Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə99/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   93   94   95   96   97   98   99   100   101

 

335 


 

İblislərin tüğyan etdiyi bir cəmiyyətdə Azər həqiqət uğ-

runda mübarizəyə səsləyir. Bu çağırış manqurt siyasəti həyata 

keçirərək  xalqı  öz  keçmişindən  ayıranlara  və  ayırmağa  çalı-

şanlara qarşı yönəlmişdir. Azərin fikrincə, hər cür zülmə, əda-

lətsizliyə  boyun  olmaqdansa,  haqq,  ədalət  naminə  mübarizə 

aparmaq lazımdır. Yalnız bu yolla istiqbala çatmaq mümkün-

dür: 


 

Bir ölkə ki, səsi-ünü çıxmaya, 

Haqsızlığa qarşı yumruq sıxmaya, 

O bir məzarlıq ki, görənlər şaşar,  

İçində həp canlı ölülər yaşar.

1

 

 

«İnqilab xırsızı»nda sözügedən şura sədri mahiyyət eti-



barilə  mənfur  irticaçı  quruluşun  sabiq  qulu,  minlərlə  insanın 

faciəsinə,  bədbəxtliyinə  səbəb  olan  cəllad  xislətli  M.Bağıro-

vun  özünü  də  xatırladır.  Törətdiyi  cinayətlərdən  sonra  məh-

kəmə salonunda əyləşən, ittiham olunan Bağırov, bu şeir da-

xilində  eyni  aqibətə-  layiqli  və  həm  də  gecikmiş  cəzaya  tuş 

gələn şura sədri istibdad zülmü  altında inləyən sovet  cəmiy-

yətinin  məlum  gerçəkləri  idi.  Və  bu  baxımdan  «İnqilab  xır-

sızı» həqiqətin gec-tez qələbə çalacağına Cavidin sonsuz ina-

mının bəhrəsi idi. Tarix bir daha sübut etdi ki, şair bu inamın-

da da yanılmamışdır.  

Göründüyü kimi, «Azər» ilk növbədə Cavidin müraciət 

etdiyi həyat materialının zənginliyi ilə seçilir. Poema dövrün 

fonunda, dünyanın ağ-qara müstəvisində sadəcə tarixin bir sə-

hifəsinə  deyil,  bütövlükdə  Azərbaycanın  taleyinə  yönəlmiş 

mütəfəkkir baxışı ilə səciyyələnir. Bu pozisiya, bu münasibət 

isə XX əsrin ilk onilliklərində ənənə halını almış yorucu təb-

liğdən fərqli olaraq daha səmimi, daha inandırıcı və ən əsası 

daha gərəkli idi.  

                                                 

1

 Щцсейн Ъавид. Сечилмиш ясярляри.Б.,Чашыоьлу, 2004.сящ.137. 




 

336 


 

Nuranə Əsədullayeva 

 

 




 

337 


ƏRTOĞROL CAVİD 

 

 Ərtoğrol  Cavid!..  XX  əsrin  böyük  dramaturq  və  yazı-



çısı Hüseyn Cavidin  yeganə oğlu,  dahi  bəstəkarımız Üzeyir-

bəy Hacıbəylinin sevimli, fitri istedada malik şagirdi, Böyük 

cahan  müharibəsinin  və  stalinizmin  qurbanlarından  biri,  un-

dulmaz bəstəkar,gözəl şair, istedadlı rəssam, folklorçu musiqi 

tədqiqatçısı və təbliğatçısı… 

Yenicə səkkiz yaşı tamam olmuşdu. O, poeziyada ilk ya-

radıcılıq addımlarını atanda. 50-dən çox bahar ətirli, gözəl şeir-

lərlə dolu bir saralmış şagird dəftəri qalmışdı özündən sonra. 

Azərbaycan  Dövlət  Pedoqoji  İnstitutunu  (indiki  Tusi 

adına universitet) bitirdikdən sonra o, özünü bütövlüklə musi-

qiyə həsr etməyi qərara alır və şəxsi işini Bakı Konservatori-

yasına daxil olmaq üçün təqdim edir. 

Həmin illər Konservatoriya hələ Asəf Zeynallının adını 

daşıyırdı. 1948-ci ilə qədər… 

24  yaşı  hələ  olmamışdı  Asəfin,  o  dünyadan  köçəndə. 

Ərtoğrolun da 24 yaşına lap az qalırdı… Cəmi bir həftə! Mən 

bu iki unudulmaz gənc sənətkarları təsadüfən müqayisə etmə-

dim.  Əgər  Asəf  Zeynallı  Azərbaycanda  ilk  ali  təhsil  almış 

professional  bəstəkardırsa,  Ərtoğrol  Cavid  Konservatoriyada 

cəmi bir il yarım bəstəkarlıq fakultəsində təhsil almış, öz tale-

yini və həyatını doğma xalqının azadlığı uğrunda qurban ver-

miş  sənətkarlardandır.  O  da  Asəf  kimi  qısa  və  mənalı  ömür 

sürməsinə baxmayaraq əfsuslar olsun ki, bu yaxınlaradək bir 

kəsə  məlum  olmayan  gözəl  musiqi  «inciləri»  sayılan  əsərlər 

yaratmışdı  cəmi  bir-  neçə  ildə!..  Onun  yaradıcılıq  fəaliyyəti-

nin bəhrəsi heç də Asəf Zeynallının qoyub- getdiyi irsdən az 

olmayıb… Əsas fərqi bircə onda olub ki, bu başızavallı gənc- 

«xalq düşməninin oğlu» damğasını almış, Stalin represiyaları-

nın qurbanı- Hüsen Cavidin oğlu olub… 

Konservatoriyada  o  vaxt  onunla  çiyin-  çiyinə  oxuyan 

tələbələr içərisində xalqımızın böyük bəstəkarları Qara Qara-

yev,  Fikrət  Əmirov,  Cövdət  Hacıyev,  Cahangir  Cahangirov, 




 

338 


Hacı Xanməmmədov, Süleyman Ələsgərov, qadın bəstəkarla-

rımızdan Ağabacı Rzayeva, Şəfiqə Axundova, Ədilə Hüseyn-

zadə, Hökümə Nəcəfova və başqaları Üzeyirbəyin rəhbərliyi 

altında  təhsil  alırdılar.  Böyük  cahan  müharibəsinə  gedib  və 

həlak olmuş döyüşçü-bəstəkarlardan Məmməd İsrafilzadə, Ha-

cağa Nemətov, Sergey Srebnitski həmin illərdə Ərtoğrol Cavid-

lə bir yerdə bəstəkarlıq fakultəsində oxumuşlar.  

Onların hamısı  Ərtoğrolun  fitri istedadının canlı şahid-

ləri olmuşlar. 

Unudulmaz  bəstəkar  haqqında  onun  yaxın  sənət  dostu, 

zamanəmizin görkəmli bəstəkarı Fikrət Əmirov görün nə yaz-

mışdı: «Ərtoğrol həyatda qarşıma çıxan ən təmiz, ən nəcib, ən 

gözəl  insanlardan  idi...  Onun  bütün  varlığı  -sənətlə,  ədəbiy-

yatla yoğrulmuşdu. Həyatının yalnız bircə məqsədi və qayəsi 

vardı : Sənət, yaradıcılıq!..» Bəli bu həqiqətən də belə idi. 

Ərtoğrol  bəstəkarlıq  texnikasına  və  onun  bütün  «sirlə-

rinə» yiyələnmək üçün var qüvvəsi ilə çalışır. Evdə piano ol-

madığından  Ərtoğrol  Konservatoriyanın  dərs  cədvəlini  özü 

üçün köçürür.Bütün sinif otaqlarının hansı saatlarda boş qal-

masını qeyd edir ki, həmin vaxtlarda orada yaradıcılıqla - mu-

siqi bəstələməklə məşğul olsun. Bizim nəslimiz oxuyan illər-

də də həmin vəziyyət davam edirdi. İndi Bakı Musiqi Akade-

miyası  adlanan  keçmiş  Konservatoriyanın  binası  axşam  saat 

7-8  radələrində  tam  boş  olur,  siniflərin  heç  birindən  musiqi 

səsi eşidilmir, bütün bina - qarşısında Üzeyir bəy olmaqla qa-

ranlığa  və  sükuta  qərq  olur...Keçmiş  illərdə  dahi  bəstəkarın 

monumental heykəli projektorların səbəbinə gur işıqlandırılır-

dı. Bəs indi nə olub görəsən?.. 

Qısa bir müddət ərzində Ərtoğrol bir sıra gözəl və oriji-

nal musiqi əsərləri  yaradır. Onların içərisində -sevimli müəl-

lim Üzeyir bəyə  «Doqquz variasiya»sını həsr edir. Çox keç-

mir  ki,  o,  daha  başqa  iri  həcmli  musiqi  əsərlərini  bəstələyir. 

Bu skripka ilə fortopiano üçün «poema»dır. Bu əsərdə bəstə-

kar Azərbaycan milli xalq xəzinəmizin qədim və parlaq inci-




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə