Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   30   31   32   33   34   35   36   37   ...   100

 
102 
epik cizgil
ərlə  aşıq  Səməd bəylə  onun dəstəsinin milli təəssübkeşliyini,  türkə  güllə 
atmadıqlarını hərarətli misralarla ifadə edir: 
S
əməd bəy deyilən zəhmi ağıdı, 
İsmayıl da ruslar üçün yağıdı, 
Çavuşoğlu yüz kazağı dağıdı, 
Qıymadılar qırmızı fəsə, əfəndim. [173, 65] 
“Qırmızı  fəs” ifadəsi ilə  aşıq  Anadolu  türkünü  nəzərdə  tutmuşdur.  Aşıq 
Hüseyn Saraclının repertuarında xüsusi yer tutan “Aşıq Şenliyin Borçalı səfəri” adlı 
dastan-r
əvayərdə  də  həmin məqam  paşa  ilə  Aşıq  Şenliyin  dialoqunda  əks 
olunmuşdur. Səməd bəylə onun dəstəsini tutmağa gələn paşanın “bəs nasıl oldu ki, 
heç 
əsgər vurmadılar?” - sualına Aşıq Şenlik yuxarıdakı bəndlə cavab vermişdir. 
Adı  çəkilən dastan-rəvayətdə  Səməd bəyin  Osmanlıda  məşhur  olan  Cəlalı 
Kürd
ə  hücum etməsi kiçik bir epizodda təsvir olunur. “Bu tərəfdə-Ağrı  dağının 
dalında Cəlali Kürd var. Bir mahaldı, nə İrana xarc verif, nə Osmanlıya. Get onu çal-
çap g
əti sən də ye, biz də. 
S
əməd bəy dedi: 
-
Uşaxlar atdarı hazırlayın. 
Atdandılar. On doqquz atdı işıxlanar-işıxlanmaz Calalinin torpağına çatdılar” 
[20, 94]. 
“Rusun baş düşməni, türkün candan dostu” sayılan Səməd bəylə Cəlalı Kürd 
arasındakı bu əhvalatı Aşıq Şenlik bu cür təsvir: 
Alosman ölk
əsində bir az qaldılar, 
C
əlali Kürdünə qılınc çaldılar, 
İran ölkəsindən xərac aldılar, 
Şahı da qoydular yasa, əfəndim [173, 65]. 
Ümumiyy
ətlə,  Aşıq  Şenliyin  çoxşaxəli  poeziyasının  əsas istiqamətlərindən 
birini t
əşkil edən türkçülük məfkurəsi onun şagirdlərinin-Aşıq Nəsib, Aşıq Gülüstan, 
oğlu Aşıq Qasım və başqa sənətkarların yaradıcılığında da yüksək ilhamla tərənnüm 
olunmuşdur. 


 
103 
“Zaman-zaman t
əmiz dili və  canlandırma  qabiliyyəti ilə  çağdaşlarından 
ayrılan Aşıq Yusif Zülali” [232, 109] həm xalq (qoşma, gəraylı, divani və s.), həm də 
klassik poeziyanın müxtəlif şəkillərində (qəzəl, müxəmməs, müsəddəs və s.) şeirlər 
yazmışdır.  Aşığın  yaradıcılığı  formaca  rəngarəng  olduğu  kimi,  məzmunca da 
dolğundur.  Hər  şeydən  əvvəl qeyd etmək  lazımdır  ki,  onun  şeirlərində  qürbət 
sıxıntısı,  yurd həsrəti, nisgil və  ayrılıq  motivləri  geniş  yer  tutur  ki,  bu  da  aşığın 
keçdiyi h
əyat yolu, uzun illər  doğma  yurdundan  uzaq  düşməsi ilə  bağlıdır.  “Bizi”, 
“Ey f
ələk”, “Gəl”, “Düşdüm”, “Mən” və sair qoşmalarında Zülali qürbətdə keçirdiyi 
günl
ərin  ağrılarını,  çəkdiyi həyəcan və  iztirabları  təsirli misralarla ifadə  edir. Bu 
şeirlərdə özünün poetik inikasını tapan, içdən gələn səmimi duyğular aşığın doğma 
yurda n
ə qədər bağlı olduğunu göstərir: 
Doymadım, Sillədə qaldı nəzərim, 
Əsən yellər ilə namə yazaram, 
Qürb
ət eldə qaldım vətən gəzərəm, 
Bilm
əm röyamıdır, yoxsa xəyaldır. [17, 70] 
Zülalinin  şeirlərində  Konya, Afyon, Bursa, Batum və  digər yerlər qürbət 
sıxıntısının poetik ifadəsinə çevrilir. Uşaqlığının və gəncliyinin keçdiyi Posof, Sillə, 
Susqap tez-tez d
ərin həsrətlə xatırlanır, ənənəvi poetik obrazlar yeni biçimdə, nisgilli 
hissl
ərin axarında məna tutumunu daha da genişləndirir. 
Aşıq  Zülalinin  də  poetik  yaradıcılığında  türkçülük  məfkurəsi, milli-etnik 
duyğuların tərənnümü, yüksək vətənpərvərlik hissləri başlıca yer tutur. Vətənin əbədi 
nem
ətləri, təbii gözəllikləri  onun  şeirlərində  əlvan  poetik  çalarları,  dərin fəlsəfi-
estetik mahiyy
əti ilə  diqqəti cəlb  edir.  Dolğun  və  mənalı  peyzajlar  fəlsəfi–didaktik 
m
əzmunla üzvi vəhdət təşkil edərək oxucunu və dinləyicini düşündürür: 
Anama, atama yurd ver
ən sənsən, 
Qoyuna, quzuya ot ver
ən sənsən, 
Yavrucuqlarıma süd verən sənsən, 
S
əndə doğar, böyər övladım, vətən. [17, 64] 


 
104 
Bu 
əxlaqi-fəlsəfi düşüncə XX asrin ustad ozanı Aşıq Veysəlin “Qara torpaq” 
şeirində xalq müdrikliyinin zərif obrazlılığında, təptəzə və yeni bir poetik görüntüdə 
ifad
ə olunur: 
Qoyun verdi, quzu verdi,süd verdi, 
Yem
ək verdi, çörək verdi,ət verdi, 
Qazma il
ə döyməyincə qıt verdi, 
M
ənim sadiq yarımqara torpaqdı. [154, 48] 
Doğma  torpağa  aydan  arı,  sudan  duru  övlad məhəbbətinin bu cür poetik 
ifad
əsi hər iki sənətkarı ən dərin milli köklərə bağladığı kimi, eyni zamanda yüksək 
b
əşəri ucalığa qaldırır. 
Aşıq Zülalinin “Vətən”, “Çıldır”, “Bizə ah etdilər”, “Vətən bağı nə gözəldir” 
v
ə digər qoşmaları, “Yoxdur”, “Türkoğluyuq” şeirləri, bir sıra bayatıları vətəndaşlıq 
duyğularını  əks etdirən poetik örnəklər kimi diqqəti çəkir.  Onun  şeirlərində  qürbət 
motivl
əri nə  qədər güclü olsa da, bədbin  duyğulara  təslim olmur, yurd-yuva 
ayrılığının ağır sıxıntısında belə ümidini itirmir, dərdlərə sinə gəlir: 
Q
əhrindən virandır bunca binalar, 
Zülmünd
ən ağlar ata-analar, 
Qürb
ətdəmi qoydu abü-danələr
D
ərd eləmək gəlməz əlimdən, fələk. [195, 281] 
“V
ətənin  xalqına  yadigar  üçün”  canını  qurban  etməyə  hazır  olan  aşıgın 
poeziyasında  vətənpərvərlik hissləri müqəddəs  idealların  təsdiqi kimi 
ümumil
əşdirilir,  milli-etnik  duyğular  türkün  qəhrəmanlıq  ənənələrindən  doğan  bir 
ruhda ifad
əsini tapır: 
Türkoğluyuq, ərlərik, 
Kims
əyə baş əymərik. 
Bir damla suyumuzu 
Düşmənlərə vermərik. 
Ağ dəniz, Qara dəniz, 
Bizi unutmayın siz. [17, 82] 


 
105 
Eyni  döyüşkən ruh və  poetik  ovqat  Zülalinin  “Ərdahan”,  “Gördüm”,  “Əzəl 
bahar g
əldi” və digər şeirlərində milli qürur və özgürlük hissi ilə ifadə olunur: 
Qarsın qalasına asdıq ay-ulduz, 
Qaranlıq gecələr oldu güpgündüz, 
Düşmən dura bilməz, türkoğlu türküz, 
Tarixd
ə şahiddir babalarımız. [17, 85] 
Gözünü açandan ata-
anasını, ulu babalarını azad və müstəqil bir məmləkətdə 
yaşayıb-yaradan görən el sənətkarı çar Rusiyasının işgalçılıq siyasəti ilə barışa bilmir, 
Anadolu torpaqlarının işğalçılardan azad olmasını böyük sevinclə qarşılayır. “Zülmət 
qalxdı  məscid ilə  minbərdən”-deyən  aşığın  şeirlərində  milli  duyğularla  yanaşı  dini 
hissl
ər də çox güclüdür. Maraqlıdır ki, bu cür şeirlərdə Zülalinin lirik “mən”i türkün 
q
əhrəmanlıq və islam dininin müqəddəs ənənələrinin daşıyıcısı kimi çıxış cdir. 
Milli qürur, 
əzmkarlıq  və  mübarizlik  aşıq  yaradıcılığında  ortaq  türk 
düşüncəsinin,  əski qəhrəmanlıq  ənənələrinin poetik güzgüsü, Metedən, Atilladan 
üzüb
əri gələn  özgürlük  idealının  başlıca  fəlsəfi mahiyyətidir.  Aşıq  Veysəlin 
poeziyasından bir nümunəyə diqqət yetirsək bu idealın poetik vüsətini və genişliyini 
aydın görərik: 
Türkük, türkl
ər yoldaşımız, 
Hesaba g
əlməz yaşımız! 
Harda olsa savaşımız, 
Türkük, türkü oxuyuruq. [154, 66] 
Türkçülük m
əfkurəsi, azadlıq və müstəqillik duyğuları saz-söz sənətkarlarının 
çoxşaxəli yaradıcılığının bu mühitdə həmişə ilkin təməlini, mayasını təşkil etmişdir. 
İçtimai-siyasi motivlər Azərbaycan  aşıq  poeziyasının  ayrıca  bir  istiqamətini 

əyyənləşdirir.  “Vətənə  məhəbbət xalq yaradıcılığının,  aşıq  poeziyasının,  klassik, 
müasir 
ədəbiyyatın şah mövzusu olmuş, belə olaraq da qalır” [62, 71]. Azərbaycan 
folklorşünaslığında  vətən məhəbbətinin tərənnümü  haqqında ümumi elmi qənaət
əsasən, belədir. Lakin vətən və vətənpərvərlik duyğularının xalqımızın bədii-estetik 
düşüncəsində  ifadəsindən bəhs olunarkən bir qayda olaraq təbiət və  onun 
göz
əliklərini tərənnüm edən  şeirlər təhlil obyektinə  çevrilmişdir.  “Vətən  anlayışı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə