Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə109/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   105   106   107   108   109   110   111   112   ...   116

 

 

 



 

377 


səbəblərdən dolayı, həmçinin eyni zamanda müharibələr, köçlər, 

ticarət əlaqələri,  müxtəlif  dini inanclar (şamanizm,  sufizm və  s.) 

digər  xalqların  basqıları  və  s.  ilə  əlaqədar  olaraq  yüzlərcə-

minlərcə  xalq  mahnılarımız  (bunu  folklor  yaradıcılığının  digər 

sahələri  haqqında  da  söyləmək  mümkündür)  itib-batmış,  yalnız 

xalqın  yaddaşında  qalmış,  nəsillərdən-nəsillərə  ötürülməsi    yolu 

ilə günümüzə qədər gəlib çatmış, bir daha müasir mənəvi mədə-

niyyətimizin  ayrılmaz  parçasına  çevrilmişdir.  Aşıq  havalarının 

əski  Türk  soylu  xalqların  mədəni  həyatında  son  dərəcə  əhə-

miyyətli  rol  oynadığını  bir  daha  xatırlatmaq  istəyirik.  Aşıq 

havalarının  xalqın  xeyrində,  şərində,  bayramlarında,  müxtəlif 

mərasimlərində, xüsusilə də toylarında, mövsüm mərasimlərində 

(məsələn; Novruz Bayramında və s.) önəmli rol oynamasına aid 

saysız-hesabsız  yazılara,  məqalələrə,  monoqrafiyalara  rast  gəl-

mək  mümkündür.  Bir  daha  xatırladaq  ki,  aşıq  sənəti  və  ifaçılığı 

bu zamanlar daha çox kütləvi xarakter daşımasını, daha çox insan 

birliyinə, xalq kütlələrinə xitab etməkdə olduğunu söyləyə bilərik. 

Lakin  aşıq  havalarının  heç  də  hamısı  öz  idea-məzmununa  görə 

kütləvi xarakter daşımamaqdadır. Daha doğrusu bu qəbildən olan 

havalar  heç  də  hər  zaman  xalq  kütləsinin  ümumiləşdirilmiş 

istəyini, birlik, bərabərlik,  ədalət, azadlıq kimi cəmiyyətin demək 

olar  ki,  bütün  sosial  zümrələri  için  önəmli  ola  bilən  vətənpər-

vərlik, vətənsevərlik ideyalarını ifadə etməməyi qarşısına məqsəd 

qoymamışdır.  Aşıq  havaları  insanlarımızın    bu  qeyd  etdiyimiz 

arzu  və  istəklərini,  mənəvi-estetik  ideallarını  ifadə  etməklə 

birlikdə  onların  fərdi  hiss  və  həyəcanlarının  müxtəlif  tərəflərini, 

ruh  hallarını  ifadə  edə  bilən  gözəl  nümunələrini  də  görmək 

mümkündür.  Sevgi,  hörmət,  mərifət,  yaşlıya,  uşağa,  qadına 

hörmət,  təbiət  gözəlliklərinə  heyranlıq,  təbiətdə-insanlarda, 

cəmiyyət içərisində, eyni zamanda insan davranışlarında gözəlliyi 

görmək, dərk etmək,  onun əhəmiyyətini anlamaq kimi ülvi hiss-



 

 

 



 

378 


ləri  ifadə  edən  yüzlərcə  nümunə  tapmaq  mümkündür.  Lakin  bu 

baxımdan  onları  müşayiət    edən  aşıq  havalarının  əlimizə  çatan 

örnəklərinin  saylarının  yuxarıda  da  ifadə  etdiyimiz  kimi  az 

olduğunu da söyləyə bilərik. Bununla birlikdə ixtiyarımızda olan 

bu  klassikləşmiş  aşıq  melodiyaları  (mütəxəssislər  onların  sayını 

120-qədər  çıxardırlar)  belə  aşıq  ruhunda,  daha  doğrusu  aşıq  şeir 

formalarında  söylənmiş  (yazılmış)  şeirlərin  ifası  zamanı  aşıqlar 

tərəfindən  müvəffəqiyyətlə  istifadə  olunur.  Mütəxəssislər  bəzən 

belə  bir  yaradıcılıq  sintezinin  səbəbini  daha  çox  şeirlərin  metro-

ritm xüsusiyyətləri,  mətnin  fonetik xüsusiyyətləri,  eyni zamanda 

musiqinin,  aşıq  havalarının  ritm,  tempo,  ifadə-təsvir  vasitələri, 

intonasiya  xüsusiyyətləri  və  s.  kimi  texniki-estetik  tərəfləri  ilə 

gerçəkləşə bilməsinə inanırlar. Bu haqlı fikirlərlə birlikdə (irəlidə 

bu problemlər üzərində dayanacağıq), eyni zamanda bu mahnıla-

rın, daha doğrusu aşıq melodiyalarının emosional məzmununu da 

unutmamaq  lazımdır.  Yəni  mətnin  idea-məzmunu,  onun  realist 

istiqaməti  bu  baxımdan  ona  uyğun  ola  bilən  bir  aşıq  havasına 

müraciət  edilməsini  lazımlı  edir  deyə  düşünürük.  Məsələn, 

"Yanıq Kərəmi" kimi məşhur və qəm-kədərlə dolu bir melodiya 

texniki  (zahiri)  baxımdan  ona  uyğun  gələ  bilən,  lakin  başqa  bir 

ruh  halını  (qəhrəmanlıq,  cəsarət,  vətənpərvərlik  və  s.)  ifadə 

etməkdə  olan  mətnlə  bədii  əlaqəsinin  gerçəkləşdirilməsi  heç 

şübhəsiz,    istənilən  estetik  nəticəni  verə  bilməməkdədir.  Aşıq 

havalarının  emosional  məzmununu  gözəl  hiss  edən  ustad  aşıq, 

təsadüfi  deyil  ki,  bu  mahnıdan  monumental  dastan  yaradıcılı-

ğında, daha doğrusu onların ifası zamanı yaradıcılıqla istifadə edə 

bilirlər.  Məsələn,  dastan  qəhrəmanlarının  ruh  halını,  sevgisini, 

mübarizəsini,  gələcəyə  olan  inamını,  estetik  və  mənəvi  ideal-

larını,  insana  xas  bu  söylədiyimiz  fenomenləri  ifadə  etməkdən 

ötrü,  eyni  zamanda  insana  xas  bu  söylədiyimiz  fenomenləri  əks 

etdirməkdən  ötrü  aşıqlar  adətən  onlara  emosional  baxımdan, 



 

 

 



 

379 


ruhən yaxın olan aşıq havalarına müraciət etmək məcburiyyətində 

qalırlar.  Dastan  yaradıcılığına,    onun  klassik  aşıqlar  tərəfindən 

icra olunmasına diqqət etsək bu yaradıcılıq üsulunun nə qədər də 

faydalı  olduğunu,  eyni  zamanda  ozan-aşıq  yaradıcılığında  bir 

daha  ortaya  çıxarmış  oluruq.  Onlarla  xalq  dastanlarımızın  gü-

nümüzə qədər gəlib çatmaması, onların yalnız adlarının, izlərinin, 

hətta natamam  variantlarının olduğu faktı bilinənlər arasındadır. 

Bu  baxımdan  aşıq  melodiyaları  ilə  əlaqədar  dastanlarımızın  bir 

bütün  olaraq  (yəni  epik  xarakterli,  burada  mətn  ilə  birlikdə 

melodiyaların istifadə edilməsini də nəzərə almaq şərtiylə) yazıya 

köçürülməsi,  yazıda  "maddiləşməsi",    hal-hazırda  son  dərəcə 

böyük əhəmiyyət kəsb edir. Tanınmış müzikoloq Prof. Dr. Nazim 

Hidayətoğlunun  "Aşıq  Qərib"    adlı  kitabı  xüsusi  bir  əhəmiyyət 

kəsb edir. Zənnimizcə Nazim bəyin bu zəhmətini dastanlarımızın 

bir bütün halında ələ alınmasında ilk və müvəffəqiyyətli addım-

lardan  saymaq  mümkündür.  İrəlidə  bu  istiqamətdəki  fəaliyyət-

lərin  davamının  gəlməsini  ümid  etmək  mümkündür.  Dastan-

larımızın belə bir üsulla qələmə alınma problemi əslində zəhmətli 

və  çətin  bir  işdir.  Belə  ki,  bu  qəbildən  olan  işlərdə  poetik 

qabiliyyət  və  yaddaş  ilə  birlikdə  professional  musiqi  bilgiləri  də 

böyük  əhəmiyyət  kəsb  edir.  Haqqında  söz  açdığımız  dastanın 

qələmə  alınmasında  Nazim  bəy  bu  iki  əhəmiyyətli  istiqaməti, 

yəni  ədəbi  mətnlə  musiqinin  notalarla  ifadəsini  yüksək  bir 

professionallıqla həyata keçə bilmişdir. Dastanı ustad aşıq Aslan 

Kösalıdan  qələmə  alan  və  bundan  ötrü  Gürcüstan  Respublika-

sının Qarayazlı bölgəsinin Kosalı kəndinə gələn müəllif, dastanı 

söyləndiyi  kimi  qələmə  almış,  aşıq  tərəfindən  oxunan  havaların 

notalarla  ifadəsini  (quruluşunu,  kompozisiyasını)  gerçəkləşdirə 

bilmişdir.  Dastanda  Aşıq  Aslan  Kosalının  söylədiyinə  uyğun 

olaraq  dastan  quruluşuna,  onun  kompozisiya  xüsusiyyətlərinə, 

eyni  zamanda  asıq  danışma  (dastan  söyləmə)  üslubuna  riayət 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə