47
“Türk saz şairləri” kitabında yer alan XVIII əsrdə fəaliyyət göstərmiş otuz üç
el s
ənətkarı içərisində üç erməni aşığının şeirlərindən də nümunələr verilmiş və
h
əmin aşıqlar haqqında “Başlıca simalar” bölməsində müəyyən məlumatlar şərh
olunmuşdur. Kitabın digər müvafiq bölmələrində olduğu kimi, F.Köprülü burada da
alt yazılar vermiş, ətraflı təfsilat üçün əlavə zəruri ədəbiyyatlar göstərmişdir. XVI
əsrdən başlayaraq türk-oğuz mədəniyyətinin təsiri altında Anadoluda bir çox erməni
aşıqlarının yetişdiyini deyən F.Köprülü Aşıq Məcnuni, Aşıq Vartan və Diyarbəkirli
Civaninin XVIII
əsrdə məşhur olduqlarını qeyd edir. “Bunlar arasında Bəktaşi
t
əriqətinə mənsub olanlar da yox deyildir, iştə Məcnuni ilə Vartan bunların ən irəli
g
ələnlərindən sayıla bilər” [218, 398].
F.Köprülü bu erm
əni aşıqlarının yaşayıb-yaratdlqıalrı dövr haqqında
yanlışlığa yol vermişdir.
Əslində adı çəkilən sənətkarlardan yalnız Aşıq Məcnuni XVIII əsrdə, Aşıq
Vartan v
ə Aşıq Civani isə XIX əsrdə fəaliyyət göstərmişlər.
Kitabdakı məhdud bioqrafik məlumata və adı çəkilən erməni aşıqlarının
şeirlərinə əsaslanaraq müəyyən fikir yürütmək mümkündür. İlk öncə onu qeyd etmək
lazımdır ki, göründüyü kimi, erməni aşıqları nəinki türk-oğuz, eləcə də türk-islam
m
ədəniyyətini də dərindən mənimsəmiş və bunun təsiri altında aşıq poeziyasının
müxt
əlif şəkillərində, həmçinin klassik üslubda şeirlər yazmışlar.
F.Köprülü bu m
əsələ ilə bağlı “Ədəbiyyat araşdırmaları” (I cild) kitabının
“Türk
ədəbiyatının erməni ədəbiyyatı üzərindəki təsirləri” fəslində geniş və ətraflı
sur
ətdə bəhs etmiş, araşdırmalarını dörd bəndlik nəticə halında ümumiləşdirmişdir.
“Türk saz şairləri”nin üçüncü cildində Aşıq Məcnuninin yeddi qoşması, bir
g
əraylısı, bir divanisi, Vartanın “Dastan” adlanan iyirmi altı bəndlik bir vücudnaməsi
v
ə Civan ağanın (Civanın) bir qoşması nəşr olumuşdur [218, 439-451]. Ağbaba-
Çıldır aşıq mühitinin yetirmələri olan bu aşıqların haqqında bir sıra türk
folklorşünasları da bəhs etmişlər.
Agbaba-
Cıldır aşıq poeziyasının toplanma, nəşr və tədqiqində Əhməd
C
əfəroğlunun geniş fəaliyyəti olmuşdur. Burada xatırlatmaq mütləq yerinə düşür ki,
Ə.Cəfəroğlunun tədqiqatçılıq fəaliyyəti yalnız Anadolu folkloru və aşıqlarının tədqiqi
48
il
ə məhdudlaşmır. Onun Azərbaycan aşıq ədəbiyyatı, ümumiyyətlə Azərbaycan
ədəbiyyatı, Azərbaycan və ümumtürk folklorunun müxtəlif məsələləri ilə baglı
maraqlı tədqiqatları vardır. Alimin Çıldırlı Bagdad xanımın (XVI əsr) həyatı və
poeziyası haqqında araşdırmaları bu yönümdə aparılan ilk tədqiqatlardan biridir.
Onun “Dogu illerimiz agızlarından toplamalar” kitabı yalnız Şərqi Anadolu
ell
ərinin dialekt və şivə xüsusiyyətlərini öyrənmək baxımından deyil, həm də bu
mühitin aşıq ədəbiyyatı örnəklərinin toplanması və nəşri yönümündən də əhəmiyyət
daşıyır. Aşıq şeirləri ərazi bölgüsünə görə qruplaşdırmışdır. İki dəfə (1942, 1995)
n
əşr olunan bu əsər Ə.Cəfəroğlunun uzun illər çəkdiyi ciddi əməyin və axtarışların
m
əhsuludur. Biz burada kitabın ikinci-1995-ci il nəşri üzərində dayanacağıq.
Kitaba geniş “Ön söz” yazan Ə.Cəfəroğlu bölgənin tarixi-mədəni, sosial-
coğrafi özünəməxsusluğu haqqında dəyərli məlumat vermiş, burada yaşayan tayfalar,
əhalinin sosial tərkibi və s. barədə elmi-nəzəri fikirləri ümumuləşdirmişdir. Alimin
“Anadolu ell
ərinin digər ağızlarına nisbətən, Azəri ağızlarına doğru olduqca böyük
bir yaxınlıq göstərməsi” [181, XI] mülahizəsi Azərbaycan dilinin Şərqi Anadoluda
geniş bir coğrafi arealda yayıldığını göstərir. Bu məsələ ilə bağlı fəslin əvvəlində
b
əhs etdiyimizə görə kitaba daxil edilmiş Ağbaba-Çıldır aşıq ədəbiyyatı örnəkləri
üz
ərində dayanmağı məqsədəuyğun hesab edirik. Alim adı çəkilən mühitdən
mü
əyyən örnəklər verməklə yanaşı, bəzi yerlərdə çox qısa şərhlər də vermişdir.
“Qarapaqların (tərəkəmələrin) fövqəladə zəngin bir xalq ədəbiyyatına malik əski və
yeni bir xalq aşıq və sairləri olduğunu” (195, XV) qeyd edən Ə.Cəfəroğlu həmin el
s
ənətkarları haqqında aşağıdakı məhdud məlumatı vermişdir. “1) Bağdad (XVI əsr
qadın xalq şairlərindəndir. Əsli etibarilə Çıldırlıdır); 2) Xəstə Qasım (XVIII əsrdə
yaşamış, əsli etibarilə Zərşadlıdır); 3) Qurbani (XVIII əsr. Qars şairlərindəndir);
4) Bala b
əy (XIX əsrdə yaşamışdır. Zərşadlıdır); 5) Xoca İrfani (XVIII-XIX əsrlər).
El şairidir. Çıldırlıdır]; 6) Sədayi (XIX əsr. Çıldır el şairidir); 7) Şenlik (XIX-XX əsr
el şairidir. Çıldırlıdır, böyük bir şöhrətə malikdir. Oğlu da şairdir); 8) Rəsul (XIX-XX
əsr Çıldır el şairlərindəndir); 9) Xəstə Hasan (XIX əsrdə yaşamışdır)” [195, XVI].
Mü
əllif ön sözdə xalq və yaxud el şairləri adlandırdığı bu sənətkarlardan
başqa, kitabın yazıldığı dövrdə həyatda olan Aşıq Hüseyn, Aşıq Gülüstan və Aşıq
49
Hicraninin d
ə adlarını çəkmişdir. Kitabın sonrakı bölümlərində (kitab “Oxuyanlara”
v
ə “Ön söz”dən başqa 10 bölümdən ibarətdir-A.M.) Aşıq Şenliyin, Aşıq Gülüstanın,
Sabit Müdaminin, Hüzurinin, Ərbabinin poetik irsindən nümunələr və naməlum bir el
s
ənətkarının “Ərdahan döyüşməsi” adlı bir şeiri verilmişdir.
Kitaba Aşıq Şenliyin yaradıcılığından “Eyləmə” rədifli bir divani, “Qızın yaş
dastanı” adlı vücudnamə və iki “Daşlama” -həcv daxil edilmişdir. Birinci həcv Aşıq
Şenliyin Çıldırın Zinzal kəndində üç qadınla rastlaşması və onların aşıqla kobud
r
əftarı ilə əlaqədar deyilmişdir. Həmin əhvalatla bağlı qısa bir rəvayət də burada öz
əksini tapmışdır [181, 49; 56; 57; 79-85].
Kitabda h
əmin dövrdə müəllifin adlarını çəkdiyi həyatda olan aşıqlardan
yalnız Aşıq Gülüstanın “Gözlər”rədifli bir qoşması verilmişdir.
Nam
əlum bir el sənətkarının “Ərdahan döyüşü” [195, 50-52] adlı iri həcmli
“Oldu” r
ədifli mənzuməsi yalnız ədəbi-estetik və dialektoloji baxımdan deyil, həm də
sosial-siyasi v
ə tarixi baxımdan əhəmiyyətlidir. Şeirdə rusların Ərdahanda törətdikləri
qanlı qırğın və fəlakətlər əks olunmuşdur. Tarixi qaynaqlarda Çar Rusiyasının 1828,
1855 v
ə 1877-ci illərdə Ərdahanı işğal edərkən işğalçıların dinc əhaliyə tutduqları
divan v
ə etdikləri zülmlər haqqında geniş məlumatlar kifayət qədərdir. Lakin nəzərə
alsaq ki, şifahi yaddaşda və müxtəlif folklor mətnlərində mühafizə olunan
informasiyalar tarixi fakt v
ə hadisələri bəzən tarix kitablarında olduğundan da dəqiq
v
ə ətraflı əks etdirir, onda qeyd olunan mənzumənin əhəmiyyəti daha aydın təsəvvür
olunar.
Kitabda h
əmçinin Ərbabinin (XIXəsr) “Yavaş-yavaş” rədifli qoşması, Sabit
Müdaminin (XX
əsr) “Əyyamıdır”, “Çıxarammadım”rədifli qoşmaları, Hüzurinin
“Var”, “Bu gün-
yarın” və “Qoşma” adlı şeirləri, Aşıq Summaninin “Siçan” qoşması
n
əşr olunmuşdur. Hüzurinin “Var” rədifli 33 bəndlik fəxriyyə-qoşmasında milli-etnik
duyğular, türkçülük məfkurəsi qürur hissi ilə tərənnüm olunur.
Kitabda müxt
əlif folklor örnəkləri və aşıq şeirləri ilə yanaşı “Lətif şah və Telli
Mehriban” dastanı da öz əksini tapmışdır [181, 19-47]. Aşıq Şenliyin yaratdığı bu
dastanın Ə.Cəfəroğlunun Axıska türklərindən yazıya aldığı variantında ciddi bir
Dostları ilə paylaş: |