Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə112/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   108   109   110   111   112   113   114   115   116

 

 

 



 

386 


qətlərə  təməllənməsi  belə  (Məlumdur  ki,  Koroğlunun  tarixi  bir 

şəxsiyyət olub olmaması kimi bir problem günümüzə qədər folk-

lorşünas  tədqiqatçıların  diqqət  mərkəzindən  düşmür.)  əslində 

xalqın  azadlıq,  müstəqillik  uğrundakı  istəkləri  ilə  birlikdə  onun 

mənəvi-estetik  ideallarını  da  ifadə  edir.  Yəni  Koroğlu  bir  xalq 

qəhrəmanı  olmaqla  birlikdə  gözəlliyi,  yüksək  mənəviyyatı  və 

sənəti  təmsil  edən  bir  obraz  kimi  garşımızda  canlanmagdadır. 

Məşhur  rus  bəstəkarı  R.  Qliyer  özünün  "Şahsənəm”  operasında 

təxminən otuzdan çox Azərbaycan xalq mahnılarını yaradıcılıgla 

istifadə etmişdir. "Leyli və Məcnun”, “Şah İsmayıl" kimi onlarca 

digər  dastanlarımızda  xalq  musiqi  nümunələrinin  yer  aldığı 

həqiqətləri  bir  daha  yuxarıda  söylədiklərimiz  fikirlər  də  sübut 

etməkdədir.  Bu  dastanların  mətnləri,  onların  müxtəlif  variantları 

və  kompozisiya  quruluşu  ilə  əlaqədar  araşdırmaların  gerçəkləş-

dirilməsi  ilə  birlkdə  buradakı  musiqinin  yeri  və  mətnlə  olan 

dialektik vəhdətinin də araşdırılmasına hal-hazırda böyük ehtiyac 

duyulmaqdadır.  Unutmamaq  lazımdır  ki,  aşıq  ədəbiyyatı  və 

musiqisi mənəvi-estetik xəzinəmiz olmaqla birlikdə, professional 

sənət,  bu  sırada  professional    (çoxsəsli)  musiqi  sənəti  üçün  də 

tükənməz  bir  yaradıcılıq  qaynağıdır.  Təsadüfi  deyil  ki,  böyük 

sənətkarlar haqlı olaraq tez-tez bu qaynağa müraciət edir, bir daha 

onun sərhədsiz potensial-estetik imkanlarını ortaya çıxara bilirlər. 

M.İ.Qlinka,  Üz.Hacıbəyli,  R.Qlier,  C.Hacıyev,  Adnan  Saygun 

(onun  "Koroğlu"  operasını  unutmamaq  lazımdır),  F.  Əmirov, 

A.Məlikov,  A.  Əlizadə  ("Aşıqsayağı"  əsərini  bir  daha  xatırlat-

maqda  fayda  var,  aşıq  terminlərinin

9

,  deyimlərinin    də  mövcud 



olmasını  göstərir)  kimi  bu  cür  qiymətli  araşdırmaların  heç 

şübhəsiz,  aşıq  sənətinin  geniş  potensial-estetik  xüsusiyyətlərinin 

izahında, bu sırada eyni zamanda aşıq musiqisi, onun mətnlə olan 

                                                           

9

 

Бах.:Е.Елдарова. Музыкал6но-поетический терминолоэический словарь 



Азербайджанских ашуэов. Az EA-nın  nəşriyatı, Bakı, 1968

 



 

 

 



 

387 


əlaqəsi vəvəhdətini anlamağa, daha dərindən araştırmağa yönəlik 

imkanları  təmin  edə  bilər.  Unutmamaq  lazımdır  ki,  bu  cür  aşıq 

divanlarında  səsləndirilən  havaların,  melodiyaların  musiqi  dili, 

lad-məqam,  intonasiya  xüsusiyyətləri,  ritm-mətn  xüsusiyyətləri, 

heç  şübhəsiz  burada  səsləndirilən  mətn,  şeir  ilə  də  birbaşa 

əlaqəlidir. Burada bir daha (deyişmədə) iştirak edən aşığın poetik 

qabiliyyəti ilə birlikdə onun aşıq musiqisinə, onun bədii dilinə nə 

dərəcədə  sahib  olması,  ondan  necə  istifadə  edə  bilmə  qabiliy-

yətini də eşitmək mümkündür. Yəni mətnin sözlərini oxuyan aşıq 

musiqinin avazla oxunuşunu, detone edib-etməməsini də eşitmək 

imkanı  doğurmuş  olur.  Bu  xüsusiyyətlər  də  bir  daha  dasdan-

larımızda və ya ümumiyyətlə aşıq yaradıcılığında aşıq havaları və 

melodiyalarının  nota  alınması  zərurəti  ilə  birlikdə  bu  kimi 

bəstəkarlarımızın  yaradıcılığında  aşıq  poetiki  yaradıcılığı  və 

musiqisinə  olan  yaradıcı  münasibətin  şahidi  oluruq.  Ozan-aşıq 

yaradıcılığının  əhəmiyyətli  bir  yönü  də  onun  tariximizi,  məs-

kunlaşdığımız  əraziləri,  xalqımızın  azadlıq  və  müstəqillik 

uğrunda verdiyi  mübarizələri əks etdirməsidir.  Xatırladaq  ki,  bu 

mövzu  ilə  əlaqədar  də  maraqlı  araşdırmalar  aparılmışdır.  Lakin 

bu dastanların, xüsusilə də tarixi dastanların Türk soylu xalqların 

digər dünya xalqlarının  yaradıcılığı və xüsusilə  də  epos (dastan) 

yaradıcılığı ilə olan mədəni əlaqələri, bənzərlikləri baxımından da 

əhəmiyyətli  qaynaq  olması  faktı  hər  keçən  gün  ortaya  çıxarıl-

maqdadır. Təbii ki, dastanların, aşıq havalarının, atalar sözlərinin, 

mifoloji  mətnlərin,  bayatıların,  nağılların  və  s.  qarşılıqlı  bir 

şəkildə  araşdırılması  üsulu  bu  baxımdan  müasir  mərhələdə 

xüsusilə  aktuallıq  qazanmaqdadır.  Artıq  bu  istiqamətdə  araş-

dırmalarda  belə  ozan-aşıq  sənətinin,  ümumiyyətlə  Türk  soylu 

xalqların  tarixi,  mədəni  dəyərlərin,  sərhədlərinin  düşündüyü-

müzdən  çox-çox geniş olması və onun eyni zamanda qədim bir 

keçmişə  sahib  olmasını  isbatlaya  bilməkdədir.  Məsələn  bu  gün 



 

 

 



 

388 


Türk  dünyasında  xüsusilə  də  aşıq  yaradıcılığında  intişar  tapmış 

bayatılar Orta Şərq bölgəsində belə, daha doğrusu İraqda Kərkük 

türkləri  arasında  geniş  bir  şəkildə  yayılması  fikrini  açıq  bir 

şəkildə  söyləyə  bilərik.  Uzun  müddət  İraqda  işləmiş  Prof.  Dr. 

Qəzənfər  Paşayevin  araşdırmaları  sayəsində  İraqda  yaşayan 

Kərkük Türkləri ilə bayatı yaradıcıları arasında o qədər də böyük 

fərqliliklərin  olmadığı  ortaya  çıxarılmışdır

10

.  Xatırladaq  ki, 



yazarın müraciət etdiyi nümunələri asanlıqla Anadolu türklərinin 

mani yaradıcılığında da tapmaq mümkündür. Əlbəttə bu bənzər-

likləri  (dil,  ifadə  forması,  inşa,  ideya-məzmunu,  tarixi  hadisələr, 

müxtəlif  ruh  halları  və  s.)  xalq  yaradıcılığının  digər  sahələrində 

də  tapmaq  mümkündür.  Bu  baxımdan  bir  daha  identik  araş-

dırmaları  xatırlatmaq  lazımdır.  Məsələn,  folklorcu  alim  Prof. 

Dr.Əli  Kafkasyalının  İran-Türk  aşıq  mühiti  ilə  əlaqədar  etdiyi 

araşdırmalarda  bir  daha  bu  sənətin  İranda  da  təzahür  etməsinin, 

onun  ortaq  və  spesifik  istiqamətlərinin  ortaya  çıxarılmasının 

professional  və  inandırıcı  bir  şəkildə  oxuculara  çatdırılmışdır

11

.

 



Bu  yolda  ciddi  addım  atanlardan  biri  də  Prof.Dr.  İlqar  İmam-

verdiyevdir. Onun İranda aşıq sənəti və musiqisinin geniş intişar 

tapması  ilə  əlaqədar  araşdırmaları,  aşıq  sənətinin  bu  ölkənin  bir 

çox  bölgələrində  də  (xüsusilə  də  Azərbaycan  türklərinin  yaşa-

dıqları  yerlərdə)  son  dərəcə  məşhur  və  sevilən  bir  sənət  növü 

olduğunu  sübut  edir

12

.

 



Bununla  birlikdə  ozan-aşıq  sənətinin 

əskilərə təməllənən nümunələrinin burada da yer almış hadisə və 

rəvayətlərin dil, din, psixoloji xüsusiyyətlər, ümumiyyətlə estetik 

mədəni  dəyərlər  baxımından  fərqli  görünə  bilən  xalqların 

mifologiyaları,  eposları,  nağılları  və  s.  ilə  münasibətləri  baxı-

                                                           

10

 

Gəzənfər Paşayev. Bu sevda ölüncədi. Oskar, Bakı, 2001.



 

11

 



Kafkasyalı A. İran Türk aşıqları və milli kimlik. Erzurum, 2007.

 

12



 

İmamverdiyev  İ.  Azərbaycan  və  İran  Türklərinin  aşıq  ifaçılıq  sənətinin 

qarşılıqlı əlaqələri, “Nafta-press”, Bakı, 2008 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə