26
atavizm hadi
səsidir. Bu yanlış tendensiya müxtəlif tarixi şəraitlərdə sistemli şəkildə
özünü gös
tərsə də, bir sıra erməni tədqiqatçıları (Y.Yeremyan, Q.Levonyan,
L.Minasyan və b.) bu məsələnin tam əksini etiraf etməyə məcbur olmuşlar. Onu da
qeyd etmək lazımdır ki, erməni folklorşünaslarının saxta iddiaları elmi mahiyyətdən
daha çox siyasi təbliğat daşıyır.
Maraqlıdır ki, erməni alimi Raçiya Açaryan I Türkoloji
Qurultayda türkcənin
erm
əni dili və mədəniyyəti üzərindəki təsirindən bəhs edərkən yalnız Anadoluda
deyil, dünyanın bir çox ölkələrində bu təsirin böyük gücünü qeyd etməyi unutmur:
“Türk
dilinin erm
ənicəyə təsiri böyükdür... Kiçik Asiyanın qərb kəsimində, Kipr,
Bolqarıstan, Şərqi Anadolu, Rumıniya, Bessarabiyada, eyni zamanda İranın və
Qafqazın bəzi kəndlərində türkcənin ermənicə üzərindəki təsiri o dərəcədə güclüdür
ki, erm
ənilər öz dillərini tamamilə itirmişlər. Bu hadisə daha bir neçə yüzillər öncə
gerç
əkləşmişdir” [175, 205] Alim erməni əlifbası ilə türk dilində özlərinin
ədəbiyyatını və mədəniyyətini yaradan erməni xalqının türk dilinin incəliklərindən
əsrlər boyu bəhrələndiyini, ədəbi və xalq danışıq dilində türk sözlərinin sıx-sıx
işləndiyini göstərir.
Prof. F.Köprülü Türk ədəbiyyatının erməni ədəbiyyatına, o cümlədən aşıq
yaradıcılığına təsiri məsələsindən bəhs edərkən bu problemə “Ədəbiyyat araşdırma-
ları” adlı əsərində ayrıca bir fəsil həsr etmişdir. Müəllif ermənilərin “aşuğ” adlandır-
dığı saz-söz sənətkarlarının türk aşıqları ilə aralarındakı bənzərliklərə toxunaraq
“aşuğ “istilahının “aşıq” sözünün erməni ləhcəsində səslənən forması olduğunu
göstərir. “Əslən ərəbcə olmaqla bərabər, yalnız Türklər arasında saz şairi mənasına
gələn aşıq kəlməsi, ermənilər bu ədəbiyyat tərzini Türklərdən iqtibas etdikləri zaman
“aşuğ” şəklində ermənicəyə hətta “saz” kəlməsi ilə birlikdə keçmişdir” [217, 246].
Müəllif yazir ki, türk aşıqları kimi erməni aşıqları da mahnı, qoşma, türkü və s. şeir
şəkillərindən sıx-sıx istifadə edirlər.
Azərbaycan-gürcü ədəbi əlaqələrinin tanınmış tədqiqatçısı D.Əliyeva da
gürcü aşıq və şairlərinin Azərbaycan şeirinin qoşma, müxəmməs, gəraylı, təcnis,
bayatı və s. şəkillərində əsərlər yaratdığını yazırdı [67, 41]. F.Köprülü erməni aşıqları
məsələsi ilə bağlı olaraq bir neçə mühüm məqam –aşıq termininin etimologiyası, türk