Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə105/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   101   102   103   104   105   106   107   108   ...   116

 

 

 



 

364 


dastanların  yaranması  mühitdə həmin tarixi ənənənin qorunub 

saxlandığını  göstərir.  Həmin  dastanları  klassik  dastanlarımızın 

Zaqatala variantları da adlandırmaq olar. Bu gün Aşıq Məhəm-

mədin, Aşıq Arazın, Molla Cümənin yaşayıb-yaratdıqları dövr-

lərdə olduğu kimi, dastançılıq ənənəsi Zaqatala aşıq mühitində 

özünün  yüksək  inkişaf  prosesini  keçirmir.  Əksinə,  bu  ənənə, 

demək  olar  ki,  zəifləyib.  Ustad  sənətkarlardan  olan  Əliabadlı 

Camalın, Varxiyanlı Mədətin, Səadəddinin dediklərinə əsasən, 

vaxtilə, yəni XX əsrin 70-80-ci illərəinə kimi ayrı-ayrı yerlərdə 

aşıq  və  tənbur  ifaçılarının  məclisləri  qurulardı.  Hər  aşığı  gün-

lərlə danışdığı dastana  görə mükafatlandırırdılar. Tənburla qu-

rulan  dastan  məclislərinə  isə  «yığnax»  deyərdilər.  Sazla  quru-

lan  dastan  gecələrində  xüsusi  olaraq  əvvəlcədən  hazırlanmış 

gənclər  kosa  paltarı  geyinər,  aşıq  yorulanda  onu  meydanda 

əvəzləyər,  camaatın  yorğunluğunu  və  diqqətini  öz  oyunbaz 

hərəkətlərinə,  məzəli  söhbətlərinə  cəlb  edərdilər.  Bu  gənclər 

özlərini  tanınmaz  görkəmə  salar,  üzlərinə  müxtəlif  heyvan 

dərisindən maskalar taxar, əyinlərinə qadın paltarı geyinərdilər. 

Dastan  məclislərində bu xüsusiyyətlərin olması təbii ki, regio-

nal  çalarla  bağlıdır.  Bu  gün  isə,  təəssüf  ki,  həmin  ənənə 

unudulub  aradan  çıxmışdır.  Bu  ənənənin  bir  sıra  elementləri 

yalnız Novruz bayramı adətlərində bu gün də yaşamaqdadır. 

Zaqatala  aşıq  mühitində  Azərbaycan  dastanlarının  bəzi-

lərinin  Zaqatala  variantlarına  təsadüf  olunmuşdur.  Bunlardan 

«Novruz  və  Qəndab»,  «Soltan  və  Qəndab»,  «Abbas  və  Gül-

gəz» dastanlarının adlarını çəkmək olar. Bu fakt Zaqatalada ta-

rixən belə bir ənənənin mövcud olduğunu bildirir. Çox təəssüf 

ki,  Aşıq  Məhəmmədin,  Aşıq  Əzimin,  Ziyəddinin  el  məclis-

lərində  söylədikləri  dastanlar  müəyyən  səbəblərdən  günümüzə 

qədər gəlib çatmamışdır.  




 

 

 



 

365 


Aşıq Camaldan yazıya aldığımız «Novruz Qəndab» das-

tanı mövcud klassik dastanlarımızın variantıdır. Bu dastan əski 

formasından müəyyən qədər çıxmış və aşıq onu öz istədiyi for-

maya  salmışdır.  Amma  dastan  klassik  ənənəyə  uyğun  olaraq 

ustadnamə  ilə  başlayıb  duvaqqapma  ilə  bitir.  Sadəcə  hadisə-

lərin zaman və məkanı fərqlidir, improvizəçilik fərqli xüsusiy-

yətlər  meydana  çıxarmışdır.  Bütün  bu  xüsusiyyətləri  nəzərə 

alan  prof.  R.Rüstəmzadə  Şifahi  xalq  ədəbiyyatımızın  ən  mo-

numental nümunəsini dastan adlandırmışdır (9, 4).   

Zaqatala aşıq mühitindən topladığımız dastanları iki yerə 

ayırmaq olar: 

1.

 



Azərbaycan dastanlarının Zaqatala variantları 

2.

 



Müəllifi  məlum  olan,  avtobioqrafik  səciyyəli  regional 

dastanlar 

    Birinci qrupa aid olan iki dastanın birini Əliabadlı Aşıq 

Camaldan  yazıya  almış,  digərini  isə  Bəhmədli  Aşıq  Cahangir 

Dalğının  arxivindən  əldə  etmişik.  Aşıq  Məhəmmədin,  Aşıq 

Arabın, Sarəcin, Ziyəddinin məclislərdə söylədikləri «Şah Mə-

sun»,  «Sarının»,  «Şahzadə  Yetərin»  dastanları  müəyyən  sə-

bəbdən  günümüzə  qədər  gəlib  çatmamışdır.  Əliabadlı  Aşıq 

Camaldan  yazıya  aldığımız  «Novruz  Qəndab»  dastanının  Za-

qatala variantı hesab oluna bilər.  

Zaqatala  Aşıq  mühitində  ustad  aşıqların  özlərinin  yarat-

dıqları  dastanlara  da  təsadüf  edirik.  Bu  dastanlarda  mühitə 

məxsus adət-ənənələr, burada yaşayan insanların məişət həyatı 

yaradıcı  boyalarla  canlandırılır.  Bəzi  folklorşünas  alimlərimiz 

Azərbaycan  aşıqlarının  dastan  yükünü  onların  epik  repertuarı-

nın əsası hesab edirlər (3, 34).  

Məqalədə  əsas  tədqiqat  obyektimiz  2-ci  qrupa  aid  olan, 

müəllifi  məlum  olan,  avtobioqrafik  səciyyəli  regional  dastan 

hesab etdiyimiz “Aşıq Mədət və Bəhrinazın dastanı”dır. 



 

 

 



 

366 


Aşıq  Mədətin  dastan  yaradıcılığı  özünəməxsus  xüsusiy-

yətləri  ilə  seçilir.  Aşıq  Mədətin  bir  sənətkar,  ustad  aşıq  kimi 

bacarığı özünəqədərki  ənənədən  məharətə istifadə edə bilməsi 

ilə əlaqələndirilə bilər. Ustad sənətkar bu ənənədən böyük mə-

harətlə  faydalanıb,  yaşatdığı  kimi,  ana  dilinin  incəliklərindən 

də bacarıqla istifadə etmişdir. Bu poeziya sənətkarlıq baxımın-

dan  da  zəngin  mədəniyyət  hadisəsidir.  Ustad  aşığın  zəngin 

yaradıcılığının  az  bir  hissəsini  onun  yaratdığı  dastanlar  təşkil 

edir. Bunlar “Aşıq Mədət və Taleyin dastanı” “Aşıq Mədət və 

Bəhrinazın dastanı” və “Aşıq Mədət və Güleyşənin dastanı”dır.  

Aşıq Mədət yaradıcılığında öz əksini tapan «Aşıq Mədət 

və Gülzar», «Aşıq Mədət və Taleyin dastanı», «Aşıq Mədət və 

Bəhrinazın  dastanı»  xüsusi  məharətlə  yazılmışdır.  Dastan 

ənənəyə  uyğun  olaraq,  ustadnamələrlə  başlamış  və  bu  ustad-

namələrdə dastanın mövzusu açıqlanmışdır.      

Ustadın  «Aşıq  Mədətlə  Bəhrinazın  dastanı»  klassik  das-

tançılıq  ənənəsinin  bütün  forma  və  məzmun  xüsusiyyətlərini 

özündə  əks  etdirir.  Mətn  üç  ustadnamə  ilə  başlayıb  duvaq-

qapma  ilə  bitir  və  şeirlə  nəsrin  növbələşməsi  prinsipinə  əsas-

lanmışdır. Ustadnamələrin hər üçü («Dilbərim», «Eldir», «Gö-

zəl»)  dastanın  məzmununa  uyğun  tərzdə  olmaqla  yanaşı,  həm 

də  Zaqatala  aşıq  mühitinin  sənətkarlıq  spesifikasından  soraq 

verir.  Prof.  M.H.Təhmasib  məhəbbət  dastanlarının  struktur 

vahidləri  kimi,  ustadnamə,  dastanın  özünü  və  sondakı  duvaq-

qapmanı göstərərək qeyd edir ki, ustadnamələrdə deyilmiş hik-

mətamiz  aforizimlər  el  müdrikliyindən  irəli  gəlir.  İnsanlarda 

xeyirxahlıq, mərdlik, ləyaqət, halallıq kimi insani keyfiyyətləri 

yaratmaq  məqsədi  daşıyır  (10,  62-63).  Bu  baxımdan  dastanda 

verilən  ustadnamələr  maraqlıdır.  «Eldir»  rədifli  ustadnamədən 

bir parçaya diqqət edək:  

 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə