Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə106/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   102   103   104   105   106   107   108   109   ...   116

 

 

 



 

367 


Aşıq, uyma sara, ayrılma eldən,  

Sənətkarın ata-anası eldir. 

Büdrəyib yıxılsan qocalığında, 

Qolundan qaldırıb tutası eldir (8). 

 

Amma  burada  klassik  dastanlarımıza  nəzərən  mifik  ob-



razlar  azdır.  Bunun  səbəbi  onun  müasir  dövrdə  yaranması  ilə 

əlaqədardır.  

Bu  dastanın  digər  variantında  aşığın  Bəhrinazla  evliliyi 

göstərilmişdir.  Aşıq  bu  dastanı  həyatda  qarşılaşdığı,  gördüyü 

real faktlar əsasında yaratmışdır. Amma Aşıq Mədətin dağıstanlı 

Bəhrinazla evliliyi həqiqət deyildir. Aşıq Mədətin özünün dediyi 

kimi,  bu  evlilik  ustadın  arzuları,  qurduğu  xəyalları  və  uydur-

masının  təzahür  formasıdır.  Onun  bu  arzusu  ancaq  dastanda 

gerçəkləşir.  Prof.  M.H.Təhmasib  dastan  yaradıcılığı  haqqında 

olan  məqaləsində  qeyd  edir  ki,  «aşıq  tərzində  yazan  şair  özü 

haqqında dastan qoşur.  Burada  süjetin doğurdan da baş  vermiş 

real  hadisə,  yaxud  uydurmamı,  real  sevgimi,  yaxud  xəyali 

surətmi olub-olmaması bir o qədər də əhəmiyyətli deyildir. Əsas 

məsələ  budur  ki,  belə  dastanların  qəhrəmanı  onu  yaradan  das-

tançının özüdür» (11, 10-15). Dastan boyu ənənəyə uyğun aşığın 

yuxugörmə,  butasının  arxasınca  getmə,  bu  yolda  qarşılaşdığı 

maneələri  və  nəhayət,  qazandığı  uğurları  izləyirik.  Hadisələr, 

əsasən, Dağıstan və Azərbaycanda cərəyan edir. Amma burada 

dastançı  aşıq  bəzən  ənənədən,  mövzudan  uzaqlaşmış  və  başqa 

bir  aləmə  düşmüşdür.  Müəyyən  qədər  avtobioqrafik  səciyyə 

daşıyan  bu  dastan  sənətkarın  Dağıstan  səfərində  yaranmışdır. 

Yuxuda gördüyü butasının arxasınca gedib Dağıstan elinə çıxan 

aşığı  bir  ağsaqqal  evinə  qonaq  aparır  və  əsas  macəralar  da 

bundan sonra başlayır. Yuxarıda qeyd etdiyimiz kimi, dastanda 

yuxugörmə  motivi  başqa  dastanlardan  fərqlidir.  Əgər  «Novruz 



 

 

 



 

368 


Qəndab»da,  «Abbas  Gülgəz»də  qəhrəmanlara  butanı  ərənlər, 

dərvişlər  müəyyən  üsullarla  verirsə,  burada  isə  qəhrəman 

yuxuda  dağlarla  ünsiyyət  qurur  və  qeybdən  səda  eşidir.  Ona 

butasının  dağıstanlı  Bəhrinaz  olduğu  deyilir.  Göründüyü  kimi, 

burada  buta  verən  şəxsin  surəti  bəlli  deyil,  onun  sadəcə  səsi 

eşidilir.  Təbii  ki,  bunun  əsas  səbəbi  ustad  aşığın  müqəddəs 

şəxslərə  böyük  hörmət  və  onlara  əlçatmaz  bir  varlıq  kimi 

baxmasından  irəli  gəlir.  Digər  tərəfdən  Aşıq  Mədət  şeirlərində 

dağları  özünə  həmişə  arxa-dayaq  hesab  etmiş,  bütün  sirlərini, 

acısını, sevgisini, iztirablarını onunla bölmüşdür. Dastanda qəh-

rəmanlara  butanın  yuxu  vasitəsilə  müqəddəslər  tərəfindən 

verilməsi xüsusi bir anlam kəsb edir. Təbiətin rəmzi olan Xızır 

gənclərə buta verməklə, onlara yeni həyata hazırlığın, saf, təmiz 

eşqə başlanğıcın, sadiqliyin, səbrin təməlini qoymaqda yardımçı 

olmuşdur.  Bununla  qəhrəman  bir  sıra  gizli  sirlərdən  xəbərdar 

olmuş,  olub-keçənlərdən  xəbərvermə  bacarığına  da  malik 

olmuşdur.  Folklorşünas  alimlərimizdən  olan  prof.  M.Seyidov 

doğru olaraq buta almağın, haqq aşığı olmağın mifik inamlarla 

bağlılığı  qənaətinə  gəlmişdir  (12,  130-135).  Prof.  H.İsmayılov 

da aşıq sənətinin mənşəyi ilə bağlı konsepsiyasında butaya ilahi 

eşqin simvolu kimi yanaşaraq qeyd edir ki, «buta istiliklə, odla, 

günəşlə,  dünya  ağacı  ilə  bağlı  mifoloji  məna  daşıyan  sözdür, 

nurlu, odlu içkidir. Məhz bu baxımdan butanı müqəddəslərin əli 

ilə  alıb  içən  şəxs  ya  aşıq  olur,  ya  da  aşiq  olur»  (6,  118). 

Görkəmli  folklorşünas  alim  Füzuli  Bayat  «Məhəbbət  (Eşq) 

dastanları»  məqaləsində  butanı  haqq  vergisi  adlandırmışdır. 

«Vergi  alan  şəxsin  butasına  qovuşması  aşiqin  haqq  ilə  haqq 

olmasıdır»  (5,  133).  «Aşıq  Mədət  və  Bəhrinazın  dastanın»da 

buta verən müqəddəs şəxs əslində görünmür, qəhrəmanın yalnız 

dağlarla  ünsiyyəti  verilir.  Qeybdən  səs  gəlir  ki,  ona  səngər 

bulağının suyundan bir saat ərzində içməyi buyrulur. Deyilir ki, 



 

 

 



 

369 


sudan  içməzdən  öncə  qəhrəman  sevgilisinin  əksini  görəcək. 

Gördüyü  gözəl  dağıstanlı  Zahidxan  ağanın  qızıdır.  Onu  qəhrə-

mana  buta  verirlər.  Göründüyü  kimi,  butavermə  burada  klassik 

dastanlardan  fərqlidir.  Qəhrəman  yalnız  qeybdən  gələn  səsin 

buyruğu  ilə  hərəkət  edir  və  sonunda  uğur  qazanır.  Hadisələrin 

bu  cür  cərəyan  etməsi,  çox  təbii  ki,  sənətkarın  təxəyyülünün 

məhsuludur.  Çünki  heç  bir  klassik  dastanda  bu  üsulla  buta 

verilmir. Prof. İ.Abbaslı Azərbaycan dastanları kitabının müqəd-

dimə hissəsində qeyd etmişdir ki, «dastan yaradıcılığı real həyat 

hadisələrini  təcəssüm  etdirməklə  bərabər,  dastançının  öz  fanta-

ziyasının  gücündən  də  istifadə  olunur».  Müəllif  onu  da  qeyd 

etmişdir ki, dastançılar yaratdıqları əsərlərinin mayasını, əsasını 

həm  yaşadıqları,  həm  də  özlərindən  çox  əvvəlki  dövrlərdən 

alsalar da, bu nümunələri epik boyalarla zənginləşdirmiş, işləmiş 

və  bədiiləşdirmişlər  (1,  10).  Butanın  məhz  Xızır  Nəbi,  Qırxlar 

pirinin,  Əlinin,  övliyaların,  dərvişlərin  verməsi,  bu  şəxslərin 

birbaşa Allah dərgahına yaxın olması, Allah elçisi olması ilə əla-

qəlidir.  Xalq  rəvayətlərinin  əksəriyyətində  Xızır  Nəbi  müxtəlif 

funksiyalarda 

 yol göstərən, gələcəkdən xəbər verən, xilasedici, 



yolundan azanı düz yola qaytaran, yazın gəlişindən soraq verən, 

aşiqi məşuqinə yetirən, Allah dərgahından enən müqəddəs şəxs 

kimi görünür. Aşıq Mədətə butanı verən də həmin Xızırdır. Bu-

rada  əsas  qəhrəmanlar  Mədətlə  Bəhrinazdır.  Yardımçı  obrazlar 

isə  müdriklik  çələngi  olan  Zahidxan  baba  və  Bəhrinazın  bacısı 

Şəhrinazdır.  Dastan  boyu  Aşıq  Mədətin  qərib  eldə  keçirdiyi 

sıxıntıları,  iztirabları,  vətən  həsrəti  və  s.  əks  olunmuşdur. 

M.Cəfərli dastanda mənəvi sınaqların ön plana çəkildiyini qeyd 

etmişdir  (4,  87).  Burada  aşığın  bədahətən  dediyi  qoşmaların, 

deyişmələrin  xüsusi  önəmi  vardır.  Zahidxan  babaya  özü  haq-

qında məlumat verən qəhrəman belə deyir: 

 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə