Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə93/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   89   90   91   92   93   94   95   96   ...   101

 

316 


sədri  Y.V.Andropovla  olan  şəxsi  işgüzar  münasibətlərinə 

görə  böyük  Cavidimizin  41  ildən  sonra  əbədi  olaraq  Vətənə 

qayıtmasına  böyük  şərait  yaratdı.  Naxçıvanda  bu  razılıq  və 

xeyir-dua  çox  böyük  rəğbətlə  qarşılandı.  Onlarla  tanınmış 

adamlardan,  alim  və  sıravi  fəhlə,  kolxoz  əməkçilərindən 

VPK-yə  çoxlu  təşəkkür  və  minnətdarlıq  məktubu  və  teleq-

ramlar  gəldi.  Cavidin  qəbrinin  Vətənə  köçürülməsini  bütün 

insanlar  alqışladı.  Hüseyn  Cavidin  100  illiyi  ilə  bağlı  Azər-

baycan KP MK-nın qərarı bizim qarşımızda «yaşıl işıq» oldu. 

Hər  yerdə  tədbirlər  keçirilir,  ev  muzeyi  bərpa  edilir,  teatr 

«Şeyx  Sənan»  əsərini  tamaşaya  qoyur,  şairin  adına  Poeziya 

Teatrı yaradılırdı və K.Ağayevanın  «Mənim tanrım» tamaşa-

sının  məşqləri  davam  edirdi.  Bu  fərəhli  işlər  getdiyi  günlər, 

1982-ci  il  oktyabr  ayının  2-də  xalqımızın  böyük  oğlu  Azər. 

KP MK-nın birinci katibi H.Ə.Əliyev yoldaş Naxçıvan Mux-

tar Respublikasında idi və böyük iqtisadi, sosial inkişaf plan-

ları  ilə  bərabər  tariximiz,  mədəniyyətimizlə  də  bağlı  çoxlu 

problemlərin həllini müzakirə etdi və bir daha H.Cavidin mə-

zarını  axtarıb  tapmaq,  Vətənə  gətirmək  xeyir-duasını  verdi. 

Mən  yaxşı  bilirdim  ki,  H.Cavid  ailəsində  böyük  sənətkarın 

məzarını  axtarıb  tapmağa  gedəsi  bir  adam  qalmayıb  və  heç 

vaxt  Turan  xanımı  bu  işə  cəlb  etmək  olmaz.  Mən  öz  vətən-

daşlıq məsuliyyətimi, bir ziyalı mövqeyimi  bu işdə bilirdim. 

Axı H.Cavid bir ailəyə məxsus deyildi, o, Azərbaycan xalqı-

nın böyük övladı idi və tarixi missiyanı reallaşdırmaq lazım-

dır. 12 oktyabr 1982-ci ildə Naxçıvan Vilayət partiya Komitə-

sinin bürosu tarixi bir qərar qəbul etdi: 

«Böyük  Azərbaycan  şair  və  drammaturqu  Hüseyn  Ca-

vid  Rasizadənin  məzarı  tapılıb  Vətənə  gətirilsin.  Qərarın  ic-

rası Vilayət partiya Komitəsinin katibi Həmid Cəfərova tapşı-

rılsın». 

Beləcə o gündən ömrümün, həyat fəaliyyətimin yeni bir 

mərhələsi başladı: Vəzifə borcu, vətəndaşlıq borcu və mənəvi 

borcumun yerinə yetirilməsi mərhələsi ! 




 

317 


Şübhə yox, Sibirə getmək, Cavidin məzarını axtarmaq, 

tapmaq  və  gətirmək  saysız-hesabsız  çətinliklərlə  bağlı  idi. 

Ancaq inanırdım ki, bu işi layiqincə görəcəyik. O zaman ürə-

yimdə qəbul etdiyim qərar isə qəti idi ! 

Ya  Böyük  Hüseyn  Cavidin  qəbrini  tapıb  gətirmək,  ya 

da o qar səhrasının hansısa meşəsində ömrümün son nöqtəsini 

qoyacam.  Belə  böyük  etimaddan  sonra,  bu  qədər  ehtiram  və 

ümiddən  sonra  «üzüqara  geri»  qayıtmaq  mümkün  deyil.  Bu 

mənim son və qəti qərarım idi və bu qərarı ailəmiz və ən çox 

yaxın insanlar yaxşı xatırlayırlar. Bütün bu bir-birindən həya-

canlı günlər artıq arxada qalmışdı  və böyük Hüseyn Cavidin 

mənəvi  övladları  Cavid  sorağına  uzaq Sibirə  uçurduq,  çünki 

Cavidin məzarını doğma torpağa qovuşdurmaq kimi İlahi bir 

arzu məni özünə tam və çox möhkəm  təslim  etmişdir. Yaxşı 

bilirdim ki, şaxtalı Sibirdə məni və məsələkdaşlarımı nə qədər 

çətin sınaqlar gözləyir.  

Biz Hüseyn Cavidə aid  arxiv  sənədlərini bir daha əldə 

edib  öyrənməli,  40-cı  illərdə  İrkutsk  vilayətinin  Şevçenko 

kəndində  yaşayan,  oradakı  21  saylı  İslah-Əmək  əlillər  üçün 

xəstəxanada işləyən və tanıyanları tapmaq çox gərəkliydi. 

Mütləq bu adamlarla Şevçenko kəndinə getməyə razılıq 

əldə etməli və onların «gedər-gəlməz» yerə gedib-qayıtmala-

rını  təmin  etməliydik.  Ən  mühümü  və  şərəflisi  59  saylı  mə-

zarı  tapmaq,  onu  açmağa  icazə  almaq,  məzar  və  məzardakı 

qalıqların Cavidə məxsus olmasını hüquqi sənədlərlə, əsaslar-

la təsdiqləmək idi. Bütün bunlarla yanaşı Sibir sərtliyini, dəh-

şətli yolları ram edərək Ulu Cavidə doğru yolu başa vurmalı 

və Cavidlə Vətənə qayıtmalı idik.  

Budur, 18 oktyabr 1982-ci il İrkutsk vilayətinin Partiya 

və Sovet  rəhbərləri  Antilin E., Qorçunov O., Naumov  A. və 

başqaları ilə 3 saatlıq danışıqlar, mübahisələr, narazılıqlar və 

nəhayət bəzən böyük və misli görünməyən müqəddəs istəyi-

miz,  sübutlarımız  çox  kəskin  və  real  arqumentlərimiz  onları 

valeh edib, çox həyəcanlandırmışdır. Onlara təqdim etdiyimiz 




 

318 


H.Cavid - 100 yubiley hədiyyələri də öz təsirini və köməyini 

göstərmişdir.  Lakin  bütün  bunlarla  yanaşı  deməliyəm  ki,  bu 

ağır və məsul problemi həll etmək üçün, mən o dövrdə ancaq 

respublikada  deyil,  SSSR-i  və  beynəlxalq  aləmdə  belə  məh-

şurlaşan,  dövlət  və  siyasi  xadim  kimi  qəbul  edilən  Heydər 

Əlirza  oğlu  Əliyevin  tapşırığını,  xalqımızın  arzu  və  istəyini 

yerinə  yetirdim  deyə,  onun  nüfuzundan  çox  məharətlə  və  si-

yasi  tələblərə  uyğun  istifadə  edirdim.  Mənim  tibbi  ekspert, 

kriminalist və fotoqraf ayrılması, Tayşet şəhərində arxivdə iş 

aparmaq, 21 saylı əlillər evində işləyən adamların bu işə cəlb 

olunması,  Rayon  İcra  Hakimiyyətinin  və  Sanitar-epidimoloji 

mərkəzinin  lazımi  hüquqi  sərəncamları  çıxarılması  xahişimə 

tam razılıq və təsdiq alındı. Artıq hamımız böyük Cavid vur-

ğunu olmuşduq. Cavidin dahi fəlsəfəsi və insanpərvərliyi on-

ları  mat  qoymuşdu.  Üç  saatlıq  siyasi  vuruşmanın  nəticəsini 

İrkutsk  Vilayət  Partiya  Komitəsinin  Katibi  Antilin  Evstafiy, 

Nikitik Bera yekunlaşdırdı: «Mən on ildən artıqdır katib işlə-

yirəm və indiyədək İrkutsk vilayətinə belə bir məqsədlə gələn 

olmayıb. Siz çox müqəddəs, lakin siyasi baxımdan son dərəcə 

çətin  qəbul  olunan  misilsiz  tapşırığı  yerinə  yetirirsiniz,  xoş-

bəxt adamlarsınız. Sizin qədirbilən xalqınız, böyük və müdrik 

respublika rəhbəriniz var. Nə kömək lazımsa olacaq sizə!» Bu 

sözlər  hər  birimizdə  qürur  hissi  oyatdı  və  hələ  də  qulaqları-

mızda səslənir.  

Səhərisi  19  oktyabrda  bizi  Baykal  gölü  ilə  tanış  edib 

xüsusi bir vaqonda həkim-ekspert Medvedev Rafael, qrimina-

list-fotoqraf  Ostaşenko  Vladimir  və  axtarış  idarəsinin  əmək-

daşı Kostovski Yuri ilə bu 3 saylı vaqonda hörmət-ehtiramla 

Tayşet şəhərinə yola saldılar. Bunların üçü də polkovnik rüt-

bəsində yüksək səviyyəli vəzifə sahibləri idi. 

Tayşet şəhərinə 20 oktyabrda səhər tezdən gəlib çatdıq. 

Rayon  rəhbərliyi  ilə  belə  qərara  gəldik  ki,  Tayşet  şəhərində 

bir məktəbə və küçəyə H.Cavidin adı verilsin. Əlillər evində 

işləyən  çoxlu  adamlar  tapdıq,  lazımı  arxiv  sənədləri  əldə  et-




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə