20
mağara və s. qarapapaqların bu ərazilərdə qədimdən məskunlaşdıqlarını göstərir.
“Qısacası, qoç//qoyun heykəlli məzar daşları, islamiyyətdən öncə “Dədə-Qorqud
oğuznamələri” dastanlarını yaradan atalarımızdan gələn Şərqi Anadolunun tapu-
anıtlarıdır” [202, 72] - abidə-sənədləridir.
SMOMPK toplusunun 1883-
cü il üçüncü buraxılışında K.Sadovskinin “Qars
vilay
əti haqqında bəzi qeydlər” adlı məqaləsi çap olunmuşdur. Müəllifin Qars
vilay
ətinin əhalisi haqqında verdiyi məlumatdan aydın olur ki, həmin dövrdə
vilay
ətin 163 min nəfərlik ümumi əhalisinin 15%-ni qarapapaqlılar təşkil edirdi [240,
345]. Z
əngin xalq ədəbiyyatına malik olan qarapapaqların içərisindən bir çox aşıqlar
yetişmişdir. Qazax rayonunun ərazisindəki Qarapapaq kəndinin adı da qarapapaq
tayfaları ilə bağlıdır [44, 64].
Prof. V.Hacılar də qarapapaq tərəkəmələrinin Cavaxetdə çoxdan
m
əskunlaşdığını qeyd edir [78, 166]. O da maraqlıdır ki, Amasiya rayonunda ən
böyük k
əndin - Güllübulağın adı erməni mənbələrində Qarapapaq-Güllübulaq kimi
v
erilir. Qarapapaq etnik adı qonşu rayon Qızılqoçun (Qukasyan) ərazisindəki
Güllübulaqla bu Güllübulağı fərqləndirmək üçün işlədilmişdir [45, 163].
Erm
əni tarixçisi A.Poqosyan qarapapaq tayfalarının Qars vilayətinin əsasən
Ağbaba və Şörəyel bölgələrində məskunlaşdıqlarından, onların ictimai-mədəni
h
əyatdakı rolundan bəhs etmişdir [238, 126].
Türkiy
əli tədqiqatçı, prof. E.Aslan Qars və onun ətrafındakı tərəkəmələrdən
b
əhs edərkən tərəkəmələrin ikinci böyük köçünün 1921-ci ildə (əslində XIX əsrin 30-
cu ill
ərindən başlayaraq-A.M.) Ağbaba, Tiflis, Qazax, Borçalı bölgələrindən gəlib bu
ərazilərdə məskunlaşdıqlarını yazır. Müəllif daha sonra qeyd edir ki, Qars vilayətində
t
ərəkəmələrin ən sıx yaşadıqları yer Çıldırdır. Çıldırdan sonra ikinci yerdə Arpaçay
bölg
əsi dayanır. E.Aslan tərəkəmələrin yerləşdikləri kəndlərin adını çəkərkən Balıqlı,
Ağbaba, Çaxmaq, Bozqala, Mağaracıq və digər kəndlərin də adını qeyd edir [164,
24]. Qeyd ed
ək ki, bu kəndlərin əhalisi XIX əsrin ortalarından başlayaraq Qarsa köç
etmiş, nisbi sakitlikdən sonra geri qayıdıb doğma ocaqlarında məskunlaşmışdılar.
Sonrakı dövrlərdə rus işğalı nəticəsində həmin kəndlərin bəziləri (Ağbaba, Bozqala,
21
Sınıq, Mumuxan və s.) tamamilə boşalmış və xaraba qalmışdı. Bir qismində isə
(Balıqlı, Göllü, Çaxmaq və s.) 1988-ci ilədək azəri türkləri yaşayıb-yaratmışdılar.
Folklorşünas A.Ercilasun “Kars ili ağızları” əsərində göstərir ki, “Ağbaba
t
ərəkəmələri Ağbaba nahiyəsinin Ördəkli, Hamasa (Amasiya-A.M.), Balıqlı, Göllü,
Sınıq və Qarabulaq kəndlərindən gəlmişlər” [191, 29]. Alimin bu qeydi özlüyündə
maraqlı və dəyərli olsa da, natamam səciyyə daşıyır. Çünki Ağbaba nahiyəsindən 70-
d
ən çox kənd 1930-cu ilə qədər köçüb Qars və onun ətrafında məskunlaşmışdı.
Prof. F.Köprülü öz t
ədqiqatlarında müntəzəm şəkildə “azəri sahəsi”ndən bəhs
ed
ərək “Kitabi-Dədə Qorqud” dastanlarını da birmənalı şəkildə bu sahəyə aid edir
[202, 129]. Prof. Ə.Dəmirçizadə Azərbaycan şifahi ədəbi dilinin arealından, təsir
dar
əsindən bəhs edərkən yazır: “Bu dövrdə (VI-VII əsrlərdə-A.M) hətta Dərbənd-
Tehran-
Bağdad və Şərqi Anadolu dairəsində ümumiləşmiş halda işlənən dil, demək
olar ki, vahid türk-Az
ərbaycan dili idi” [59, 73]. Ümumiyyətlə, mütəxəssislərin
fikrinc
ə, hələ eradan əvvəl Türkiyənin Şərq bölgələrində qədim türk tayfaları
m
əskunlaşmışdılar ki, Səlcuq türklərinin bu ərazilərə kütləvi axını başlananda artıq
bu dövrd
ə Oğuz dili hökmran mövqe tuturdu [109, 235]. Belə faktların sayını
ist
ənilən qədər artırmaq olar. Qeyd olunanlar onu deməyə əsas verir ki, tarixin erkən
dövrl
ərində Şərqi Anadoluda türklərin məskunlaşması “azəri sahəsinin” - Azərbaycan
folklor arealının yaranıb formalaşmasının başlanğıcını qoydu, sonrakı dövrlərdə isə
geniş bir coğrafi arealda Azərbaycan dili sürətlə yayılıb inkişaf etməyə, həmçinin
bölg
ədə aşıq mühitinin təşəkkülündə də özünün hakim mövqeyini təmin etməyə nail
oldu. Dem
əli, Ağbaba-Çıldır aşıq mühitinin tarixi-mədəni inkişafı əski genetik
qaynaqlara, xalqımızın güclü folklor ənənələrinə söykənirdi. Bu baxımdan
Az
ərbaycan dilinin Şərqi Anadoluda güclü təsir dairəsinə malik olması tamamilə
tarixi-
coğrafi proseslərin təbii nəticəsi kimi qiymətləndirilməlidir. Çünki “Şərqi
Anadolu Qafqaz v
ə Azərbaycanla Mərkəzi və Qərbi Anadolunu birləşdirən, bunlar
arasında əlaqə yaradan bir körpü olmuşdur. Ona görə də azərbaycanlıların əcdadları
q
ədim dövrlərdə Şərqi Anadoluda məskunlaşmış və bu regionda Azərbaycan dilinin
nüfuzu t
əmin olunmuşdur” [110, 150]. Mütəxəssislərin bu qeydi xüsusi elmi
əhəmiyyət daşıyır və Ağbaba-Çıldır aşıq mühitinin qədim türk etnik laylarının geniş
22
bir coğrafi-mədəni arealda türk tarixi, etnoqrafiyası, əski milli mədəniyyəti ilə
bağlılığını göstərir.
Burada bir c
əhətə ayrıca diqqət yetirmək lazım gəlir. Şərqi Anadoluda yalnız
az
əri-türk aşıqları deyil, həmçinin onlarla erməni və gürcü saz-söz sənətkarı da
Az
ərbaycan dilində yazıb yaratmışlar. Ümumiyyətlə, Azərbaycan aşıq yaradıcılığının
Qafqazın bir sıra xalqlarının milli mədəniyyətinə güclü təsiri olmuşdur. Ermənilərdə
“qusan”, gürcül
ərdə “mqosan” adlanan xalq sənətkarlarının daşıdıqları bu sənət adı
əksər tədqiqatçıların fikrincə, “ozan” sözündən törəmişdir. Bu sahənin tanınmış
bilicisi prof. İ.Abbaslı “sənətkar mənasında aşığı keçmişdə Azərbaycanda ozanların,
ermənilərdə isə qusanların əvəz etdiklərini”, bu sənətkarların geniş coğrafi ərazilərdə
fəaliyyət göstərdiklərini və sənət ənənələrində erməni qusanlarının türk ozanından
bəhrələndiklərini əsaslandırmışdır [2, 128]. Azərbaycan aşıq yaradıcılığının etnik
təməlinin müəyyən mərhələsində ozan sənətinin dayandığını, Oğuz cəmiyyətində
ozanların xüsusi bir təbəqə təşkil etdiklərini, el-el, oba-oba dolaşaraq xalq
şənliklərində əski Oğuz dastanlarını söylədiklərini, nəğmələr qoşduqlarını qeyd edən
prof. F.Köprülü ozanların XV əsrə qədər geniş bir coğrafi arealda şöhrət
qazandıqlarını göstərir: “XIII əsrdə Anadolu Səlcuqlularının ordularında gördüyümüz
ozanları Misir Məmalikləri dövlətində hökmdarların təntənəli alaylarında, türkləşmiş
bir monqol xanədanı olan Cəlayirlilərdə, hətta XV əsrdə Anadolu bəylərinin
saraylarında da görürük” [217, 162]. F.Köprülü 1928-ci ilin statistik məlumatına
əsaslanaraq Anadolunun müxtəlif yerlərində Ozan, Ozança adlı kəndlərin, Ozan
doruğu, Ozan beli adlı yerlərin olduğunu göstərir. Bu isə onu sübut edir ki, ozan ad-
titulunun tarixi qədim dövrlərə gedib çıxır. “Dədə Qorqud” boylarında ozanlar
həmişə xalqın xeyir və şərində ağıllı məsləhətçi olmuş başbilən kimi təqdim və təqdir
olunurlar” [85, 17].
Ozan sənəti haqqında başqa bir mülahizə prof. M.Qasımlıya məxsusdur.
Alimin fikrincə, ozanlar nə qədər islamlaşmış olsalar da, əski inanış və törənlərə çox
bağlıydılar. XV-XVI yüzilliklərdən başlayaraq sənət sahəsindən tədricən aşıqlar
tərəfindən sıxışdırılmağa başlamışlar [106, 69-97].
Dostları ilə paylaş: |