Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə96/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   93   94   95   96   97   98   99   100   101

 

325 


və on minlərlə Cavidsevər naxçıvanlılar qarşıladı. Bəli, 63 il-

dən  sonra  Cavid  Əfəndi  yenə  Vətənə  qayıtdı.  Limanda  çox 

hərarətli  bir  mitinq  keçdi.  Çıxış  üçün  mən  sözü  professor 

Abbas  Zamanova,  Cavidlə  birgə  oxumuş  jurnalist  Tarverdi-

yevə  və  şairə  Kəmalə  Ağayevaya  verdim.  Onlar  bu  misilsiz 

tarixi  hadisəyə böyük qiymət verib Cavid  dahiliyini bir daha 

qeyd etdilər. Sonra Cavidin tabutunu doğulduğu evə - yaratdı-

ğımız  ev  müzeyinə  gətirdik.  Noyabrın  3-də  Cavidin  tabutu 

C.Məmmədquluzadə adına Naxçıvan Dram Teatrında yerləş-

dirildi. Əhali Cavidlə vidalaşmağa gəldi. Həmin gün saat 3-də 

Kamran  Rəhimovun  rəhbərliyi  altında  böyük  izdihamlı  bir 

vida-dəfn mitinqi keçirildi. Çıxış edənlər: Yazıçılar İttifaqının 

katibi  H.Abbaszadə, xalq  artisti M.Dadaşov Cavid  dahiliyin-

dən  danışdı,  SSSR-i  Ali  Sovetinin  Deputatı  Zakir  Nəsirov 

«Cavidlə» şeirimizi səsləndirdi. Turan Cavid atasına göstəri-

lən  bu  ehtirama  görə  minnətdarlıq  etdi.  Düz  41  ildən  sonra 

Vətənə  qayıdan  Cavid  Əfəndi,  sevdiyi  tut  ağacının  yanında 

əbədi olaraq ana torpağa tapşırıldı.  

Axşam  Cavid  adına  Poeziya  Teatrında  K.Ağayevanın 

«Mənim  tanrım  gözəllikdir,  sevgidir»  əsərinə  tamaşa  etdik. 

Uzaq  Sibirdə,  Bakıda,  Naxçıvanda  bu  tarixi  hadisə  ilə  izdi-

hamı,  sevinci  və  kədəri  təsvir  etmək  üçün  yalnız  Cavid  qə-

ləmi lazımdır.  

Bəli,  


 

«Bəxtiyarsan, əgər çəkdiyin əmək

Cahan sərgisinə versə bir çiçək». 

 

Bu bəxtiyarlıq bizim üçün həmişə mənəvi ucalıqdır. 



  

 

 Həmid Qara oğlu Cəfərov 

 

 




 

326 


 

 

 



 

 

 



 

 

 




 

327 


HÜSEYN CAVİDİN «TOPAL TEYMUR» 

ƏSƏRİ HAQQINDA DÜŞÜNCƏLƏRİM 

 

H.Cavid  dramları  yüksək  peşəkarlığına  görə  həm  oxu, 



həm də səhnə üçün tam yararlı hesab oluna bilər. Söz yox ki, 

əslində hər bir səhnə əsəri, məhz səhnədə qoyulmaq üçün ya-

zılır.  Lakin  H.Cavid  kimi  sənətkar  yazdığı  dram  əsərlərində 

səhnə  tələblərini  əsas  götürsə  də,  oxucunu  da  yaddan  çıxara 

bilməzdi. Cavid dramları ən müxtəlif faktları özündə əks etdi-

rib,  faktların  təqdimatı,  hadisələrin  müəllif  məqsədinə,  ide-

yaya uyğun düzümü və gözlənilməz dönümü, gərginliyin son 

həddə çatdırılması, qəfil məqamlar, xarici və daxili hərəkətin 

peşəkar  toxunuşu  ilə  diqqəti  cəlb  edir.  Bu  dramlarda  ilk  nə-

zərə  çarpan,  konkret  halda  türk  övladının,  ümumilikdə  isə, 

bəşər  övladının  ən  müxtəlif  bucaqlardan  görünən  obrazıdır. 

Cavid  insan  xarakterində  mövcud  olan  təzadları,  hadisələrin 

qəfil məqamlarında baş verən dəyişgənliyi, şüurlarda və ürək-

lərdə əmələ gələn tüğyanları konkret hadisələrdə təsvir etmək 

bacarığına  malikdir.  Xəyyamın  alimliyi  və  şairliyi  ilə  təzad 

təşkil  edən  sevgi  yolundakı  dönməzliyi,  Şeyx  Sənanın  mə-

həbbəti uğrunda dini təriqətlərdən, əqidəsindən imtina etməsi, 

Əmir Teymurun xarakter dəyişgənliyi və dərin zəkası, Afətin 

həyat amalları və acı həqiqətlər, Knyazın real həyatı və dəyi-

şikliklər, Peyğəmbərin müqəddəs istəyi və islami dəyərlər na-

minə  aparılan  müharibələr,  Arif  insanın  daxili  çırpıntıları, 

İblis və Mələklə münaqişəsi, əslində bir insan xarakterinin ən 

müxtəlif  parametrlərdən  canlanan  təzadlı  görüntüləridir.  Bu 

dramlarda müəllif bəşər  övladının  düşdüyü situasiyalara mü-

vafiq dəyişkənliyi ən xırda detallara qədər nümayiş etdirə bi-

lir. H.Cavidi bir qayda olaraq güclü xarakterlər maraqlandırır. 

Güclü  xarakterlər  riskli  addımlar  ata  bilərlər.  Risk  etmək, 

gözlənilməz  hərəkətlə  həyatını  tərsinə  döndərmək,  adətən 

güclü xarakterli insanların işidir.  

Bu  yazımızda,  konkret  olaraq,  «Topal  Teymur»  dramı 




 

328 


haqqında danışmağa, bu maraqlı səhnə əsərinin bəzi nüansla-

rını  araşdırmağa  çalışacağıq.  «Topal  Teymur  «,əslində  isə 

«Əmir Teymur» dramı tarixi faktlara və hadisələrə, real şəx-

siyyətlərə istinadən yazılmış mükəmməl nümunədir. Söz yox 

ki,  tarixilik  hər  bir  müəllifi,  o  cümlədən  H.Cavidi  müəyyən 

qədər,  hansısa  çərçivə  daxilində  hərəkət  etməyə  vadar  edir. 

Lakin Cavid çərçivə daxilində belə yüksək peşəkarlığını sax-

lamağa  müvəffəq  ola  bilmişdir.  Nəticədə  tarixən  guya  bizə 

məlum olan Əmir Teymurun,əslində isə naməlum Əmir Tey-

murun  mürəkkəb,  ziddiyyətli  obrazı  yaranmışdır.  Biz  Əmir 

Teymuru,  Çingiz  xanı,  Atillanı,  Qacarı  və  daha  neçə  -  neçə 

qəhrəman  türk  sərkərdələrini  talançı,  qaniçən,  ölkələr  viran 

qoyan  yırtıcı  kimi  tanıyırdıq.  Əslində  isə  bu  türk  qəhrəman-

ları dünyaya qəhrəmanlıq, igidlik nümayiş etdirib, aləmə mü-

qəddəs  amallar,  sivilizasiya  və  mədəniyyət  yayıblar.  Əmir 

Teymur  həyatdan  liderlik,  hökmranlıq  qazanmaq  üçün  yara-

nıb.  Onun  ali  məqsədi,  yüksək  amalı  bütöv,  güclü  və  varlı 

türk  dövləti  yaratmaqdır.  Əsərdə  Cavidin  baş  qəhrəma-

nına,onun şəxsiyyətinə, tarixi missiyasına olan rəğbəti şəksiz-

dir.  Lakin  Cavid  bir  qayda  olaraq  həmişə  insanı  sevə-sevə 

təsvir  edir.  Müəllif  əsas  qəhrəmanı  Əmir  Teymurun  müsbət 

keyfiyyətlərindən danışanda, mənfi qəhrəmanı Yıldrım Bəya-

zidin  müəyyən  müsbət  keyfiyyətlərindən  də  danışmağı  unut-

mur. Əsər Əmir Teymurla Yıldrım Bəyazid arasında baş ver-

miş tarixi müharibəyə, daha doğrusu müharibənin baş vermə, 

yaranma  səbəblərinə  həsr  olunmuşdur.  «Topal  Teymur» 

dramı müəllif tərəfindən bir növ tədrici tanışlıq və müqayisə 

formasında  işlənmişdir.  Cavid  artıq  əşxasda,  ilk  tanışlıqda, 

əsərdə iştirak edəcək obrazları ikiyə bölür. Bu əslində müna-

qişəyə girəcək tərəflərin müəllif bölgüsüdür. Əsər beş pərdə-

lidir. İki pərdə Əmir Teymur və onun ətrafına, o biri iki pərdə 

isə Yıldırım Bəyazid  və onun ətrafına həsr olunmuşdur. Be-

şinci  pərdə  həlledici  müharibə  səhnəsidir.  Müəllif  burada  da 

öz bölgü formasından yan keçməmişdir. Cavidin məqsədi hər 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə