olmayıb. Saxtakarlıq onun varlığına, ruhuna yaddır. O nə desə 

ürəkdən  deyib,  nə  eləsə  ürəkdən  eləyib.  Təəssüflər  olsun  ki, 

Səməd Vurğundan sonra hansı şairsə Aşıq Şəmşirin üzünə sax-

ta baxıb, onunla saxta danışıb. Aşıq da bunu çox yaxşı duyub: 

 

Aşıq qardaş, deyib özümə mənim, 



Şəmşirəm, şahid ol sözümə mənim. 

Qələm yurdçuların üzümə mənim 

Yad kimi baxdılar, bilməyə nə var?!  (4,s.125) 

 

Aşıq  Şəmşirin  ürəyindən  keçirmiş  ki,  o  öləndə  qəbrinin 



üstündə  son  sözü  Səməd  Vurğun  söyləsin.  Axı  son  sözü  ən 

yaxın  adam  söyləyə  bilər.  Aşıq  Şəmşir  də  Səməd  Vurğunu 

özünə ən yaxın dost, qardaş bildiyinə görə deyirdi: 

 

Hicranın atəşi yamandır, yaman, 



Əyir qamətini, verməyir aman. 

Şəmşiri torpağa tapşıran zaman 

Son söz deyən Səməd Vurğun olaydı.   (2,s.45) 

 

IV. Şəmşir poeziyasında Səməd Vurğunun təsiri. 

Aşıq  Şəmşirin  poeziyasında  Səməd  Vurğunun  bütöv  bir 

obrazı  var.  Bundan  başqa,  Aşıq  Şəmşirin  ayrı-ayrı  şeirlərində 

Səməd  Vurğun  yaradıcılığından və  şəxsiyyətindən bəhrələnmə-



 

 

 



 

404 


lərə,  təsirlənmələrə  də  tez-tez  rast  gəlinir.  Mövzusundan  asılı 

olmayaraq Aşıq Şəmşirin qoşduğu şeirlərdə bir də görürsən ki, 

Səməd  Vurğunun  misraları  gizlin-gizlin  boy  göstərir.  Məsələn, 

Aşıq  Şəmşirin  “Şəmşir,  sözlərinin  bir  hökmü  vardı,  İnsan 

gedərgidi,  söz  yadigardı”  misralarını  oxuyanda  istər-istəməz 

yaddaşımızda  Səməd  Vurğunun  “De  gəlsin  hər  nəyin  vardır, 

Deyilən söz yadigardır”, “Cahanda hər hökmü bir zaman verir” 

və “Biz gəldi-gedərik, sən yaşa dünya” misraları oyanır. 

Aşıq  Şəmşirin  “Hanı”  divanisindən  “Əhdi-peyman  bağ-

lamışdıq,  verdiyin  ilqar  hanı?”  (2,s.449)  misrasını  oxuyanda 

Səməd  Vurğunun  “Fələk  möhür  basdı  düşmən  deyənə,  Bəs 

mənim  verdiyin  etibar  hanı?”  misrası  yada  düşür.  Aşıq  Şəm-

şirin “Danışaq” rədifli qoşması da Səməd Vurğunun eyni adlı 

və  rədifli  qoşması  ilə  yaxından  səsləşir.  Bu  şeirlərdə  həm  də 

çox böyük ruh doğmalığı var. 

Aşıq  Şəmşirin  şeirlərində  Səməd  Vurğun  poeziyasından 

bəhrələnmələr  və  təsirlənmələr  genişdir,  çoxdur.  Onların 

hamısını saymağa  ehtiyac  yoxdur. Aşığın Səməd Vurğuna bir 

böyük  şair,  bir  qüdrətli  vətəndaş  və  yaxın  dost  kimi  sevgisi, 

məhəbbəti həm onun obrazını yaratmış, həm də Aşıq Şəmşirin 

şeirlərində bəhrələnmələr şəklində dərin iz buraxmışdır. 

 

QAYNAQLAR: 

1.

 

Məmməd Aslan. Zirvədən zirvəyə səsləniş//Aşıq Şəm-



şir. O Kürün, Arazın Tərtəriyəm mən. Bakı. 2004. S. 19-27. 

2.

 



Aşıq Şəmşir. O Kürün, Arazın Tərtəriyəm mən. Bakı. 

2004. 510 səh. 

3.

 

Aşıq  Şəmşir.  Seçilmiş  əsərləri.  Bakı.  “Azərnəşr”. 



1973. 416 səh. 

4.

 



Aşıq  Şəmşir.  Qoşmalar.  Bakı.  “Azərnəşr”.  1971.  160 

səh. 




 

 

 



 

405 


Islam Sadıg 

CHARACTER OF SAMAD VURGUN  

IN THE POETRY OF ASHUG SHAMSHIR 

Abstract: Great saz (Azerbaijani folk musical instrument 

like  guitar)-word  master  Ashug  Shamshir  after  meeting  with 

Samad  Vurgun  fortune  smiled  at  him,  suddenly  gained  great 

fame.  After  this  Ashug  Shamshir  was  friends  with  Samad 

Vurgun,  devoted  him  about  20  poem.  In  these  poems  were 

created perfect character of Samad Vurgun. 

In  the  article  was  investigated  Ashug  Shamshir’s  poem’s 

about  Samad  Vurgun,  was  given  opinions  about    poet  Samad 

Vurgun, citizen Samad Vurgun, friend Samad Vurgun characters. 

Key words: Ashug Shamshir, Samad Vurgun, poet, citi-

zen, friend, character. 

 

Ислам Садыг 

ОБРАЗ САМЕДА ВУРГУНА В ПОЭЗИИ  

АШУГА ШАМШИРА 

Резюме:  После встречи с Самедом Вургуном судьба 

улыбнулась  к  лице  великого  мастера  саза  и  слова  Ашуга 

Шамшира.  Ашуг  Шамшир  в  дальнейшем  дружил  с  Саме-

дом  Вургуном,  посвятил  ему  около  20-ти  стихов.  В  этих 

стихах он сотворил совершенный образ Самеда Вургуна. 

В  данной  статье  анализируются  стихи  Ашуга  Шам-

шира  о  Самеде  Вургуна,  исследуется  образ  поэт  Самеда 

Вургуна, гоажданин Самеда Вургуна, друг Самеда Вургуна. 



Ключевые  слова:  Самед  Вургун,  Ашуг  Шамшир, 

поэт, гражданин, друг, образ.  

  

 



 

 

 



 

406 


MÜNDƏRİCAT 

 

Muxtar Kazımoğlu-İmanovUstad aşıq və tarixi  

ənənə. (Ön söz əvəzi) .................................................... 7 



Adil CəmilAşıq Şəmşir poeziyasında xalq  

gülüşünün izləri ............................................................ 24 



Afət HaşimiQaraçay-malkar epik söyləyiciləri:  

jırçılar..................... ....................................................... 34 



Ali Yaman. Geçmişten bugüne Kızlbaş-Aleviler’de  

dedelik kurumu ve aşıklık (ozanlık) işlevi.................... 43 



Almaz HəsənqızıQopuz Azərbaycan mühacirət  

folklorşünaslığında  ....................................................... 76 



Aqşin Ağkəmərli. Şəbüstərli Aşıq Qəşəm Cəfəri ......... 89 

Aynur Qəzənfərqızı. Aşıq Camal və onun  

yardıcılığı ...................................................................... 106 



Aynurə SəfərovaNeftçala-Salyan aşıq mühiti: tarixi  

və nümayəndələri........ .................................................. 118 

 Aytac AbbasovaAşıq Şəmşir və Kəlbəcər mühiti ...... 133 

Enver Uzun. Âşık Şemşir geleneğinde Âşık Hasan  

İskenderi ....................................................................... 148 



Fəxrəddin AtayevGöyçə aşıq mühitinin  

formalaşması ........................................................................ 160 



Füzuli BayatAşıqlıq sənətinin ötürülməsində  

usta-şagird ənənəsinin funksional rolu ......................... 172 



Həsən Cəmşidi ( Anar Binevli)Aşıq Bahar Amusi .... 186  

İsmayıl Məmmədli. Aşıq Şəmşirin dil sənətkarlığı ...... 192 

Qalib Sayılov. Azərbaycan aşıq sənətində dini və  

irfani görüşlər ................................................................ 207 



Qumru Şəhriyar. Türk aşığı Dadaloğlu: həyatı  

və yaradıcılığı ............................................................... 221 



Leyla KərimovaAşıq sənəti Səməd Vurğun poeziyasının  

milli koloriti kimi .......................................................... 232 




 

 

 



 

407 


Ləman Vaqifqızı (Süleymanova)Molla Cümənin  

yaradıcılığında bayatı janrı ........................................... 248 



Məhəmməd Rəzzaqi. Zəngan aşıq mühiti .................... 258 

Nailə Əskər. Aşıq rəvayətlərində tarixi gerçəklik ........ 280 

Nəbi Kobotarian. Kültür taşıyıcı olan  

âşıkların dili .................................................................. 274 



Nigar HəsənovaAşiq Şəmşir şeirlərinin dili  

və üslubu ....................................................................... 293 



Руганият Мусаева. Особенности кумыкского  

музыкального фольклора ........................................... 305 



Səbinə İsayeva. Aşıq Şəmşir yaradıcılığında təsəvvüf  

ənənəsi ilə bağlı obrazlar .............................................. 313 



Şəhla HüseynliAşıq dastanlarında formullar ............. 334 

Бакчиев Талантаали. Сказитель – душа и дух  

народа ........................................................................... 339 



Yeganə İsmayılova. Uzun bir yolun yolçuları:  

Dədə Qorqud... Aşıq Şəmşir ......................................... 356 



Zümrüd İbrahimqızı. “Aşıq Mədət və Bəhrinaz”  

dastanı haqqında ........................................................... 363 



Babək Qurbanov. Tarixi-estetik baxımdan  

aşıq musiqisi ................................................................. 374  



İslam Sadıq. Aşıq Şəmşir poeziyasında  

Səməd Vurğun obrazı ................................................... 395 




 

 

 



 

408 


Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş 

“Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir 

mərhələsi” mövzusunda Beynəlxalq  

Elmi Konfransın materialları.  

Bakı, 2013. 

 

 

Nəşriyyat direktoru: 



Prof. Nadir Məmmədli 

 

 



Kompyuterdə yığdılar: 

Aynur Qəzənfərqızı 

Ruhəngiz Əlihüseynova 

 

Korrektoru: 



Afət Həşimi 

 

 



Kompyuter tərtibçisi və  

texniki redaktoru: 



Aygün Balayeva 

 

 



Kağız formatı: 60/84 32/1 

Mətbəə kağızı: 1 

Həcmi: 408 səh. 

Tirajı: 200 

 

 

Kitab AMEA Folklor İnstitutunun Redaksiya-nəşriyyat 



bölməsində yığılmış, səhifələnmiş, “Nurlan” NPM-də hazır 

diapozitivlərdən ofset üsulu ilə çap olunmuşdur. 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə