50
m
əzmun fərqi yoxdur. Lakin bəzi epizod və obraz fərqləri, dastanın strukturundakı
ayrı-ayrı nəzm hissələrinin poetik bəsitlikləri də özünü göstərir.
Ümumiyy
ətlə, kitaba daxil edilmiş aşıq ədəbiyyatı nümunələri Şərqi
Anadoluda v
ə Qafqazda geniş coğrafi əraziləri təsir dairəsinə alan Azərbaycan folklor
arealını öyrənmək baxımından, deportasiya, repressiya və soyqırıma məruz qalmış
Axıska türklərinin bəzi dialekt və şivə xüsusiyyətlərini araşdırmaq, bir sıra toponim,
oronim, oykonim v
ə s. kimi onomastik vahidlərin folklor informasiya daşıyıcısı
v
əzifəsini yerinə yetirməsini incələmək üçün zəngin materialdır.
Keç
ən əsrin 40-ci illərindən fasiləsiz olaraq Türkiyə folklorşünaslığında aşıq
ədəbiyyatı ilə bağlı həm toplama-nəşr, həm də tədqiqat işləri aparan professor Şükrü
Elçinin danılmaz xidmətləri olmuşdur. Alimin “Bir Ələvi şairi-Nöqsani”, “Macmuai
Sazü-Söz”, “Xalq
ədəbiyyatına giriş” və s əsərləri diqqəti çəkir. Onun iri həcmli
“Xalq
ədəbiyyatına giriş” əsəri müfəssəl elmi-nəzəri şərhləri ilə yanaşı, bir çox türk
xalqlarının (yakut, türk, Azərbaycan, karaim, özbək, başqırd, qazax və s.) zəngin
şifahi ədəbiyyatından verilən ən müxtəlif örnəklərlə əhəmiyyət kəsb edir. Əsər sırf
aşıq sənətinə həsr olunmasa da, burada aşıq ədəbiyyatı, eləcə də Ağbaba-Çıldır aşıq
mühiti il
ə birbaşa və dolayısı ilə bağlı maraqlı məqamlar vardır. İki hissədən-nəzm və
n
əsr hissəsindən ibarət olan bu kitabda Aşıq Nöqsani (XVIII-XIX əsr) Aşıq Şenlik
(XIX
əsr), Aşıq Zülali (XX əsr), Sərdari (XIX əsr), Sabit Müdami (XX əsr) və digər
aşıqların yaradıcılığından bəzi nümunələr öz əksini tapmışdır. Kitabın “Nəzm”
hiss
əsinin “Din, təsəvvüf və təriqət şeirləri” bölümündə bir sıra aşıqlarla yanaşı, daha
çox sufi şeirləri ilə məşhur olan Nöqsaninin də “Yetiş” adlı bir şeiri verilmişdir. Qeyd
ed
ək ki, Nöqsaninin şeirləri kitab halında A.Atalay tərəfindən 1992 –ci ildə İstanbul-
da n
əşr olunmuşdur.
Kitabın diqqəti cəlb edən cəhətlərindən biri də müəllifin toplayıcılıq
f
əalliyyəti ilə yanaşı nəzəri müddəalarının da müvafiq şəkildə əks olunmasıdır. “Xalq
şeiri haqqında qısa bilgilər”adlı bölümdə Ş.Elçin aşıq ədəbiyyatının qaynaqlandığı
m
ənbələr, təkkə ədəbiyyatı, Yəsəvilik, Bəktaşilik, Abdallıq, Ələvilik, Heydərilik və s.
t
əsəvvüf təriqətləri, müxtəlif əsrlərdə yetişmiş saz-söz sənətkarları haqqında maraqlı
mülahiz
ələr yürüdür. Türk saz şeiri adlandırdığı aşıq poeziyasından danışarkən XVI
51
v
ə XVII əsrlər aşıq ədəbiyyatı haqqında onun gəldiyi elmi qənaət diqqəti çəkir:
“Ad
ətən bir hazırlıq dövrü rolunu oynayan bu əsrdən sonra (XVI əsr nəzərdə tutulur-
A.M) Türk
saz şeirinin altun dövrünə çatdığını görürük . Kəmiyyət və keyfiyyət
etibarı ilə saz şeiri ən böyük şairlərini XVII əsrdə yetişdirmişdir” [190, 10].
“Xalq
ədəbiyyatına giriş”də Baykan adlı bir aşığın “Dastan”adlanan şeirində
Teymurl
əngin 1386-cı ildə Qarsı zəbt etməsi və ona qarşı “yurd uğrunda can ilə baş
f
əda edən” qarslıların şücaəti təsvir olunur. Ş.Elçin səhifənin alt yazısında şeirin
yazılma tarixi haqqında bunları bildirir: “Teymurun Qarsı yaxıb yıxması ilə ilgili olan
bu dastan 1386-
cı ilindəki hadisələri dilə gətirməkdədir. Söyləniş və yazıya keçiriliş
tarixi
ən gec 15-ci əsrin əvvəli ola bilir” [190, 112]. Qeyd edək ki, şeirin tarixi
m
əzmunundan əlavə, dil və üslub xüsusiyyətləri də əhəmiyyət kəsb edir. Baykan və
onun şeiri haqqında ilk dəfə F.Kurzıoğlu 1939-cu ildə “Qarslı əski bir aşığımız” adlı
m
əqaləsində bəhs etmişdir.
Kitabda Aşıq Sərdarinin “Quraqlıq dastanı” qoşması, Aşıq Əmrahın “Dedim-
dedi”, Aşıq Zülalinin “Yedəkli qoşma”sı və “Gəl” [190, 185-189] rədifli şeiri də öz
əksini tapmışdır. Bunlardan əlavə kitaba Aşıq Şenliyin Aşık Kılıççı Mustafa və
erm
əni aşığı İzani ilə qarşılaşıb deyişməsi də daxil edilmişdir [190, 246-249; 250-
259]. H
ər iki qarşılaşma E.Aslanın “Çıldırlı Aşıq Şenlik. Həyatı, şeirləri, hekayələri,
qarşılaşmaları” (Ankara, 2001) kitabında da verilmişdir. O.Özbəyin adı şəkilən
kitabında da bu qarşılaşmalar öz əksini tapmışdır. Ş.Elçin qarşılaşmaların əsasən
n
əzm hissələrini vermiş, nəsr hissələrinin məzmununu bir neçə cümlə ilə əhatə
etmişdir. Qeyd edək ki, Ş.Elçinin təqdim etdiyi hər iki qarşılaşma aşıq rəvayətlərinə
aid edil
ən prinsip və kateqoriyalara uyğun gəlmədiyindən natamamdır və dolğun
t
əsəvvür yaratmır. Aşıq Şenlikdən irəlidə-uyğun fəsildə ətraflı söhbət açacağımıza
gör
ə bunlarla kifayətlənib onu bildirmək istəyirik ki, Kılıççı Mustafa ilə deyişmənin
daha mük
əmməl variantı Nizaməddin Onk tərəfindən toplanıb yazıya alınmışdır [220,
171-
182]. “Çıldırlı Aşıq Şenlik ilə Aşıq Kılıççı Mustafa” adlı bu dastan-rəvayət
toplayıcının qeydinə görə “Yılmaz Aşıq Şenlikoğlunun (şairin nəvəsi) ifadəsi ilə
t
əsbit etdiyimiz deyişlərlə birlikdə, əhvalatı olduğu kimi özündən topladıq. Bu gerçək
hadis
ənin o, atası Qasım və qonşularından dinləmişdir” [220, 184]. Dastan-
52
r
əvayətdən o da məlum olur ki, Qarsın Arpaçay bölgəsinin İynəzor kəndində bir
toyda Kılıççı Mustafa ilə deyişib ayrıldıqdan sonra Qarabalıq çayını keçərkən
Şenliyin məşhur Qara atı suyun ortasında yatır. Yaxınlıqdakı qızları köməyə çağıran
Aşıq Şenlik “Dəh! Deyin, qızlar, dəh! Deyin”- deyə atı sudan çıxarır. N.Onkun
qeydin
ə görə, atı sudan qaldıran Zöhrə nənə 1970-ci ildə vəfat etmişdir [205, 184].
Kılıççı Mustafaya xitabən deyilmiş “Eylərəm” rədifli hərbə-zorba Türkiyə
folklorşünaslığında “Şəki sicilləməsi” və ya “Zəncirli hərbə-zorba” adı ilə çox
m
əşhurdur. Qeyd etdiyimiz kimi, Ə.Cəfəroğlu da adı çəkilən kitabında həmin hərbə-
zorbanı Aşıq Gülüstanın dilindən yazıya alıb nəşr etmişdir.
Ş.Elçin “Mənqəbə örnəkləri” adlandırdığı bölmədə “Yaralı top” əfsanəsini və
bu
əfsanəni dastan-rəvayət şəklinə salan Aşıq Müdaminin uyğun yerlərdə
q
əhrəmanların dilindən düzüb-qoşduğu türküləri də vermişdir.
Yeddi b
əndlik “Bizim” rədifli qoşma aşığın dilindən, dialoq formasında olan
iyirmi üç b
əndlik şeir parçaları isə Balkan vuruşlarında iştirak edən minbaşı, növbətçi
v
ə rəmzi obrazların-üç topun dilindən söylənilir. Ş.Elçinin qeydinə görə, Aşıq
Müdaminin h
əmin şeirləri folklorşünas P.Naili Boratavın da diqqətini cəlb etmiş və
alim bunları “Ülkü” jurnalında çap etdirmişdir.
Mü
əllif folklorun inkişaf qanunauyğunluqları, müxtəlif mühüm hadisələrin
aşıq ədəbiyyatı ilə bağlılığı məsələsini şərh edərək yazır: “Balkan hərbi və Böyük
h
ərb Anadolu folkloruna bir çox yeni mövzular vermiş, yaxud da bir çox köhnə
mövzular bu vuruşların böyük tarixi və sosial hadisələri arasında yenidən yoğrulmuş,
yeni şəkillər almışdır” [190, 356].
Ş.Elçinin bu qeydi, dastan-rəvayətin məzmunu və Aşıq Müdaminin şeirləri
göst
ərir ki, Ağbaba-Çıldır aşıq mühitində dastan yaradıcılığı yeni mövzularla
z
ənginləşdikcə əski türk inanclarını, mifoloji motivləri, arxaik eposçuluq ənənələrini
özünd
ə mühafizə edib saxlamışdır.
Qars vilay
ətnin tarixi ilə bağlı bir sıra kitab və məqalələrin müəllifi olan
Nizam
əddin Onk da yeri gəldikcə Ağbaba-Çıldır aşıq mühitinin saz-söz sənətkar-
larının yaradıcılığından nümunələr toplayıb nəşr etdirmişdir. “Cümhuriyyətimizin 50
ilind
ə Qars” kitabının altıncı bölümündə “Xalq şairləri” başlığı altında Kağızmanlı
Dostları ilə paylaş: |