Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə113/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   108   109   110   111   112   113   114   115   116

 

 

 



 

389 


mından  da  bənzərliklərin  olması  faktı  araşdırmalar  nəticəsində 

ortaya çıxmış olur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" dastanı 

həm yerli, həm də xarici elm adamlarının diqqətini cəlb edir

13

. Bu 



dastanda  Türk  soylu  xalqların  tarixi  keçmişi,  sosial  həyat  tərzi, 

humanizm və ədalət naminə apardıqları mübarizələr, gözəllik və 

ülvülük haqqındakı təsəvvürləri, onların əxlaqi-etik prinsipləri, bu 

sırada  bəşəri  universal  dəyərləri  özündə  ehtiva  edən  xalqın  bu 

bədii  şüur  məhsulu  hal-hazırda  da  öz  dəyərini  itirməmiş,  bütün 

mədəni  millətlərin  dərin  marağına  səbəb  olmaqdadır.  "Dədə 

Qorqud  dastanının"  C.  Lyuis  tərəfindən  İngilis  dilinə  tərcümə 

olunması, fikirimizi bir daha sübut edir. Yazar tercümədəki giriş 

hissəsində ingilis oxucusunu dastanın yaranma tarixi, Türk soylu 

xalqlar arasında onun yayğınlığının ictimai-tarixi səbəbləri, əsərin 

bədii dil xüsusiyyətləri, bədii-ifadə vasitələrinin spesifikliyi, eyni 

zamanda dünya ədəbiyyatı nümunələri ilə olan süjet  bənzərlikləri 

və s. haqqında geniş məlumatlar verir. Məsələn müəllif "Basatın 

Təpəgözü  Öldürməsi  nağılı"  (yeddinci  nağıl)  "Odisey"  əsərinin 

doqquzuncu  fəslində  təsvir  olunmuş  siklop  əhvalatları  arasında 

bənzərliklər  tapmağa  çalışır.  Yenə  C.  Lyuis  burada  yazır  ki, 

Homer  tərəfindən  meydana  gətirilmiş  hekayənin  "Kitabi-Dədə 

Qorquddan"  necə  bir  yol  tapmış  olması  çox  maraqlıdır.  O, 

konkret  nümunələrə  müraciət  edir  və  yazır  ki,  "Homer  hika-

yətinin xalq variantının naşirləri  Meri  və Ridl, eyni zamanda bu 

günlərə  kimi  Vilhelm  Qrim  də  belə  hesab  edirlər  ki,  sikloplar 

haqqında  olan  əfsanələr  öz  başlanğıcını  heç  də  "Odisey"dən 

almayıb və onların hamısında bir ümumi mənbəə vardır. Ehtimal 

ki, Homer bu mövzunu vaxtilə Kiçik Asiyanın qərbində ağızdan-

ağıza  söylənən  hekayətlərdən  almışdır.  Təxminən  iki  min  il 

ərzində söylənilən  bu hekayətlər ilk dəfə Asiyanın şərqində Türk 

                                                           

13

 



Abdulla  K.,  C.Lyuis,  Vilhelm  Grim,    Laura  Melikof-Sayar,  Orhan  Şaik 

Gökay və b

 



 

 

 



 

390 


dilli  xalqların  nümayəndəsi  "Kitabi-Dədə  Qorqud"  əsərinin 

naməlum  müəllifi  tərəfindən  menimsenilmişdir

14

.Bu  qəbildən 



olan  bənzərliklərin  mövcud  olmasını  digər  alimlərimiz  də 

vurğulamağa  çalışırlar.  Xüsusilə  də  əski  Yunan  ədəbiyyatı  və 

mədəni bənzərlikləri son zamanlarda alimlərimizin diqqətini daha 

çox çəkir. Məsələn Prof. Dr. Mürsəl Həkimovun "Aşıq Sənətinin 

Poetikası"

15

 adlı  monoqrafiyasında  Qobustan  qayaları  üzərindəki 



petroqliflərdə qurban kəsmə  mərasimləri ilə  Yunanlıların Dionis 

tanrısının  şərəfinə  verilən  qurban  mərasimləri  arasındakı 

bənzərliklə,  eyni  zamanda  "Kosa-Kosa”,  “Qaravəlli”  kimi  xalq 

mərasim  teatrlarının  zəhmət  nəğmələri  ilə  Yunanlıların  xalq 

teatrlarının,  zəhmət  nəğmələri  arasındakı  bənzərliklər  "Dəli 

Dumrul" boyunun  Evripidin "Alkesta" əsəri ilə olan bənzərlikləri 

ifadə  edilməkdədir.

 

Prof  Dr.  Əflatun  Neimətzadənin    sintetik 



sənət olaraq dram teatrı ilə əlaqədar yazılarında da teatr tarixi və 

oyunu  ilə  əlaqədar  bir  daha  qədim  xalq  oyunlarımızın,  onların 

ənənəvi janrlarının əski Yunan teatr tamaşaları ilə qarşılıqlı əlaqə 

diqqət  mərkəzinə  gətirilir.  Bu  baxımdan  Kalmuk  xalqının 

qəhrəmanlıq  dastanı  "Canqar"

16

 ilə  dastanlarımız  arasındakı 



bənzərlikləri (toponomik yer adları, adət-ənənələr, at kultu, döyüş 

alətləri,  geyimlər,  bayraqlar,  əkinçilik  mədəniyyəti,  musiqi 

məclisləri,  ortaq  sözlər,  bölümlərdəki,  boylardakı  ümumi 

məzmun  və  s.)  saxlamaq  mümkündür  deyə  düşünürük.  Eyni 

sözləri  Rusların  məşhur  "İqor  polku  (alay)  haqqında  Dasdan"ı 

haqqında  da  söyləmək  mümkündür.  Bu  qəbildən  olan  analoji 

                                                           

14

  



Bax:  The  Book  of  Dede  Korkud.  Translated,  with  an  İntroduction    and 

Notes,  by  Yeoffrey  Lewis,  Penguin  Boks,  1974  :  Azerbaydjan  za  rubejom. 

Elm, Baku, 1975, № 4, s.41 

15

 Mürsel Həkimov.  Aşıq Sənətinin Poetikası. Seda neşriyyatı. Bakı,  2004 



16

 

Babek Kurbanov. Kalmuklar ve  Kahramanlık  Destanı Cangar. Türkeli, 25  



Haziran, 2,9, Temmuz 1997.

 



 

 

 



 

391 


örnəklər  heç  də  tək  mövzu,  ideya-məzmun,  eyni  zamanda 

yuxarıda  zikr  etdiyimiz  digər  ortaq  fenomenlərlə  kifayətlənmək 

fikrində  deyilik.  Bu  yaxın  və  bəzən  coğrafi  baxımdan  bir-

birlərindən uzaqda yaşayan xalqların "səs mədəniyyəti" sahəsində 

də  saysız-hesabsız  bənzərliklər  tapmaq  mümkündür.  Bu 

baxımdan  tanınmış  musiqi  nəzəriyyəçisi  və  estetikçi  Haluk 

Tarcanın  prinsipyal  xarakter  daşıyan  "Atəş  Kültü"  məqaləsinə 

müraciət  edək.  "Müasir  musiqinin  böyük  bir  hissəsi,  mənşəyni, 

Orta  Asiya  və  Avrasiyada  məskunlaşmış  millətlərin  xalq  mah-

nıları  və  onların  ritmik  özelliklərindən  alır.  Bu  Asiya  qayna-

ğından  Rus  bəstəkarları  də  böyük  ölçüdə  faydalanmışlar:  Rus 

operalarında  daxili  ariyaların  çoxu,  Kazax  xalq  musiqisindən 

alınmaqdadır.  Borodinin  "Knyaz  İqor"  operası,  Çaykovskinin 

"Dama  de  Pique"  (Qaratoxmaq  gadın)  operası  və  diğərlərini  də 

örnək  gətirmək  mümkündür.    Fransız  tədqiqatçısı  və  yazarı 

Romen  Rollanın  yazdığı  kimi  Rus  romantik  musiqisinin  qay-

naqlarından  biri  Asiya  Türk  xalq  musiqisidir.  Sanıram  bir  dəfə 

daha  yazmışdım,  Çaykoskinin  "Qu  quşu  gölü"  baleti  bir  Qırğız 

nağılıdır.  "Bu  cür  nümunələrin  sayını  artırmaq  da  mümkündür, 

lakin  burada  məqsəd  bir  dəfə  daha  Türk  soylu  xalqların  mədə-

niyyət  və  qarşılıqlı  təsir  xəritəsinin  nə  qədər  geniş  olduğunu 

sərgiləməkdir.  Zənn  edirik  ki,  Türk  soylu  xalqların  xalq  yara-

dıcılığının  xüsusilə  də  ozan-aşıq  sənəti  və  ənənələrinin  yaxın 

xalqların  mənəvi-estetik  mədəniyyətlərinin  bir-biri  ilə  qarşılıqlı 

əlaqəsi,  musiqi  sənətinə  olan  inkar  edilməz  təsiri,  bu  mədə-

niyyətlərlə  olan  münasibətləri  ilə  bağlı  problemlər  onların  ciddi 

tədqiqinə  diqqət  yetirilməsi  də  getdikcə  daha  böyük  əhəmiyyət 

kəsb edir. Məsələn, bu baxımdan aşıq sənətinin Qafqaz və onun 

sərhədlərindən  çox  uzaqlardakı  əks-sədasının,  estetik-təsir 

gücünün  böyük  olduğunu  göstərən  lazımlı  məlumatlar,  konkret 

faktlar da  az deyil.  Azərbaycan  musiqisinin Gürcüstanda, Ermə-



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə