Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə25/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   21   22   23   24   25   26   27   28   ...   101

 

87 


Xumar,  ölümün  ağuşuna  atılıb,  papaslar,  şeyx  mərvanlar  və 

dərvişlər aləminə qarşı nifrət oyadır.  

«Şeyx  Sənan»  mənzum  bir  fəciə  kimi  poetik  əsərdir. 

Surətləri canlıdır, müasir dövrlə səsləşir. Xumarın kölgəsi əf-

sanə ilə bağlı olduğu üçün əsərin bu cəhətini süstləşdirmir.  

Hadisələr  də  dramatik  cəhətdən  düzgün  qurulmuşdur. 

Şeyx Sənanın səhnəyə çıxmasına qədər olan hissə əsərin eks-

pozisiyasıdır. Şeyx Sənan səhnəyə çıxır, Xumarın kölgəsi gö-

rünür. Faciənin konflikti başlayır. Əsərdə daimi bir dəyişmə, 

canlılıq,  rəngarənglik  diqqəti  cəlb  edir.  Azərbaycanda  yara-

dılmış tragik surətlər içərisində Şeyx Sənan ən qüvvətli, mə-

nəvi cəhətdən ən zəkalı bir mütəfəkkir obrazıdır ki, dönüklük, 

əzmində tərəddüd ona yaraşmır.  

«Şeyx Sənan» faciəsinin zəngin səhnə taleyi əsərin qiy-

mətini müəyyən edir. Bu faciə indiyə qədər Azərbaycan dram 

teatrlarının repertuarından düşməmişdir.  

…  «İblis»  əsərini  H.Cavid  Birinci  dünya  imperialist 

müharibəsinin qan püskürən odları içində yazır. Anatol Frans, 

Romen  Rollan,  Bernard  Şou  və  başqa  Avropa  ədibləri  kimi, 

H.Cavid də imperialist müharibəsini əsl mahiyyətini dərk edə 

bilmir. O da başqa yazıçılar kimi müharibəyə qarşı qəzəb do-

ğurmağa  çalışır.  «İblis»  faciəsi  bu  nifrətin  və  qəzəbin  məh-

sulu  idi.  Əgər  H.Cavid  dövrün  mütərəqqi  qüvvələrinə  əsas-

lansaydı  müharibəni  mahiyyətini  düzgün  anlar,  hadisələri 

daha  da  konkretləşdirərdi.  Doğrudur,  «İblis»dəki  hadisələr 

Türkiyədə cərəyan edir, ancaq H.Cavid arzu etdiyi hadisələri 

alır, arzu etdiyi romantik obrazları verir, müharibənin dəhşətli 

səhnələrini mücərrədləşdirərək romantik yolla əhatə edir.  

Əsər  Bağdad  yaxınlığında  bir  daxmada  başlayır.  Dax-

manın bir gözündə İblis, ikinci gözündə isə mələk dayanmış-

dır. Hər ikisi müharibənin törətdiyi dəhşətlərdən danışır. İblis 

bu dəhşətlərin səbəbini insanda görür. Mələk isə İblisi təqsir-

ləndirir ki, o, insanları aldadıb bəşəriyyət aləmində fəlakətlər 

törədir. Daxmada yatmış gənc Arif isə gah Allahı, gah insan-




 

88 


ları,  gah  kitabları,  peyğəmbərləri,  qanunları,  fəlsəfələri,  gah 

da  İblisi  təqsirləqdirir.  Elxanla  bağlı  səhnədən  belə  çıxır  ki, 

bu çəkişmələrin, cinayətlərin əsl səbəbi şeyxlər, keşişlər, xa-

qanlardır. Lakin əsərin sonunda İblis deyilənlərə yekun vura-

raq fikrini belə ümumiləşdirir: 

 

Mənsiz də, əmin, ol, sizə rəhbərlik edən var: 



Qan püskürən, atəş sovuran kinli krallar

Şahlar, ulu xaqanlar, o çılğın dələbəklər, 

Altun və qadın düşgünü dəvanə bəbəklər. 

Min hiylə quran tülkü siyasilər, o hər an 

Məzhəb çıxaran, yol ayıran xadimi ədyan; 

Onlar, əvət, onlar sizi çeynətməyə kafi

Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi… 

 

Kim  haqlıdır?  Müharibənin  səbəbi  nədir?  Müqəssir 



kimdir?  Faciənin  sonuna  qədər  bu  məsələ  düzgün  mənada 

həll edilməmiş qalır. Doğrudur, İblisin yekununda bəzi həqi-

qətlər var. Ancaq bu həqiqətlər daha çoxdur. Keçmişdə özünü 

göstərən  ədalətsiz  müharibələrə  aiddir.  Bir  sözlə,  imperialist 

müharibəsinin iç üzü örtülü qalaraq, ona romantik bir izahat 

verilmişdir. Əslində bunu da H.Caviddən tələb etmək olmaz-

dı.  Nəinki  H.Cavid  hətta  müharibənin  ən  alovlu  mərkəzində 

olan  A.Frans,  R.Rollan  kimi  tənqidi  realizmin  bariz  nüma-

yəndələri  bu  çətin  müəmmanı  aça  bilməmişdilər.  Yalnız  bu 

zaman İsveçrədə  yaşayan böyük V.İ.Lenin imperialist müha-

ribəsini  əsl  səbəblərini  düzgün  izah  etmişdi  ki,  bundan  da 

H.Cavidin xəbəri yox idi. 

Faciənin  qəhrəmanı  bir  türk  gənci,  romantik  Arifdir. 

Evləri yanmış, atasını, anasını itirmiş, kiçik bir qardaş ilə qal-

mış,  ən  nəhayət  onu  da  itirmiş  Arif…  həm  də  müharibənin 

dəhşətlərindən,  həm  də  şəxsi  fəlakətindən  uzaqlaşmaq  məq-

sədi  ilə  şəhərlərdən  küsərək,  güşənişin  bir  qocanın  şəhərdən 

kənar daxmasında yaşayır. Ancaq o, burada da mənəvi sakit-




 

89 


lik tapa bilmir… Oyanmış şüuru onu bir çox suallar qarşısın-

da qoyur. O,vicdan əhli axtarır. «… Varlığı yox, yoxluğu var-

dan daha dilbər» olan allaha müraciət edir. Əgər o adilsə, bu 

dəhşətlərə  nə  üçün  imkan  verdiyinə  təəccüblənir  və  həyatda 

«vicdan rəhbəri yoxdur» - deyə şikayətlənir. Allahdan soruşur 

ki,  «bu  cinayətlərə,  xəyanətlərə,  səfalətlərə»  bir  son  yoxdur-

mu? Onun allaha yumşaq şəkildə ağ olması təbii idi. Çünki o 

zamankı Türkiyədə ateist surət yaratmaq həmin şərait üçün ti-

pik deyildi. Şübhəsiz T.Fikrət «Tarixi-qədim» şeiri ilə tək idi. 

Rənanın  səhnəyə  çıxmasına  qədər,  Arif  təbiət  hadisələrində 

olduğu  kimi,  cəmiyyət  məsələlərində  də  idealistdir.  Ancaq 

vicdanı təmiz, qəlbi təmizdir. Dəhşət və fəlakətlərin düşməni-

dir. Bu məsələlərlə onu məşğul edən yalnız öz xalqının taleyi 

deyil,  bəlkə  bütün  bəşəriyyətin  taleyidir.  Arif,  türk  gəncləri-

nin tutulduğu hər bir milli təəssübkeşlikdən uzaq olmaqla bə-

rabər,  əsərdə  inqilabi  çevriliş,  sinfi  mübarizə  məsələləri  də 

qoyulmadığından,  o  bu  məsələlər  haqqında  fikrini  söyləmir. 

Əslində  Arif  ən  mütərəqqi  sinif  olan  proletariatın  mübarizə-

sindən  kənardadır.  Lakin  tarixi  nöqteyi-nəzərdən  Arif  o  za-

mankı Türkiyə üçün konkret və tipik obraz idi.  

Arif  içində  yaşadığı  ictimai  mühitdən  narazı  olduğun-

dan, onu öz arzularına müvafiq şəkildə dəyişdirməyə qüdrəti 

olmadığı  üçün.  İstambul  həyatını  tərk  edərək  bədəvi  bir  mü-

hitdə yaşamaq qərarına gəlir. Bu, onun ictimai zəifliyi demək 

idi. Doğrudan da Arifin arzuları ilə bacarığı arasında ziddiy-

yət var idi ki, onun faciəsinin birinci səbəbi bundan doğur. 

O  biri  tərəfdən  Arif  ağıl  adamı  olmaqdan  ziyadə  hiss 

adamıdır. O, bütün dünya hadisələrinə hissi və qəlbi ilə yana-

şır. Ona görə, Arif allaha şikayətlənir, göylərə qalxmaq istə-

yir, görüşlərində mistik ünsürlər hakim kəsilir; feodal-patriar-

xal aləm içində bədbinləşir; həyatı qara boyalarda görür. La-

kin  onun  dərdi  və  bu  üzdən  bədbinliyi  şəxsi  mahiyyət  daşı-

mır, bəlkə ümumidir, ümumbəşəridir. Bu cəhətdən Arif Ham-

letin, Verterin, Çayld Haroldun kiçik qardaşıdır. Tərəddüdlər, 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə