Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə94/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   90   91   92   93   94   95   96   97   ...   101

 

319 


dik. Əlillər evinin və qəbristanlığın şəhərdən 74 km kənarda 

olması  sübutlaşdı  və 21  oktyabrda Tayşet  Rayon  İcra Komi-

təsi 141 saylı qərar qəbul edib çıxarılmasına nail olduq. Qə-

rarda  deyilirdi  ki,  5  dekabr  1941-ci  ildə  vəfat  etmiş  böyük 

Azərbaycan şair-drammaturqu H.Cavid 59 saylı qəbirdən çı-

xarılıb  Vətəninə  aparılması  üçün  Naxçıvan  Vilayət  PK-nin 

katibi  Həmid  Cəfərova  icazə  verilsin.  Artıq  əlimizdə  qərar, 

arxivdən ən dəqiq hüquqi sənədlər, bunlardan mən deyərdim 

daha  dəyərli  və  qiymətli,  daha  böyük  sərvət  olan:  o  vaxtlar 

Şevçenko kəndində əlillər evində işləyənlər: 70 yaşlı çox sağ-

lam,  cəld  hərəkətli  Dorofey  Tradoykato,  Semyon  Kiselman, 

Avraam Popov ilə onlarla o yerlərdə işləyən, yaşayan adamlar 

idi. Bizimlə Şevçenko kəndinə gedənlər içərisində ən əziz və 

dəyərli  insanlar  var  idi:  Bərdədən  -  Qəhrəman  Qurbanov, 

Ağdamdan - Azər Musayev və Namiq Rəsulov, Dağıstandan - 

Ramazan  Zəngərxanov.  Bu  qeyrətli  oğullar  Baykal-Amur  ti-

kintisində  çalışırdılar.  Onları  Azərbaycanımıza,  Cavid  Əfən-

diyə  olan  eşqi,  ehtiramı  bizim  ətrafımıza  toplamışdır.  Orada 

bunlar böyük hörmətə malik şəxslər idilər. 

21  oktyabr  1982-ci  ildə  Azərbaycanın  qədim  şəhəri 

Naxçıvandan «Sibirin Tayşet şəhərinədək 8645 km yol gələn 

«Üçlüyün»  ətrafına  25-ə  qədər  adam  toplanıb  yola  çıxmağa 

hazır idilər. Bunların içərisində böyük Hüseyn Cavidin məza-

rının Sibirdən Naxçıvana köçürülməsi işində iştirak edən ra-

yonun prokuroru Elena Xaritonova, milis rəisi Viktor Quzen-

ko,  sanitar-epidimoloq  həkim  Leonid  Padqornıy,  Şevçenko 

kəndinin sahə müvəkkilləri B.Tkaçenko və A.Qladkov, nəha-

yət, bizi mühafizə edən daxili qoşunların on silahlı əsgəri baş-

da  komandirləri  mayor  Mixail  Alekseyev  idilər.  Bu  böyük 

dəstənin  içərisində  kimsə  tez-tez  yarı  zarafat,  yarı  ciddi  xə-

bərdarlıq  edirdi:  «İndi  Şevçenkoya  getmək  xatalıdır,  hər  şey 

ola bilər, şaxta bəzən 30-40°-yə çatır, tələsin gedəyin !»  

Tayşetdən Şevçenko kəndinə 74 kilometrdir. Ancaq bu 

yol ən çətin, təhlükəli yol idi. Avtomaşınlarımız tez-tez buzda 




 

320 


sürüşərək yoldan çıxır, qar təpəliyinə soxulurdu. Onları çətin-

liklə  çıxarıb  yola  davam  edirdik.  Budur,  Kvitok  qəsəbəsinə 

çatırıq. Qəhrəmangil gedən avtomaşın sürüşərək yoldan çıxıb, 

qar  təpəsinə  söykənib,  böyrü  üstə  aşmışdı.  Karvan  dayanır. 

Kömək edib maşını qar təpəsindən çıxarıb yola davam edirik. 

Gündəliyimdən qeydlər: «Sağlam adamlar bu yolu belə avto-

maşınlarda əzabla gedir, bəs görəsən bu yolu ağır xəstə Cavi-

dimiz necə keçib, mənzil başına çatıb?».  

Artıq  3  saatdır  buz  bağlamış  yolla:  Parijskaya,  Verx-

naya, Nijnaya Qoqolevka Qostomarova qəsəbə və kəndlərini 

arxada  qoyaraq  Şevçenko  kəndinə  çatmışıq.  Ətraf  meşədir, 

ağappaq qardır və çox dəhşətli və qorxulu sakitlikdir. 

Dorofey  Tradaykolo  mənə  dedi:  «Bu  yaxınlıqda  körpü 

var, məni ora aparın». Onu körpünün yanına gətirdik. O tərəf-

də üç-dörd uçmuş ağac,ev vardı. Bu da körpü. 

Dorofey Tradaykolo: - «Hə qəbristanlıq təqribən səkkiz 

yüz metrlikdədir». Gəldik meşəyə. Donmuş qar altındakı qə-

birlərin  baş  ağacları  qaralırdı.  İndi  biz  40  min  qəbrin  arasın-

dan  bircəsini  59№-li  qəbri,  dahi  H.Cavidin  qəbrini  tapmalı-

yıq. Dəstələrə bölünüb axtarmağa başladıq. Nəhayət 53-54№-

li qəbirlər. Nə şaxta, nə qar bizə mane ola bilmirdi. Birdən ra-

yon prokuroru Elena Xaritonovanın sevinc dolu qışqırığı eşi-

dildi: «Gəlin 59№-li məzarı tapmışıq». Biz ora özümüzü ye-

tirdik. Bəli çürümüş, qaralmış, donmuş taxtanın üstündəki 59 

rəqəmi aydın oxunurdu. 

Mən  arxiv  müfünə  ciddi  və  diqqətlə  baxdım.  O  dedi: 

Burada ikinci 59 nömrəli qəbir ola bilməz! 

Professional  ekspertlərin,  kriminalist  mütəxəssislərin 

nüfuzlu təsdiqi bizi daha çox sevindirdi. Mən qəbrin baş tərə-

fində dayanmışdım. Yoldaşlarımız onu əhatə eləmişdi. Elə bil 

onu Sibir şaxtasından qorumaq istəyirdik.  

Qəbrin üstündə diz çöküb ağlamağa başladım. Şaxta ət-

rafda hər şeyi dondurmuşdu. Lakin bizim sevinc göz yaşları-

mızı dondura bilmədi. Ev sahibləri mat qalmışdılar. Axı Ca-




 

321 


vid burdakılardan heç birinin qohum-əqrəbası deyildi. Xalqı-

nın nümayəndələri gör neçə ildən sonra sənətkarlarının qəbri 

üstündə göz yaşı tökürlər. Bəli, göz yaşına Sibir şaxtasının da 

gücü çatmırmış. Biz sevinirdik, xöşbəxt idik, indi hər şey ger-

çək  olmuşdu.  Mən  prokurordan  59№-lı  qəbrin  açılmasına 

icazə istədim. O, razılığını bilidirdi.  

Zakir,  Telman,  mən  don  atıb  dəmirə  dönmüş  torpağı 

qazmağa başladıq və külüngsüz, lomsuz ötüşə bilmədik. Təq-

ribən yarım metr qazdıqdan sonra torpaq yumşaldı. Digər yol-

daşlar  da  bizi  əvəz  etdilər.  Artıq  torpaq  düyü  kimi  dənələn-

mişdi.  İki  metrə  çatanda  torpaq  oyulub  tökülməyə  başladı. 

Taxta tabuta çatmışdıq. Məni Zakir əvəz elədi. O tabutun üst 

qapağını  götürüb  mənə  verdi.  Taxta  tabut  tam  açılmışdı  və 

hamımızın diqqətini Cavidin iri alnı və bəbək hissələrinin qa-

ralmış sümükləri cəlb etdi. Çünki xəstəxanada üstünə örtdüyü 

qara örtüyə büküb tabuta qoymuşdular. 

Zakir böyük diqqət, sevinc və məğrurluqla Cavidin ba-

şını mənə verdi. Mən oğul qüruru ilə onun alnını təmizləyib 

öpdüm.  Alnı  zədəsiz  idi,  arxa  hissəsində  baş  tükləri  yerində 

idi. 


Ekspertlər, kriminalistlər işə başladılar. Şəkillə məzarın 

qalıqlarını  tutuşdurdular.  Bütün  cizgilərin  uyğun  gəldiklərini 

təsdiqlədilər.  Bu  vaxt  Telman  hamının  diqqətini  ayağındakı 

yun corabın izlərinə, Zakir isə alt çənəsində metal dişləri gös-

tərib mütəxəssislərin fikrini öyrəndi.  

Həkim  Rafael  Medvedev  bunları  təsdiqlədi.  Hərəkəti 

mütəxəssislər və bütün iştirakçılar rəsmi imzalarla təsdiqlədi. 

Təzə gətirdiyimiz tabuta Sibir torpağı töküb, qalıqları ağ ör-

pəyə bükdük. Tabut canlanmışdı, Cavidləşmişdi vallah!  

Bütün bunlar qələbə idi. Cavidin Vətənə «Cavid» kimi 

qayıtması qələbə idi. 

Tabut qarşısında mitinq keçirdik, 100 yaylım atəşi açıl-

dı. Polkovniklər: Telman Əliyev və Rafael Medvedev danış-

dılar.  



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə