59
lığının sürətli inkişafı cəmiyyətdə olduğu kimi aşıqlar içərisində də “təbəqələşmə”-
nin
əmələ gəlməsi prosesinin baş verməsi ilə bağlıdır [122, 70].
Ə.Kabaklı öz araşdırmasında aşıq poeziyasının yazıya alınması ilə də bağlı
maraq
lı mülahizələr yürüdür, cünglərin üzərində diqqəti çəkərək, onların ədəbi-tarixi
əhəmiyyətindən bəhs edır.
Az
ərbaycan aşıq sənətinin tarixindən bəllidir ki, bir sıra görkəmli saz-söz
s
ənətkarlarının (Abbas Tufarqanlı, Aşıq Qurbani, Aşıq Əmrah, Ərbabi və b.) poetik
irsind
ən müəyyən örnəklər qədim əlyazmalarda, cüng və təzkirlərdə mühafizə
edilmişdir. Bu cəhət aşıq yaradıcılığının tədqiqində mühüm əhəmiyyət daşımaqla
yanaşı, bəzi şeirlərin müəlliflərinin dəqiqləşdirilməsində, məzmununun
dürüstl
əşməsində önəmli rola malikdir. Aşıq yaradıcılığının tanınmış
t
ədqiqatçılarından M.Həkimovun qeyd etdiyi kimi, “zəngin aşıq ədəbiyyatının
vaxtında təzkirlərdə və divanlarda yazıya alınmaması nəticəsində bir sıra dolaşıqlar
əmələ gəldiyi kimi, eyni şeirlərin müxtəlif aşıqlarımızın adlarına dərc olunmalarına
da s
əbəb olmuşdur” [85, 26].
Folklorumuzu, aşıq sənətimizi saxtalaşdırıb özününküləşdirməyə çalışan
erm
əni alimlərinin qondarma iddialarının, elmilikdən və obyektivlikdən uzaq
fikirl
ərinin əsassızlığını açıb göstərməkdə qeyd olunan mənbələrin rolu böyükdür.
Ə.Kabaklı aşıq ədəbiyyatının yazıya alınması ilə bağlı mövcud mülahizələrə
münasib
ət bildirərək onların əhəmiyyətini xüsusi qeyd edir. İlk öncə əsli türkcə olan
cüng sözünün etimologiyasına aydınlıq gətirməyə çalışan alimin qənaətinə görə, əski
türkc
ədə bu söz “yelkənli gəmi” anlamını ifadə etmişdir. Sonralar ərəb dilinin təsiri
altında mədrəsə ziyalıları cüng sözünün əvəzinə “gəmi” mənasını bildirən “səfinə”
k
əlməsini işlətməyə üstünlük vermiş, beləliklə də sözün ilkin etimologiyası
unudulmuşdur. Müəllifin fikrincə, yalnız ədəbi-tənqidi araşdırmalar üçün deyil,
sosial-tarixi t
ədqiqatlar aparmaq üçün də cünglər faydalı mənbələrdir. Alim fikirlərini
ümumil
əşdirərək bu cür ifadə edir: “Qısacası cünglər xalq şeirlərinin parçalarının,
folklar örn
əklərinin toplandığı ən mühüm qaynaqlar olduğu kimi, xalq şairlərinin
h
əyat və xarakterlərinə, macəralarına, təmasda olduqları kimsələrə dair ip ucları verən
ön
əmli bəzi qeydlər və notlar da ehtiva edirlər” [197, 14].
60
“Aşıq ədəbiyyatı” əsərində Ağbaba-Çıldır aşıq mühitinin nümayəndələrindən
Aşıq Vartanın (XVIII əsr), Aşıq Əmrahın (XIX əsr), Çıldırlı Aşıq Şenliyin (XIX əsr),
Aşıq Şummanin (XIX əsr) haqqında qısa bioqrafik məlumat və şeirlərindən örnəklər
verilmişdir.
Ə. Kabaklı türk dilində yazıb-yaradan erməni aşıqlarının türk mədəniyyətinin
t
əsiri altında hətta güclü bəstələr yapdıklarını [197, 105] bildirir. Ə.Kabaklı XVIII
əsrdə yetişmiş erməni aşıqlarından Vartanın və Civan ağanın adını çəkir. Kitaba aşıq
Vartanın vücudnaməsi də daxil edilmişdir. Lakin burada həmin vücudnamə ixtisar
olunaraq s
əkkiz bənddən ibarət cap olunmuş, F.Köprülünün kitabından bizə məlum
olan qalan on s
əkkiz bənd, o cümlədən qoşmanın möhürbəndi verilməmişdir.
Möhürb
əndin ixtisar olunması tərtibçi üçün, fikrimizcə, qüsurlu haldır.
Alim XX
əsrdə yaşayıb-yaratmış Ağbaba-Çıldır aşıqları və el şairləri
sırasında Kağızmanlı Rəcəb Hifzidən (1893-1918), Aşıq Əfkaridən (XX əsr), Aşıq
Müdamid
ən (1774-1968), Aşıq Reyhanidən (1934), Dursun Durdağıdan (1937), Şərəf
Taşlıovadan (1938), Murad Çobanoğludan (1945-2005) bəhs etmiş, bəziləri haqqında
bioqrafik m
əlumatla kifayətlənmiş, bəzi aşıqlar barədə isə nisbətən geniş söhbət aç-
mış, onların yaradıcılığına öz münasibətini bildirmişdir. Məsələn, Aşıq Şenlikdən
b
əhs edərkən müəllif aşığın özünəməxsus keyfiyyətlərindən biri kimi onun Anadolu
v
ə Azərbaycan aşıqlıq ənənələrini ustalıqla özündə birləşdirməsini diqqətə çəkir:
“Şenliyin təməl özəlliyi saz şeirində Anadolu və Azəri gələnəklərini birləşdirmiş
olmasıdır. Şenlik, çevrəsi Anadolu saz şeirində və hekayə (dastan) təsnifi gələnəyində
yenilikl
ər yaratmışdır” [197, 141].
Şenliyin müasiri Summanini Ə.Kabaklı “haqq aşığı” adlandırır: “Şenlik kimi
sevil
ən, bəzi təqibçiləri olan, təsəvvüfə vurğun olan Summani də röyasında pir badəsi
içmiş haqq aşıqlarındandır” [197, 149].
Müxt
əlif dövrlərdə yaşayıb-yaratmış sənətkarlardan bəhs edərkən Ə.Kabaklı
h
ər bir dövrün sosial-ədəbi mühitindən, bu mühitin özəlliklərindən, aşıqlıq
ənənələrindən və s. məsələlərdən söhbət açır, aşıq ədəbiyyatının səciyyəvi
xüsusiyy
ətlərini ön plana çəkir. XVI əsr aşıq yaradıcılığı ilə XVII əsr aşıq
ədəbiyyatını müqayisə edən alimin qənaətinə görə, XVI əsr aşıq poeziyasında yalnız
61
q
ələbələr, qazanılmış zəfərlər tərənnüm olunurdusa, XVII əsr saz ustalarının
əsərlərində məğlubiyyət və torpaq itkisinin acısı da öz əksini tapmışdır. XX əsr aşıq
poeziyası haqqında müəllifin mülahizələri maraq doğurur. Ə.Kabaklıya görə, çağdaş
dövrümüzd
ə texniki tərəqqinin inkişafı aşıq sənətinə mənfi təsir göstərsə belə, bəlli
olur ki, xalq
ədəbiyyatı divan və təkkə ədəbiyyatından daha uzunömürlüdür. Bu da
onu göst
ərir ki, aşıq sənətinin kökləri əski türk-oğuz mədəniyyətinin ən qədim
qatlarından rişələnir.
Bütün bu m
əziyyətləri ilə yanaşı, Ə.Kabaklının əsərində bir sıra dolaşıqlılıq
v
ə mübahisəli məsələlər də mövcuddur. Məsələn, Ə.Kabaklı Aşıq Ələsgərə Aşıq
Şenliyin böyük təsir göstərdiyini yazır. Halbuki belə təsir olsaydı, Aşıq Ələsgər də
Şenlik kimi mükəmməl dastan nümunələri yaradardı. Müəllif öz fikrini
əsaslandırmaq üçün Aşıq Şenliyin “Yaxşıdır” rədifli qoşmasına Aşıq Ələsgərin eyni
adlı nəzirə yazdığını qeyd edir [197, 143-145]. Nümunə olaraq gətirdiyi örnək isə
Aşıq Ələsgərin deyil, Xəstə Qasımındır. Bu isə xronoloji baxımdan mümkün deyil.
Alimin aşıq ədəbiyyatında “eşq dünyasının dolayısız olaraq qadın erkək ilişkiləri
üz
ərində qurulmuşdur, ilahi eşq olduqca zəifdir” [197, 27]- fikri də mübahisəli və
yanlışdır.
Ağbaba-Çıldır aşıq mühütinin mədəni-coğrafi arealında ədəbi-estetik
keyfiyy
ətlərin, aşıqlıq ənənələrinin, ustad-şagird münasibətlərinin davamlı olaraq
mühafiz
ə olunduğu bölgələrdən biri də Ərzurumdur. Ərzurum və onun çevrəsində
yaşayıb-yaratmış saz-söz ustaları, bölgə üçün səciyyəvi aşıq havaları, xalq dastanları
v
ə s. haqqında Türkiyə folklorşünaslığında xeyli tədqiqat işləri aparılmışdır. Bu
yönümd
ə iyirminci əsrin 40-cı illərindən başlayaraq A.Cem, A.Ensar, A.Atalay,
Pertev, N.Boratav, T.Bulut v
ə başqa tədqiqatçılar ardıcıl olaraq araşdırmalar aparmış,
toplama v
ə nəşr işləri görmüşlər. F.Fındıkoğlunun adı ilə bağlı ilk tədqiqat işi (1927)
sonrakı dövrlərdə M.Uraz, F.Köprülü, M.Qaradağ və digər alimlər tərəfindən daha da
genişləndirilmişdir.
Son ill
ər aparılan tədqiqatlar sırasında M.Özarslanın “Ərzurum aşıqlıq
g
ələnəyi” (223) əsərini qeyd etmək olar. Əsərdə Ərzurum bölgəsində aşıq
yaradıcılığının tarixi təşəkkülü və inkişafı, aşıqlıq ənənələri və bölgə aşıqları ilə bağlı
Dostları ilə paylaş: |