Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə101/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   93   94   95   96   97   98   99   100   101

 

342 


etmiş  görkəmli  teatrşünasımız  Turan  Caviddir.  Axı  oktyabr 

ayı- Cavidlər ayı kimi də tariximizə həkk olunub: Turan xa-

nım oktyabrın 2- də,Ərtoğrol oktyabrın 22-də və böyük Cavid 

oktyabrın 24-də dünyaya göz açmışlar. 

Həmin ev muzeyinin bir guşəsi də böyük yazıçının sə-

nətkar oğlu, unudulmaz bəstəkar, Üzeyirbəyin sevimli şagirdi 

Ərtoğrolun həyat və yaradıcılığını əks etdirir. 

 

 Rəşid Şəfəq, 



 bəstəkar  


 

343 


PAMƏTİ GRTOQROLA DJAVİDA 

 

Blaqorodnıy i nezabıvaemıy obraz Grtoqrola tesno svəzan 

s moim detstvom. So storonı materi on prixoditsə mne dvoörod-

nım  dədey.  No  ə  vosprinimal  Grtoqrola  kak  bolğşoqo  druqa  i 

nastavnika. 

Moi  vospominaniə  oxvatıvaöt  1937-1942  qodı.  V  gtot 

period Grtoqrol çasto bıval u nas, a naşa kvartira raspolaqalasğ 

na pervom gtaje şkolğnoqo zdaniə (v nastoəhee vremə po uliüe 

B.Sardarova  dom  24  naxoditsə  liüey  texniko-qumanitarnıx 

nauk). Kajdıy vizit Grtoqrola k nam bıl prazdnikom dlə menə. Ə 

zaranee rasstavləl na stole alğbom dlə risovaniə i üvetnıe karan-

daşi. Grtoqrol risoval bıstro i krasivo. Zataiv dıxanie, ə s vosxi-

heniem nablödal kak na çistom liste bumaqi, slovno jivıe, vozni-

kali zaəü, volk, medvedğ i druqie jivotnıe v jiznennıx razliçnıx 

situaüiəx.  K  sojaleniö,  soxranilsə  tolğko  odin  risunok  (format 

pisçey  bumaqi),  kotorıy  nazvan  «lesnım  orkestrom»  v  kniqe 

Rafaelə Quseynova «Vaxtdan udja» - «Vışe vremeni» (Baku, iz-

datelğstvo «İşıq»,1987). Na risunke izobrajen simfoniçeskiy or-

kestr i za kajdım instrumentom sidit ili stoit sootvetstvuöhee ji-

votnoe. Osel vo frake dirijiruet orkestrom. 

Po tradiüii, v denğ rojdeniə Grtoqrol daril mne oriqinalğ-

nıy  «buketik»  (üvetok  krasnoy  rozı  v  qorlışke  butılki,  pokrıtoy 

kudrəvoy  zelenğö  kress-salata)  i  pozdravitelğnuö  otkrıtku.  Na 

vsex üvetnıx otkrıtkax (bolğşaə redkostğ dlə toqo vremeni) izob-

rajenı  koşki  v  proüesse  uçebı  (uroki  peniə  i  oxotı  na  mışey), 

truda  (masterskaə  po  remontu  obuvi)  i  na  futbolğnom  pole. 

Dvadüatğ pətğ let tomu nazad (v denğ 60-letiə Grtoqrola) risu-

nok «lesnoy orkestr» i çetıre otkrıtki ə peredal Turan xanım dlə 

xraneniə  v  fonde  doma-muzeə  Quseyn  Djavida  Naüionalğnoy 

AN Azerbaydjana. (Baku, uliüa İstiqlaliət, dom 8) 

Na pervom gtaje şkolı (rədom s naşey kvartiroy) raspola-

qalsə i zal fizkulğturı, qde stoəlo pianino. Po voskresnım dnəm 

za gtim instrumentom Grtoqrol soçinəl svoi proizvedeniə i repe-

tiroval. V zale ə bıl edinstvennım i vnimatelğnım sluşatelem. V 

pauzax  Grtoqrol  ispolnəl veselıe  melodii  dlə  menə.  Nesomnen-



 

344 


no, çto gti voskresnıe vstreçi zarodili vo mne löbovğ k muzıke, 

kotoraə soxranilasğ do six por. 

S kinematoqrafom ə znakom s ranneqo detstva, blaqodarə 

otüu,  kotorıy  bıl  bolğşim löbitelem  gtoqo  vida  iskusstva.  Pom-

nö,  çto  pervıy  filğm  nazıvalsə  «Deti  kapitana  Qranta».  Naka-

nune Velikoy Oteçestvennoy voynı v nıneşnem zdanii kinoteatra 

«Araz» Grtoqrol i ə smotreli filğm «Tainstvennıy ostrov» po od-

noimennomu romanu Jölğ Verna. 

İzvestnaə  latinskaə  poqovorka  qlasit:  «Jiznğ  korotka,  is-

kusstvo  veçno».  Gti  slova  vpolne  otnosətsə  i  k  sudğbe  Grtoq-

rola.  On  projil  vseqo  24  qoda,  no  ostavil  boqatoe  muzıkalğnoe 

nasledie:  mnoqoçislennıe  notı  i  zapisi.  Ono  stalo  izvestno  şiro-

koy  publike  v  rezulğtate  mnoqoletneqo  i  kropotlivoqo  truda 

kompozitora Raşida Şafaqa. On sostavitelğ i redaktor trex «Mu-

zıkalğnıx alğbomov», orqanizator i uçastnik radio i televizionnıx 

peredaç, posvəhennıx tvorçestvu Grtoqrola. 

Ejeqodno  22  oktəbrə  dom-muzey  Quseyn  djavida  ot-

meçaet  denğ  rojdeniə  Grtoqrola,  a  v  posleduöhie  dni  provodit 

meropriətiə,  posvəhennıe  eqo  jizni  i  deətelğnosti.  K  sojaleniö, 

Turan xanım ne dojila do 85-letiə brata. Mne trudno predstavitğ 

Grtoqrola v stolğ poçtennom vozraste. Pamətğ soxranila Grtoq-

rola oçenğ jizneradostnım i intelliqentnım molodım çelovekom s 

şirokim kruqozorom i mnoqrannım talantom. 

 

Raşid Fataliev, 



vnuk sestrı Quseyn Djavida, kandidat  

bioloqiçeskix nauk, starşiy nauçnıy sotrudnik İnstituta bota-

niki NAN Azerbaydjana 


 

345 


CAVİD ƏBƏDİYYƏTİ 

 

Böyük coğrafi obyektlər  -  dağlar, dənizlər, düzənliklər 

kimi böyük tarixi şəxsiyyətlər də bütün dolğunluğu və gozəl-

liyi  ilə  görünmək  üçün  müəyyən  məsafəyə  ehtiyac  duyur. 

Dağlar, dənizlər məkan məsafəsinə, böyük tarixi şəxsiyyətlər 

isə zaman məsafəsinə. Xalqımızın yetişdirdiyi böyük şəxsiy-

yətlər  arasında  özünə  əbədi  yer  tutmuş  Hüseyn  Cavidin 

doğumundan  keçən  120  il,  ölümündən  keçən  60  il  onu  tam 

böyüklüyü ilə görmək, qavrayıb dərk etmək və qiymətləndir-

mək üçün kifayət edən zaman məsafələridir. 

Doğrudur, Cavid hələ sağlığında ədəbi mühit tərəfindən 

böyük sənətkar kimi qiymətləndirilmiş, onun yaradıcılığı təh-

lil  edilərkən  həm  tənqid,  həm  də  təqdiredici  fikirlər  irəli  sii-

rülmüşdür.  Bu  baxımdan,  görkəmli  tənqidçi-ədəbiyyatşünas 

Hənəfi  Zeynallının  «Hüseyn  Cavidin  yazdığı  «Peyğəmbər» 

haqqında  mülahizələrim»  məruzəsi  zəngin  material  verir. 

Burada «Peyğəmbər» dramının həm uğurlu, həm də nöqsanlı 

cəhətləri  üzə  çıxarılaraq  təhlil  edilir.  Məruzədə  Cavidə 

tutulan  əsas  irad  onun  «böyük  mövzularda»  yazmamasıdır: 

«İştə, Cavidin ən zəif nöqtələrindən biri də böyük mövzuları 

alıb üzərində çox çalışmamasıdır. Ona görədir ki, ondan gö-

zətlədiyimiz qədər meydana böyük bir əsər atamaz».  

Daha sonra tədqiqatçı «böyük mövzu» və «böyük əsər» 

dedikdə  nəyi  nə-zərdə  tutduğunu  açıqlayır:  «Cavid  bir  Şeyx 

Sənan yazar, bir uçurum açar, bir Afət doğurar, bir İblis rəqs 

etdirər, bir Peyğəmbəri yaratmağa qeyrət edər, bəlkə də, şim-

di bir Çingiz, yarın bir İsgəndər, ertəsi gün də bir Lenin dirilt-

məyə can atacaqdır». 

Demək,  Hənəfi  Zeynallı  üçün  mövzuların  zirvəsi 

Lenindir  və  yalnız  bu  zirvəni  aşan  həqiqi  yazıçı  sayıla  bilər. 

Halbuki,  əsərin  dili  və  üslubu  barədə  danışarkən  Hənəfi 

Zeynallı  Cavid  sənətinin  həqiqi  xiridarı  kimi  çıxış  edərək, 

onun  qarşısında  öz  heyranlığını  gizləda  bilmir:  «Cavidin 



 

346 


yaratdığ dil və üslub haralardan alınırsa, alınsın, nə gibi ilh-

amlardan doğur doğsun, Azər-baycandakı şair və ədiblərimiz 

içində ən müstəsna, ən zərif və narın bir dildir. Bu dilin gələ-

cək  nəslimizə  təsiri  olmamış  olmaz  və  bu  dil  təsiriylə 

yaranacaq  Azərbaycan  türk  ədəbiyyatı...  əmsalsız  əsərlər 

meydana  gətirə  biləcəkdir.  Bu  da  Cavidin  Azərbaycan  ədə-

biyyatına ən böyük xidmətlərindən sayılacaqdır». 

Cavid  yaradıcılığı  və xüsusi  halda  «Peyğəmbər» dramı 

haqqında  verilmiş  bu  peyğəmbərcəsinə  proqnoz  özünü 

doğrultmuşdur.  Həqiqətən  də,  Caviddən  sonrakı  poeziyanın 

dil  və  üslubunun  formalaşmasına  Səməd  Vurğunla  yanaşı, 

Hüseyn Cavidin də müstəsna təsiri olmuşdur. 

Əsl  sənət  əsəri  odur  ki,  ideoloji  baxışlarından,  estetik 

zövqündən,  araşdır-ma  metodologiyasından  asılı  olaraq  hər 

bir  tədqiqatçı,  hər  bir  oxucu  onun  mət-nində  bır-birindən 

fərqlənən  mənalar,  simvollar,  yozumlar  tapa  bilsin.  Hüseyn 

Cavidin dramaturji yaradıcılığı, o sıradan «Peyğəmbər» əsəri 

də  belədir.  Hənəfi  Zeynallının  məqaləsindən  13  il  sonra  qə-

ləmə  alınmış  «Çağdaş  Azərbaycan  ədəbiyyatı»  adlı  tədqiqa-

tında  Məmməd  Əmin  Rəsulzadə  yazırdı:  «Peyğəmbərin  bu 

bədbin  həsbi-halındakı  qaranlıq  tablonu  sovet  tənqidçiləri 

təbii ki, kapitalist və burjua aləminə aid edirlər. Lakin oxucu 

və  ya  tamaşaçılar  burada  «kommunist  cənnəti»  içindəki 

reallıqları görürlər. Bir dəstə cahilin ayaqları altında insanlıq 

haqlarını tapdalayanlar onlar deyilmi? «İmansızlıqda həqiqət» 

və «biliksizlikdə mərifət» görənlər, onlara hakim olan xamlar 

onların özləri deyilmi? «Zülmü vəhşətlə qovrulub yanan» öl-

kə onların öz yurdlarıdır!» 

Haqsız  repressiyaya  uğramış  bir  sənətkar  kimi  bəraət 

aldıqdan sonra Cavidşünaslığın «sovet dövrü» adlandırıla bi-

ləcək mərhələsi başlayır. Bu dövrdə təhlil və tənqid öz yerini 

Cavidin sənət dühasının təsdiqinə və yorulmadan, dönə-dönə 

isbatına verir. Yalnız arabir mücərrəd şəkildə, ümumi sözlər-

lə, konkret əsər göstərmədən Cavid yaradıcılığının «bəzi zid-




 

347 


diyyətlərindən» söz açılır ki, bunlar da tələsik ört-basdır edi-

lir.  Bu,  daha  çox  dini  mövzuda  əsər  yazmış  sənətkara  sovet 

ideologiyası  qarşısında  bəraət  qazandırmaq  məqsədilə  edilir. 

Məsələn,  «Peyğəmbər»  dramı  haqqında  danışan  Məsud 

Əlioğlu  yazır:  «Hüseyn  Cavidin  Peyğəmbəri  islam  Peyğəm-

bərindən fərqli olaraq, xoşbəxtliyi insanların birliyində, vahid 

qardaşlıq məhəbbəti ideyasında axtarır və görür». Anti-islam 

mövqeyində  olan  sovet  ideologİyasının  tələblərinə  cavab 

vermək  üçün  tənqidçi  hətta  tarixi  gerçəklikləri  də  təhrif 

etməyə  məcbur  olur.  Göründüyü  kimi,  M.Əlioğlunun  islam 

peyğəmbərini  məhrum  etdiyi  qardaşlıq  ideyası  Məhəmməd 

Peyğəmbərin  dini  ideologiyasının  ana  xəttini  təşkil  edir  və 

islamın  istər  geniş  xalq  kütlələri,  istərsə  də  müxtəlif  xalqlar 

və irqlər arasıda yayılmasına səbəb olan başlıca cəhətlərdən-

dir. Elə «Peyğəmbər» əsərinin özündə də buna açıq-aşkar işa-

rə  vurulur,  Cavid  baş  rəisin  dili  ilə  peyğəmbərin  insanlar 

arasında qardaşlıq və bərabərlik ideyalarını təbliğ etdiyini və 

qazandığı  uğurların  əsas  səbəbinin  bununla  bağlı  olduğunu 

belə təqdim edir. 

 

Söylüyor: həp bir imiş şahü gəda, 



Bu səbəbdən uyaraq həp füqəra, 

Həp zəiflər, kölələr, cariyələr 

Onu dinlər, ona hörmət bəslər. 

 

Əsərdə bir neçə dəfə təkrar olunan və peyğəmbərin ide-



yalarının  təbliğinə  xidmət  edən  dini  nəğmədə  də  bu  fikir  ön 

plana çəkilir: 

 

UIu Tanrı, o görünməz Yaradan 

Əmr edir yalnız ədalət, ehsan. 

O, fəna işlər, föhşiyyatı 

Nəhy edir, varlığının isbatı 

Bu təbiət, bu məhəbbətli fəza... 



 

348 


Öıncə birdir ulu, zəngin, füqəra. 

  

Dini  dəyərlərimizə  qayıtdığımız  indiki  dövrdə  Cavidin 



islam dininə, onun ölməz prinsiplərinə verdiyi bu yüksək qiy-

mət  Cavid  sənətinin  də  ölməzliyinin,  əbədiliyinin  daha  bir 

sübutu kimi səslənir. Ancaq tarixi ədalət naminə onu da qeyd 

etmək vacibdir ki, yuxarıda adını çəkdiyimiz məqaləsinə görə 

Məsud  Əlioğlunu  və  ümumən  o  dövrün  ədəbiyyatşünaslığnı 

bu çür tədqiqat üsuluna görə günahlandırmaqdan çox uzağıq. 

Çünki  bunun  «günahı»  konkret  araşdırıcılardan  daha  çox,  o 

dövrün  elmi-metodologiyasında,  daha  dəqiq  desək,  psevdo 

elmi metodologiyasında idi.  

Bu  metodologiyanın  tələblərinə  görə;  partiyanın  «yaşıl 

işıq» yandırdığı klassik sənətkarların hamısını marksizm-leni-

nizmin  proknıst  yatağının  qəliblərinə  salmaq  lazım  idi.  Bu 

yatağın ölçülərindən qısa olan əsərlər dartılıb «uzadılır», uzun 

olanların isə  «artıq» hissələri kəsilib atılırdı. Bu da mümkün 

olmayanda  sənətkarın  yaradıcılığında  bioloji  lələblərə  cavab 

verməyən  «müəyyən  ziddiyyətlərdən»  üstü-örtülü  şəkildə 

danışılırdı. 

Cavidin  sənət  miihitindən  bizİ  ayıran  bir  əsrə  yaxın 

zaman məsafəsi bu boyük sənətkarın ideoloji konyukturadan 

çox-çox  yüksəkdə  durduğunun,  onun  əbədiyyət  sənətkarı 

olduğunun  geniş  panoramını  gözlərimiz  önündə  canlandırdı. 

Ancaq  tam  qətiyyətlə  demək  olar  ki,  bu  panoramı  bütün 

koloriti  ilə  keçən  əsrin  80-ci  illərinin  əvvəlində  xalqımızın 

böyük  oğlu,  ədəbiyyatımızın  və  mədəniyyətimizin  böyük 

hamisi möhtərəm Heydər Əliyev gördü və dəyərləndirdi. Ca-

vid  sənətinə  verilən  yüksək  qiymət,  onun  əbədiyyətinin  təs-

diqi üçün bu gün biz böyük Cavidşünaslarla yanaşı, ilk növ-

bədə  ümummilli  liderimiz  Heydər  Əliyevə  borcluyuq.  Heç 

şübhə yoxdur ki, onun titanik səyləri nəticəsində «dönməz və 

əbədi olmuş Azərbaycanın müstəqilliyi» kimi Cavid sənəti də 

əbədi yaşayacaq, xalqımızın xoşbəxtliyi naminə aparılan haqq 



 

349 


işində bizə daim ilham verəcəkdir. 

 

Gülbəniz Babaxanova 

«Elm», 20 oktyabr 2004 

 

 

 


 

350 


MÜNDƏRİCAT 

 

 

G.Babaxanlı. Hüseyn Cavid irsinin ölməzliyi (Ön söz) ................ 5 

 

TURAN CAVİD ƏBƏDİYYƏTƏ QOVUŞDU 

 

V.Talıbov. Böyük sənətkarın böyük qızı ........................................ 9 

 

B.Nəbiyev. Ağır itki ...................................................................... 12 

 

İ.Həbibbəyli.Turan Cavid haqqında söz ...................................... 15 

 

G.Babaxanlı. Cavidlər ayı ............................................................ 18 

 

ARAŞDIRMALAR 

 

Y.Qarayev. Hüseyn Cavid ........................................................... 23 

 

C.Cəfərov. Görkəmli şair, dramaturq Cavid və teatr ................... 44 

 

R.Zəka. Gözəllik aşiqi .................................................................. 51 

 

M.Əlioğlu. Eşq və ülviyyət ........................................................... 56 

 

Əli Sultanlı. Hüseyn Cavidin faciələri ......................................... 69 

 

M.Cavid. İlk görüş ....................................................................... 86 

 

T.Təhmasib. Cavid yaradıcılığında dini  

və dünyəvi anlayışlar .................................................................... 88  



 

R.Rza. Minlərlə könüldə təəssüfü qaldı ....................................... 94 

 

M.Cəfər. Böyük şair, mütəfəkkir ................................................. 98 

 

T.Cavid. Atam haqqında xatirələrim .......................................... 121 

 

Q.Məmmədli. Ədiblə görüşlərim ............................................... 126 

 

E.Əfəndiyev. «Sübh şəfəqi»nin işığı .......................................... 130 

 

K.Əliyev. Məhəbbətdir ən böyük din ......................................... 144 

 

A.Zamanov. Cavid sənətinin qələbəsi ........................................ 149 

 

B.Nəbiyev. «İblis» ...................................................................... 154  

 

A.Məmmədov. Gözəllik nəğməkarı ........................................... 160 


 

351 


B.Vahabzadə. Böyük humanist .................................................. 168 

 

Ə.Cəfər. Həqiqət şairi ................................................................. 173 

 

A.Rzayev. Böyük ömrün bir əsri ................................................ 175 

 

M.Əlizadə. Tənqid və cavidşünaslıqda biblioqrafiya.  

Yeni mərhələ ............................................................................... 179 



 

T.Əfəndiyev.Tarixi mövzu və müasir ideya ............................... 183 

 

M.H.Türkəqul. Cavid ve komünistler ....................................... 197 

 

V.Sultanlı. Turan yolçusu .......................................................... 219 

 

C.Vəzirov. Dünənli, bugünlü, sabahlı Cavid .............................. 229 

 

R.Hüseynov. Sözümüzdə və düşüncəmizdə Cavid zirvəsi ......... 233 

 

Ş.Alışanlı. Hüseyn Cavid sənəti və Azərbaycan  

ədəbiyyatşünaslığının nəzəri-metodoloji  

inkişaf mərhələləri ....................................................................... 243 

 

T.Kərimli. Hüseyn Cavid və klassik irs ..................................... 249 

 

S.Xəlilov. «İblis» və qərb ədəbi-fəlsəfi fikri ............................... 254 

 

A.Talıbzadə. Üsyan və cəza:  

fikir «kəndirbazı»nın aqibəti» ..................................................... 266  



 

G.Əliyeva. Bənzərsiz lirika ........................................................ 278 

 

F.İbrahimqızı. Hüseyn Cavidin dünyası  

rəssamların gözü ilə .................................................................... 282  



 

E.Uzun. İblis və insan ................................................................. 286  

 

H.Cəfərov. Bəxtiyarsan, əgər ..................................................... 288 

 

Ç.Ələsgərov. H.Cavidin «Topal Teymur» əsəri  

haqqında düşüncələrim ............................................................... 301 



 

N.Əsədullayeva. H.Cavidin «İnqilab xırsızı»nda  

haqla nahaqqın mübarizəsi .......................................................... 305 



 

R.Şəfəq. Ərtoğrol Cavid ............................................................. 310 

 

R.Fətəliyev. Paməti Grtoqrola Djavida ...................................... 315  

 


 

352 


G.Babaxanlı. Cavid əbədiyyəti .................................................. 317

  



 

 

 

 

 

CAVİDŞÜNASLIQ 

araşdırmalar toplusu 

 



 

Bakı – «Elm» - 2007 

 

 



 

Nəşrə hazırlayan: “Proqres” dizayn studiyası 



www.proqres.com 

 

Kompüter yığışı:  



Nuranə Əsədullayeva 

Aytəkin Tağıyeva 

Bəyim Hüseynova 

Arzu İsmayılova 

 

 



Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində 

yığılıb səhifələnmişdir. 

 

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 8. AMEA Hüseyn Cavidin Ev Muzeyi 



Tel: (+99412) 492-06-57 

Web: www.huseyncavid.com 

Email: 

muzey@huseyncavid.com



 

huseinjavid@gmail.com

 

 



 

353 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

«Elm» Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi 

 

 

 



 

 

Direktor: Ş.Alışanlı 



Baş redaktor: T.Kərimli 

Mətbəənin müdiri: Ə.Məmmədov 

Kompüter tərtibi: Ə.Kərimov 

Texniki redaktor: T.Ağayev 

 

  

 



Çapa imzalanmışdır: 10.10.2007. 

Formatı 84x108 

1

/

32



. Həcmi 20,25 ç.v.  

Tirajı 1000. Sifariş №  

Qiyməti müqavilə ilə. 

 

 



 

«Elm» RNPM-nin mətbəəsində çap edilmişdir. 




 

354 


(Bakı, İstiqlaliyyət, 8).     

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə