Aşıq Şəmşirin anadan olmasının



Yüklə 2,68 Mb.

səhifə1/116
tarix08.07.2018
ölçüsü2,68 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   116


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Aşıq Şəmşirin  

anadan olmasının  

120 illiyinə həsr olunur. 

 

 

 


 

 

 



 




 

 

 



 



AMEA FOLKLOR İNSTİTUTU 



“AŞIQ ŞƏMŞİR” MƏDƏNİYYƏT OCAĞI İCTIMAİ BİRLİYİ 

 

 

 



Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş 

 

AŞIQ SƏNƏTİNİN TARİXİ İNKİŞAF YOLLARI 

VƏ AŞIQ ŞƏMŞİR MƏRHƏLƏSİ 

 

mövzusunda Beynəlxalq Elmi Konfransın 

 

M A T E R İ A L L A R I 

 

 

 



 

 

BAKI – 2013 




 

 

 



 



AMEA Folklor İnstitutu 



Elmi Şurasının qərarı ilə çap olunur. 

 

LAYİHƏ RƏHBƏRİ:  Fil.ü.e.d. Muxtar KAZIMOĞLU  



 (İMANOV) 

 

ELMİ REDAKTORLARI:  Fil.ü.f.d. Adil CƏMİL  

     

 

 

     Fil.ü.f.d. Səbinə İSAYEVA 

     

 

 

     Fil.ü.f.d. Nail QURBANOV 

 

 

TƏRTİB EDƏNLƏRİ:     Aynur QƏZƏNFƏRQIZI 

    

 

 

    Əli ŞAMİL 

  

Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş 

“Aşıq  sənətinin  tarixi  inkişaf  yolları  və  Aşıq  Şəmşir  mərhə-

ləsi”  mövzusunda  Beynəlxalq  Elmi  Konfransın  materialları. 

Bakı, “Nurlan”, 2013, 408 səh. 

 

Kitabda 5 dekabr 2013-cü ildə Bakı şəhərində AMEA Folklor İnsti-



tutu və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı 

ilə  keçirilən  “Aşıq  sənətinin  tarixi  inkişaf  yolları  və  Aşıq  Şəmşir  mər-

hələsi”  mövzusunda  Beynəlxalq  Elmi  Konfransın  materialları  toplan-

mışdır.  Topluya  Azərbaycan  alimləri  ilə  yanaşı,  Türkiyədən,  İrandan, 

Dağıstandan  və  Qırğızıstandan  olan  elm  adamlarının  da  aşıq  sənətinin 

tarixi keçmişi və bu günü ilə bağlı məqalələri daxil edilmişdir.  

 

folklorinstitutu.com 



M

 

4603000000 



Qrifli nəşr

      


     N-098-2013       

 

 



Folklor İnstitutu, 2013 


 

 

 



 



KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ 



 

 

SƏDARƏT 

 

Muxtar  Kazımoğlu  (İmanov)  –  filologiya  üzrə  elmlər 

doktoru, AMEA Folklor İnstitutunun direktoru.  

Qənbər  Şəmşiroğlu  –  şair-publisist,  ictimai  xadim, 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri  



 

ELMİ HEYƏT  

 

Zəlimxan Yaqub  xalq şairi, Azərbaycan Aşıqlar Birli-

yinin sədri  

Məhərrəm  Qasımlı  -  fil.ü.e.d.,  professor,  AMEA  Ədə-

biyyat İnstitutunda direktor müavini 



Qəzənfər Paşayev – fil. ü. e . d. , professor 

Məmməd Aslan – şair  

Babək  Qurbanov  – fəl.ü.e.d., professor, Qaziantep Uni-

versitetində müəllim 



Şirindil Alışanlı  fil.ü.e.d., professor, AMEA Ədəbiyyat 

İnstitutunda şöbə müdiri, “Elm” nəşriyyatının direktoru  



Elxan  Məmmədli  – fil.ü.f.d., AMEA Folklor İnstitutun-

da şöbə müdiri 



Adil Cəmil – fil.ü.f.d., dosent, AMEA Folklor İnstitutun-

da aparıcı elmi işçi  



Səbinə  İsayeva  –  fil.ü.f.d.,  AMEA  Folklor  İnstitutunda 

böyük elmi işçi 



Əziz  Ələkbərli  –  fil.ü.f.d.,  AMEA  Folklor  İnstitutunda 

şöbə müdiri  



Fəzail  Miskinli  – sən.ü.f.d., AMEA Folklor İnstitutunda 

elmi işçi  




 

 

 



 



İlham  Məmmədli  – fil.ü.f.d., AMEA Ədəbiyyat İnstitu-

tunda böyük elmi işçi  

Nemət  Qasımov  – fil.ü.f.d., AMEA Folklor İnstitutunda 

elmi işçi  

  

KATİBLİK 

 

 Aynur Qəzənfərqızı – AMEA Folklor İnstitutunda elmi 



işçi  

Həbib  Misirov    “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İcti-

mai Birliyinin əməkdaşı 




 

 

 



 



 Muxtar KAZIMOĞLU (İMANOV)  



AMEA Folklor İnstitutu 

Filologiya üzrə elmlər doktoru  

mukhtarkazimoglu@gmail.com

 

 

USTAD AŞIQ VƏ TARİXİ ƏNƏNƏ 

 

Ön söz əvəzi 

 

Özət:  Aşıq  sənətinin  ən  mühüm  ənənələrindən  biri  şeir-

lərin saz havaları ilə vəhdət təşkil etməsidir. Aşıq poeziyasının 

qoşma, gəraylı, təcnis, divani, müxəmməs və s. kimi janrlarının 

hər birinə aid saz havaları var. Hər janr özünə uyğun saz havası 

üstündə oxunur. 

Saz musiqisi aşıq şeirinin yaranmasında mühüm rol oyna-

yır. Ustad aşıq saz musiqisinin ahəngi, ritmi altında bədahətən 

şeir deyir. Yəni bir çox hallarda ustad aşıq, şeiri ifa prosesində 

yaradır. Bədahətən şeir demək xalqın təsəvvüründə İlahi mən-

şəyə mənsub olmaq deməkdir. Belə bir təsəvvür və inamın nə-

ticəsidir  ki,  xalq  arasında  ustad  aşıqların  müqəddəsliyi  haqda 

çoxlu rəvayətlər vardır. 

Aşıq  sənətindəki  mühüm  ənənələrdən  biri  də  şeirlərin 

bağlı olduğu əhvalatların məclisdə həmin şeirlərlə paralel səs-

ləndirilməsidir. Aşıq məclisində çalınan saz havası, oxunan şeir 

nə qədər maraqla qarşılanırsa, şeirlərin bağlı olduğu əhvalatlar 

da  bir  o  qədər  maraqla  qarşılanır.  Həm  saz  havası,  həm  şeir, 

həm də şeirə aid əhvalat dastan üçün qida mənbəyidir. Dastan 

ifaçılığı saza və sözə geniş meydan verir və aşıq sənəti bu mey-

danda öz mahiyyətini daha qabarıq şəkildə göstərə bilir. 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   116


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə