Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə95/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   91   92   93   94   95   96   97   98   ...   101

 

322 


Mən  bütün  iştirak  edənlərə  minnətdarlıq  edib  dedim: 

«Sağ  olsun  Sibir  torpağı  ki,  bizim  dahi  şair-drammaturq 

H.Cavidi öz qoynunda 41 il qoruyub saxlamışdır». Mitinq və 

100  yaylım  atəşi  Sibir  tayqasında  Cavid  Əfəndinin  100  illik 

yubileyinin ilk sədası idi.  

Tabutu  mən,  Telman,  Zakir  və  Qəhrəman  çiynimizdə 

üzü Vətənə qaytarırdıq. Axşam Qəhrəmanın evində gözəl bir 

məclis, ehsan məclisi açdıq. Səssizcə ilk tikələri kəsdik. Din-

məz-söyləməz. Sonra məclisə şair gəldi. Cavid şeiri... çox qə-

ribə bir Cavid axşamı oldu. Dostluq məclisində Tayşet şəhər 

və rayon Partiya Sovet hüquq mühafizə orqan rəhbərləri işti-

rak etdilər. 

Oktyabrın  23-də  İrkutsk  Vilayət  Partiya  Sovet  orqan 

rəhbərlərinə minnətdarlığımızı bildirib Moskvaya uçduq. Biz 

bura üç nəfər gəlmişdik. Amma indi dörd nəfərik. Ağsaqqalı-

mız isə böyük şair-drammaturq Hüseyn Cavid idi. Təyyarədə 

bizə  xəbər  verdilər  ki,  siz  İrəvana  yox,  Bakıya  uçmalısınız. 

Bu respublikamızın rəhbəri H.Əliyevin tapşırığı idi! 

Budur,  26  oktyabr  1982-ci  il  saat  16³º-dur,  dahi  H.Ca-

vid 43 ildən sonra Bakıya qayıdıb. Hava limanında H.Cavidi 

yüzlərlə  alim,  ədəbiyyat,  incəsənət  xadimləri,  partiya  sovet 

rəhbər işçiləri, radio, televiziya və mətbuat əməkdaşları qarşı-

ladı. Şairin qızı Turan Cavid qarşılayanlar sırasında idi. Sibir-

dən sonra üçüncü mitinq burada Cavidin tabutu önündə oldu. 

Mitinqdə: Nazirlər Soveti Sədrinin müavini Fikrət Əhmədov, 

Mədəniyyət  Naziri  Zakir  Bağırov,  şair  Bəxtiyar  Vahabzadə, 

Naxçıvan Vilayət Partiya Komitəsinin Katibi Həmid Cəfərov 

çıxış etdilər. Və belə bir misilsiz tarixi işi həyata keçirənlərə 

dərin minnətdarlıq bildirdik. 

Maşın karvanı, insan axını başda Cavid Əfəndi olmaqla 

möhtəşəm Şirvanşahlar sarayına gəldi. Şirvanşahlar sarayında 

H.Cavid Bakı və respublikanın hər yerindən gələnlərlə böyük 

həsrətlə görüşürdü, pıçıldaşırdı, Vətənə gətirənlərə öz hisslə-

rini bildirirdi. 




 

323 


Belə əzəmətli və ehtiramlı qarşılanmanın çox dərin, giz-

li və insafsız birliyə gəlmək, ağıla sığmayan ideyalar irəli sü-

rənlər tapılıb, birləşmiş və MK-ya təklif və tələblərlə getmiş-

dilər.  Bunların  hamısının  adı  və  mövqeyi  hər  bir  Cavid  se-

vənə məlumdur. Əfsuslar olsun ki,  bunların içərisində ilham 

verən  Turan  Cavid  də  var  idi.  Məgər  bu  cəhənnəm  əzabını 

görən,  çəkən  var  idi  ki,  Cavid  qayıdışının  qələbəsini  özünə 

bağlasın və belə imansız və allahsız iddiada olsunlar?! 

Bunlar Cavidi Naxçıvanda yox, Bakıda fəxri xiyabanda 

üçüncü dəfə dəfn etmək istəyirdilər. Əsasda onu uzaqda dəfn 

etsəniz biz, onu sevənlər onu ziyarət etməyə gedə bilməyəcə-

yik. 


Bax belə bir amansız və insafsız tələblərə son qoymaq 

üçün  27  oktyabr  1982-ci  il  saat  15ºº-da  Akademiyanın  iclas 

zalında  (Cavid  yaşayan  evin  yaxınlığında)  üç  saatlıq  respub-

lika  ziyalılarının  Azərb.  KP  MK  katibi  Cavidin  vətənə  dön-

məsində köməyi və dayağı olan Həsən Həsənovun rəhbərliyi 

ilə çox yadda qalan, ciddi və tarixi iclas-razılaşma keçdi.  

İclasın gündəliyi: H.Cavid harada dəfn olunsun? sözləri 

ilə  müraciət  edən  MK  katibi  H.Həsənov  şok  vəziyyətə  düş-

məli  oldu.  Bir-birinin  ardınca  tribunaya  qalxanlardan  yazıçı, 

alim Qulu Xəlilov: - «Cavidi fəxri xiyabanda dəfn etmək hör-

mətsizlikdir.  Orada  çoxlu  juliklər,  millətçilər  var.  Cavidi Si-

birdən gətirən Həmid, Zakir, Telman qoy  elə öz çiyinlərində 

də Naxçıvana aparsınlar», İsmayıl Şıxlı: - «Qoy Azərbaycanı-

mızın hər yerində müqəddəs Cavid türbəsi ucalsın, elə əvvəl-

cə  Naxçıvanda»,  professor  Abbas  Zamanov,  Əkbər  Ağayev 

və Turan Cavid: - «Bir halda hamınız deyirsiniz Cavid Naxçı-

vana  aparılsın,  biz  də  razıyıq».  Mənim  arzum  xahişim,  istə-

yim  qalib  gəldi.  Axı  iştirakçıların  üçü  ilə  axşam  zəngləşib, 

görüşüb  həqiqəti  müdafiə  etməyə  and  içmişdik  və  demişdik 

ki, çox paxıl və iddialı qonşuların gözü qarşısında böyük Ca-

vidimizə mütləq Naxçıvanda məqbərə ucaldılmalıdır. Xalqın, 

torpağın  yetirməsi  hər  yerdən  öz  ucalığını  göstərməlidir.  Bu 




 

324 


baxımdan həqiqətin müdafiəsinə mən inanırdım, belə də oldu. 

Bakı-Azərbaycanımız  bu  günlər  Cavid  dühası  ilə,  Cavid  şə-

rəfi ilə Şirvanşahlar sarayına axışırdı. Dahi Cavid Əfəndi bu 

sarayda  bir  həftə  bizimlə,  Turan  xanımla,  minlərlə  gələn  in-

sanlarla,  sənət  sevərlərlə  dinməzcə  salamlaşdı  və  xüdahafiz-

ləşdi. Və nəhayət 1 noyabr gecəsi, 45 ildən sonra Cavidi ya-

şadığı  binaya  gətirib  ikinci  mərtəbədə,  möhtəşəm  zalda  gül-

çiçəyə  bürüdük.  Səhərisi  gün,  2  noyabrda  respublikamızın 

partiya rəhbəri Heydər  Əliyev H.Cavidlə  görüş-vidaya gəldi. 

Onunla  birlikdə  bütün  respublikanın  rəhbər  işçiləri  gəlmişdi. 

Görüşün belə uzanması isə mərkəzdən-paytaxtdan xüsusi mü-

təxəssislərin Cavidin «Cavid» olmasının sübutu və təsdiqi ilə 

bağlı idi. Bəli, həqiqət zəfər çaldı. Və həmin gün Turan Cavid 

başda olmaqla bir qrup görkəmli alim, aktyor və yazıçı: Pro-

fessor Abbas Zamanov, yazıçı Hüseyn Abbaszadə, xalq artisti 

Məlik Dadaşov ilə birgə xüsusi təyyarə ilə Naxçıvana uçduq. 

Təyyarədə Zakirlə birgə tabutun açıldığını, vurduğumuz mis-

marların  necə  çıxarılmasını,  vurulmasını  yenidən  görüb  ba-

xışlarımızla bir-birimizi təsdiqlədik. Və ən «sevindirici» hal o 

idi ki, bu 10 gün ərzində Turan xanım ilk dəfə bizimlə kəlmə 

kəsib  danışdı.  Bizdə  olan  rəsmi  sənədlərə  və  foto  şəkillərə 

çox  diqqətlə,  heyran  və  həyəcanla  baxmağa  başladı.  Biz  isə 

hələ Sibirdən Cavid Əfəndi ilə qayıdanda deyirdik, bizi qarşı-

layanda  Turan  Cavid  qarşısında  diz  çöküb,  əlindən  öpüb  de-

yərik:- «Atanın görüşünə xoş gəlmisən. Bu işimizlə fəxr edi-

rik». Lakin bu baş tutmadı o heç tabuta yaxın gəlmədi və Za-

kir Bağırovla kənarda dayandılar və nazirə çıxış üçün söz ve-

rəndə birlikdə tabuta yaxınlaşdılar. Şirvanşahlar sarayında isə 

hamı bizi alqışlayır, təşəkkür edir. Lakin bir Turan xanım bizi 

görmürdü... 

Sonralar  dəfələrlə  minnətdarlıq  edərək  deyirdi:  -  «O 

vaxtlar mən şokdaydım». 

Bizim  Naxçıvanda  Vilayət  Partiya  Komitəsinin  Birinci 

Katibi Kamran Rəhimov başda olmaqla, respublika rəhbərləri 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə