Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə103/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   99   100   101   102   103   104   105   106   ...   116

 

 

 



 

357 


Açar sözlər: Yol, yolçu, Dədə Qorqud, Aşıq Şəmşir 

 

Giriş:  Aşıq  Şəmşir  yaradıcılığı.  “Dədə  Qorqud”  milli 

yaddaşı ilə sıx bağlıdır. Milli yaddaşdan Dədə Qorqud heç vaxt 

silinməmişdir. 

Müasir  Azərbaycan  şeiri  öz  poetik  ruhu  -  bədii  yaddaşı 

etibarilə  “Kitabi-Dədə  Qorqud”  şeirinə  bağlıdır.  “Dədə  Qor-

qud” şeiri müasir Azərbaycan şeirinin dünəni - tarixidir. Onlar 

vahid poetik düşüncənin ayrı-ayrı mərhələləridir. 

Dədə  Qorqud  bir  arxetip,  mifoloji  simvol  kimi  düşün-

cənin  alt  qatlarında  həmişə  var  olub.  Bir  ulu  həqiqət  var:  alt 

qat-bönövrədir.  Mədəniyyət  həmişə  bünövrənin  üstündə  ucal-

maqla ona bağlanır. Bünövrə nə qədər möhkəm olsa, bina bir o 

qədər  uca  olur.  Azərbaycan  mədəniyyətinin,  şeir-sənət  bina-

sının da ucalığı Qorqud bünövrəsinə həmişə bağlı olub. Yaxud 

Azərbaycan  ədəbiyyatını  bir  ağaca  bənzətsək,  Qorqud  bu 

ağacın ana torpağın dərinliklərinə işləmiş kökləri timsalındadır. 

Ağac  öz  şirəsini,  həyat  gücünü  köklərdən  aldığı  kimi,  Dədə 

Qorqud  da  milli  ədəbi-estetik  düşüncəmizin  kökləri  kimi  ədə-

biyyatımızı  tarixən  qidalandırıb.  Elə  buna  görə  düşünürük  ki, 

müasir  şeirimizdə  Dədə  Qorqud  obrazının  elmi  ədəbiyyatlar-

dan  bəlli  olmayan  estetik  cizgiləri,  bədii  təxəyyüllə  süslənmiş 

poetik  semantikası  birbaşa  milli  yaddaşımızın  Qorqud  kökləri 

(arxetipləri) ilə bağlıdır. 

“Dədə  Qorqud”  ruhu  həm  aşıq  poeziyasında,  həm  də 

müasir  Azərbaycan  poeziyasında  geniş  yayılmışdır.  Azərbay-

can  ədəbi  düşüncə  tarixində  həmişə  var  olan  “Qorqud  poetik 

ruhu”  milli  yaddaşımızda  həmişə  var  olmuş,  “Dədə-Qorqud” 

ruhunu oyatmışdır. 

Dastanın şeirləri zəngin bir mənbədir. Elə bir mənbə ki,  

 



 

 

 



 

358 


türk  şeirinin  inkişaf  tarixinin  bütün  məsələlərinin  açarı  elə  bil 

ki, «Dədə Qorqud» abidəsindədir. Azərbaycan şeirinin qaynaq-

larının  tədqiqi  baxımından  müasir  Anadolu  türklərinin,  azər-

baycanlıların,  türkmənlərin  və  qaqauzların  qədim  əcdadları 

olan  oğuzların  yaratdıqları  folklor  ədəbiyyatı  bizim  üçün 

müstəsna əhəmiyyət kəsb edir. Bu ədəbiyyata daxil olan yazılı 

abidələr  içərisində  «Kitabi-Dədə  Qorqud»  dastanı,  Mahmud 

Kaşqarinin  «Divanül  lüğət-it-türk»  əsəri  və  orta  əsrlərdə  ya-

zılmış «Oğuznamə» kitabları xüsusi əhəmiyyətə malikdir. 

«Dədə  Qorqud»  motivləri  müasir  Azərbaycan  şeirində 

geniş  yayılmışdır.  Bu  məsələ,  bir-iki  şair,  yaxud  bir-iki  şeirlə 

məhdudlaşmayıb,  müasir  şeirimizin  bizim  keçən  əsrdən  başla-

yan  və  bugünə  qədər  davam  edən  tarixini,  demək  olar  ki,  bü-

tövlükdə  əhatə  edir.  Bu  dövrdə  stalinizm  repressiyalarından 

irəli  gələn  bəzi  fasilələr  olmuşsa  da,  «Dədə  Qorqud»  ruhu 

ürəklərdə  yaşamaqda  davam  etmiş,  repressiyalar  aradan  qalx-

dıqdan sonra həmin ədəbi ruh böyük coşqu ilə ədəbi mətnlərdə 

öz ifadəsini tapmışdır. 

Müasir  Azərbaycan  poeziyasında  gerçəkləşmiş  «Dədə 

Qorqud»  motivləri  üzərində  aparılmış  müşahidələr  göstərir  ki, 

eposun  XX  əsrin  birinci  yarısında  çap  olunaraq  Azərbaycan 

cəmiyyətində  yayılmasının, tədqiq və təbliğ olunmasının onun 

müasir  ədəbiyyatda  öz  əksini  tapmasında  nə  qədər  böyük  rolu 

olsa  da,  burada  elmi  nəzərlərdən  kölgədə  qalmış  bir  cəhət  də 

vardır. Bu, Azərbaycan ədəbi-estetik düşüncə tarixində həmişə 

var  olan  «Qorqud  poetik  ruhu»dur.  Dastanın  şair  və  yazıçı-

larımızın  ruhuna  yol  açmasının  tarixi  onun  çap  olunma  tarixi 

ilə  başlanmır.  Əslində,  «Kitabi-Dədə  Qorqud»  dastanının  çap 

olunub  cəmiyyətdə  məşhurlaşması  milli  yaddaşımızda  həmişə 

var olmuş «Dədə Qorqud» ruhunu oyatmışdır. 

«Dədə  Qorqud»  motivləri  Azərbaycan  poeziyasında  iki 



 

 

 



 

359 


əsas  ifadə  planında  gerçəkləşmişdir:  açıq  ifadə  planı  və  gizli 

ifadə  planı.  Birinci  ifadə  planı  şeirlərdə  özünü  açıq-aydın 

göstərən «Dədə Qorqud» obraz, motiv, ideya, amal, əqidə və s. 

poetik  fiqurlarda  reallaşıb.  Bunlar  «Qorqud»  milli  yaddaşı  ilə 

açıq  gözlə  görünən  tellərlə  bağlanan  şeirlərdir.  İkinci  ifadə 

planında  isə  biz  şeirlərdə  «Dədə  Qorqud»  motivlərini  açıq 

şəkildə  görmürük.  Belə  şeirlərdə  eposun  obrazlarına,  süjet  və 

motivləri ilə bağlı elementlərə və  s. dərhal rast gəlinmir. Yəni 

bu  şeirlər  zahiri  planda  eposla  sanki  bağlanmır.  Lakin  həmin 

şeirlərin  ruhunda  bir  «Dədə  Qorqud»  doğmalığı  var.  Yəni 

«Kitabi-Dədə  Qorqud»  bu  şeirlərin  ruhunda,  mayasında,  belə 

demək  mümkünsə,  poetik  yaddaşında  yaşayır.  Aşıq  Şəmşir 

yaradıcılığında olduğu kimi bunlar «Qorqud»  milli yaddaşı ilə 

gözəgörünməz tellərlə - simvolik işarələrlə bağlanan şeirlərdir. 

Ümumiyyətlə,  müasir  Azərbaycan  şeiri  öz  poetik  strukturu 

etibarilə «Kitabi-Dədə Qorqud» şeirinin poetikası ilə bağlıdır.  

«Dədə  Qorqud»  şeirindəki  misraları  «çağdaş  şeirimizin 

sərbəst  nümunələri  ilə  müqayisə  etsək,  onlarla  paralellər  apar-

saq,  onların  biri-biri  ilə  məna  və  məzmun,  həm  də  forma  ba-

xımından yaxından səsləşməsini, hətta varislik ruhunu, inkişaf 

dinamikasını aydın sezə bilərik. 

Dədə  Qorqud  bir  mifə,  bir  dastana  sığacaq  qədər  kiçik 

mədəniyyət  hadisəsi  deyildir.  Onun  izləri  təkcə  «Kitabi-Dədə 

Qorqud»  dastanı  ilə  məhdudlaşmır.  Nəhəng  türk  dünyasının 

mədəniyyət  tarixində  bu  ad  əsas  milli  atributlardan,  mədə-

niyyətin arxaik göstəricilərindən biridir. Bu cəhətinə görə Dədə 

Qorqud  miflərdə,  daha  sonra  dastanlarda  tarixən  hansı  şəkildə 

görünməyindən  asılı  olmayaraq,  yəni  bir  vaxtlar  oğuz  dastan-

larında  çox  aktiv  rola  malik  olub,  sonrakı  dastançılıq  ənənə-

mizdə - məhəbbət dastanlarında adı çəkilməsə də, milli yaddaş-

dan heç vaxt silinməmişdir.  



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə