38
s
ənətinin regional xüsusiyyətlərinin, daha dəqiq desək, aşıq mühitlərinin geniş
aspektd
ə araşdırılmasının vacibliyini şərtləndirir. Bu amilləri diqqətlə müşahidə edib
inc
ələyən M.Qasımlı yazır ki, “özünün ilkin inkişaf mərhələlərini vahid bir mədəni-
siyasi çevr
ədə-Səfəvi dövləti ərazisində keçirsə də, sonrakı tarixi proseslər
n
əticəsində Azərbaycan aşıq sənəti parçalanan torpaqlarla birlikdə bir neçə dövlət
daxilind
ə fəaliyyət göstərmək məcburiyyətində qalmışdır” [106, 168]. Bu baxımdan
Ağbaba-Çıldır aşıq mühiti Azərbaycan aşıq sənətinin digər mühitlərindən fərqli
olaraq daha geniş və dəyişkən tarixi-coğrafi sərhədlərin və etnik-mədəni proseslərin
daxilind
ə mövcud olan, dəfələrlə deportasiya və repressiyalara məruz qalan etnosun
mühafiz
ə edib qoruduğu milli-mənəvi dəyərlərin, onun ədəbi-estetik düşüncə
sisteminin v
ə s. kimi məsələlərin araşdırlmasını tələb edir. Qeyd etdiyimiz kimi,
Ağbaba-Çıldır aşıq mühiti özünün inkişaf mərhələlərini dörd dövlətin-Səfəvi,
Osmanlı, Çar Rusiyası və keçmiş Sovetlər Birliyinin tərkibində keçirmişdir.
Parçalanan torpaqlarımız kimi, Ağbaba-Çıldır aşıq mühitinin taleyinə də bölünmək
düşmüşdür. Bizcə, mühitin tədqiqi tarixinə üç aspektdən yanaşmaq daha düzgün olar.
1.
Ağbaba-Çıldır aşıq mühiti, bu mühitdə fəaliyyət göstərən ayrı-ayrı saz-
söz s
ənətkarları, ifaçılıq tərzi, aşıq şeiri və s. haqqında türkiyəli alimlərin
araşdırmaları.
2.
Çar Rusiyası və onun varisi olan Sovetlər Birliyi dövründə Azərbaycan
folklorşünaslığında görülən işlər.
3.
Milli müst
əqillik qazandıqdan sonra aparılan çalışmalar.
Türkiy
ə folklorşünaslığında
İlk növbədə qeyd etmək lazımdır ki, Türkiyəli folklorşünas alimlərin
t
ədqiqatları həm kəmiyyət, həm də keyfiyyətcə daha çox diqqəti çəkir. Türkiyədə
qeyd olunan bölg
ənin aşıq mühitindən bəhs edən F.Köprülü, Ə.Cəfəroğlu, P.Naili,
Borat
av, N.Banarlı, İ.Başbilən, F.Kırzıoğlu, M.Bayrı, M.Uraz, Ə.Tələt, Ş.Elçin,
V.Yağmurdərəli, M.Yardımçı, N.Turqut, M.Özçelik, Ə.Kafkasyalı, B.Durbilməz və
başqaları həm toplama, həm də tədqiqat işləri aparmışlar. Adlarını çəkdiyimiz və
ç
əkmədiyimiz alimlərdən başqa, Türkiyədə bir sıra ictimai təşkilatlar, dərgilər, elmi
39
m
ərkəzlər, mədəni-maarif ocaqları da bu istiqamətdə müəyyən xidmətlər
göst
ərmişlər. “Türk Dil Qurumu”, “Türk dünyası araşdırmaları”, “Türk Folklor
araşdırmaları”, “Qars Turizm və Tanıtma Dərnəyi”, “Doğuş” və s. kimi qurumlar və
d
ərgilər əhəmiyyətli fəaliyyət göstərmiş və indi də göstərirlər.
Görk
əmli alim F.Köprülünün keçən əsrin 20-ci illərindən başlayaraq bu
sah
ədə böyük xidmətləri olmuşdur. Onun “Ədəbiyyat araşdırmaları”, 5 cildlik “Türk
sa
z şairləri”, “Azəri ədəbiyyatının mənşəyi”, “Türk ədəbiyyatında ilk mutasavvıflar”
v
ə s. kitabları yalnız Ağbaba-Çıldır açıq mühitinin öyrənilməsində deyil, eyni
zamanda ümumtürk
ədəbiyyatının, klassik poeziyanın, aşıq şeirinin müxtəlif nəzəri
v
ə praktik məsələlərinin araşdırılmasında mühüm əhəmiyyət kəsb edir. F.Köprülünün
m
əhsuldar toplayıcılıq fəaliyyəti ilə qiymətli elmi-nəzəri irsi üzvi surətdə bir-birini
tamamlayır. “Türk saz şairləri” əsərində F.Köprülü Türkiyənin müxtəlif bölgələrində
XVI-XIX
əsrlərdə yaşayıb yaratmış 115 aşığın yaradıcılığından nümunələr vermişdir.
Anadolu aşıq poeziyasının ilk toplayıcılarından biri kimi F.Köprülü öz kitabına “Türk
ədəbiyyatında aşıq tərzinin mənşə və təkamülü” adlı əhatəli bir müqəddimə
yazmışdır. On dörd qısa və yığcam bölümdən ibarət bu müqəddimədə F.Köprülü aşıq
ədəbiyyatının mənşəyi, şifahi xalq və klassik ədəbiyyatla qarşılıqlı əlaqəsi, kənd və
şəhərlərdə, eləcə də əşirətlərdə yetişən saz-söz sənətkarları haqqında maraqlı fikirlər
söyl
əmişdir.
F.Köprülü aşıq yaradıcılığının özünəməxsus cəhətlərindən bəhs edərkən onu
mü
əyyən bir zümrənin ədəbiyyatı kimi deyil, xalqın ruhundan qopan, onun bütün
t
əbəqələri üçün doğma olan sənət kimi dəyərləndirir. “Aşıq tərzi (yaradıcılığı-A.M)
yalnız bir ictimai sinfə və ya bir dini tayfaya aid xüsusi bir zümrə ədəbiyyatı deyil,
bir-birind
ən fərqli müxtəlif çevrələrə, həyat və məişət şərtləri ayrı müxtəlif qruplara,
müxt
əlif təriqət və məslək sahiblərinə, fikir və zövq səviyyələri bir-birindən çox
f
ərqli insanlara məxsus müxtəlif zümrələr arasında müştərək bir ədəbiyyatdır” [218,
43-44]. Mü
əllif XIII əsrdən başlayaraq Anadolunun müxtəlif yerlərində fəaliyyət
göst
ərən Yəsəvi, Bəktaşi, Heydəri, Qələndəri, Mövləvi və s. təriqətlərin aşıq
ədəbiyyatı ilə qarşılıqlı əlaqəsini, daha doğrusu, təkkə ədəbiyyatının aşıq poeziyasına
t
əsirini yığcam şəkildə şərh edərək bu qənaətə gəlir ki, “klassik şeir üzərində təsəvvüf
40
t
əsiri necə səthi qalmışsa, aşıq yaradıcılığı üzərində təkkə ədəbiyyatı təsiri də çox zəif
bir boya mahiyy
ətində qalmış, onun əsil ruhuna girə bilməmiş, həyatın hər günkü
hadis
ələrinə qarşı olan dərin və səmimi əlaqəsini kəsməmişdir” [218, 38]. Qeyd edək
ki, F.Köprülü öz şərhində bir qədər birtərəfliyə yol verərək təkkə ədəbiyyatının aşıq
yaradıcılığına təsiri məsələsini lazımınca qiymətləndirmir. Halbuki müəllif həmin
fikrind
ən bir az əvvəl göstərir ki, “əsgəri siniflər arasında yetişən aşıqlar,
ümumiyy
ətlə Bəktaşi idilər” [218, 38]. Alim aşıqların öz adlarının qarşısında “qul”
ad-titulunu, l
əqəbini daşımasını da haqlı olaraq, Bəktaşiliyin, təsəvvüfün təsiri ilə
əlaqələndirir. Göründüyü kimi, F.Köprülü ozan-aşıq keçid prosesinin əsil
mahiyy
ətinin izahında bitərəfliyə müəyyən qədər yol versə də, onun ozan-aşıq sənəti
haqqındakı fikirləri kifayət qədər ciddi səciyyə daşıyır.
T
əkkə ədəbiyyatının aşıq sənətinə təsiri məsələsindən Azərbaycan folklorşü-
nas
lığında da müəyyən fikirlər söylənmiş, dəyərli tədqiqatlar aparılmışdır. Sufi-dərviş
ocağından-təkkədən çıxan aşıqların tarixi kamilləşmə, təkamül prosesi keçirərək
özl
ərinin ifaçılıq və yaradıcılıqlarında təkkə ədəbiyyatının ünsürlərindən
b
əhrələnmələrini şərh edən M.Qasımlı həmin prosesi tarixi qanunauyğunluq kimi
qiym
ətləndirir. “Təsəvvüf dünyagörüşü orta çağ aşıq şeirlərindəki obraz və
deyiml
ərində daha çox simvolik səciyyə almasına, məcazi-işarəvi məzmun kəsb
etm
əsinə təkan vermişdir. Həmin obraz və deyimlərin bir qismi təriqət leksikonundan
v
ə klassik poeziya ənənəsindən hazır qəliblər şəklində aşıq yaradıcılığına adlamış,
dig
ər qismi isə gerçəkliklə bağlı olan məlum folklor obrazlarının rəmzi-ürfani
m
əzmun alaraq yeniləşməsiylə yaranmışdır” [106, 142-143]. Bu məsələ ilə bağlı
folklorşünas H.İsmayılovun araşdırmaları da maraq doğurur. Alimin qənaətinə görə,
oğuz mədəniyyətində ozandan başqa el şairi zümrəsi də mövcud olmuşdur. Onlar
islam mühitind
əki əski türk xalq sufizmini təriqət halına gətirmişlər. Bütün bunlar
onu göst
ərir ki, ozan-aşıq sənətinin mənşəyi ilə bağlı istər Türkiyə, istərsə də
Az
ərbaycan folklorşünaslığında ciddi elmi araşdırmalar aparılmış, elmi mülahizələr
yürüdü
lmüşdür. Müəyyən fikir ayrılıqlarına baxmayaraq, adlarını qeyd etdiyimiz
mü
əlliflər aşıq sənətinin tarixi inkişaf prosesinin izahında demək olar ki, eyni elmi
q
ənaəti bölüşürlər. Bu məsələ üzərində bir qədər ətraflı dayanmağımızın əsas səbəbi
Dostları ilə paylaş: |