Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə97/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   93   94   95   96   97   98   99   100   101

 

329 


iki hökmdarın və onların ətrafının hər tərəfli təsvirini vermək-

lə, oxucuya və tamaşaçıya bir növ müqayisə və seçim imkanı 

verməkdir. Əmir Teymur özü və onun ətrafı, Yıldırım Bəya-

zidin özü və ətrafından qat-qat üstündür. Müəllifin əsərdə təs-

vir etdiyi hadisə və münasibətlər ilk nəzərdən sanki əsas hadi-

səyə  xidmət  etməyən  kimi  görünür.  Lakin  tədricən  məlum 

olur ki, əsas hadisəyə xidmət etməyən hadisə və münasibətlər 

yoxdur.  Araşdırıcı  T.Məmməd  özünün  çox  maraqlı  «XX  əsr 

Azərbaycan  dramaturgiyasının  poetikası»  əsərində  (AMEA 

Nizami  adına  Ədəbiyyat  İnstitutu.  Bakı.  «Elm»,  1999, 

səh.167) yazır: «Burada süjet qarşı duran tərəflərin mübarizə-

sindən daha çox hərəkətə hər an stimul verən Teymur müna-

sibətləri  üzərində  qurulmuşdur...».  Lakin  əsər  həm  münasi-

bətlər, həm də müqayisə üzərində qurulmuşdur desək, heç də 

səhv  etmərik.  Əsərdə  süjet  xəttində  hadisələrin  düyünü  və 

açılışı klassik priyomla, məktub vasitəsi ilə həll olunur. Əmi-

rin  dəqiq  hesablamasına  görə  məktubla  Yıldırım  Bəyazid 

kimi bir insan öz daxili aləmini açıb, iç dünyasını nümayiş et-

dirməlidir.  Elə  də  olur.  İlk  pərdə  Orxan-Olqa  münasibətləri-

dir. Dedik ki, Əmir bir neçə məktubla Yıldırım Bəyazidə mü-

raciət  edib,  şərtlərini  ona  bildirir.  Lakin  Əmir  kimi  ağıllı  və 

tədbirli  bir  insan,  ancaq  o  məktubla  qane  ola  bilməz  və  o, 

əlavə  olaraq  Orxanı  Bəyazid  sarayına  casus  yollamaq  qəra-

rına gəlir. Deməli, Orxanın ilk pərdədən təqdimi buna xidmət 

edirdi.  Bəs  Olqa?  Maraqlıdır,  Orxan  Əmirin  gizli  planları 

üçün  lazım  idisə,  Olqa  da  Orxana  öz  gizli  planları  üçün  la-

zımdır.  İlk  pərdədə  hadısələr  sürətlə  inkişaf  edir.  Dramatik 

gərginlik artmaqdadır. Orxan-Olqa münasibətləri Almas, Baş 

Vəzir, Dilşad xanım və nəhayət  Əmir Teymur münasibətləri 

deməkdir.  Əslində  bu  iki  münasibət  bir  çox  münasibətlərin 

münaqişə səviyyəsinə gətirilməsi deməkdir. Orxanın Olqadan 

əl  çəkməməyi,  onu  özü  ilə  gizlincə  Bəyazid  sarayına  apar-

mağı, əvvəl xanımı Almasla, sonra atası baş vəzirlə, nəhayət-

də  isə,  Əmirlə  münasibətlərin  pozulmasına  gətirib  çıxara  bi-




 

330 


lər.  Xarici  hərəkət  açıqdan-açığa  görünsə  də,  daxili  hərəkət 

hər bir obrazın  gizli niyyətlərindən xəbər verir. Dilşad xanı-

mın bir çox məsələlərdən xəbəri var. O, sakitcə kənardan ha-

disələri izləyir və Alması sakitləşdirir. Maraqlıdır ki, hərəkə-

tin xarici tərəfi bir niyyətdən, daxili tərəfi isə, tamam ayrı bir 

niyyətdən xəbər verir. 

Süjet xətti dedik ki, ikiyə bölünmüş tərəflərin müqayi-

səli təhlili ilə davam etdirilir. Müəllif əsas qəhrəmanına olan 

sonsuz  sevgisini  və  məhəbbətini  oxucuya  və  tamaşaçıya  da 

sirayət etdirə bilib. Süjet xəttinin əsas hadisəsi Əmir Teymur 

və Yıldırım Bəyazid xəttidir. Lakin əsər boyu bu iki əsas tərəf 

ancaq sonda, qalib və məğlub tərəf bilinəndən sonra görüşür-

lər. Əsas hadisəyə xidmət edən köməkçi xətlər lazım olan ana 

qədər əsas hadisəyə yardım etsələr də əsərin sonunda tamam-

lanmırlar. Bu müəllifi bir o qədər də narahat etmir. Əsas mə-

sələ baş hadisəyə nəticə vermək, əsas qəhrəmanların münasi-

bətlərinə nöqtə qoymaqdır.  

Beləliklə, biz çalışıb H.Cavidin «Topal Teymur», əslin-

də isə, «Əmir Teymur» tarixi dramının bəzi nüanslarını araş-

dırmağa çalışdıq.  Bizə elə gəlir ki,  bu dramların araşdırması 

həm  Cavidşünaslara,  həm  teatrşünaslara,  həm  də  dramatur-

giya sahəsi ilə məşğul olmaq istəyənlərə nə isə verə bilər.  



 

Çingiz Ələsgərov  

 

 

 

 

 

 



 


 

331 


HÜSEYN CAVİDİN 

«İNQİLAB XIRSIZI»NDA HAQLA 

NAHAQQIN MÜBARİZƏSİ 

 

Tarixi  şəraitin  şəxsiyyətə,  xüsusən  də  yaradıcı  şəxsiy-

yətə göstərdiyi təsir danılmazdır. Və müvafiq tarixi mərhələ-

nin düzgün, obyektiv hesab etdiyi nəzəriyyə müəyyən zaman 

keçdikdən  sonra  öz  effektini  itirərək  yararlı  olmadığını  gös-

tərdiyində, belə nəzəriyyələrin təsiri ilə yaranmış bədii əsərlə-

rin  sənətkarlıq  xüsusiyyətləri  ilə  yanaşı,  informativ  xüsusiy-

yəti də tədricən dominantlıq təşkil edərək ön plana keçir. Bu-

nunla belə, elə ədəbi faktlar və əsərlər mövcuddur ki, ümum-

bəşəri mövzuları özündə birləşdirərək tarixin və zamanın gər-

dişindən asılı olmayaraq öz oxucularına estetik zövq vermək-

dən  əlavə,  yüksək  mənəvi  keyfiyyətlər  və  ideallar  uğrunda 

mübarizlik  ruhu  aşılayır.  Şübhəsiz  ki,  bədii  ədəbiyyatın  ən 

vacib vəzifələrindən olan bu cəhətlər Cavidin «Azər» poema-

sında  vardır.  Məlumdur  ki,  «Azər»  poemasının  indiyə  kimi 

çap  olunmamış  parçaları  mövcuddur:  «Mayıs  çiçəkləri»  və 

«Meyxana guşəsində». Müəyyən səbəblər üzündən bu şeirlər 

Cavid əsərlərinin işıq üzü görmüş cildlərinə daxil edilməmiş-

dir.  Son  illərə  qədər  poemanın  «İnqilab  xırsızı»  adlı  parçası 

da «Azər»in işıq üzü görməyən hissələri sırasında idi. İlk dəfə 

akademik Məmməd Cəfərin 1960-cı ildə Azərnəşr tərəfindən 

buraxılmış  «Hüseyn  Cavid»  adlı  monoqrafiyasının  «Azər» 

dastanı» bölməsində  «İnqilab xırsızı» şeirinin  qısa məzmunu 

və  bu  şeirdən  bir  bənd  verilmişdir.

1

  Daha  sonra  professor 



Rafael Hüseynovun «Vaxtdan uca» kitabında həm «Mayıs çi-

çəkləri»


2

, həm də «İnqilab xırsızı»

3

 şeirlərindən parçalar dərc 



olunmuşdur.  «İnqilab  xırsızı»  ilk  dəfə  olaraq  bütöv  şəkildə 

                                                 

1

 М.Ъяфяр. Щцсейн Ъавид.Б.,Азярняшр.1960.сящ.194. 



2

 Р.Щцсейнов.Вахтдан уъа.Б.,Ишыг.1988.сящ.176-177. 

3

 Йеня орада, сящ.334. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə