Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə107/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   103   104   105   106   107   108   109   110   ...   116

 

 

 



 

370 


Mən Aşıq Mədətəm, haqqın quluyam, 

Al ilə, qumaşla yükü doluyam. 

Bu fani dünyadan yaxşı haliyəm, 

Yaradandan möhlət, aman istərəm (8). 

 

Dastan  boyu  sənətkarın  böyük  çətinliklərlə  qarşılaşma-



sına  baxmayaraq,  Mədət  heç  vaxt  sarsılmır.  Sevgilisini  küsüb 

inciyən görəndə Aşıq Mədət deyir: 

 

At kənara kədər, qəmi, 



Qoynuna sal gizlə məni, 

Nolaydı dağdan arana  

Bəhrinazım gələydi (8). 

 

Dastanın diqqətçəkən cəhətlərindən biri də burada vətənə 



və qoynunda yaşadığı vətəninin təbiətinə olan sevgisinin parlaq 

və bədii şəkildə əks olunmasıdır. 

 

Üzü qibləgaha, meyli Allaha,  



Sirri, sözü olan dağlar oğluyam.  

Gözəl yaylaqları, billur çeşməli,  

Çəmən, çölü olan dağlar oğluyam.  

 

Dağlardı Mədətin arxa, dayağı,  



Güllər diyarının bağçası, bağı.  

Bürünüb atlasa gəlin sayağı,  

Şivə-nazı olan dağlar oğluyam (8). 

 

Dastanın  regional  çalarlarını  göstərən  əsas  xüsusiyyət-



lərdən  biri  də  burada  hadisələrin  baş  verdiyi  məkan  ilə  əla-

qədardır. Dastan boyu aşığın butasının arxasınca dolaşdığı ellər 




 

 

 



 

371 


Dağıstan,  Gürcüstan,  Car,  Balakən  ellərinin  hüdudlarıdır.  Bu-

rada  Bəhrinaz  aşiqinə  yadigar  və  tanıtım  üçün  öz  əliylə 

cehizliyinə toxumuş Dərbənd divarlarının əksi olan əl yaylığını 

verir.  


Dastan boyu qəhrəman gah dünyanın vəfasızlığından, gah 

da  bəxtindən  gileylənir.  Amma  bütün  bunlara  baxmayaraq, 

sonda  öz  butasına  yetişir,  onunla  xoşbəxt  bir  ailə  qurur.  Real 

həyat  faktları  ilə  aşığın  təxəyyülünün  bəhrəsi  olan  bu  dastan, 

fikrimizcə,  bir  sıra  baxımdan  çox  dəyərlidir.  Birincisi,  dastan 

müasir məhəbbət mövzusunda yazılmış və avtobioqrafik səciy-

yə daşıyır. Məhz bu baxımdan çox böyük əhəmiyyətə malikdir. 

Digər  tərəfdən  dastanın  əsas  qəhrəmanı  Aşıq  Mədətin  özüdür. 

Əvvəldən sonadək onun simvolik obrazlarla deyişdiyini izləyi-

rik.  «Tale»  ilə,  «gül»lə,  «ay»la,  «çay»la  deyişmələrə  təsadüf 

edirik. Çayla olan deyişməsinin bir parçasına diqqət edək: 

 

       Aşıq Mədət  

Bürünmüşəm dərdə-qəmə, 

Qorxuram eşq odum sönə. 

Siz Allah, yol verin mənə

Çaylar, məni incitməyin. 

 

Çaylar 

Aşıq, bil dərdimiz çoxdur, 

Kimi acdır, kimi toxdur. 

Başqa cür çarəmiz yoxdur

Bizim öz axınımız var (8). 

 

Zaqatala  aşıqlarından  topladığımız  regional  dastanların 



hər  birinin  strukturunda  diqqəti  çəkən  bir  xüsusiyyət  burada 

sakral  sferanın  və  əlaqənin  mövcudluğudur.  Dastanda  klassik 




 

 

 



 

372 


ənənə  qorunsa  da,  hadisələrin  gedişatı,  zamanı  və  toponimi-

kası,  məzmunu  baxımından  müasir  hesab  olunur.  «Aşıq  Mə-

dətlə Bəhrinazın dastanı»nı tam şəkildə müasir həyatla səsləşən 

avtobioqrafik  səciyyə  daşıyan  dastan  hesab  etsək,  daha  doğru 

olar.  Dastan  boyu  əxlaqi-tərbiyəvi  motivlərə  də  çox  təsadüf 

olunur. Dastan müasir həyatla səsləşsə də, əsas kökünü, rişəsini 

klassik dastanlardan götürmüşdür. Prof. İ.Abbaslı bu məsələyə 

münasibətini  bildirərək  qeyd  edir  ki,  yeni  dastan  yaradan 

müəlliflərin əksəriyyəti klassik dastan irsindən faydalanmış, bu 

xəzinədən  yaradıcı  surətdə  istifadə  etmiş,  bu  çeşmədən  su 

içmiş, bu qaynaqdan bəhrələnmişlər (1, 7. 2, 11-12). 

Fikrimizcə,  «Aşıq  Mədət  və  Bəhrinazın»  dastanı  məz-

mununa,  quruluşuna,  regional  çalarlarına  görə  dastançılıq 

ənənəsində özünəməxsus yer tutacaqdır. 



 

QAYNAQLAR: 

1.

 



Abbaslı İ. Yeni dastanlar adlı müqəddimə. Azərbaycan 

dastanları. 5 cilddə, V cild. Bakı: Elm, 1972, 447 s. 

2.

 

Abbaslı İ. Azərbaycan dastanlarının yayılması və təsiri 



məsələləri. Bakı: Nurlan, 2007, 272 s. 

3.

 



Azərbaycan dastanları. (təkrar nəşr), (Redaktor M.Qa-

sımlı, Tərtib edənlər M.H.Təhmasib, Ə.Axundov). Beş cilddə, 

I cild. Bakı: Lider, 2005, 392 s. 

4.

 



Cəfərli  M.  Haqqa  tapınan  aşiqlər.  Azərbayacan  folk-

loru. Bakı: Sabah,1994, s.87 

5.

 

Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və Sufizminin bəzi 



problemləri. Bakı: Ağrıdağ, 1997, 101 s. 

6.

 



İsmayılıov  H.  Aşıq  yaradıcılığı:  mənşəyi  və  inkişaf 

mərhələləri. Bakı: Elm, 2002, 310 s. 

7.

 

İsmayılıov  H.  Aşıq  yaradıcılığı:  mənşəyi  və  inkişaf 



mərhələləri. Bakı: Elm, 2002, 310 s. 


 

 

 



 

373 


8.

 

Mənbəyi  göstərilməyən  nümunələr  müəllifin  şəxsi 



arxivindədir. 

9.

 



Rüstəm  Rüstəmzadə.  Məhəbbət  dastanları.  Gəncə 

Poliqrafiya, 2008, 502 s. 

 

10.


 

Təhmasib  M.H.  Azərbaycan  xalq  dastanları  (orta 

əsrlər), Bakı: Elm, 1972, 399 s.  

11.


 

Təhmasib  M.H.  Məqalələri.  Dastan  yaradıcılığı  haq-

qında. Bakı: Elm, 2005, 218 s. 

12.


 

Telli  saz  ustadları.  (tərtib  edən  Ə.Axundov).  Bakı: 

Azərnəşr, 1964, 159 s. 

 

Zumrud Ibrahim 

ABOUT EPOS “ASHUG MADAT AND BAHRINAZ” 

Summary:  In  this  article  the  art  of  narrators  existing  in 

Zagatala ashyg environment is investigated as one of the branches 

of the art of Azerbaijani ashyges. The epos of “Ashyg Madat and 

Bahrinaz” is investigated, the importance and the specific features 

of this epos especially emphasized and underlined.  

Key words:  Ashug Madat; country poet, Zagatala ashug 

creative  environment;  Ashug  Mahammad;  gerayli,  gosh-ma 

(forms of Azerbaijani poem); mountains. 

 

Зумруд Ибрахим 

ОБ ЭПОСЕ “АШЫГ МАДАТ И БAХРИНАЗ” 

Резюме:  В  этой  статье  исследуется  искусство  ска-

зительства,  существующая  в  Загатальской  среде  как  одна 

из  ветвей  азербайджанского  искусства.  В  эпосе  “Ашыг 

Мадат и Бaхриназ” исследована и особо подчеркнута важ-

ность и особенность этого эпоса. 

Ключевые  слова:  Ашыг  Мадат,  страна,  поэт,  Зага-

тальская  ашыгская  творческая  среда,  Ашыг  Мухаммед, 

герайлы, гошма (Азербайджанские формы стихотворения).  



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə