Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə115/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   108   109   110   111   112   113   114   115   116

 

 

 



 

395 


İslam SADIQ 

AMEA Folklor İnstitutu 

islam-sadiqli@rambler.ru 

 

AŞIQ ŞƏMŞİR POEZİYASINDA  



SƏMƏD VURĞUN OBRAZI 

 

Özət:  Azərbaycanın  böyük  xalq  şairi  Səməd  Vurğun 

vətəni, eli-obası kimi, onun hər bir övladını da ürəkdən sevmiş, 

rastına  çıxan  istedadlı  adamlara  həmişə  qayğı  göstərmişdir. 

Səməd  Vurğunla  görüşdükdən  sonra  taleyi  üzünə  gülmüş  bu 

cür adamlar çox olub. Onlardan biri də Aşıq Şəmşirdir. 

Aşıq  Şəmşir  sazın-sözün  böyük  ustadıdır.  Lakin  açıq  de-

mək lazımdır ki, Səməd Vurğunla görüşənə qədər Aşıq Şəmşir 

yalnız Kəlbəcərdə və ona yaxın rayonlarda tanınmışdır. Yaxşı 

ki, Səməd Vurğunla görüş onun taleyinə yazılıbmış. Məmməd 

Aslan  bu  görüş  haqqında  yazır:  “Səməd  Vurğun  böyük  qayğı 

və  xeyirxahlığı  ilə  Dədə  Şəmşiri  dərənin  dibindən  zirvəyə 

qaldırmışdı”.  Sözsüz  ki,  Aşıq  Şəmşirin  məşhurlaşmasında 

Səməd Vurğunun xidmətini bundan gözəl ifadə etmək çətindir. 

Aşıq  Şəmşir  Səməd  Vurğunla  görüşəndə  onun  yaşı  60-ı 

keçmişdi. Artıq sazın da, sözün də ustadı idi. Səməd Vurğunu 

da  görməsə  belə  tanıyır,  şeirlərini  əzbər  bilirdi.  Bunu  aşığın 

Səməd  Vurğunla  görüşərkən  söylədiyi  ilk  şeirdən  də  aydın 

görmək olur. Səməd Vurğunla görüşdükdən sonra Aşıq Şəmşir 

şairi  daha  dərindən  tanımış,  onunla  dostluq  etmiş,  düzüb-

qoşduğu 20-yə qədər şeirdə və bir dastanda Səməd Vurğunun 

bütöv  bir  obrazını  yaratmışdır.  Məqalədə  Aşıq  Şəmşirin  şeir-

lərində Səməd Vurğun obrazı hərtərəfli araşdırılmışdır. 

Açar  sözlər: Aşıq Şəmşir, Səməd Vurğun, şair, vətəndaş, 

dost, xarakter 




 

 

 



 

396 


Azərbaycanın  böyük  xalq  şairi  Səməd  Vurğun  vətəni,  eli-

obası  kimi,  onun  hər  bir  övladını  da  ürəkdən  sevmiş,  rastına 

çıxan  istedadlı  adamlara  həmişə    qayğı  göstərmişdir.  Səməd 

Vurğunla  görüşdükdən  sonra  taleyi  üzünə  gülmüş  bu  cür 

adamlar çox olub. Onlardan biri də Aşıq Şəmşirdir. 

Aşıq  Şəmşir  sazın-sözün  böyük  ustadıdır.  Lakin  açıq  de-

mək lazımdır ki, Səməd Vurğunla görüşənə qədər Aşıq Şəmşir 

yalnız Kəlbəcərdə və ona yaxın rayonlarda tanınmışdır. Yaxşı 

ki, Səməd Vurğunla görüş onun taleyinə yazılıbmış. Məmməd 

Aslan  bu  görüş  haqqında  yazır:  “Səməd  Vurğun  böyük  qayğı 

və  xeyirxahlığı  ilə  Dədə  Şəmşiri  dərənin  dibindən  zirvəyə 

qaldırmışdı”  (1,  s.26).  Xalq  şairi  Osman  Sarıvəlli  isə  Aşıq 

Şəmşir  haqqında  yazdığı  yazılarından  birində  onu  Səməd 

Vurğunun tapdığı planet adlandırmışdır. Sözsüz ki, Aşıq Şəm-

şirin məşhurlaşmasında Səməd Vurğunun xidmətini bunlardan 

gözəl  ifadə  etmək  çətindir.  Səməd  Vurğun  məşq  otağından 

səhnəyə aparan yolu tanımayan çox istedadlı bir aktyorun əlin-

dən tutub onu özü səhnəyə çıxartdı və tamaşaçı ilə görüşdürdü.   

Aşıq  Şəmşir  Səməd  Vurğunla  görüşəndə  onun  yaşı  60-ı 

keçmişdi. Artıq sazın da, sözün də ustadı idi. Səməd Vurğunu 

da    görməsə  belə  tanıyır,  şeirlərini  əzbər  bilirdi.  Bunu  aşığın 

Səməd  Vurğunla  görüşərkən  söylədiyi  ilk  şeirdən  də  aydın 

görmək olur. Səməd Vurğunla görüşdükdən sonra Aşıq Şəmşir 

şairi  daha  dərindən  tanımış,  onunla  dostluq  etmiş,  düzüb-

qoşduğu 20-yə qədər şeirdə və bir dastanda Səməd Vurğunun 

bütöv bir obrazını yaratmışdır. Bu şeirləri və dastanı oxuyanda 

Səməd  Vurğunla  görüşün  Aşıq  Şəmşirin  həm  həyatında,  həm 

də  yaradıcılığında  necə  dərin  iz  buraxdığını  duymamaq, 

görməmək mümkün deyil. 

Səməd  Vurğunla  görüşü  Aşıq  Şəmşirin  yaradıcılığına  iki 

yöndə təsir göstərmişdir: 



 

 

 



 

397 


1.

 

Aşıq  Şəmşir  Səməd  Vurğun  haqqında  istər  şairin  sağ-



lığında, istərsə ölümündən sonra 20-yə qədər şeir qoşmuşdur; 

2.

 



Səməd Vurğunun özü və sözü Aşıq Şəmşirin digər şeir-

lərinə də təsir göstərmişdir. 

Maraqlıdır  ki,  Aşıq  Şəmşirin  şeirlərində  Səməd  Vurğunun 

bütöv  obrazı  yaradılmışdır.  Ona  görə  bütöv  deyirəm  ki,  Aşıq 

Şəmşirin şeirlərində Səməd Vurğunun həm şair kimi böyüklüyü, 

həm  vətəndaş  kimi  qüdrəti,  dostluğa  sədaqəti,  xeyirxahlğığ, 

saflığı, milli xarakterinin bütün cizgiləri öz ifadəsini tapmışdır. 

 

I.

 

Şair Səməd Vurğun obrazı.  

Səməd Vurğun şairdi, hər şeydən öncə, şair kimi tanınmış, 

şöhrət qazanmışdır. Aşıq Şəmşir də Səməd Vurğunla görüşənə 

qədər  onun  böyük  şair  olduğunu,  xalqın  onu  necə  sevdiyini, 

uşaqdan  böyüyə  hamının  qəlbində  isti  yuva  qurduğunu  yaxşı 

bilirdi.  Ona  görə  Səməd  Vurğunun  Kəlbəcərə  gəlişindən  duy-

ğulanıb qoşduğu “Xoş gəlib” şeirində yazırdı: 

 

           Elimin, günümün böyük şairi 

           Gətirib dağlara səfa xoş gəlib. 

           Gözlərdik yolunu biz intizarla, 

           Eyləyib əhdinə vəfa, xoş gəlib.  (2, s.31)   

 

Şeirin  sonrakı  bəndlərində  Aşıq  Şəmşir  Səməd  Vurğunu 

sözün  kamil  ustadı,  sərrafı  adlandırır,  şan-şöhrətin  ona  yaraş-

dığını  dilə  gətirir,  Kəlbəcəri  yada  saldığından  çox  duyğulan-

dığını yazır: 

 

Minnətdarıq kamil söz ustadına, 

Şan-şöhrət yaraşır onun adına. 

Bizim Kəlbəcəri salıb yadına, 

Çəkibsə bu yolda cəfa, xoş glib.  (2,s.31) 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə