“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti


“Analitik-Audit Konsaltinq” MMC



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix19.04.2022
ölçüsü1,17 Mb.
#85663
1   2   3   4   5   6   7   8   9   10   ...   28
AtaSigorta 29.03.2021

“Analitik-Audit Konsaltinq” MMC 

VOEN: 2004004491 

E-mail: qurbanov_abbaseli@hotmail.com 

 



 

 



 

İqtisadi  subyektin  idarə  edilməsinə  cavabdeh  olan  səlahiyyətli  şəxslər  Cəmiyyətin  maliyyə  hesabatlarının 

verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

 

 

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti  

 

Bizim  məqsədimiz  maliyyə  hesabatlarında  bir  tam  kimi,  dələduzluq  və  ya  səhvlər  nəticəsində,  əhəmiyyətli 



təhriflərin  olub-olmadığına  dair  kafi  əminlik  əldə  etmək  və  rəyimiz  daxil  olan  auditor  hesabatını  dərc 

etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud 

olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır.  

 

Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin 



belə  maliyyə  hesabatları  əsasında  qəbul  etdikləri  iqtisadi  qərarlarına  təsir  etmə  ehtimalı  olduğu  halda, 

əhəmiyyətli hesab edilir.  

 

BAS-ların  tələblərinə  uyğun  olaraq  aparılan  auditin  bir  hissəsi  kimi  biz  audit  aparılan  zaman  peşəkar 



mühakimə tətbiq edirik və peşəkar şəkkaklıq nümayiş etdiririk. Biz həmçinin:  

 



 

Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib 

qiymətləndiririk,  bu  risklərə  cavab  verən  audit  prosedurlarını  layihələndirib  həyata  keçiririk  və  rəyimizi 

əsaslandırmaq  üçün  yetərli  və  münasib  audit  sübutlarını  əldə  edirik.  Dələduzluq  nəticəsində  əhəmiyyətli 

təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, 

qərəzli  hərəkətsizlik,  həqiqətə  uyğun  olmayan  məlumatlardan  və  ya  daxili  nəzarətin  kobudcasına 

pozulmasından ibarət ola bilər.  

 



Cəmiyyətin  daxili  nəzarətin  səmərəliliyinə  dair  rəy  bildirmək  məqsədi  daşımamaq  şərtilə,  bu  şəraitlərdə 

uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.  

 

İstifadə  edilmiş  uçot  siyasətinin  uyğunluğunu  və  rəhbərlik  tərəfindən  həyata  keçirilən  uçot 



qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.  

 



Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə ediməsinin uyğunluğuna və əldə 

edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına 

qoya  bilən  hadisələrlə  və  ya  şəraitlərlə  bağlı  əhəmiyyətli  qeyri-müəyyənliyin  mövcud  olub-olmadığına  dair 

nəticə çıxarırıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor 

hesabatımızda  maliyyə  hesabatlarındakı  əlaqəli  məlumatların  açıqlanmasına  diqqət  yetirməliyik  və  ya  belə 

məlumatların  açıqlanması  kifayət  olmadığı  halda,  rəyimizə  dəyişiklik  etməliyik.  Nəticələrimiz  auditor 

hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin, sonrakı hadisələr və ya şəraitlər 

Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.  

 

Biz  iqtisadi  subyektin  idarə  edilməsinə cavabdeh olan  səlahiyyətli  şəxslərə  digər  məsələlərlə  yanaşı auditin 



planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman 

daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririrk.  

 


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə