Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə111/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   108   109   110   111   112   113   114   115   116

 

 

 



 

383 


reallaşdırılır.  Deyişmə  bir  ümumi  mövzu  ətrafında  cərəyan  edir 

və çox vaxt kiçik teatr səhnəsini xatırladır. Burada aşıqlar bütün 

qabiliyyətlərini  ortaya  qoymağa,  aşıqlıq  sənətinin  ənənələrinə, 

əxlaqi-etik  qanunauyğunluglarına  riayət  etməyə  çalışırdılar. 

Kitabda  Türk  aşıqlarının  əksəriyyətinin  xoş  nəfəsini  eşitmək 

mümkündür. Deyişmələrdə  iştirak edən yaşlı və gənc, tanınmış 

və hələ  o qədər də şöhrət sahibi olmamış bir çox aşıqların yara-

dıcılıq  dəst-xətti,  xüsusilə  də  deyişmə  mədəniyyəti  ilə  yaxından 

tanış  olmaq  mümkün  olur.  Kitabda  yer  almış  "deyişmələr"  aşıq 

poetik  yaradıcılığının  nə  qədər  zəngin  şeir  formalarına  (burada 

müxtəlif  aşıq  şeir  formalarından,  bu  sırada  dodagdəyməz,  dil 

tərpənməz,  təcnis,  cığalı  təcnis  və  s.)  sahib  olması  ilə  birlikdə 

müasir aşıqların keçmiş bədii-estetik prinsipləri unutmamalarını, 

onlardan  yaradıcılıqla  istifadə  edə  bilmələrini,  müasir  mövzuları 

əski  şeir  formalarında  icra  edə  bildiklərini  sübut  etmiş  olur. 

Nümunə  olaraq  Taşlıova,  Günay  Yıldız  və  Tanrıkulunun  deyiş-

məsindən iki  bəndi oxucularımızla paylaşmağı lazım görürük

8



 

         

 

Taşlıova: 

Bu dünyada ağlım çatmaz 

Dönüşündə bir hikmət var 

Gecələri qaranlığın, 

Yanrışında bir hikmət var. 

 

         Günay Yıldız: 

Günəş çıxınca ulduzun 

Sönüşündə bir hikmət var 

Göydən damla damla yağ 

Enişində bir hikmət var 

                                                           

8

 



Nazim İrfan Tanrıkulu. Aşıqlar Divanı. İstanbul, 2000

 



 

 

 



 

384 


        Tanrıkulu: 

Bülbüllərin bağçalara 

Konuşanda bir hikmət var.  

Dünya dayanmaz oxunda  

Dönüşündə bir hikmət var. 

 

Unutmamaq lazımdır ki, bu cümlələr bədahətən bir iki dəqiqə 



içərisində deyilmiş cümlələrdir. Sözlərin məntiqi ardıcıllığı, şeirin 

qafiyəsi  uyğun  olaraq  istifadə  edilməsi,  eyni  zamanda  onların 

birinci  bənindəki  idea-mövzuya  xidmət  etmələri,  həmçinin 

bədiilik  və  sənətkarlıq  baxımından  da  lazım  olan  səviyyədə  ol-

ması insanı heyran qoyur. Bu qəbildən olan deyişmələr, (kitabda 

idea-emosyonal  baxımdan  zəngin  nümunələri  görmək  mümkün-

dür) təsadüfi deyil ki, geniş dinləyici kütləsinin də dərin marağını 

çəkir,  saatlarca  onların  diqqətini  özündə  saxlaya  bilir.  Əslində 

improvizasiya qabiliyyətinə əsaslanan bu ifa üsulu, eyni zamanda 

yaradıcı  insan  fikirinin  əhəmiyyətli  xüsusiyyətlərindən  birinin 

sirrlərinin  öyrənilməsi  işində  də  müsbət  rol  oynaya  bilər.  Bu 

qəbildən  olan  bədii-estetik  qayda-qanunlara,  ifa  proseslerinə, 

hətta  sazın  köklənməsi  kimi  xüsusiyyətlərə  nə  dərəcə  də  riayət 

etmələrini,  bu  ənənələri  necə  inkişaf  etdirmələrini  göstərməklə 

birlikdə,  çağımızda  belə  xalq  sənətkarlarının  dünyagörüşünü, 

sosial-mədəni  səviyyəsini,  ictimai-ideoloji  baxışlarını,  həyatda 

ortaya  çıxan  mürəkkəb  hadisələrdən  nə  səviyyədə  baş  çıxara 

bilmələrini  də  ifadə  etmiş  olur.  Kitabda  yer  almış  "lüğət" 

hissəsində  müəllif  aşıq  yaradıcılığında  istifadə  edilən  bir  çox 

sözləri, deyimləri xalq dilindəki mənaları ilə birlikdə izah etməyə 

çalışır.  Bu  bölümdə  eyni  zamanda  ümumiyyətlə  aşıq  yaradıcılı-

ğına  xas  olan  bir  çox  sözlərin  ortaq  məna  daşıdıqlarını    da  hiss 

etmiş  oluruq.  Hətta  yazar  müasir  Türk  aşıqlarının  istifadə  et-

dikləri  bir  çox  söz  və  məsəllərin  Türkcəyə  çevirilmasini  belə 




 

 

 



 

385 


əhəmiyyətli  sayır.  Bizim  üçün  tamamilə  aydın  olan  bu  sözlərin 

(məsələn;  “qabağında  gul  olar”,  "ona-buna  tay  eylədin")  Türk 

oxucuları və dinləyicisi üçün başa düşülməsini asanlaşdırmaqdan 

ötrü onların izahını da verir. Bu cür müqayisələr və anlayışların 

(zaman  keçdikcə  bunların  bəziləri  öz  köhnə  fonetik  və  məna 

xüsusiyyətlərini  belə  itirmişdir.)  zənginliyinə  dəlalət  etməklə 

birlikdə  aşıq  yaradıcılığının  əsrlərdən  bəri  yaranmış  və  ortaq 

dəyərlər halına gəlmiş bir çox sözlərin, terminlərin (eyni zamanda 

aşıqlar  divanında  səslənən  musiqinin,  daha  doğrusu  musiqi 

müşayiəti    ilə  əlaqədar  nümunələrin  də  notaya    köçürülməsini 

əhəmiyyətli  edir.  Ümumiyyətlə  musiqinin  aşıq  yaradıcılığında 

tutduğu  əhəmiyyətli  yeri  tək  aşıq  havaları,  melodiyaları  ilə 

məhdudlaşdırmaq  doğru  olmazdı.  Aşıq  ədəbiyyatında,  xüsusilə 

də dastan  yaradıcılığında  musiqinin,  onun insan  mənəviyyatında 

xalqın  sosial  mədəni  həyatında  oynadığı  əhəmiyyətli  rolu  hiss 

etmək  çətinlik  təşkil  etmir.  Məsələn,  Dədə  Qorqud,  Koroğlu, 

Aşıq Qərib, Əsli və Kərəm, Tahir və Zöhrə  kimi dastanlarda əsas 

qəhrəmanların saz çalıb oxuması, çox vaxt da musiqi vasitəsiylə 

öz  daxili  dünyasını,  dərin  duyğularını,  istək-arzularını  ifadə 

etməsi  kimi  hadisələr  bir  daha  yuxarıda  söylədiklərimizi  sübut 

edir.  Bəzən  musiqi  dastanlarımızda  əbədilik,  ölməzlik,  ölümü 

belə  yenəbilmə  simvolu  kimi  də  bir  məna  daşıya  bilir.  "Dədə 

Qorqud" dastanının bir çox variantlarında bu xüsusiyyəti hiss edə 

bilərik.  Yəni  "Dədə  Qorqud"u  əbədiləşdirən,  ruhunu  yaşadan, 

onun qopuzunun cismani ölümdən sonra belə səslənməsi, xalqını 

maarifləndirməsi, doğru yola çağırmasıdır. "Koroğlu" dastanında 

da  qəhrəmanın  ən  mürəkkəb  məqamlarda  belə  saza  müraciət 

etməsi,  bir  xalq  qəhrəmanı  olmaqla  birlikdə  eyni  zamanda  bir 

xalq  aşığı  olması  kimi  bir  həqiqətin  də  təsadüf  olmadığını 

göstərir.  Heç  şübhəsiz  əsasən  xalqın  qəhrəmanlıq  və  gözəllik 

ideallarının  ifadəsi  olan  dastan,  hər  nə  qədər  onun  tarixi  həqi-



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə