Ъавидляр айы



Yüklə 2,22 Mb.
səhifə89/101
tarix25.06.2018
ölçüsü2,22 Mb.
#51527
1   ...   85   86   87   88   89   90   91   92   ...   101

 

302 


matik  əsərlərinin  qəhrəmanları  kimi  çıxış  edir.  Xüsusən,  Ca-

vidin  mənzum  dramlarının  qəhrəmanları-Peyğəmbər,  Səya-

vuş,  Şeyx  Sənan,  Xəyyam,  Knyaz,  İblis,  Arif  və  başqaları 

bədii  formanın,  yəni  şeirin  tələblərindən  doğan  liriklikdən 

qaça bilmirlər. Peyğəməbər mələklə söhbətləri dram lirikası-

nın gözəl örnəklərini verməkdədir. 

 

Yox, qanad yox! Mən iştə bir aciz, 

Yolçuyam, kimsəsiz, təsəllisiz. 

Çevirəm issiz mağaralar, yalçın 

Qayalar, sərp enişlər, ah, azğın 

Uçurumlar, alov saçan ovalar

Ruhu qəsvətlə yıldıran havalar… 

 

Dram  əsərlərində  lirikanı  qüvvətləndirən  cəhətlərindən 



biri də lirik peyğəmbərlərdən, şərqi və türkülərindən geniş is-

tifadə olunmasıdır. 

 Cavidin  lirikasını  yüksək  qiymətləndirən  M.Ə.  Rəsul-

zadə dram əsərlərindəki lirik nəğmələri təcrid olunmuş şəkil-

də deyil, əsərin qayə və ideyası ilə sıx bağlı şəkildə nəzərdən 

keçirməyə üstünlük verərək, yazırdı: «Lakin bu pyesdə («Sə-

yavuş»  pyesində  -  G.Ə.)  lirik  nəğmələrin  yanında  gözəl  dü-

zülmüş  səhnələrin  hər  gəlişini  müşayiət  edən  bir  çox  dərin 

mənalı fəlsəfi fikirlər də tapırıq. Oxucu burada hürriyyət üçün 

çarpışmağa çağıran coşqun xitablara rast gəlir» 

Aydındır ki, Cavidin lirikasında lirik nəğmələr, müxtə-

lif personajların, əsas etibarilə müğənni qızların və qadın qəh-

rəmanların oxuduğu şərqilər aparıcı yer tutur. Bu cür nəğmə-

lər  saysız-hesabsız,  bir-birindən  gözəl  və  ruh  oxşayandır. 

Örnək olaraq, «Peyğəmbər» dramından cocuqların nəğməsini 

göstərə bilərik: 

 

Deyir göydə bağçalar var, 

Orada çiçəklər nur saçar

İnsan mələk kimi uçar.. 



 

303 


İstəməm, masaldır onlar, 

Mən vuruldum yalnız sana, 

Vətən! Ah, sevgili ana! 

Ümumiyyətlə, əsərlərindəki qəhrəmanların lirik-roman-

tik monoloq və dialoqlarında Cavid sanki öz qəhrəmanları ilə 

birləşir,  sənətkar,  lirik  qəhrəman  və  dram  qəhrəmanı  arasın-

dakı  fərq  götürülür;  bir  növ  Cavidin  qəhrəmanlarının  birliyi 

yaranır. 

Hüseyn  Cavid  dram  əsərlərində  müxtəlif  personajların 

dili  ilə  özünü  lirik  təsvirlər  ustası  kimi  göstərir.  Məsələn, 

«Knyaz» dramında Cavid Solomonun dili ilə Jasmeni belə tə-

rənnüm edir: 

 

Süs nə lazımdır, o bir işvəli nur, 

İncə bir halı, ufaq qıvrılışı, 

Qara kiprikləri, cazıb baxışı 

Məstü heyran eləyir hər salonu

Berlinin gözləri alqışlar onu. 

 

İdeya  və  məzmun  baxımından  da  Cavid  lirikası  çox 



zəngin və rəngarəngdir, yalnız gözəllik və sevgi ilə məhdud-

laşır. Sxematik şəkildə yanaşsaq Hüseyn Cavidin lirikasını bu 

baxımdan  siyasi  lirika,  fəlsəfi  lirika,  məhəbbət  lirikası  deyə 

müxtəlif növlərə ayıra bilərik. 

Cavidin  siyasi  lirikası,  əsas  etibarilə,  türkçülük,  vətən-

pərvərlik, turançılıq motivlərinin tərənnüm etməsi ilə səciyyə-

lənir. Doğrudur, bu cəhətlər onun dramlarında da özünü gös-

tərir. Ancaq dramaturgiyada təsvir və təqdim, təhlil üstünlük 

təşkil  edirsə,  şairin  siyasi  lirikasında  tərənnümün  aparıcı  rol 

oynadığını görürük. Məsələn, «İblis» əsərində türk millətinin 

faciəsini düşünən qəhrəman onu belə tərənnüm edir: 

 

Türk ordusu daim basaraq ölkələr almış,  



Ən sonda siyasətdə basılmış da bunalmış. 


 

304 


İdrakı sönük başçıların qəfləti ancaq  

Etmiş, edəcək milləti hər əldə oyuncaq. 

Turana qılıncdan daha kəskin ulu qüvvət, 

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət… 

Çox  simvolikdir  ki,  bu  gün  idrakı  ayıq  başçılarımız, 

sanki  Hüseyn  Cavid  vəsiyyətinə  uyğun  olaraq,  «qılıncdan 

daha  kəskin  ulu  qüvvətə-mədəniyyətə»,  diplomatiyaya  söy-

kənmələri  «millətin  əldə  oyuncaq»  olması  əsərinin  başa  çat-

ması  kimi  mənalandırılmışdır.  Cavid  sənətinin,  Cavid  siyasi 

lirikasının yaşarılığı, gücü bu faktla bir daha sübut olunur. 

Hüseyn Cavid bir filosof şair kimi fəlsəfi lirikaya da ge-

niş yer vermiş, bundan müxtəlif ideya-estetik məqsədlər üçün 

istifadə  etmişdir.  Şərq  və  Qərb  fəlsəfi  fikrinə  dərindən  bələd 

olması bu yolda böyük mütəfəkkir şairimizə yardımçı olmuş-

dur.  Xüsusən,  «Azər»  poemasında  fəlsəfi  lirikanın  gözəl  ör-

nəklərinə  rast  gəlmək  mümkündür.  «Peyğəmbər»  əsərində 

peyğəmbərlərin  monoloqu  da  ictimai-fəlsəfi  lirikanın  uğurlu 

nümunəsi kimi qiymətləndirilə bilər. 

Cavid  lirikasında  məhəbbət  şeirləri,  qadın  obrazı  da 

önəmli yer tutmaqdadır. Ümumilikdə, qadın Cavid yaradıcılı-

ğında təsvir və təqdimdən daha çox tərənnüm obyekti kimi çı-

xış edir. Cavid həm də fəlsəfi-süjeti lirikanı inkişaf etdirərək 

yeni səviyyəyə qaldırmışdır. 

Hüseyn Cavid yaradıcılığında lirikanın mövqeyi olduq-

ca  güclüdür.  Onun  müxtəlif  yönlərdən  elmi  araşdırılması  və 

poetik məziyyətlərinin üzə çıxarılıb xalqımıza çatdırılması bu 

gün də Cavidşünaslar qarşısında duran aktual problemlərdən 

sayılmalıdır. 

 

Gülşən Əliyeva, 

filologiya elmləri namizədi 

 

 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə