41
ir
əlidə görəcəyimiz kimi, Ağbaba-Çıldır aşıqlarının yaradıcılığında qeyd olunan
cizgil
ərin yetərli şəkildə müşahidə olunmasıdır. F.Köprülünün “Türk saz şairləri”
kitablarının üstün cəhətlərindən biri də şeirlərini toplayıb nəşr etdirdiyi aşıqları
yaşayıb-yaratdıqları əsrlərə görə qruplaşdırmasıdır. Doğrudur, bu bölgüdə müəyyən
natamamlıqlar da nəzərə çarpır. Məsələn, XVI əsrdə yaşayıb-yaratmış Çıldırlı
Bağdad xanımın poeziyasından burada nümunələr verilməmişdir. Yaxud XIX əsr
aşıqları içərisində Azərbaycan folklor arealında çox məşhur olan Aşıq Şenliyin
şeirləri də öz əksini tapmamışdır. Eləcə də Aşıq Üzeyirin (XIX-XX əsr) və digər
m
əşhur saz-söz sənətkarlarının şeirləri kitaba daxil edilməmişdir. F.Köprülü kitaba
daxil etdiyi 115 el s
ənətkarını xronoloji ardıcıllıqla aşağıdakı kimi düzmüşdür:
1)
XVI
əsr saz şairləri-11 aşıq
2)
XVII
əsr saz şairləri-15 aşıq
3)
XVIII
əsr saz şairləri-33 aşıq
4)
XIX
əsr saz şairləri-56 aşıq
Görk
əmli alim sözü gedən kitablarda saz-söz sənətkarlarının şeirlərindən
örn
əklər verməklə kifayətlənməmişdir. Müəllif-tərtibçi hər bir cildə daxil etdiyi
aşıqların poeziyasından nümunələr verməzdən əvvəl, “Ümumi mülahizələr” və
“Başlıca simalar” başlıqları altında özünün yığcam nəzəri qeydlərini verməyi
m
əqsədəuyğun saymışdır. “Ümumi mülahizələr” adlandırdığı bölmələrdə müəllif
şeirlərini verdiyi aşıqların yaşadığı əsrlərdə türk etnik mədəniyyətinin əsas cizgilərini
göst
ərməyə səy etmişdir. XVI əsr saz şairlərində bəhs edərkən “Ümumi
mülahiz
ələr”də alim həmin dövrün tarixi-mədəni, ədəbi-estetik təkamül meyillərini
şərh edərək yazır: “XVI əsr klassik Osmanlı mədəniyyətinin ən parlaq dövrüdür.
F
əqət bununla bərabər, xalq kültürünün, xalq ədəbiyyatının da inkişaf etdiyini,
Anadolu v
ə Rumelinin böyük mərkəzlərində, sərhəd qalalarında saz şairlərinin
çoxaldığını görürük” [218, 53-54].
“XII yüzillikd
ə (1432-ci ildə) Saltuk oğullarından Sultan Məlik İzzəddinin
əmri ilə vəziri Firuz Akanın inşa etdirdiyi” [184, 122] Qars qalasında, adı VIII əsr
m
ənbələrində çəkilən Gümrü qalasında, XVI əsrdə tikilmiş Axıska qalasında və digər
qalalarda, onların yerləşdiyi ərazilərdə saz-söz sənətkarları fəaliyyət göstərir,
42
yadellil
ərə qarşı mübarizədə sazı qılıncla əvəz edirdilər. Buna örnək olaraq Qarslı
Aşıq Bəhrinin (XIX yüzillik) rus əsgərlərinə qarşı vuruşlarda iştirakını, “qalalar
xanıdır Qarsın qalası” – deyə bu qədim türk qalasını mədh etməsini göstərmək olar.
“Başlıca simalar” adlandırdığı nəzəri qeydlərdə isə F.Köprülü şeirlərini kitaba
daxil etdiyi aşıqlar haqqında yığcam bioqrafik məlumatlar vermişdir. XVI əsr saz
şairlərindən tanınmış el sənətkarı Xəyali haqqında məlumatda deyilir. “Bəlkə Krımlı,
yaxud Krım xanlarının təəbəliyində yaşayan, olduqca qüvvətli bir saz şairidir və heca
il
ə yazdığı mənzumələrdə də klassik ədəbiyyat təsiri çox qabarıqdır” [218, 63].
Kitabda bu m
əşhur el sənətkarının “Deyərsən”, “Xəyali” rədifli qoşmaları və bir
divanisi çap olunmuşdur [218, 105-107].
Yeri g
əlmişkən, qeyd edək ki, Ə.Kabaklının nəşr etdirdiyi “Aşıq ədəbiyyatı”
kitabında da Xəyalinin həmin şeirlərindən ikisi-“Deyərsən” və “Xəyali” qoşmaları
ça
p olunmuş, onun “igid bir yeniçəri şair olduğu” göstərilmişdir. Qoşma adı ilə
veril
ən “Xəyali” şeirinin burada F.Köprülüdən fərqli olaraq ikinci bəndi
verilm
əmişdir. Həmin şeiri olduğu kimi göstəririk:
Leylam g
əlir deyə yollar gözlərəm,
G
əlmədi gözümdə qaldı xəyalı.
Gizli sirrim b
əyan etməm, gizlərəm,
S
ərimi sevdaya saldı xəyalı.
Yarımın sevdası vardı başımda,
Oyansam qarşımda, yatsam duşumda.
N
ə cənibə getsəm belə peşimdə,
M
ənim ilə yoldaş oldu xəyalı.
Der X
əyali hıram edərək yürü,
Gec
ə-gündüz getməz, qarşımda durur.
“M
ən səninəm”-deyə təsəlli verir,
Q
ərib könlüm ələ aldı xəyalı. [197, 54]
Ə.Kabaklının kitabına düşməyən ikinci bənd belədir.
43
Yarım biçarə olduğumu bilmiş,
Ciftc
ə bənlər bəyaz gərdənə enmiş.
Bu gec
ə seyr etdim bəyazlar geymiş,
Salındı qarşıma gəldi xəyalı. [218, 106]
Fikrimizc
ə, Ə.Kabaklının kitaba daxil etmədiyi bu bənd digər bəndlərə
nisb
ətən bədii cəhətdən zəifdir. Ehtimal ki, tərtibçi də bu cəhəti nəzərdən qaçırmamış,
qoşmanın digər bəndləri ilə ikinci bənd arasında məzmun və poetik uyarsızlığı görüb
onu öz kitabına daxil etməyi məqsədəuyğun saymamışdır.
“Türk saz sairl
əri” kitabında bilavasitə Ağbaba-Çıldır aşıq mühitinə mənsub
olan s
əkkiz sənətkarın da haqqında yığcam məlumat və əsərlərindən nümunələr
verilmişdir. Həmin saz-söz sənətkarları bunlardır: Aşıq Məcnuni, Aşıq Vartan, Aşıq
Civan (XIX
əsr erməni aşıqları); Aşıq Summani, Cəlali, Aşıq Zülali, Mühibbi, Aşıq
Əmrah (XIX əsr). Bu sənətkarlardan başqa F.Köprülü, Ərzurum-Bayburt yörəsindən
çıxan Ərbabi adlı saz-söz ustasının adını çəkməklə kifayətlənmişdir [218, 542].
Poeziya örn
əkləri təqdim edilmiş sənətkarlar içərisində Ərzurumlu Aşıq Əmrahın
poetik irsind
ən 64 qoşması və 9 səmaisi verilmişdir. Bu haqda irəlidə daha ətraflı
b
əhs edəcəyik. Burada F.Köprülünün bir fikrinə münasibət bildirməyi lazım bilirik.
Mü
əllif XIX əsrdə yaşayıb-yaratmış sənətkarlardan bəhs edərkən “bir çoxları Əmrah,
D
ərdli, Seyrani kimi böyük aşıqların əsərlərini təqliddən başqa bir şey
yapmamışlardır” [218, 542]–qənaətini irəli sürür. Fikrimizcə, F.Köprülü öz
q
ənaətində bir qədər ifrata varmış, bəzi sənətkarları, o cümlədən Ağbaba-Çıldır aşıq
mühitinin tanınmış nümayəndələri Aşıq Sümmanini, Aşıq Zülalini lazımınca
qiym
ətləndirməmişdir. Halbuki hər iki sənətkar tanınmış saz-söz ustaları kimi şöhrət
qazanmış aşıqlardır. Yalnız Anadoluda deyil, onun hüdudlarından çox-çox uzaqlarda
da m
əşhur olan Aşıq Şenlik kimi qüdrətli bir sənətkarla Aşıq Summaninin, Aşıq
Zülalinin qarşılaşıb deyişməsi onların sənət qüdrətindən soraq verir. Aşıq Şenliklə
Aşıq Summaninin qarşılaşmasından bəhs edən aşıq rəvayətinin ilk cümlələrinə nəzər
yetirs
ək, bunu aydın görərik: “Ərzurum elinin Nəriman qəzasında bir usta şair vardı
ki, pirl
ər əlindən eşq badəsi içmiş bir “Haqq Aşığı” olduğunu söylərlərdi. Bu,
Dostları ilə paylaş: |