Avqust 2016 İş yeri statistikası açıqlanıb



Yüklə 0,53 Mb.
səhifə5/25
tarix10.11.2017
ölçüsü0,53 Mb.
#9569
1   2   3   4   5   6   7   8   9   ...   25

Nazir razıdır


23.08.2016

azad rehimov 1
Gənclər və idman naziri Azad Rəhimov avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunları ilə bağlı sualları cavablandırıb. AZƏRTAC-ın məlumatına görə, Azad Rəhimov jurnalistlərlə söhbətində deyib ki, idmançılar Azərbaycan tarixinə yeni bir səhifə yazıb: “18 medal Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycanın idman sahəsində effektiv bir dövlət olduğunu nəzərə alsaq, qazanılan nəticələr heç də gözlənilməz deyil. Böyük Britaniyanın “Teleqraf” qəzetinin apardığı təhlillərə əsasən, Azərbaycanın olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. Medal sayı baxımından biz dünyada 207 ölkə arasında 15-ciyik. Bu doğrudan da inanılmaz nəticədir. Avropa ölkələri arasında biz 7-ci, islam dövlətləri arasında 1-ci, MDB məkanında 2-ciyik. Medalın keyfiyyəti baxımından 39-cu yeri tuturuq”.

Komandadakı legionerlərlə bağlı sualı cavablandıran nazir qeyd edib ki, onlar da Azərbaycan vətəndaşıdır: “Burada yaşayaraq, hazırlaşaraq medal qazanırlar. Bu, bütün idman növləri üçün böyük bir inkişafdır. Biz həmin legionerləri dəstəkləyirik və onlara heç bir fərq qoymuruq”.

Nazir qeyd edib ki, Azərbaycanda hər bir idman növü üzrə lazımi maddi-texniki baza formalaşdırılıb, idmançılara hər cür şərait yaradılıb: “Bu şərait olimpiya standartlarına tam uyğundur. Azərbaycan idman ölkəsinə çevrilib və bu, müvafiq beynəlxalq təşkilatlarda da etiraf olunur”.

Azərbaycan 56 idmançı ilə qatıldığı Rio-de-Janeyro olimpiadasını 18 medalla başa vurub. Ölkəni təmsil edən idmançılar olimpiadada 1 qızıl (taekvondo), 7 gümüş (3-ü güləş, 2-si cüdo, 1-i avarçəkmə, 1-i boks), 10 bürünc (6-sı güləş, 2-si taekvondo, 1-i avarçəkmə, 1-i boks) qazanıblar. 18 medalın 11-ni (o cümlədən qızıl medalı) legioner (gəlmə) idmançılar əldə edib.

Ümumən 86 ölkə olimpiadada medal götürə bilib. 58 ölkə qızıl medala sahib çıxıb. Daha 1 qızılı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında yarışan idmançı qazanıb.

Yay Olimpiya Oyunlarında ABŞ 46 qızıl medalla hamını geridə qoyub. Böyük Britaniya 27, Çin 26 qızıl əldə edib.

Keçmiş SSRİ məkanı ölkələrindən Rusiya 19, Özbəkistan 4, Qazaxıstan 3, Ukrayna və Gürcüstan 2, Belarus, Ermənistan, Tacikistan 1 qızıl götürüb.

Qonşu İran aktivinə 3 qızıl, Türkiyə 1 qızıl yazdırıb.


Avro yuxarı, rubl aşağı gedib, dollar tərpənməyib


23.08.2016

pul 1Mərkəzi Bank avqustun 23-də ABŞ dollarının rəsmi kursunu olduğu kimi saxlayıb: 1,6204 manat. Bu kurs ötən həftənin cümə günündən dəyişmir.

Avroda isə bahalaşma var. 1 avronun rəsmi məzənnəsi 1,8281 manatdan 1,8369 manata qaldırılıb.

Transparency.az-ın məlumatına görə, Rusiya rublu ucuzlaşıb. 1 rubl 0,025 manata təklif olunur. Ötən gün rəsmi kurs 0,0252 manat idi (Valyutalar).

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb. Manatın kursunu nizamlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bankla Dövlət Neft Fondu üst-üstə 3 milyard 941,3 milyon dollar satıblar.


Neftin 23 avqust qiymətləri, yeni proqnozlar


23.08.2016

neft 1Dünya birjalarında neftin qiyməti dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,72 dollar bahalaşaraq 48,80 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,99 dollar azalaraq 46,35 dollar olub.

AZƏRTAC-ın 23 avqust məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 1,02 dollar ucuzlaşaraq 50,29 dollara satılır.

Bu arada beynəlxalq reytinq agentliyi “Moody’s” ortamüddətli perspektivdə neftin qiymətinin 40-60 dollar arasında dəyişəcəyi proqnozunu verib. “Moody’s” iyunda bu il üçün neftin bir barrel üzrə qiymət proqnozunu 40 dollaradək artırmışdı. 2017-ci il üçün isə agentliyin proqnozu 45 dollar təşkil edirdi.

Transparency.az bildirir ki, iki il öncə birjalarda “Layt” markalı neft 93,65 dollara, “Brent” markalı neft 102,29 dollara, “AzəriLayt” 102,61 dollara təklif olunurdu.


Azərbaycanda 33 bank fəaliyyət göstərir


23.08.2016

bank 1
2015-ci ilin yayınadək Azərbaycanda 44 bank vardı. Həmin vaxtdan bəri 11 bankın lisenziyası alınıb.

Transparency.az bildirir ki, indi ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi siyahı üzrə 33 bank fəaliyyət göstərir:

“Accessbank”

“AFB BANK”

“AGBank”

“Amrahbank”

“AtaBank”

Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Sənaye Bankı

“Azər-Türk Bank”

“Bank Avrasiya”

“Bank of Baku”

“Bank BTB”

“Bank Respublika”

“Bank Silk Vey”

“Bank Standard”

“Bank VTB” (Azərbaycan)

“Caspian Development Bank”

“Dəmirbank”

“Expressbank”

“GünayBank”

“Xalq Bankı”

“Kapital Bank”

Milli İran Bankının Bakı filialı

“Muğanbank”

“Naxçıvanbank”

“NBCBank”

“Nikoyl”


Pakistan Milli Bankının Bakı filialı

“Paşa Bank”

“Rabitəbank”

“Turanbank”

“Unibank”

“Yapı Kredi Bank Azərbaycan”

“Ziraat Bank Azərbaycan”.

Referendumun təşviqat kampaniyası: açıq və qapalı yerlərin siyahısı


23.08.2016

referendum 126 sentyabr referendumunun təşviqat kampaniyası üçün nəzərdə tutulmuş açıq və qapalı yerlərin siyahısı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi təqvim planına görə, referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün sənədlərin təqdimatı avqustun 22-də başa çatıb. Sentyabrın 3-dən 25-dək təşviqat kampaniyası aparılacaq.

Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Eyni zamanda ana qanuna bir neçə yeni maddə təklif olunur.

Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə