44
N
ərimanlı Summanı idi. Adı-sanı Ərzurumun elindən digər torpaqlara da yayılmışdı”
[224, 49].
Kitabda Aşıq Summaninin poetik irsindən dörd qoşma (“Üçündür”, “Olmaz”,
“Bilir” r
ədifli və “Qınamayın bizi” qoşmaları) verilmişdir. Qoşmalardakı güclü
əxlaqi-didaktik ruh, fəlsəfəsi düşüncələr Summanınin yüksək təbə malik olduğunu bir
daha t
əsdiqləyir. Aşığın “Bilir” rədifli qoşması Abbas Tufarqanlının “Bəyənməz”
ustadnam
əsini xatırladır:
Adam var
əsrarı məndən nihandır,
Zahiri m
əlami, batin sultandır,
Adam var ki, b
əhri-mühit, ümmandır,
Adam var ki, yeyib içm
əyi bilir. [218, 622]
Zülalinin Aşıq Şenlik və Summani ilə üçlükdə, Aşıq Şenliklə ikilikdə
qarşılaşıb deyiməsi, şeirlərinin dərin poetik məzmun-ideya xüsusiyyətləri onun
istedadlı bir sənətkar olduğunu göstərməkdədir.
“Türk saz şairləri”nin 5-ci cildində Aşıq Cəlalinin “Məni qınamayın, haqqı
sev
ənlər”, “Olmaz”, “Burda” qoşmaları verilmişdir [218, 629]. Bu cilddə Aşıq
Zülalinin “Göründü”, “Qurumuş”, “Bu könül”, “Yar dərdi”, “Ani” rədifli qoşmaları
v
ə türkü adlandırılan 12 bənd bayatısı daxil edilmişdir [218, 625-630].
F.Köprülünün “şöhrətləri yetişdikləri mühitdən o qədər də kənara çıxmayan
saz şairləri sırasında” kimi qiymətləndirdiyi Mühibbi (1823-1868) ustad sənətkarların
s
ənət və yaradıcılıq ənənələrini davam etdirən bir aşıq olmuşdur. Onun bu kitaba üç
qoşması və iki səmaisi (gəraylısı) daxil edilmişdir. Aşığın “Dedim-dedi” formasında
yazdığı gəraylı silsilə epitet və təşbehlərin, poetik ifadələrin zərif biçimi,
emosionallığı ilə diqqəti cəlb edir. Aşığın poetik irsindən əldə olan nümunələr onun
poez
iyasının aparıcı xəttini məhəbbət lirikasının təşkil etdiyini göstərir.
“Türk saz şairləri” kitabında F.Köprülü yaşayıb-yaratdıqları əsrin böyük
s
ənətkarlar kimi qiymətləndirdiyi beş aşığın həyat və yaradıcılıqları üzərində ayrıca
dayanmış, onların poetik irsindən daha çox örnəklər vermişdir. Bunlar Aşıq Cövhəri,
Aşıq Ömər, Qaracaoğlan, (XVII əsr), Aşıq Əmrah və Dərdlidir (XIX əsr). İrəlidə
qeyd etdiyimiz kimi, F.Köprülü Aşıq Əmrahın həyat və yaradıcılığından, onun aşıq
45
ədəbiyyatındakı mövqeyindən ətraflı bəhs etmişdir. F.Köprülü adı çəkilən digər dörd
s
ənətkar kimi, Aşıq Əmrahın həyat və yaradıcılığını üç kiçik baçlıq altında “Həyatı”,
“Şöhrəti və təsiri”, “Əsərləri və ədəbi şəxsiyyəti” [218, 707-722] başlıqları altında
araşdıraraq təhlil etmişdir. Görkəmli alim Aşıq Əmrahın həm də poetik irsinin çap
olunduğu müxtəlif kitab və məcmuələrin siyahısını da vermişdir. Onun tərtib etdiyi
bu biblioqrafiya 1929-1958-ci ill
əri əhatə edir. Bunlardan əlavə F.Köprülü bir folklor
toplayıcısı və tədqiqatçısı kimi Aşıq Əmrahın həyatı və poetik irsi haqqında mövcud
ədəbi mübahisələrə və yanlışlığa aydınlıq gətirmək üçün Ercişli Əmrahın da
əsərlərinin biblioqrafiyasını tərtib etmişdir. 1933-1962-ci illəri əhatə edən
biblioqrafiyanı tərtib etməsinin səbəbi haqqında alim yazır: “Ərzurumlu Əmrah
haqqındakı bu biblioqrafiya bilgisindən sonra, həyatı və əsərləri onunla dəfələrlə
qarışdırılan və bu kitabımızda bəhs etdiyimiz Ercişli Əmraha aid nəşriyyatdan da
qısaca bəhs etməyi faydalı bilirik” [218, 724]. F.Köprülü folklorşünaslıqda müəyyən
mübahis
ələrə səbəb olan “Əmrah ilə Səlbi xan” dastanına da münasibət bildirərək, bu
dastanın birmənalı şəkildə Ərzurumlu Əmraha aid olduğu qənaətinə gəlir [218, 722].
Mü
əllif burada Əmrahın olum-ölüm tarixlərini, həyatı haqqındakı bəzi faktları
onun
əsərlərinə istinadən dəqiqləşdirməyə səy göstərmişdir. Alim Aşıq Əmrahın
XVIII
əsrin son rübündə anadan olduğunu, təxminən 1854-cü ildə Niksarda vəfat
etdiyini, Əli Pəhləvan türbəsi yanında dəfn edildiyini yazır [218, 708-712].
Qeyd etm
ək lazımdır ki, Türkiyə folklorşünaslığında Aşıq Əmrahın doğum
v
ə ölüm tarixləri hələ də dəqiq müəyyənləşdirilməmişdir. Tədqiqatlarda onun 1777-
1784, 1814-1819-cu ill
ər arasında anadan olduğu; 1854, 1864, 1876-ci illərin birində
v
əfat etdiyi qeyd olunur. Son araşdırmalarda Aşıq Əmrahın 1780-1860-ci illərdə
yaşayıb-yaratdığı göstərilir [223, 359]. F.Köprülü, Kırzıoğlu M.Fahretdin, N.Turqut,
M.Özarslan, A.Alptekin v
ə başqaları Aşı```````q Əmrahın heca vəznindən əlavə, əruz
v
əznində də yazıb-yaratdığını qeyd edirlər. Onun “əruz vəzni ilə olan şeirləri Mehmet
Abdül
əziz Ərzurumi tərəfindən “Divani-Əmrah” (1916) adıyla yayımlanmışdır”
[223, 359].
B
əzi birtərəfli mülahizələrinə baxmayaraq, F.Köprülü Aşıq Əmrahın poetik
irsini yüks
ək qiymətləndirmiş, “Əmrah saz şairləri arasında klassik ədəbiyyatımızı ən
46
yaxşı bilənlərdən biridir” -qənaətinə gəlmişdir. F.Köprülünün birtərəfli mövqeyi Aşıq
Əmrahın qoşma və gəraylılarındakı təsəvvüf motivlərini doğru qiymətləndirməməsi
il
ə bağlıdır. “Əmrahın sufiyanə mahiyyətdəki mənzumələri heca vəzniylə yazılmış
əsərləri arasında, bəlkə ən qiymətsizləridir” -qənaəti aşığın poeziyasına birtərəfli
münasib
ətin açıq-aydın ifadəsidir. Görünür ki, Əmrahın şeirlərindəki dini-ürfani və
ruhi-f
əlsəfi mahiyyət F.Köprülün lazımınca qane etməmişdir. İkinci fəsildə Aşıq
Əmrahın sufi şeirləri haqqında ətraflı bəhs olunduğuna görə qeydlərimizi bununla
bitiririk.
“Türk saz şairləri”nin dördüncü cildində şeirləri çap olunmuş saz-söz
s
ənətkarları arasında Aşıq Əmrahın şagirdi Toqatlı Nurinin poetik irsindən on üç
qoşma və “Dastan” adlandırılan on beş bəndlik on bir hecalı bir şeir verilmişdir.
F.Köprülü Aşıq Əmrahın ədəbi təsir dairəsindən bəhs edərkən Toqatlı Nurinin adını
xüsusi vurğulayır; “Nuri bir çox şeirlərində özünün Əmrahın şagirdi olduğunu açıqca
söyl
əməkdə və ustadına böyük bir sayğı ilə bağlı olduğunu anlatmaqdadır” [218,
712].
M.Özarslan özünün “Ərzurum aşıklık gelenegi” əsərində Əmrahın Toqatlı
Nuri v
ə Gədai kimi iki ünlü şagirdinin ustadlarını çox şöhrətləndirdiklərini qeyd edir
[218, 359].
F.Köprülü Toq
atlı Nuridən öz əsərinin XIX əsrə aid yazdığı “Başlıca simalar”
bölm
əsində bir qədər ətraflı bəhs edir. O, Nurini “Məsləkdən yetişmə bir aşıq tipi”
kimi s
əciyyələndirərək, dövrünün bir çox aşıqları kimi, onun da əruz vəzni ilə də
yazmaq m
əcburiyyətində qaldığını, lakin bu yönümdə ciddi bir uğur qazanmadığını
göst
ərir. Bəktaşiliyə meyilli olan Toqatlı Nurinin şeirlərində ustadı Əmrahdan başqa,
b
əzən Cövhərinin də təsirinin duyulduğunu qeyd edən F.Köprülü onun bədii irsindən
yalnız məhəbbət mövzusunda yazdığı qoşmaları (bu qoşmalardan biri ayaqlı
qoşmadır –A.M) kitaba daxil etmişdir. “Dastan” adlanan on beş bəndlik şeirdə
müxt
əlif millətlərə məxsus qadınların tərənnümü və təsviri əsas yer tutur. Beş
cildlikd
ə şeirləri toplanmış digər aşıqlarda olduğu kimi, F.Köprülü Toqatlı Nurinin də
şeirlərinə şərh verməmiş, ümumi mülahizələrlə kifayətlənmişdir.
Dostları ilə paylaş: |