Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə92/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   88   89   90   91   92   93   94   95   ...   101

 

312 


Iblis?...» 

 

 Dr. Enver Uzun 



Türksesi qəzeti, 10 haziran, 2004 


 

313 


BƏXTİYARSAN, ƏGƏR... 

 

 «Bəxtiyarsan, əgər çəkdiyin əmək

 Cahan sərgisinə versə bir çiçək»  

 H.Cavid 

 

Məlum  həqiqətdir  ki,  XX  yüzillikdə  Azərbaycan  ədə-



biyyatında, mənəvi varlığımızda, milli teatr sənətimizin inki-

şafında  Hüseyn  Cavidin  öz  yolu,  öz  aləmi,  öz  zirvəsi  var. 

İnsan istismarına, dünya müharibələrinə etiraz səsini ucaldan 

şair-dramaturq H.Cavidin düşüncəsindəki dünya genişliyi ba-

xımından  onunla  müqayisə  oluna  bilənlər  ədəbiyyatımızda 

deyərdim ki, azdır. Arxiv sənədlərində deyilir: 

-  Ədəbi  yaradıcılığının  yetkin  və  məhsuldar  çağında 

H.Cavid  3  iyun  1937-ci  ildə  55  yaşında  DTK-a  zindanlarına 

salınır. Həmin gün Əhməd Cavad, Mikayıl Müşfiqi də aparır-

lar. 


İki  il  Bakıda,  Keşlə  və  Bayıl  həbsxanalarında  saxlanı-

lan, DTK-a kameralarında işgəncələrə, təhqirlərə məruz qalan 

Cavid  Əfəndi  9  iyun  1939-cu  ildə  SSSR-i  NKVD-sinın  xü-

susi müşavirəsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum 

edilib,  Maqadana  -  həbs  düşərgəsinə  göndərilir.  Beləliklə, 

Hüseyn Cavidin Stalinin qanlı rejiminin yaratdığı buzlu Sibir-

də Siyasi məhbusların həbs düşərgəsində təhqirli, əzablı gün-

ləri  başlayır.  Cavid  Əfəndi  1939-1941-ci  illərdə  Maqadanda 

minlərlə  siyasi  məhbuslarla  birgə,  ən  ağır  işlər  görmüşdür. 

Cavidimizin ayaqlarını soyuq aparmış, gözləri və ürəyi zəiflə-

miş və guya müalicə olunmaq üçün onu 8 sentyabr 1941-ci il-

də  Maqadan  şəhərindən,  İrkutsk  vilayətinin,  Tayşet  rayonu-

nun Şevçenko kəndindəki 21 saylı əlillər evinə gətirmişlər. 

Budur,  8  sentyabrda  Maqadandan  çıxan  məhbus  Cavid 

Əfəndi, 17 noyabr 1941-ci ildə, Şevçenko kəndində (şəhərdən 

74  km  aralı)  21  saylı  həbs  düşərgəsinin  əlillər  evindədir  və 

guya müalicə olunacaq. 



 

314 


Hüseyn Cavid 5 dekabr 1941-ci ildə gecə saat 10 ³º da 

59 yaşında, əbədi olaraq gözlərini yumub. İki gündən sonra, 7 

dekabr 1941-ci ildə Cavid Əfəndi 59 saylı, 2 metr dərinlikdə 

qazılmış qəbirdə, üzü şərqə, taxta tabutda dəfn edilib. Bu hə-

qiqətlər rəsmi dövlət hüquqi sənəd olan şair-drammaturq Hü-

seyn  Cavidin  13133  saylı  şəxsi  işindədir.  Dahi  Cavidimizin 

son günləri belə başa çatmışdır. 

Bəli,  


 

«Ölüm var ki, həyat qədər dəyərli

Həyat var ki, ölümdən də zəhərli.»  

 

Rəhmət sənə, Böyük Cavid Əfəndi! 



(Bax: 13133 saylı şəxsi işdən çıxarışlara əlavə olunur). 

Məlumdur ki, hələ 60-70-ci illərdə Böyük Cavid Əfən-

dinin cənazəsinin Vətənə gətirilməsinə cəhdlər edilmişdi. Bu 

haqda xalq şairi Xəlil Rza Ulutürk yazmışdı: 

 

«Üzümü tutmuşam bütün cahana: 

Qış çıxıb Cavidin Baharı gəlsin. 

Onun ana yurdu Azərbaycana 

Sənəti gəlibdir, məzarı gəlsin». 

 

Bu arzu, istək minlərin, milyonların arzu, istəyidir. Fə-

qət,  belə  bir  vəzifəni  yerinə  yetirmək  sovetlər  dövründə  bö-

yük  hünər,  cəsarət  və  qəhrəmanlıq  tələb  edirdi.  Ən  başlıcası 

isə deyərdim ki, milli təəssübkeşlik, xalqın tarixinə, mədəniy-

yətinə, mənəvi dəyərlərinə sevgi və qiymətləndirmək qüdrəti 

tələb  olunurdu.  Axı  Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti 

tarixində əvəzsiz xidməti olmuş, dahi mütəfəkkir və romantik 

şair-drammaturq Hüseyn Cavid Sovetlər irticasının qurbanla-

rından  biri  olmuş,  doğma  vətənindən  minlərlə  kilometrlər 

uzaqda,  Sibirdə  haqqın  dərgahına  qovuşmuşdur.  Və  37-ci  il 

repressiyalarının Sibirin ölüm düşərgələrinə saldığı gedər-gəl-




 

315 


məz yollara o vaxt heç kim iz və işıq sala bilməmişdir. 

Çünki,  SSR-i  qadağalarına  sinə  gəlmək,  Sibirdəki  də-

mir seyflərin açılmasına nail olmaq üçün, ədəbiyyat tarixində 

nadir və  yeganə hadisə olan, buzlu Sibirdən Cavidin cənazə-

sini Azərbaycana qaytarmaq adi və heç də asan məsələ deyil-

di. 


Bu  məsələnin  həlli,  nəhəng  Sovet  İttifaqı  miqyasında 

qüdrətli, nüfuzla, milli ruhla yaşayan böyük Azərbaycanlı gə-

rəkdir! 

Xalqımızın  da  tarixi  bir  ənənəsi  var.  Ən  ağır  günlərdə 

böyük arzu, istəyə, məqsədə çatmaq üçün ümidini müdrik el 

ağsaqqalına bağlamaq. Belə bir müdrik, qətiyyətli, böyük nü-

fuz  sahibi  Azərbaycan  xalqının  qüdrətli  oğlu  Heydər  Əliyev 

idi. Özü dediyi kimi: «Mən həyatda yalnız üç şeyə arxalan-



mışam: yaradanıma, zəhmətimə, bir də Xalqıma» 

Azərbaycan xalqı fərəh hissi ilə deyir: Bakıda Nəriman 

Nərimanovun,  Səməd  Vurğun,  Cəfər  Cabbarlının  əzəmətli 

heykəllərinin  ucaldılması,  Üzeyir bəyə, Bülbülə ev müzeylə-

rinin açılması, 37-ci il repressiya qurbanlarının adlarına mək-

təb,  rayon  verilməsi  Azərbaycan  KP  MK-nın  Birinci  katibi 

H.Əliyevin  gərgin  əməyinin  nəticəsi  idi.  1981-ci  ildə  Azər-

baycan  KP  MK  Bürosu  Hüseyn  Cavidin  100  illiyi  haqqında 

qərar qəbul etdi. Bu tarixi qərar Hüseyn Cavidi respubltka ic-

timaiyyətinin diqqətində bir daha canlandırdı. 

1982-ci  ilin  sentyabr  ayında  İrkutsk  vilayətindən  məh-

bus H.Cavidin13133 saylı işini şəxsən gətirmişdik və Naxçı-

van VPK Birinci  Katibi  Kamran Rəhimovun vasitəsi ilə onu 

H.Əliyev  yoldaşa  çatdırmağa  nail  olduq.  Birinci  Katib  çox 

diqqətlə  şəxsi  işlə  dərindən  tanış  olmuş  və  maraqlı  sual-ca-

vablar edib Cavidin məzarını tapıb onun nəşini Vətənə gətiril-

məsinə xeyir-dua vermişdir. 

Məlum oldu ki, H.Əliyev özü də uzun müddətdir ki, bu 

haqda  fikirləşir. Azərbaycanın  rəhbəri, ittifaq miqyaslı nüfuz 

sahibi  Heydər  Əliyev  yoldaş,  Baş  katib  L.İ.Brejnevlə,  DTK 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə