35
M. Qasımlı Çıldır aşıq mühitindən bəhs edərkən yazır: “Təksazlı ifaçılığa
əsaslanan bu mühit aşıqlaşmış ozanlar qrupuna daxildir. Bardaş qurub oturaraq çalıb-
oxumaq
ənənəsi də Çıldır aşıqlarının ifaçılığında müəyyən yer tutmuşdur” [106, 198].
Ənənəvi olaraq on iki simli sazlardan istifadə edən Ağbaba-Çıldır aşıqlarının üç
p
ərdəli sistemin statikliyini mühafizə etmələrini göstərən folklorşünas bu ifa usulunu
qopuz çalğı tərzinin əlaməti kimi səciyyələndirir. Bu xüsusiyyət Ağbaba-Çıldır açıq
mühitinin Az
ərbaycan açıq sənətinin digər mühitləri ilə əlaqəsini araşdırmaq
baxımından mühüm əhəmiyyətə malikdir. Çünki mədəni-tarixi özəl
keyfiyyət kimi
t
əksazlı ifa tərzi, bardaş qurub oturaraq çalıb-oxumaq ənənəsi Urmiya aşıq mühitində
d
ə səciyyəvi cizgi olaraq müşahidə olunmaqdadır. Azərbaycan aşıq sənətinin lokal
şevrəsində Urmiya aşıq mühitinin tarixi-mədəni xüsusiyyətlərini araşdıran M.
Qasımlı göstərir ki, “təksaz ifaçılığa əsaslanan bu mühitin çalğı biçimi Anadolu
aşıqlarının (xüsusən də Amasiya-Çıldır, Sivas, Ərzurum və İqdır çevrəsinin)çalğı
biçimiyl
ə xeyli səsləşir” [106, 244]. Görkəmli alimin bu dolğun elmi qənaəti Ağbaba-
Çıldır aşıq mühitinin Urmiya aşıq mühiti ilə tarixi-mədəni ortaq cəhətlərinin
dialektikası və qarşılıqlı əlaqəsinin başlıca istiqamətlərini müəyyənləşdirən fakt kimi
qiym
ətlidir.
Aşıq Şenlik Borçalı, İrəvan aşıq mühitlərində çox sevilən və tanınan
sənətkarlardan olmuşdur. “Borçalı aşıq mühitinin biçimlənməsində mühit
xarici
faktor kimi Çıldır aşıq mühitinin (Ağbaba-Çıldır aşıq mühitinin-A.M.)konkret
olaraqsa Aşıq Şenliyin rolu da ayrıca qeyd olunmalıdır” [92, 26]. Mərhum
folklorşünas-alim M.Həkimovun Açıq Hüseyn Saraclının dilindən yazıya aldığı
“Aşıq Şenniyin Borçalı səfəri” [20, 93-117], türkiyəli folklorşünas O.Özbəkin
toplayıb nəşr etdirdiyi “Aşıq Abbasla qarşılaşma” [224, 15-27] dastan-rəvayəti ustad
s
ənətkarın Borçalıda nə qədər məşhur olduğunun və sevildiyinin bariz nümunəsidir.
Bu görkəmli el sənətkarının Borçalıda və İrəvanda ağır məclislər aparması,
deyişmələri, “vədəli zəhərlə zəhərlənməsi” və s. haqqında çoxlu maraqlı əhvalatlar,
dastan-
rəvayətlər mövcuddur.
Xəstə Hasan ocağının qüdrətli nümayəndəsi Aşıq İsgəndər Ağbabalı Göyçə,
Borçalı, Gəncəbasar aşıq mühitləri ilə sonuncu deportasiyayadək sıx sənət əlaqələri
37
AĞBABA-ÇILDIR AŞIQ MÜHITI: TOPLAMA, NƏŞR VƏ TƏDQIQI
T
ƏCRÜBƏSİ
Çox q
ədim tarixi-genetik köklərlə ümumtürk mədəni sisteminin əski ozan-
aşıq gələnəklərinə bağlı olan Azərbaycan aşıq sənəti son on-on beş ildə daha əhatəli,
elmi
konsepsiya
baxımından daha mükəmməl surətdə tədqiqata cəlb olunsa da, hələ
d
ə bu sənət haqqında vahid elmi-nəzəri sistem yaratmaq mümkün olmamışdır. Aşıq
s
ənətinin ideya-estetik çevrəsi, milli-etnik əsasları, tipoloji və geneloji
strukturu, dini-
sosial dayaqları və s. haqqında indiyədək kəmiyyət və keyfiyyət baxımından fərqli
t
ədqiqatlar aparılmışdır. Lakin bütün bu tədqiqat və araşdırmalar Azərbaycan aşıq
s
ənəti haqqında mükəmməl konsepsiyanın mövcudluğunu müəyyənləşdirə bilməmiş-
dir. Bu elmi m
əhdudluğun bir sıra sosial-siyasi, etnik-mədəni, tarixi-coğrafi, etik-
estetik v
ə s. kimi səbəbləri vardır. Ancaq ən mühüm səbəb folklorşünas H.İsmayılo-
vun qeyd etdiyi kimi, “ilk növb
ədə mövcud aşıq mühitlərinin
mükəmməl öyrənilmə-
m
əsindən irəli gəlir. Problemə ümumtürk kontekstində yanaşma tədqiqat üçün nə
q
ədər əhəmiyyətlidirsə, ondan artıq əhəmiyyət kəsb edən regional və lokal ele-
mentl
ərin müəyyənləşdirilməsidir. Çünki məhz bu yolla konkret
mühitin və ya başqa
sözl
ə, sənətin spesifikası aşkarlana bilir” [94, 8]. Fikrimizcə, problemin bu cür
qoyuluşu və əsaslandırılması çağdaş folklorşünaslığımızda ayrı-ayrı tədqiqat
üsullarında bu və ya digər
dərəcədə özünü göstərsə də, tam şəkildə öz həllini tapa
bilm
əmişdir. Məsələyə tarixi-coğrafi aspektdən yanaşdıqda aydın olur ki, Azərbaycan
aşıq sənəti haqqında mükəmməl elmi konsepsiya formalaşdırmaq üçün milli etnosun
mövcud olduğu tarixi coğrafiyanı nəzərə almaq olduqca vacib məsələdir. Çünki
müxt
əlif lokal coğrafi hüdudları əhatə edən, ayrı-ayr regionlarda formalaşıb təşəkkül
tapan aşıq mühitlərinin mükəmməl şəkildə öyrənilməsi bütövlükdə Azərbaycan aşıq
s
ənətinin dolğun spesifikasını müəyyənləşdirə bilər. Digər tərəfdən Azərbaycan aşıq
s
ənəti tarixin ayrı-ayrı mərhələlərində son dərəcə mürəkkəb ictimai-siyasi hadisələrin,
t
əsir və əks təsirlərin mövcud olduğu ərazilərdə təşəkkül və təkamülünü davam
etdirm
əklə yanaşı, müəyyən milli regionlarda tarixi-mədəni proseslərlə bağlı bu
s
ənətin tənəzzülü də müşahidə olunmuşdur. Məhz bu faktlar Azərbaycan aşıq