Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə108/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   104   105   106   107   108   109   110   111   ...   116

 

 

 



 

374 


Babək QURBANOV 

Gazıantep Unıversıtetı  (Türkiyə)   

Fəlsəfə Elmləri Doktoru, Professor. 

kurbanov@gantep.edu.tr

 

 

TARİXİ-ESTETİK BAXIMDAN AŞIQ MUSİQİSİ 

 

Özət:    Türk  soylu  xalqların  həyatında  bir  çox  sənət  növləri 

kimi  musiqi  də  tarixi  inkişaf  prosesində  əhəmiyyətli  bir  yer 

tutmuşdur.  Bu  xalqların  folklor  yaradıcılığına  diqqət  etsək  bir 

daha  görə  bilərik  ki  musiqi  sənəti  hər  zaman  xalqın  yanında 

olmuş,  onun  sevincini-kədərini,  mərdliyini,  cesurluğunu,  hazır-

cavablığını,  azadlıq  uğrunda  mübarizələrini,  estetik  və  etik 

ideallarını  ifadə  etmişdir.  Söylədiklərimizi  sübut  edən  yüzlərlə, 

minlərlə  sənədlər,  arxeoloji  məlumatlar,  folklor  nümunələri,    bu 

sırada  şifahi  və  yazılı  ədəbiyyat  nümunələri  göstərmək  müm-

kündür.  Əsrlərdən  gələn  ozan-aşıq  sənətinə  müraciət  etdiyimiz 

zaman bu söylədiklərimizin etibarlılığına olan inancımız bir daha 

da  artmaqdadır.  Ozan-aşıq  havalarının,  mahnılarının  günümüzə 

çatmış  və  klassikləşmiş  bir  çox  nümunəsi  onların  yüksək  bədii-

estetik dəyərini ən bariz şəkildə sübut edir. Aşıq sənətinin poetik 

və  musiqi  janr  (növ)  rəngarəngliyi,  eyni  zamanda  idea-məzmun 

və mövzu baxımından son dərəcə zəngin olması heç şübhəsiz bu 

ovsunlayıcı  sənətin  min  illərə təməllənən  uzun bir tarixi  yol  qət 

etməsini  göstərir.  Forma,  kompozisiya,  lad-məqam  və  idea-

məzmun baxımından mükəmməl bir zirvəyə çatmış aşıq havaları 

heç şübhəsiz,  birdən birə, bedahətən (irticalen)  belə bir estetik 

səviyyəyə  çatmamışdır.  Təbii  ki,  ozan-aşıq  sənətinin  bu 

nümunələrinin  meydana  gəlməsində  onun  zəngin  tarixi  genetik 

köklərinin  olması  fikri  heç  bir  şübhə  doğurmamalıdır.  Aşıq 

mahnılarının bizə çatmış nümunələrinin bu qədər az olmasının ən 



 

 

 



 

375 


əsas səbəbi isə onların zamanında notaya alınmaması, nota yazısı 

vasitəsiylə  "maddiləşdiriməməsidir".  Müxtəlif  ictimai,  tarixi, 

sosial-mədəni  səbəblərdən  dolayı,  həmçinin  eyni  zamanda 

müharibələr,  köçlər,  ticarət  əlaqələri,  müxtəlif  dini  inanclar 

(şamanizm,  sufizm  və  s.)  digər  xalqların  basgıları  və  s.  ilə 

əlaqədar  olarag  yüzlərcə-minlərcə  xalq  mahnılarımız  (bunu 

folklor  yaradıcılığının  digər  sahələri  haqqında  da  söyləmək 

mümkündür)  itib-batmış,  yalnız  xalqın  yaddaşında  qalmış, 

nəsillərdən  nəsilləre  ötürülməsi  yolu  ilə  günümüzə  qədər  gəlib 

çatmış,    bir  daha  müasir  mənəvi  mədəniyyətimizin  ayrılmaz 

parçasına çevrilmişdir. Aşıq havalarının eski Türk soylu xalqların 

mədəni həyatında son dərəcə əhəmiyyətli rol oynadığını bir daha 

xatırlatmaq  istəyirik.  Aşıq  havalarının  xalqın  xeyrində,  şərində, 

bayramlarında,  müxtəlif  mərasimlərində,  xüsusilə  də  toylarında, 

mövsüm    mərasimlərində  (məsələn;  Novruz  Bayramında  və  s.) 

önəmli rol oynamasına aid  saysız-hesabsız yazılara, məqalələrə, 

monoqrafiyalara rast gəlmək mümkündür. Bir daha xatırladaq ki 

aşıq  sənəti  və  ifaçılığı  bu  zamanlar  daha  çox  kütləvi  xarakter 

daşımasını,  daha  çox  insan  birliyinə,  xalq  kütlələrinə  xitab 

etməkdə olduğunu söyləyə bilərik. Lakin aşıq havalarının heç də 

hamısı  öz  idea-məzmununa  görə  kütləvilik  xarakteri  daşıma-

maqdadır.  Daha  doğrusu  bu  qəbildən  olan  havalar  heç  də  hər 

zaman  xalq  kütləsinin  ümumiləşdirilmiş  istəyini,  birlik,  bəra-

bərlik, ədalət, azadlıq kimi cəmiyyətin demək olar ki, bütün sosial 

zümrələri  için  önəmli  ola  bilən  vətənpərvərlik,  vətənsevərlik 

ideyalarını  ifadə  etmək  məqsədinə  qulluq  etməmişdir.  Aşıq 

havaları  insanlarımızın    bu  qeyd  etdiyimiz  arzu  və  istəklərini, 

mənəvi-estetik idealarını ifadə etməklə birlikdə onların fərdi hiss 

və həyəcanlarının müxtəlif tərəflərini, ruh hallarını ifadə edə bilən 

gözəl  nümunələrini  də  görmək  mümkündür.  Sevgi,  hörmət, 

mərifət,  yaşlıya-uşağa-qadına  hörmət,  təbiət  gözəlliklərinə 



 

 

 



 

376 


heyranlıq, təbiətdə, insanlarda, cəmiyyət içərisində, eyni zamanda 

insan  davranışlarında  gözəlliyi  görmək,  dərk  etmək,    onun 

əhəmiyyətini  anlamaq  kimi  ülvi  hissləri  ifadə  edən  yüzlərcə 

nümunər də tapmaq mümkündür.  

Türk  soylu  xalqların  həyatında  bir  çox  sənət  növləri  kimi 

musiqi də tarixi inkişaf prosesində əhəmiyyətli bir yer tutmuşdur. 

Bu  xalqların  folklor  yaradıcılığına  diqqət  etsək  bir  daha  görə 

bilərik  ki  musiqi  sənəti  hər  zaman  xalqın  yanında  olmuş,  onun 

sevincini-kədərini,  mərdliyini,  cəsurluğunu,  hazırcavablığını, 

azadlıq  uğrunda  mübarizələrini,  estetik  və  etik  ideallarını  ifadə 

etmişdir.  Söylədiklərimizi  sübut  edən  yüzlərcə,  minlərcə  sə-

nədlər, arxeoloji məlumatlar, folklor nümunələri, bu sırada şifahi 

və yazılı ədəbiyyat nümunələri göstərmək mümkündür. Əsrlərdən 

gələn  ozan-aşıq  sənətinə  müraciət  etdiyimiz  zaman  bu  söylə-

diklərimizin etibarlılığına olan inancımız bir daha da artmaqdadır. 

Ozan-aşıq  havalarının,  mahnılarının  günümüzə  çatmış  və 

klassikləşmiş  bir  çox  nümunəsi  onların  yüksək  bədii-estetik 

dəyərini  ən  real  bir  şəkildə  sübut  edir.  Aşıq  sənətinin  poetik  və 

musiqi  janr  (növ)  rənğarəngliyi,  eyni  zamanda  idea-məzmun  və 

mövzu  baxımından  son  dərəcə  zəngin  olması  heç  şübhəsiz,  bu 

ovsunlayıcı  sənətin  min  illərə təməllənən  uzun bir tarixi  yol  qət 

etməsini  göstərir.  Forma,  kompozisiya,  lad-məqam  və  idea-

məzmun baxımından mükəmməl bir zirvəyə çatmış aşıq havaları 

heç şübhəsiz,  birdən-birə, bədahətən  belə bir yüksək estetik sə-

viyyəyə  çatmamışdır.  Təbii  ki,  ozan-aşıq  sənətinin  bu  nümu-

nələrinin  meydana  gəlməsində  onun  zəngin  tarixi  genetik  kök-

lərinin  olması  fikri  heç  bir  şübhə  doğurmamalıdır.  Aşıq  mah-

nılarının bizə çatmış nümunələrinin tarixilik baxımından nisbətən 

az  olmasının  ən  əsas  səbəbi  isə  onların  zamanında  notaya 

alınmaması,  nota  yazısı  vasitəsiylə  "maddiləşdirilməməsidir". 

Müxtəlif  ictimai,  tarixi,  sosial-mədəni,  son  zamanlar  isə  ideoloji 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə