243
-R
əmmal, bir irəml at görüm, mənim bu səfərim necə olacaq, irəml nə
görs
ədir?
Üç d
əfə rəml atıb eyni nəticəyə gələn rəmmal Əhməd tacirə deyir:
-
Ağa, başına dönüm, irəml çox qəribə göstərir. Sənin bu dəfəki şikarın elə
yağlıdı, elə yağlıdı ki, daha heç nə deyə bilmirəm. Sən bu dəfə ya xəzinə tapacaqsan,
ya da ki, padşahlığa çatacaqsan” [42, 246-247].
Göründüyü kimi, h
ər iki nağılda rəmmalın rəml atması ilə başlanan
ekspozisiya süjetin sonrakı inkişaf xəttini müəyyənləşdirir. Müxtəlif real əhvalatlar,
mifik hadis
ələr, magik situasiyalardan sonra nəticə təsdiqlənir, ekspozisiyada süjeti
mü
əyyənləşdirən epizod finalda yekunlaşaraq nağılın magik səciyyəsini tamamlayır.
Çağdaş dövrümüzdə xalq danışıq dilində işlənən “ağzı faldır”, “falı düz
çıxdı”, “falına baxdırmaq” və sair ifadələrdə əski görüşlər mühafizə olunmaqdadır.
Bir sıra mərasim və ayinlərimizdə rəmmallıq, fala baxmaq bu gün də icra edilir.
Burada dig
ər bir məsələyə də ayrıca diqqət yetirmək vacibdir. Müənəccim –
r
əmmalları əski inam və etiqadlarla bağlı yalnız mifik obraz kimi səciyyələndirmək
yanlış nəticələrə gətirib çıxarar. Folklorumuzun müxtəlif janrlarında münəccim,
r
əmmal, falçı terminləri ilə adlanan bu peşənin tarixi çox qədim dövrlərə gedib çıxır.
Dünya xalqlarının antik mədəniyyətində, sosial-siyasi həyatında münəccimliyin
özün
əməxsus yeri olmuşdur. Bu istiqamətdə araşdırma aparan türkiyəli tədqiqatçı
Ayşə Duvarçının fikirləri maraqlıdır. Alimin tədqiqatlarından aydın olur ki, qədim
Babilistan, Çin, Misir, Yunanıstan, Roma və digər ölkələrdə falçılıq astroloji və əl
falı kimi metodlara əsaslanaraq elmi və dini biliklər vasitəsilə gələcəyi müəyyən
ed
ən, ondan xəbər verən bir sənət olmuşdur. Məsələn, qədim Romada münəccimlər
dövl
ətin idarə olunmasında, müxtəlif hərbi-siyasi tədbirlərin həyata keçirilməsində
imperatorların yaxın köməkçiləri olmuşlar. “Əski Romada “Colleqium Auqurium”
adını daşıyan və Roma imperatoru tərəfindən təyin olunan kahinlər heyəti Auqurium
düşüncəsi adı verilən və gizli tutulan gələcəyi bilmə elmi ilə məşğul olurdu” [189, 4].
Mü
əllif öz fikirlərini davam etdirərək yazır ki, “Osmanlı saraylarında
mün
əccimbaşlıq çox önəmli bir mövqe sayılmış, buralarda məşhur elm adamları da
olmuşdur. Klassik dönəm Osmanlı tarixçilərinin ən böyüklərindən biri olan
244
mün
əccimbaşı Əhməd Dədə iyirmi iki il IV Mehmetin münəccimbaşı vəzifəsini icra
etmişdir” [189, 25].
Alim fikirl
ərini ümumiləşdirib dünya xalqlarının mədəni-estetik düşüncəsində
yuxu, g
ələcəkdən xəbər vermə və sair motivləri incələdikdən sonra qeyd olunan
m
əsələlərin qədim zamanlardan bu günümüzədək mühafizə olunduğu fikrini irəli
sürür: “Bel
əliklə, falın tarixi inkişafının insanlıq tarixi qədər əskiyə dayandığını
söyl
əmək mümkündür. Əski Yunan, Roma, Babil, Misir, Şumer mədəniyyətlərində
v
ə Türk dünyasında fal çeşidli donlara bürünərək ortaya çıxmış, islam aləmində də
yaşamağa davam etmiş, bu gün də bütün canlılığı ilə varlığını yaşatmaqla türk xalq
inanc v
ə təcrübəsində önəmli bir yer tutmaqdadır” [189, 13].
“Salman b
əy” dastanında Əyyam Müənəccim, qeyd etdiyimiz kimi, həm
gerç
ək, həm də mifik çalarları özündə əks etdirir. Onun uzun müddətli bir səfərdə
Durnatel xanımı müşayiət etməsi, onunla birlikdə Çinmaçin ölkəsinə gəlməsi “Əsli
v
ə Kərəm” dastanında Lələ, “Lətif şah”dakı Qoca Lələ surətini xatırladır. Bu
b
axımdan hər üç obrazın yardımçı funksiyası stabil semantika səciyyəsi daşıyır.
Əyyam Münəccimin rəml atmaqla gələcəyi görməsi, hadisələr haqqında müəyyən
t
əsəvvür yaratması ona mifik cizgilər əlavə edir. Bu baxımdan o, öz oxşarlarından
mü
əyyən dərəcədə fərqlənir.
Professor M.C
əfərli məhəbbət dastanlarında obrazlar kompleksindən söhbət
açark
ən qəhrəman və antiqəhrəman, yəni xeyir və şər qütblərinin (qəhrəman və
antiq
əhrəman) mübarizəsini arxaik dastançılıq və mifoloji epos ənənəsindən gəldiyini
qeyd edir. “Salman b
əy” dastanında Cəlal Vəzir, Qəddarizəngi, Gövhər xanımın
qulluqçusu Salatın, Çamhur Çolpa obrazlar tipologiyası aşiqlə məşuqun qovuşmasına
maneçilik tör
ədən şər qüvvələrdir. Bu qüvvələrin başında Gövhər xanımın atası Cəlal
V
əzir dayanır. Cəlal Vəzir Çinmaçin ölkəsində Bəzistan şəhərinin padşahı Qəhrəman
b
əyin vəziridir. Vəzirin qızı Gövhər xanım Əsəd bəyin nişanlısıdır. Qızı nişanlı ola-
ola Salman b
əy tərəfindən qaçırılmasına dözə bilmir. Ondan intiqam almaq üçün
fürs
ət axtarır. İlk fürsəti o, qulluqçu Salatının vasitəsilə Salman bəyi həbs etdikdə
qazanır. Lakin Qəhrəman şahın ədaləti, Salman bəyin haqq aşığı olması ona bu
imkanı vermir. “Sən ki bir haqq aşığısan niyə elin nişanlısını qaçırdın, dünyada sənə
245
başqa qızmı yox idi?” sualına “bunun səbəi eşq atəşidir”, yəni haqq badəsidir cavabı
qarşısında aciz qalan Cəlal Vəzir onu sınamaq qərarına gəlir. Bir az irəlidə “Abbas və
Gülg
əz”lə müəyyən müqayisələr aparacağımıza görə imtahan-sınaq epizodunu
aydınlıq üçün olduğu kimi veririk.
“C
əlal Vəzir əmr etdi ki, qapının lap dibini eşib oraya bir “Qurani-Kərim” və
bir cüt d
ə göyərçin balaları qoysunlar, üstünə bir xalı sərdilər. Onnan bir addım
b
əridə bir quyu eşdirdi, quyunun içinə zəhər doldurdu, onun da üstünü qapadıb xalı,
kilim s
ərdilər. Onnan bir addım bəridə genə xalının altına bir dəstə qızılgül qoydular,
tam qarşısındakı tavanda da bir bülbül qoydular, üstünə örtük çəkdilər. İki cəlladın
əlində iki qədəh zəhər, hərəsi qapının bir yanında duracaq. Salman bəy içəri girəndə
z
əhər qədəhlərini ona verəcəklər. İçəridə qapının tam qarşısına bir yay-ox qoydular,
yaya qırx dənə ox qurdular, tətiyinə incə bir ipək bağladılar, qapının yanında bir yerə
ilişdirdilər.
Q
əhrəman padşah bunnarı görürdü. Soruşdu ki, Cəlal vəzir, bunlar belə nədi?
Dedi ki, padşahım, indi o Salman bəy deyilən adamı buraya gətirdəcəm, əgər qapıdan
iç
əri girərsə onun boynunu vuracam. Əgər qapıyı açarsa, bu qarşı divardakı qırx ox
onun canına saplanacaq. Əgər haqq aşığıysa o bunnarı bilib içəri girməz. Əgər
“Qurani-K
ərim”in üstündən keçərsə, yenə boynunu vuracam. Onnan da qurtarıb
z
əhər quyusuna düşərsə genə öz cəzasını çəkəcək. Qızılgülə toxunursa, tavana
qoyduğum bülbül özünü gülün üstünə atanda gülün tikanları onu parçalayacaq, onda
m
ən onun boynunu vurduracam. Bunnar mənim imtahanımdı” [164, 440].
“Abbas v
ə Gülgəz” dastanından məlumdur ki, Aşıq Abbası zəhərli quyuya
salır, ona zəhərlənmiş alma verir, getdiyi yola ağzı yuxarı zəhərli qılınclar qoyurlar
v
ə s. Lakin Aşıq Abbas haqq aşığı olduğu üçün hər şey ona əyan olur və bu
sınaqlardan çıxır.
“Salman b
əy” dastanında da Salman bəy "Sənə sığınmışam yaradan qəni” -
dey
ə haqq dərgahına üz tutur. Cəlal Vəzirin sınaqlarından alnıaçıq çıxır, qorxulu
situasiyaları, təhlükəli anları heç nə olmadan keçir. Bu müqayisə və oxşar epizodlar
Aşıq Şenliyin təsəvvüf simvolikasına yaxından bələd olduğunu, Azərbaycan xalq
ədəbiyyatından yetərincə qaynaqlandığını söyləməyə əsas verir.
Dostları ilə paylaş: |