24
adlı diyarbəkirli bir erməni aşığı xalq arasında geniş şöhrət qazanmışdı [217, 223].
Bu bilgi
lər onu göstərir ki, türkcə-azərbaycanca yazıb yaradan erməni aşıqları XVII
yüzillikdən əvvəlki dövrlərdə mövcud olmuşdur, lakin qeyd olunan əsrdən etibarən
onların sayı kütləvi şəkildə artmağa başlamışdır. Akad. H.Araslı da XVI əsrdə
Azərbaycan dilində yazıb-yaradan erməni və gürcü aşıqlarından, onların ədəbi
irsindən bəhs etmişdir [18, 31].
Erm
əni dilini mükəmməl bilən və erməni yazılı mənbələri əsasında
Az
ərbaycan folkşünaslığının bir sıra vacib problemlərini sistemli şəkildə araşdıran
folklorşünas İ.Abbaslı Azərbaycan-türk dilinin ermənilər arasında geniş bir çevrədə
yayılmasının sosial-siyasi, tarixi-mədəni səbəblərini analiz edərək yazır: “Yüzilliklər
boyu Az
ərbaycan-türk dilinin, bu dildə yaranmış şifahi və yazılı əsəbiyyat
örn
əklərinin təsir qüvvəsi, yayılma çevrəsi
o qədər güclü olmuşdur ki, əsrlər boyu
ayrı-ayrı erməni sənətkarları ardıcıl şəkildə Azərbaycan
dilinə müraciət etmiş, əməkçi
kütl
ə isə Azərbaycan folkloru incilərini yarandığı dildə dinləməyi, bu
dildə qoruyub
n
əsildən-nəslə yaşatmağı üstün tutmuşdur” [1, 223].
Borçalı aşıq mühitində Sayat Nova, Arazlı Sərkis, Kiçik
Nova və başqa saz-
söz s
ənətkarları Azərbaycan dilində yazıb-yaratmış, Azərbaycan aşıq sənətinin ənənə-
l
ərini davam etdirmişlər.
Güney Az
ərbaycanın Urmiya aşıq mühitində Aşıq Qul Artun, Aşıq İso, Aşıq
Yaqub, Aşıq Ohanes Yusifi kimi erməni aşıqları yetişmiş, sonuncu üç aşıq [baba,
oğul və nəvə]
sənət varisliyini yaşadaraq, Azərbaycan aşıq ədəbiyyatının müxtəlif
janrlarında əsərlər yaratmış, məclislər aparmışlar. “Osmanlı ordusu Urmiya və Sulduz
bölgəsindəki əhalini erməni quldur dəstələrindən qorumaq üçün gələndə Aşıq İso
köksündə ay-ulduzlu sazı ilə Türk Ordusunun önünə çıxaraq onları “Koroğlu” havası
ilə qarşılamışdır” [201, 136].
Bu faktorlar Az
ərbaycan-türk dilinin yalnız Ağbaba-Çıldır aşıq mühitində
deyil, geniş bir coğrafi hüdudlarda bu dilin ümumfolklor dili olmaq funksiyasının
göst
əricisi
olmaqla bərabər, eyni zamanda mədəni cəhətdən
üstün bir millətin etno-
m
ənəvi gücünü və hakim mövqeyini də nümayiş etdirir.
25
Erm
ənilərin kompakt yaşadığı Axırkələkdə azəri
türkcəsinin ümumünsiyyət
dili olduğunu 1988-ci ilədək apardığımız müşahidələr əsasında canlı şahid olmuşuq.
Yeri gəlmişkən, milli mənafe baxımından önəmli əhəmiyyət daşıyan bir
məsələnin də burada üzərində dayanmağı lazım bilirik. Bir sıra erməni alimləri
(X.Ayvazyan, M.H.Ağayan, A.Qamaryan və b.) mədəniyyət və incəsənətimizi
özününküləşdirməyə cəhd etdikləri kimi, xalqımızın mənəvi söz xəzinəsini, o
cümlədən aşıq yaradıcılığını erməniləşdirməyə müxtəlif dövrlərdə səy göstərmiş və
bu saxtakarlıq indi də davam edir.
Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra milli-mənəvi xəzinəmizə
edilən qəsdlər intensiv şəkil almağa başlamışdır. SMOMPK toplusunun müxtəlif
buraxılışlarında belə hallara sıx-sıx rast gəlmək mümkündür. M.Poqosov, S.Zelinski,
Q.Bünyatov, M.Şahnazarov və başqalarının çap etdirdikləri yazılar buna nümunə ola
bilər. İrəvan gimnaziyasının müəllimi S.Zelinski “Erməni xalq aşığı Vartan
Xoyskinin nəğməsi” adlı məqalədə Azərbaycan və rus dilində 24 bənddən ibarət bir
vücudnaməni oxuculara erməni folklorunun örnəyi kimi təqdim edir. Erməni
aşıqlarının, o cümlədən Aşıq Vartanın Azərbaycan dilində çalıb-oxumasının səbəbini
ermənilərin 400 illik türk əsarəti altında qalması ilə əlaqələndirməyə çalışır [239, 99-
106].
Qeyd
edək ki, ermənilərin bu cür təxribatlarına gürcü, dağ yəhudiləri,
minqrel, kabardin, ləzgi və başqa xalqların folklor nümunələri, mənəvi-etnik
sərvətləri də məruz qalmışdır.
Ozan, qusan, aşıq ad-titullarının ermənilərə məxsus olduğunu iddia edən
erməni folklorşunasları heç bir elmi əsası olmadan bu sözlərin etimologiyasını
saxtalaşdıraraq öz mənafelərinə uyğun təhrif edirlər. Halbuki Azərbaycan aşıq
sənətinin inkişafının müxtəlif mərhələlərində yaranıb formalaşan ozan, qusan, aşıq
ad-
titullarının etimologiyasını və semantikasını türk etnik-mədəni arenasından
kənarda təsəvvür etmək qeyri-mümkündür. “Azərbaycanda aşıq sənətinin
çiçəkləndiyi bir mərhələdə ermənilər nə qədər gülünc görünsə də, ozan sənəti
ənənələri ilə bağlılıqlarını iddia edərək yeni tarixi şəraitdə aşıq sənətini təqlid etməyə
meyl göstərmələri” [115, 26] onların etno-psixologiyasından əmələ gələn milli