56
v
ə “Axırkələk ağısı”, 4 bəndi tam, sonuncu bəndindən yalnız 2 misrası verilən
“Axıska” rədifli qoşma; “Qaldı Moskofa (Moskvaya) Axıska”, Axıskadakı məşhur
Əhmədiyyə camesi haqqında “Ağlasana gözəl came” gəraylılar öz əksini tapmışdır
[177, 95-
103]. R.Bayrakdarın bu kitabına daxil etdiyi şeirlər Qars vilayəti haqqındakı
n
əşrlərdən götürülmüşdür. Şeirlərin məzmunu və poetik üslubu Ağbaba-Çıldır aşıq
mühitin
ə məxsus səciyyəvi xüsusiyyətləri özündə mühafizə etməsi ilə seçilir.
Anadolunun tarixind
ən, onun görkəmli şəxsiyyətlərindən bəhs edən türk
aliml
əri bir qayda olaraq aşıq poeziyasına da münasibət bildirir, saz-söz ustalarının
türkl
ərin mədəni tarixində oynadığı rolu, tutduğu yeri yüksək qiymətləndirilir. Bu
baxımdan “Anadoluyu aytınlatanlar” [222] kitabının müəllifi M.Öndərin Aşıq
Əmraha həsr etdiyi “Ərzurumlu Əmrah” məqaləsi maraq doğurur. M.Öndər görkəmli
aşığı “arı-duru türkcənin ölümsüz ozanı” kimi səciyyələndirərək aşıq sənəti haqqında
fikirl
ərini bu cür ifadə edir: “Yüz illər boyu çiyinlərində saz şəhər mənim, bu oba
s
ənin demədən Anadolunun yaz-qış qarış-qarış gəzən xalq ozanlarımızın Anadolunu
nurlandıran araşında xüsusi bir yeri var” [222, 173].
M
əqalədə türk xalqlarının tarixi-mədəni, etik-estetik fikir tarixində yüksək yer
tutan D
ədə Qorqud, Mövlana, Yunus Əmrə, Qazi Bürhanəddin, Memar Sinan,
Qaracaoğlan kimi şəxsiyyətlərlə bir sırada Aşıq Əmrahın da xüsusi qeyd olunması
Ağbaba-Çıldır aşıqlığının Azərbaycan və ümumtürk aşıq sənəti kontekstindəki
əhəmiyyətli mövqeyini göstərir.
Aşıq poeziyasının toplanması, nəşri və tədqiqi sahəsində Əhməd Kabaklının
f
əaliyyəti olmuşdur. Onun 1300 illik böyük bir tarixi dövrü əhatə edən beş cildlik
“Türk
ədəbiyyatı”, “Təsəvvüf. Təriqət. Ədəbiyyat”, “Aşıq ədəbiyyatı” və s. əsərləri
çoxşaxəli yaradıcılığının məhsuludur. Adlarını çəkdiyimiz ilk iki əsərdə alim aşıq
yaradıcılığı ilə bağlı müəyyən nəzəri fikirlər söyləmiş, müxtəlif dövrlərdə yaşayıb-
yaratmış aşıqların əsərlərindən örnəklər vermişdir. “Aşıq ədəbiyyatı” kitabında
yetmişə yaxın aşıq haqqında xronoloji ardıcıllıqla qısa bioqrafik məlumat, onların
poetik irsind
ən seçmə nümunələr və alimin aşıq sənətinə dair nəzəri fikirləri öz əksini
tapmışdır.
57
Ə.Kabaklı nəzəri fikirlərini əsasən aşıq sənətinin qaynaqları, bu sənətin tarixi,
özün
əməxsus cəhətləri və sair məsələlər üzərində cəmləşdirmişdir. F.Köprülü kimi,
Ə.Kabaklı da “saz və ya xalq şairləri” [197, 13] adlandırdığı aşıqları iki qrupa bölür:
q
ələm şairləri və meydan şairləri.
“Q
ələm şairləri” dedikdə müəllif aşıq şeirinin müxtəlif janrlarında yazıb-
yaradan, lakin saz çalmayan el şairlərini nəzərdə tutur.
“Saz şairi, çoğur şairi, aşıq, meydan şairi” adlandırdığı sənətkarın xalq
arasında sazı ilə tanındığını xüsusi vurğulayan Ə.Kabaklı sazı və sözü aşıq sənətinin
iki
əsas cəhəti kimi dəyərləndirir. “Kəramət sazda, yoxsa sözdədirmi?”-sualını qoyan
t
ədqiqatçı “aşıq sazına gözü kimi baxar”, “Kəl başından qorxar, aşıq sazından” [197,
13] deyiml
ərini nümunə gətirməklə fikirlərini təsdiq etməyə çalışır. Bu cəhəti başlıca
meyar sayan Ə.Kabaklı aşığı ozan sənətinin davamçısı kimi səciyyələndirir. Aşıqlar
“ö
z şeirləri ilə birlikdə başqa şairlərin parçalarını da söyləyərlər. Bu baxımdan əski
ozanlara b
ənzərlər” [197, 13].
Mü
əllif aşıq sənətinin bəzi özünəməxsus cəhətlərinə toxunaraq “ər badəsi və
pir bad
əsi” içən sənətkarlar haqqında maraqlı mülahizələr irəli sürür. Qanlı savaşlarda
igidlik göst
ərən, sərhədlərdə dövlət uğrunda vuruşan Koroğlu, Dadaloğlu, Qul
Mustafa kimi aşıqları ər badəsi içənlər sırasına daxil edir.
Pir, m
ənəvi yüksəliş badəsi içib haqq aşığı statusu qazanan Aşıq Qəribi, Dədə
K
ərəmi “xalq ədəbiyyatının, eyni zamanda təsəvvüfün qəhrəmanları, övliyalar” [197,
17] kimi s
əciyyələndirir.
Bölgü bir q
ədər qeyri-dəqiq olsa da, etno-milli yaddaşda, türkün mifik
düşüncəsində aşığın mövqeyini müəyyənləşdirən faktor kimi qiymətlidir. Aşıq
s
ənətinin sufi təriqətləri ilə inteqrasiyasına, daha sonrakı mərhələlərdə baş verən
differensasial prosesl
ərə nəzər yetirsək Ağbaba-Çıldır aşıqları arasında “pir badəsi”
iç
ən sənətkarların (Aşıq Əmrah, Summanı, Aşıq Şenlik və b.) olduğunu, lakin onların
ovliya, t
əsəvvüf qəhrəmanları səviyyəsinə yüksəlmədiyini görərik. Ə.Kabaklının
t
əsnifatı bu baxımdan natamamdır. “Pir badəsi” içib lakin əfsanələşməyən, təsəvvüf
q
əhrəmanına çevrilməyən saz-söz sənətkarları həm Azərbaycan, həm də Anadolu aşıq
mühitl
ərində kifayət qədərdir.
58
Aşıqların yetişdiyi sosial-mədəni mühit və bu mühitin nümayəndələri
haqqında Ə.Kabaklının təsnifatı maraq doğurur. Alimin fikrincə, aşıqların yetişib
formalaşdığı sosial-mədəni mühitin üç tipi mövcuddur: a) kənd və oymaqlar; b) əskər
ocaqları; c) qəsəbə və şəhərlər.
Ə.Kabaklı bu üç mühitin hər biri üzərində ayrıca dayanaraq yazır ki, kənd və
oymaqlarda yetişən aşıqlar ozan, baxşı, qam adları ilə tanınan xalq sənətkarlarının
ənənələrindən bəhrələnərək aşıq şeirinin ən gözəl örnəklərini yaradanlardır [197, 19].
Alimin q
ənaətinə görə, bu tip aşıqlar doğma kəndinə olduqca sıx bağlıdır, dumanlı
dağlar təbiət gözəllikləri, müxtəlif macəralar, qız-gəlinlərin tərənnümü və s. onların
poetik yaradıcılığının başlıca məzmununu təşkil edir. Müəyyən elmi arqumentlərə
əsaslanaraq fikirlərini davam etdirən müəllif bu tip aşıqların “Anadolunun hər
bucağından, xüsusən də, doğu və güneydoğu bölgələrində çıxdıqlarını [197, 20]
göst
ərir.
H.İsmayılov Göyçə aşıq mühitindən bəhs edərkən Göyçə aşıqlarının
“t
ərəkəmə, el aşığı” tipinə uyğunluğunun müşahidə olunduğunu bildirir [94, 31].
Göründüyü kimi, ayrı-ayrı aşıq mühitləri haqqında hər iki alimin mülahizələri
üst-üst
ə düşür. Bu da həm Göyçənin, həm da Şərqi Anadolunun, o cümlədən onun bir
hiss
əsi olan Ağbaba-Çıldır bölgəsinin sosial-mədəni şəraiti, milli- etnik düşüncə
t
ərzini, əski türk ənənələrini özündə mühafizə edib saxlaması ilə əlaqədardır.
Doğrudur, Ağbaba-Çıldır aşıqları arasında da divan ədəbiyyatının müxtəlif
janrlarında yazıb-yaradan sənətkarlar olmuşdur. Məsələn, Aşıq Əmrahın, Aşıq
Nöqsaninin, Aşıq Ərbabinin və başqalarının əruz vəznində şeirlər yazdıqları, hətta
Aşıq Əmrahın divanının çap olunduğu (1916) məlumdur [223, 359]. Lakin Ağbaba-
Çıldır aşıq mühiti bütövlükdə “tərəkəmə, el aşığı” statusunun xüsusiyyətlərini
mühafiz
ə edən mühit kimi seçilir. Adı çəkilən aşıqların klassik poeziya janrlarında
əsərlər yaratması isə aşıq sənətinin şəhər mühiti ilə ədəbi əlaqələri, xalq şeiri ilə yazılı
şeirin qarşılıqlı təsirinin spesifikasından doğan özünəməxsusluqla şərtlənir.
Bu probleml
ə əlaqədar folklorşünas Q.Namazov klassik poeziya ilə xalq şeiri
arasındakı təsir və əks-təsirdən söhbət açarkən göstərir ki, saz ustalarına “şəhər aşığı”
v
ə “tərəkəmə el aşığı” kimi adların verilməsi, XVII-XVIII əsrlərdə aşıq yaradıcı-
Dostları ilə paylaş: |